Qurut

Mənşəcə qurumaq feilindən düzəlmiş isimdir. Qazax, Şahbuz, Ordubad dialekt və şivələrində “qurudulmuş dəyirmi şəkilli süzmə” anlamında işlənir. Süddən qatıq çaleyrıx, sonra çalxeyrıx yağ olor, ayranı da qurut qayrerıx. (Qazax); -Ayran torbada süzülür, suyu gedir, olur cırtdan, cırtdanı da gündə qurudub qurut əmələ gətirirlər. (Ordubad) (1, 158) “Qurut” sözü kök+şəkilçi modeli əsasında formalaşmışdır: quru+ut. – ut şəkilçisinin adlardan isimdüzəltmə funksiyası da vardır. Bəzi sözlərdə bu şəkilçi –ıd, -üd şəklində işlənir. Dilimizdə bu şəkilçinin köməkliyi ilə “keçmək” feilindən keçid, “öymək” feilindən öyüd, “yaş” ismindən yaşıd sözləri yaranmışdır. Mahmud Kaşğarinin “Lüğət”ində bu söz “kurut” formasında qeydə alınmış və “yağı alınmış qatıqdan düzəldilmiş lor pendiri” anlamında izah edilmişdir (8, 363) “Qurut” sözü oğuz dillərində “qurut / kurut”, monqol dilinin dialektlərində “xuruut / xurut” formasında işlənir (30, 393) Qıpçaq dillərində bu söz müşahidə olunmur. Fikrimizcə, rus dilinə bu söz türk dilindən keçmişdir. Çünki, rus dilində çox vaxt “высущепное кислое молоко” ifadəsi əvəzinə qurut sözündən istifadə edilir (33, 520-521)
Qurudlu dolma
Quymaq
OBASTAN VİKİ
Qurut
Qurut (qurub) — Cənubi Qafqazda, Azərbaycanın qərb rayonlarında, Kürd mətbəxində, Iranda, Əfqanıstanda və Orta Asiyada geniş istifadə olunan süd məhsulu. Qurutu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlulu sarımsaqlı və ya sarımsaqsız istifadə etmək olar. Alınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan Naxçıvanda, Ağbaba mahalında və digər bölgələrdə qurut aşı, kələcoş və s. xörəklər bişirilir.
Qara qurut
Qara qurut (fars: قره‌قوروت یا سیاه‌کشک) - Ayrandan istehsal olan süd məhsulu.

Значение слова в других словарях