Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avulsiya sınığı
Avulsiya sınığı — fiziki travma nəticəsində sümük parçasının əsas sümük hissəsindən qopması zamanı əmələ gələn sümük sınığı. Avulsiya sınığı bədəndən kənar qüvvələr (məsələn, düşmə və ya gərginlik) nəticəsində və ya sümüyünü bir arada tutan qüvvələrdən daha çox olan əzələ daralması nəticəsində vətərdə baş verə bilər. Ümumiyyətlə əzələ daralmalarına qoyulan nevroloji məhdudiyyətlər ilə əzələ avulsiyasının qarşısı alınır. Yüksək təlim keçmiş idmançılar gücün bu nevroloji maneəsinin öhdəsindən gələ bilər və bir sümüyü sındıra və ya yıxmağa qadir olan daha çox güc yarada bilər. == Növləri == === Diş avulsiyası === Dişin alveolyar sümükdəki yerindən travmatik tam yerdəyişməsi. Bu, təcili müalicənin (zədədən 20-40 dəqiqə ərzində) dişin proqnozuna təsir etdiyi ciddi bir stomatoloji təcili vəziyyətdir. === 5-ci metatarsal sümüyün apofizinin avulsiyası === Yumruğun avulsion sınığı (həmçinin yalançı Cons sınığı və ya rəqqas sınığı kimi də tanınır) beşinci metatarsal sümüyünün (ayağın xarici kənarında kiçik barmağa qədər uzanan sümük) ümumi sınığıdır. Bu sınıq plantar aponevrozun (tendon) yan zolağından qaynaqlanır. Bu sınıqların əksəriyyəti sərt dabanlı ayaqqabı və ya gips ilə müalicə olunur. Bu, ağrı keçənə və sonra xəstə normal fəaliyyətə qayıdana qədər lazımdır.
Galeazzi sınığı
Qaleassi sınığı — mil sümüyün (radial) orta hissəsi ilə bilək arasında olan mil sümüyünün sınığı. Ön qol 2 uzun, nazik sümükdən ibarətdir: dirsək sümüyü və mil sümüyü. Bu iki sümük dirsək və biləkdə oynaqlarla bağlanır. Qaleassi sınığı italyan cərrahı Rikkardo Qaleassinin (1866-1952) şərəfinə adlandırılıb. == Simptomları == Mil sümüyünün biləklə birqə zədələnməsinin yerində yumşaq toxumaların ağrısı və şişməsi qeyd olunur. Bu zədə rentgen müayinəsi ilə təsdiqlənir. Ön qolun zədələnməsi kompartman sindromu ilə əlaqəli ola bilər. Qabaq sümüklərarası sinirin (QSS) (palmar sümüklərarası sinir) iflici də ola bilər. Sırf motor siniri olan QSS median sinirin bir qoludur. QSS-nin zədələnməsi şəhadət barmağının iflicinə səbəb ola bilər ki, bu da baş barmaq və şəhadət barmağı arasında olan əlaqə mexanizminin itirilməsi ilə nəticələnir.
Qaleassi sınığı
Qaleassi sınığı — mil sümüyün (radial) orta hissəsi ilə bilək arasında olan mil sümüyünün sınığı. Ön qol 2 uzun, nazik sümükdən ibarətdir: dirsək sümüyü və mil sümüyü. Bu iki sümük dirsək və biləkdə oynaqlarla bağlanır. Qaleassi sınığı italyan cərrahı Rikkardo Qaleassinin (1866-1952) şərəfinə adlandırılıb. == Simptomları == Mil sümüyünün biləklə birqə zədələnməsinin yerində yumşaq toxumaların ağrısı və şişməsi qeyd olunur. Bu zədə rentgen müayinəsi ilə təsdiqlənir. Ön qolun zədələnməsi kompartman sindromu ilə əlaqəli ola bilər. Qabaq sümüklərarası sinirin (QSS) (palmar sümüklərarası sinir) iflici də ola bilər. Sırf motor siniri olan QSS median sinirin bir qoludur. QSS-nin zədələnməsi şəhadət barmağının iflicinə səbəb ola bilər ki, bu da baş barmaq və şəhadət barmağı arasında olan əlaqə mexanizminin itirilməsi ilə nəticələnir.
Şiniçi Morişita
Şiniçi Morişita (d. 28 dekabr 1960) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 28 oyun keçirib.
