QIRQIRAMA
QIRLAMAQ
OBASTAN VİKİ
Qırqovul
Qırqovul (lat. Phasianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Adi qırqovul (P. colchicus) Yapon qırqovulu (P. versicolor) Azərbaycanda yayılan yaşlı fərdlərin qanadının uzunluğu 22–25 sm, kütləsi 0,8–1,3 kq-dır. Quyruğu uzun, ucuna tərəf tədricən nazikləşir. Lələk örtüyü erkəklərdə yaşıl, qırmızı, narıncı, qarışıq əlvan və metal parlaqlı, dişilərdə az parlaq bozumtul rəngdədir. Dimdiyi möhkəm olub üst hissəsi aşağıya doğru bir az əyridir; qanadı qısa və enlidir. Ön Qafqaz, Şimali Qafqaz, Volqa çayının deltası, Orta və Mərkəzi Asiyadan tutmuş Primorye və Cənub-Şərqi Çinə qədər yayılmışdır. 30-a yaxın coğrafi forması var. Azərbaycanda düzənliklərdən dağətəklərinə qədər əlverişli yerlərdə: su hövzələrinə yaxın meşələrdə, kolluqlarda, mədəni landşaftlarda yaşayır. Yerdə düzəltdiyi yuvaya 8–18 yumurta qoyur.
Adi qırqovul
Adi qırqovul (lat. Phasianus colchicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinə aid heyvan növü. Azərbaycanda Qafqaz qırqovulu qrupundan 3 yarımnöv yayılmışdır. == Yarımnövləri == Phasianus colchicus alashanicus Alpheraky & Bianchi, 1908 Phasianus colchicus bergii Phasianus colchicus bianchii Buturlin, 1904 Phasianus colchicus chrysomelas Severtzov, 1875 Phasianus colchicus colchicus Linnaeus, 1758 — Cənubi Qafqaz qırqovulu Phasianus colchicus decollatus Swinhoe, 1870 Phasianus colchicus edzinensis Sushkin, 1926 Phasianus colchicus elegans Elliot, 1870 Phasianus colchicus europaeus Phasianus colchicus formosanus Elliot, 1870 Phasianus colchicus hagenbecki Rothschild, 1901 Phasianus colchicus karpowi Buturlin, 1904 Phasianus colchicus kiangsuensis Buturlin, 1904 Phasianus colchicus mongolicus Brandt, 1844 — Mancuriya Phasianus colchicus pallasi Rothschild, 1903 — Uzaq Şərq və ya Ussuriya Phasianus colchicus persicus Severtzov, 1875 Phasianus colchicus principalis P. L. Sclater, 1885 Phasianus colchicus rothschildi La Touche, 1922 Phasianus colchicus satschuensis Pleske, 1892 Phasianus colchicus septentrionalis Lorenz, 1888 — Şimali Qafqaz qırqovulu Phasianus colchicus shawii Elliot, 1870 Phasianus colchicus sohokhotensis Buturlin, 1908 Phasianus colchicus strauchi Prjevalsky, 1876 Phasianus colchicus suehschanensis Bianchi, 1906 Phasianus colchicus takatsukasae Delacour, 1927 Phasianus colchicus talischensis Lorenz, 1888 - Talış qırqovulu. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.
Almaz qırqovulu
Almaz qırqovulu (lat. Chrysolophus amherstiae) — qırqovullar fəsiləsinə aid quş növü. Vətəni Şərqi Asiyadır. 1828-ci ildə İngiltərəyə gətirilərək iqlimə uyğunlaşdırılmışdır və hazırda burada da təbiətdə yaşayırlar. Erkək fərdləri dünyanın ən gözəl quşlarından hesab biridir. Parıldayan göy və yaşıl lələkləri qara, ağ, qırmızı və sarı rənglərə münasib biçimdə qarışmışdır. Ağ-qara zolaqlı quyruğu qırqovulun bədənindən uzundur. Dişi fərdləri erkəkdən fərqli olaraq o qədər də rəngarəng deyil. == Ədəbiyyat == Briggs, M.; Briggs, P. (2009). The Natural History of the British Isles.
