1. Göyə çalar bozumtul rəngli çox ağır yumşaq metal. Ərgin qurğuşun. Mətbəə hərfləri qurğuşundan tökülür.
– Ayrı-ayrı kimyəvi elementlərdən alüminium, sürmə, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların yeni yataqlarının axtarışı xüsusi əhəmiyyət kəsb edir.
□ Qurğuşun rəngi – tutqun.
Qurğuşun rənginə çalan buludlar şəhər üzərindən ağır-ağır gəlib ötdükcə, elə bil dənizlə göy qovuşurdu.
// Qurğuşundan qayrılmış. Qurğuşun güllə. Qurğuşun boru.
2. Tüfəng və tapança gülləsi.
3. məc. Çox ağırlıq mənasında.
[Hacı Qara:] …Qədək, şilə verənin əli qurğuşun imiş, üç aydır … beş top satmışam.
Axı niyə Zərintac xanım öz ərinin başına belə bir qurğuşun qapaz salmaqla bu qədər ağ eləsin?!
[Qaraca çobanın] başı qurğuşun kimi ağırlaşmış, qulaqları uğuldayır, bədəni uçunurdu.