Şiniçi Moçizuki
Şiniçi Moçizuki (望月 新, 29 mart 1969-cu il, Tokio, Yaponiya) — Yaponiya riyaziyyatçısı. Saylar nəzəriyyəsi, cəbr həndəsəsi, Hoca nəzəriyyəsi sahələri ilə məşğul olur. == Təhsili == Eksteredə Fillips Akademiyasını bitirib. 16 yaşında Priston Universitetinə qəbul olunub, 22 yaşında fəlsəfə doktoru elmi adını alıb. 1992-ci ildə Kioto Universitetinə işə qəbul olunur və 2002-ci ildə professor vəızifəsinə seçilir. == Nəşrləri == Shinichi Mochizuki. Foundations of p-adic Teichmüller theory. http://books.google.com/books?id=JnMWs5BLTiEC Shinichi Mochizuki. Proceedings of the International Congress of Mathematicians, Vol. II (Berlin, 1998).
Qıyıqçı
Qıyıqçı — Azərbaycan Respublikasının Füzuli rayonunun Dövlətyarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Sindinq-Larsen-Yoxanson sınığı
Sindinq-Larsen-Yoxanson sınığı – diz qapağının aşağı qütbünün osteoxondriti, idman travması ilə bağlı.
Sığırçı durnalar
Sığırçı durnalar (lat. Aramidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sınıq körpü
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. == Tarixi == Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq xətt
Sınıq xətt A1A2, A2A3, ..., An-1An parçalarından ibarət olan A1A2...An fiquru adlanır. Belə ki, ixtiyari k ∈ {2, 3, ..., n-1} üçün Ak-1Ak və AkAk+1 parçaları, eləcə də A1 və An üst-üstə düşdükdə A1A2 və An-1An parçaları bir düz xətt üzərində olmasınlar. A1, A2, ..., An nöqtələri sınıq xəttin təpə nöqtələri, A1A2, A2A3, ..., An-1An parçaları isə sınıq xəttin tərəfləri adlanır. Sınıq xəttin birinci və sonuncu təpə nöqtələri üst-üstə düşərsə, o qapalı sınıq xətt adlanır. Sınıq xəttin tərəfləri bir-birini kəsə bilər.
Şinci
Şinci — ad.
Siniger nunatakı
Siniger nunatakı (bolq. нунатак Синигер, ‘Nunatak Siniger’ \'nu-na-tak si-'ni-ger\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 500 m hündürlüklü qaya nunatakıdır. Nunatak cənubi Bolqarıstanda yerləşən Siniger şəhərinin adını daşıyır. == Yerləşməsi == Siniger nunatakı 63°43′23″ c. e. 58°25′12″ q. u. koordinatlarında yerləşmişdir. Morava zirvəsindən 2.97 km şimal-şərqdə, Kanikula dağından 4.65 km şərqdə, Giqen zirvəsindən 3.85 km cənubda, Panhard nunatakından 6.54 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Şinkiçi Kikuçi
Şinkiçi Kikuçi (d. 12 aprel 1967) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Sınıq fənərlər küçəsi
Sınıq fənərlər küçəsi və ya Polislər (rus. "У́лицы разби́тых фонаре́й" , "Менты") , Polis məmurlarının gündəlik həyatından bəhs edən rus detektiv serialı. Televiziyada ilk dəfə 1998-ci ildə göstərilib. İlk seriyaları yazıçı Andrey Kivinovun əsərləri əsasında 1995-ci ildə çəkilib. Serial 16 mövsüm və 501 seriyadan ibarətdir. Hər seriya ayrı bir detektiv araşdırmadır. Rus televiziyası tarixində efir vaxtı baxımından ən uzun serialdır. == Tarixi == Serialın ilk 8 seriyası 1995-ci ildə, o vaxt Sankt-Peterburqun Kirovski rayon polis idarəsinin qəsdən törədilmiş qətllərin açılması şöbəsində işləyən Andrey Kivinovun əsərləri əsasında çəkilir. Televiziya serialının müştərisi əvvəlcə "RTR" kanalı olur. Lakin 1996-cı ilin yazında kanala gələn yeni rəhbərlik, serialın görunuş və səs keyfiyyətinin zəif olması səbəbinə görə onu göstərməkdən imtina edir.
Sınıq körpü (sərhəd)
Qırmızı Körpü və ya Sınıq körpü, (gürc. წითელი ხიდი, Tsiteli Khidi) — Qazax rayonunda Gürcüstan ilə sərhədə olan və Ehram çayı üzərindən keçən körpü. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad tikintidə istifadə olunmuş qırmızı daş üçün verilib. "Sınıq körpü" adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarından gəlir. Qırmızı körpü XII əsr Azərbaycan memarları tərəfindən salınmışdır. Körpün uzunluğu 175 m və 4 aşırımlarda ibarətdir: 26,1 — 8,0 — 16,1 — 8,2. Tağtavanlar 22x22x4 sm kərpiçlərdən yığılıb. İşlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 m. == Tarixi == Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpü Qırmızı körpüdür.
