QIFVARI
QIĞILCIM
OBASTAN VİKİ
Ağ-qırmızı Qığılcımlar
Ağ-qırmızı Qığılcımlar (pol. Biało-Czerwone Iskry) Polşa Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1969-cu ildə qurulmuşdur. Uçuşlar üçün PZL TS-11 Iskra təyyarələri istifadə olunurdu. 2022-ci ildə komanda son aviauçuşunu həyata keçirdi.
Buynuzabənzər qığırdaq
Buynuzabənzər qığırdaq (lat. cartilagines corniculata) == Mənbələr == Prof.
Həyat qığılcımı
Həyat qığılcımı (alm. Der Funke Leben) — Erix Mariya Remarkın 1952-ci ildə nəşr edilmiş romanı. Əsər Remarkın 1943-cü ildə nasistlər tərəfindən başı kəsilmiş bacısı Elfridə həsr edilmişdir. Hadisələr uyğurulmuş Mellern şəhərində yerləşən konslagerdə baş verir. Həqiqətdə belə bir düşərgə olmamışdır, lakin onun təsviri zamanı Remark Buhenvalda dair məlumatlardan istidafə etmişdir. Mellern şəhərini isə özünün doğma şəhəri olan Osnabrük kimi təsvir etmişdir. Remark özü heç vaxt konslagerdə olmamışdır. Lakin romanda rəsmi hesablardan və şahidlərin ifadələrindən istifadə etmişdir. Əsərin konsepsiyası 1944-cü ildən hazır olsa da, o, işlərə 1946-ci ildə - bacısının cəzalandırılmasına dair məlumat əldə etdikdən sonra başlamışdır. Beş illik fəaliyyətindən sonra Remark başa düşür ki, o, bu mövzular üzrə həmin dövr üçün Almaniyada qüvvədən olan prinsipləri pozmuşdur.
Mavi Qığılcım
Mavi İmpuls (ブルーインパルス, Buru İnparusu) — Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1960-cı ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd F-86 Sabre təyyarəsi istifadə olunurdu. 1995-ci ildən etibarən aviaşoular üçün Kawasaki T-4 təyyarələri istifadə olunur. == Tarixi == Yaponiyaya məxsus ilk aerobatika komandası qeyri-rəsmi olaraq 1958-ci ildə yaradılmışdır. Həmin komanda dörd nümayişdən sonra dağıldı. 1959-cu ildə ABŞ aerobatika komandası olan Thunderbirds-in Yaponiyaya ziyarətindən sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin komandirləri öz aerobatika komandalarını yaratmaq üçün ilhamlandı. 1960-cı ildə yeni komanda yarandı. Hansı ki, 1958-ci ildə yaranmış komandadan 3 pilot orada iştirak edirdi. Komananın ilk nümayişi 1960-cı il 4 mart tarixində baş tutudu.
Pazabənzər qığırdaq
Pazabənzər qığırdaq (lat. cartilago cuneiformis, cartilago cuneiformis Wriesbergi — BNA) — kiçik və paz şəklində olub selikli qişadan əmələ gəlmişdir, çalov-qırtlaq qapağı büküşündə (lat. plica aryepiglottica) yerləşmişdir. == Mənbələr == Prof.
Qalxanabənzər qığırdaq
Qalxanabənzər qığırdaq (lat. cartilago thyroidea) == Mənbələr == Prof.
Qığılcım
Qığılcım — elektrik boşalmaları zamanı müəyyən istiqamətdə yüksək dərəcədə isinmiş və sıxlaşmış havadır və kifayət qədər yüksək elektrik sahəsində tez-tez qaz qarışıqları vasitəsilə ionlaşmış, elektrik keçirici bir kanal yaratdıqda meydana gəlir. Maykl Faradey bu fenomeni "ümumi elektrik enerjisinin axıdılmasına qatılan gözəl işıq parlaması" kimi izah etmişdi. == Xarici keçidlər == Szikrakisülés (1)...(4) Electric spark (1)...(4). Videos on the portal FizKapu (mac.).
