QIRQOVULKİMİLƏR

сущ. зоол. фазановые ( сем. птиц отряда куриных, к которому относятся фазан, цесарка и др. )
QIRQOVULÇULUQ
QIRQOVULLU
OBASTAN VİKİ
Qırqovulkimilər
Qırqovullar (lat. Phasianidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinə aid heyvan fəsiləsi. Fəsiləyə aid növlər geniş yayılmışdır. Bir neçə daha kiçik müstəqil yarımfəsilələrə bölünür. Buna qohum olan tetrakimilər fəsiləsindən fərqli olaraq, qırqovulkimilərin pəncə lüləsi çılpaqdır. Dimdiyi möhkəm olub üst hissəsi aşağıya doğru bir az əyri, qanadı qısa və enlidir. Erkəkləri iri, ayağında mahmız və çoxunun rəngi əlvan olur. Fəsiləyə 50-dən artıq cins və 180-ə yaxın növ aiddir. Avropa, Asiya, Amerika (soyuq qurşaqlar müstəsna olmaqla) və Afrikada vardır. Azərbaycanda 7 növü — bildirçin, xınalı kəklik, turac, Qafqaz uları, Xəzər uları (fır kəklik), boz kəklik (çil) və qırqovul yayılmışdır.

Digər lüğətlərdə