Sınıq körpü döyüşü
Sınıq körpü döyüşü — Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin və azərbaycanlı könüllü dəstələri ilə Sınıq körpü sərhəd məntəqəsinə hücum etmiş Gürcüstan Demokratik Respublikası hərbi qüvvələri arasında baş vermiş döyüş. == Səbəb == Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu qüvvələrinin sürətlə Bakıya doğru irəliləməsi bolşevik Rusiyasını təşvişə salmışdı. Rusiya ilə Almaniya arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsinə görə Cənubi Qafqaz Rusiyanın nüfuz dairəsi hesab edilirdi. Rusiya Osmanlı tərəfindən də imzalanmış müqavilənin Qafqaz İslam Ordusunun bura daxil olması ilə pozulduğunu iddia edirdi. Almaniya Rusiya ilə Bakı neftindən ona pay veriləcəyi barədə razılığa gəldikdən sonra, kəskin şəkildə neftə ehtiyac duyan, həmçinin də yenidən şərqdə ikinci cəbhənin açılmağını istəməyən Almaniya Osmanlını Bakının azad edilməsi fikrindən daşındıracağı öhdəliyini öz üzərinə götürdü. Almaniya imperiyası XİN rəhbərliyi Osmanlı hərbiyyə naziri Ənvər paşaya göstərdikləri diplomatik təzyiqlərin bir nəticə vermədiyini gördükdən sonra fəaliyyətlərini daha da artırmaq qərarına gəldilər. Belə ki, artıq bu zaman Gürcüstan Demokratik Respublikası Almaniyanın rəsmən protektoratlığına daxil olmuşdu. Beləliklə, Almaniya Osmanlı və Azərbaycan Xalq Cümhuriyyətinə göz dağı vermək üçün Gürcüstanı Azərbaycana hücum etməyə təhrik etdi. == Döyüş == Bakı Xalq Komissarları Soveti qoşunlarına qarşı gərgin döyüşlər aparan Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələri Gürcüstan tərəfindən hərbi müdaxilə gözləmirdilər. Nuru paşanın raportuna görə, iyulun 27-də Azərbaycanın qərb sərhədlərindən həyəcanlı xəbərlər gəldi.
Sınıq qəlb sindromu
Sınıq qəlb sindromu — əsasən stressli vəziyyətlər və həddindən artıq emosiyaların səbəb olduğu ürək xəstəliyi. Bu sindrom həm də ciddi fiziki xəstəlik, yaxud ağır əməliyyətdan sonra da yarana bilər. Sınıq qəlb sindromunda xəstələrdə ani ürək ağrıları ola bilir və bu, bəzən infakt ilə səhv salınır. Sınıq qəlb sindromu yalnızca ürəyin bir hissəsinə təsir edərək qan dövranını müvəqqəti olaraq pozur. == Səbəbləri == Qırıq qəlb sindromunun dəqiq səbəbləri bilinmir.
Sınıq tələb əyrisi
Sınıq tələb əyrisi oliqopoliya və inhisarçı rəqabətlə bağlı iqtisadi nəzəriyyə və oliqopoliya bazar modelidir. Sınıq tələb əyrisi oliqopol bazarda yapışqan qiymətlərin olma səbəbini izah edir. == Xüsusiyyətləri == Firmalar eyni böyüklükdədir. Bircins mallar istehsal edirlər. Firmalar digər firmaların qiymət yüksəltməsinə etinasız, qiymət azaltmasına isə həssasdır. Bütün firmalar eyni qiymətdə təklif edirlər. MR əyrisi kəsikdir. == Tarix == Bu nəzəriyyə 1939-cu ildə Paul Sweezy tərəfindən irəli sürülmüşdür. O "Demand Under Conditions of Oligopoly" (Oliqopol şərtlər altında tələb) nəşrində bunu izah etmişdir. == Nəzəriyyə == Klassik oliqopol bazar nəzəriyyəsinə görə bir əmtəənin qiyməti onun marjinal xərc və gəlirlərindən yüksək olur ( P > MR = MC ).
