Ulcay Qutluq Xatun
Ulcay Qutluq Xatun, Ölçey Qutluq, Olcay Qutluq və ya Ulcaki (ö. 14 mart 1297) — Elxanilər dövlətinin Borçigin sülaləsindən olan şahzadəsi, Əbu Səid Bahadur xanın əsas arvadı olmaqla birlikdə, Elxanilər imperiyasının imperatriçası.
Ulcayın atası Qazan xan tərəfindən qardaşı oğlu ilə evləndirilməsi Olcaytunun hakimiyyət iddiasını daha da gücləndirmiş, nəticədə Qazan xan hakimiyyətinin sonlarında həm qardaşı, həm də qudası Olcaytunu özünün varisi elan etdi.
Ulcay Qutluq Xatun 14 mart 1297-ci ildə Şehrabanda dünyaya gəlmişdir. O, Elxanilər dövlətinin hökmdarı Qazan xanın tək qızı idi. Anası Buluğan Xatun Muazzama Otman Noyonun qızı, Obetayın Noyonun nəvəsi və Konqratlar tayfasına məxsus idi. Buluğan Xatun ilə Qazan xan oktyabr 1295-ci ildə evlənmiş, bir qədər sonra isə hər ikisi də İslam dinini qəbul etmişdilər. Ulcayın özündən kiçik Alcu adında doğma qardaşı olsa da, o, azyaşlı ikən ölmüşdü.
17 sentyabr 1303-cü ildə Qazan Ulcayı Bistam ilə nişanladı. Bistam Qazan xanın özündən kiçik qardaşı Olcaytunun oğlu idi.