Qafqaz qırqovulu
Qafqaz qırqovulu (lat. Phasianus colchicus colchicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinin adi qırqovul növünə aid heyvan yarımnövü. Qafqaz qırqovuluna adından da göründüyü kimi Qafqaz ölkələrində və İranda rast gəlinir. Əslində Qafqaz qırqovulu dedikdə özündə 4 yarımnövü cəmləşdirən [colchicus] qrupu nəzərdə tutulur. Bu qrupun (Qafqaz qırqovulu) digər yarımnövlərdən başlıca fərqi erkəklərinin boğazında ağ halqanın olmaması və daha tünd rənglərə sahib olmasıdır. Nadirdir. (II-EN). Təhlükə altındadır. Azərbaycan faunasında cinsin 1 növünə daxil olan 3 yarımnöv yayılmışdır: Cənubi Qafqaz qırqovulu (lat. P.c.colchicus), Şimalı Qafqaz qırqovulu (lat.
Qırqovulkimilər
Qırqovullar (lat. Phasianidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə aid növlər geniş yayılmışdır. Bir neçə daha kiçik müstəqil yarımfəsilələrə bölünür. Buna qohum olan tetrakimilər fəsiləsindən fərqli olaraq, qırqovulkimilərin pəncə lüləsi çılpaqdır. Dimdiyi möhkəm olub üst hissəsi aşağıya doğru bir az əyri, qanadı qısa və enlidir. Erkəkləri iri, ayağında mahmız və çoxunun rəngi əlvan olur. Fəsiləyə 50-dən artıq cins və 180-ə yaxın növ aiddir. Avropa, Asiya, Amerika (soyuq qurşaqlar müstəsna olmaqla) və Afrikada vardır. Azərbaycanda 7 növü — bildirçin, xınalı kəklik, turac, Qafqaz uları, Xəzər uları (fır kəklik), boz kəklik (çil) və qırqovul yayılmışdır.
Qırqovullar
Qırqovullar (lat. Phasianidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə aid növlər geniş yayılmışdır. Bir neçə daha kiçik müstəqil yarımfəsilələrə bölünür. Buna qohum olan tetrakimilər fəsiləsindən fərqli olaraq, qırqovulkimilərin pəncə lüləsi çılpaqdır. Dimdiyi möhkəm olub üst hissəsi aşağıya doğru bir az əyri, qanadı qısa və enlidir. Erkəkləri iri, ayağında mahmız və çoxunun rəngi əlvan olur. Fəsiləyə 50-dən artıq cins və 180-ə yaxın növ aiddir. Avropa, Asiya, Amerika (soyuq qurşaqlar müstəsna olmaqla) və Afrikada vardır. Azərbaycanda 7 növü — bildirçin, xınalı kəklik, turac, Qafqaz uları, Xəzər uları (fır kəklik), boz kəklik (çil) və qırqovul yayılmışdır.
Qırqovullar (yarımfəsilə)
Qırqovullar (lat. Phasianinae) — qırqovullar dəstəsinə aid quş yarımfəsiləsi. Yarımfəsilənin 12 cinsinə aid növlər geniş yayılmışdır.
Talış qırqovulu
Talış qırqovulu (lat. Phasianus colchicus talischensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin qırqovul cinsinin adi qırqovul növünə aid heyvan yarımnövü. Nadirdir. Kritik vəziyyətdədir (CR). Xüsusi mühafizə tədbirləri görülməsə nəsli kəsilə bilər. Quyruğu uzundur. Erkəyi çox parlaq rəngdədir və çinədanını örtən lələklərin ucu oyuqdur, onun rəngli haşiyəsi Zaqafqaziya qırqovuluna nisbətən dardır. Dişisi boz-şabalıdı rəngdə olub, üzərində tünd ləkələr vardır. Erkəyinin oxuması 5-6 aylıq ev xoruzunun banlamasını xatırladır. XX əsrin 50-ci illərinə qədər Lənkəran ovalığında, Salyan düzənliyində və Talış dağlarının ətəklərində yayılması göstərilib.

Значение слова в других словарях