Sınıq pəncərə nəzəriyyəsi
Sındırılmış pəncərələr nəzəriyyəsi — kiçik qanun pozuntularının ümumi kriminogen vəziyyətin pisləşməsində indikator rolunu oynadığını araşdıran kriminoloji nəzəriyyə. 1982-ci ildə amerikalı sosioloqlar Ceyms Vilson və Corc Kellinq tərəfindən formalaşdırılıb. == Nəzəriyyə == Nəzəriyyə iddia edir ki, vandalizm, ictimai yerlərdə sərxoşluq, metroda maneənin üzərindən tullanmaq və s. kimi xırda qayda pozuntuları ümumilikdə cinayətlərə qarşı dözümsüzlük mühiti yaradır və daha böyük cinayətlərin həyata keçirilməsinə kömək edir. == Praktiki tətbiqi == Nəzəriyyə təcrübədə geniş tətbiqini tapmışdır — ilk öncə Nyu-Yorkda və ABŞ-nin digər şəhərlərində, həmçinin Avropada, CAR, İndoneziya və s. yerlərdə tətbiq olunmuşdur. 1994-cü ildə Nyu-York meri olan Rudolf Culiani və Nyu-York polisinin yeni komissarı Uilyam Bratton qraffiti, metrodan biletsiz istifadə, dilənçilik, rezin dəyənəklərlə dava və s. kimi xırda qanun pozuntularıyla mübarizə elan etmişlərdi. Bütün tənqidlərə baxmayaraq Culiani mübarizəsini davam etdirdi və nəticədə şəhərdə cinayətlərin sayı 2200-dən 1000-ə qədər endirildi. == Eksperimental yoxlanılması == Qroningen universitetinin (Niderland) sosioloqları tərəfindən bu nəzəriyyənin yoxlanılması üçün bir sıra təcrübələr keçirilmişdir.
Amelanchier sinica
Amelanchier sinica (lat. Amelanchier sinica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Blok siniri
== İstinadlar ==
Bud siniri
Bud siniri (lat. nervus femoralis) bel kələfiniə aid II və IV bel sinirlərinin (L2 və L4) liflərindən təşkil olunmuşdur. ¨Bud siniri — n. femoralis , ən uzun şaxə olub, qasıq bağının altından ( əzələ sahəsindən ) budun ön səthinə çıxaraq əzələ, oynaq və ön dəri şaxələrinə bölünür. Bunlardan əzələ şaxələri budun ön qrup əzələlərini, oynaq şaxələri bud — çanaq və diz oynaqlarını, ön dəri şaxələri isə budun ön içəri səthinin dərisini innervasiya edir. Bud sinirindən çıxan gizli sinir — n. saphenus , bu sinirin ən uzun şaxəsi olub , bud üçbucağında bud arteriyasından bayır tərəfdə yerləşir, üçbucağın zirvəsindən arteriya ilə birlikdə yaxınlaşdırıcı kanala daxil olur və onun ön dəliyindən xaric olaraq dərzi əzələsinin altında yerləşir. Sonra bu sinir budun ön və içəri qrup əzələlərinin arası ilə aşağı gedərək diz oynağı nahiyəsində diz oynağına, diz qapağına və baldırın ön səthinin yuxarı hissəsinə məxsus diz qapağıaltı şaxa — r. infrapatellaris, verir. Baldırda bu sinirin böyük gizli vena ilə yanaşı yerləşdiyi yerindən baldırın ön- içəri səthinin dərisinə məxsus baldırın içəri dəri şaxəsi — r.
Caragana sinica
Caragana sinica (lat. Caragana sinica) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Dirsək siniri
== İstinadlar ==
Emilia sinica
Emilia sonchifolia (lat. Emilia sonchifolia) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid bitki növü. == Sinonim == Cacalia sonchifolia Hort ex L. Crassocephalum sonchifolium (L.) Less. Emilia javanica (Burm.f.) C.B.Rob. Emilia marivelensis Elmer Emilia purpurea Cass. Emilia rigidula DC. Emilia sinica Miq. Emilia sonchifolia var. sonchifolia Gynura ecalyculata DC. Senecio sonchifolius (L.) Moench Senecio sonchifolius var. bogorensis Hochr. Senecio sonchifolius var.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görmə siniri
Görmə siniri (lat. nervus opticus) kəllə sinirlərindən II cütüdür. Duyğu üzvü siniridir, görmə qovuqcuğu sağından inkişaf edir; hissi sinir olduğu üçün iki növ nüvəyə malikdir. Başlanğıc nüvəsini göz almasının tor qişasında olan qanqlioz hüceyrələr təşkil edir. Uz nüvəsi üç ədəddir: bunlardan biri görmə qabarı balışında (lat. pulvinar) digəri (lat. nucleus corporis geniculati lateralis) bayır dizəbənzər cisimdə və üçüncü (lat. stratum griseum colliculi superioris) orta beyin qapağının (dördtəpənin) yuxarı təpəciyində yerləşir. Görmə siniri silindir şəklində olub görmə sinirləri çarpazından (lat. chiasma opticum) başlayır və görmə siniri kanalından göz yuvasına daxil olur; burada bir az önə doğru gedir və göz almasına çatdıqdan sonra onun dal qütbündən 4mm içəri tərəfə tor qişaya daxil olur və orada olan qanqlioz hüceyrələrdə qurtarır.
Mil siniri
== İstinadlar ==
Qamış siniri
== İstinadlar ==
Qarabaşaq sıyığı
Qarabaşaq sıyığı — Qarabaşaq sıyığından hazırlanan məşhur rus, belarus, ukrayn və polşa yeməyidir. == Hazırlanması == V.Poxlebkinə görə slavyan xalqlarında qarabaşaq da taxıllar qrupuna daxildir. Şirin və kəmşirin sıyıqlar üçün südə samalensk taxılı əlavə edilirdi. Ovulmuş hissəciklər əzilmiş sıyıqda istifadə edilir.Qarabaşaq sıyığı su və süd də hazırlanır. O adi yemək (bəzən, süd, kərə yağı, şəkər də əlavə edilir) ola bilər. Bəzən qarniyer kimi də istifadə edilir. Dietik yeməklər içərisində ön planda durur. == Tarixi == Poxlebkina görə qarabaşaq sıyığı rus mətbəxində ikinci növ milli yemək hesab edilir. Belə ki, xalq mahnılarında da hansı sıyıq olursa qarabaşaq sıyığı olmalıdır. O həmçinin rahat hazırlanma qaydasına görə də fərqlənir.
Qoxu siniri
Qoxu siniri-(lat. nervus olfactorius) kəllə sinirlərindən 1 cütü, xüsusi duyğu üzvü siniridir, qoxu beynindən (lat. rhinencephalon) inkişaf etmişdir; iki növ nüvəsi vardır. Başlanğıc nüvəsini burun boşluğunun qoxu hissəsini örtən qişadakı bipolyar (iki qütblü) qoxu reseptorları (hüceyrələri) təşkil edir; uc nüvəsi qoxu soğanağında yerləşir. Qoxu siniri hissidir, 15-20 ədəd qoxu lifləri - (lat. fila olfactoria) adlanan kiçik dəstələrdən təşkil olunmuşdur; (Əslində qoxu siniri burun boşluğunun qoxu hissəsini örtmüş selikli qişadakı bipolyar (ikiqütblü) qoxu hüceyrələrinin mərkəzi çıxıntılarından ibarətdir.) bunlar qoxu soğanağından başlayaraq xəlbir sümüyünün xəlbir səfhəsindəki dəliklərdən burun boşluğuna daxil olur. Burada bunlar əvvəlcə sümüküstlüyü və selikli qişa arası ilə gedir, sonra selikli qişaya daxil olub bir qismi yuxarı balıqqulağı sahəsindəki və digər qismi burun arakəsməsinin yuxarı hissəsindəki qoxu reseptorlarında tamam olur. Qoxu sinirləri reseptorların qəbul etdikləri qıcıqları beyinə daşıyır.
Quryevsk sıyığı
Quryevsk sıyığı-Manna yarmasının süd və çərəzlərlə qarışığından hazırlanır. Qaymaq, quru meyvələr də qatılır. == Tarixi == Rus mətbəxinin milli yeməyidir. XIX əsrdə ilk dəfə olaraq hazırlanıb. Qraf Dmitri Quryevin adından öz adını götürüb. Rusiya Federasiyasının Maliyyə Nazirinin adından götürüb. Onu ilk hazırlayan Zaxar Kuzminim idi ki, hansı ki, Quryevsk onun evində qonaq qalırdı.Sonra o Kuzmini öz sarayının aşbazı oldu.Bəzi fərziyyələrə görə isə Quryevsk özü bu sıyığın reseptini icad eləmişdir. == Haqqında == Bu sıyıq III Aleksandrın ən sevimli yeməyi idi. 1888-ci ildə imperatorun qatarı aşan zaman ona məhz bu desert təqdim edilirdi. Ofisant qaymağı tökən zaman qatar resysdən çıxmış və qaymaq tökülmüşdür.
Salvia sinica
Salvia sinica (lat. Salvia sinica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Stephania sinica
Çin stefaniyası (lat. Stephania sinica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.