Qığırdaq toxuması
Toxuma sözü yunanca histos, latınca isə tela adlanır. Toxuma mənşə və quruluş oxşarlığına malik olan müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrələrarası maddələr qurupuna deyilir. Əsas toxumalar epiteli, sinir, birləşdirici və əzələ toxumaları olaraq 4 qrupa ayrılır. Bu həm insanda həm də heyvanlarada qəbul olunan 4 toxuma növüdür. Birləşdirici toxuma orqanizidə geniş yayılmış toxuma növüdür. Bu toxumanı daxili mühit toxumsıda adlandlırırlar. birləşdirici toxuma 4 əsas qrupa bölünür: Əsl birləşdirici toxuma Sümük toxması Qan və limfa Qığırdaq toxumasıQığrdaq toxuması heyvani bir toxuma olub bədəndə birləşdirici toxumanın mexaniki vəzifə görən növlərinə aid edilir. Bu toxuma sümük toxumasıdan fərqli olaraq daha yumuşaqdır. Qığırdaq toxuması fərqləndirən əsas xüsusiyyətlərdən biri də onda hüceyrələr arası maddənin daha yaxşı inkişaf etməsi və sıxılmasıdır. Qığırdaq toxumasını fərqləndirən digər xüsusiyyətlərdən biri də onda qan damarları, limfa və sinir siseminin olmamasıdır.
Qığırdaqlı balıqlar
Qığırdaqlı balıqlar (lat. Chondrichthyes) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Ümumi xarakteristika == Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfinin nümayəndələri, əsasən, dəniz və okeanlarda, bəzi növləri şirin sularda yaşayır. Bu sinfə 730 növ balıq aiddir. Sinif 2 alt sinfə - Yastıqəlsəməlilər (Elasmobranchii) və Bütövbaşlılara (Holocephali) bölünür.Ən tanınmış nümayəndələri köpəkbalıqları və skatlardır. == Daxili və xarici quruluşu == Qığırdaqlı balıqların uzunluğu bir neçə sm-dən başlayaraq 20 metrə kimi olur. Onların xarakterik xüsusiyyəti skeletin qığırdaqdan ibarət olması, dişcikli pulcuqlarla örtülmüş dəri örtüyü, dişlərin emal qatı ilə örtülməsi, 5-7 cüt xarici qəlsəmə dəliyinin olması, üzmə qovuğunun olmamasıdır. Qığırdaqlı balıqlar üçün eninə ağız və mürəkkəb quruluşlu beyin xarakterikdir. Bəzi balıqlar elektrik orqanlara (bizquyruq skat), bəziləri isə zəhərli vəzilərə (dəniz tülküsü) malikdir. Bu balıqlar, əsasən, (skatlar istisna olmaqla) kürü tökməklə çoxalır.
Qığırdaqlı balıqlar (Chondrichthyes)
Qığırdaqlı qanoidlər
Chondrostei (lat. Chondrostei) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan yarımsinfi. 4 dəstəni özündə birləşdirir: Çoxüzgəclikimilər (Polypteriformes), Amiekimilər (Amiiformes), Zirehlikimilər (Lepisosteiformes), Nərəkimilər (Acipenseriformes).
Qığızıstanda nəqliyyat
Qığızıstanda nəqliyyat— Bütün əsas nəqliyyat növləri təmsil olunur: hava, dəmir yolu, avtomobil yolu, boru kəməri. İssık-Kul gölündə naviqasiya mövcuddur. == Dəmir yolu nəqliyyatı == 2006-cı ildə Qırğızıstanın dəmir yollarının uzunluğu 470 km idi. 2012-ci ildə cəmi 424 km qalır. Dəmir yolu nəqliyyatı yük dövriyyəsinin təxminən 3% -ni təşkil edir. 2000-ci illərin əvvəllərinə görə dəmiryolu ehtiyatlarının pisləşmə dərəcəsi yüksək olaraq qalırdı. 2500 yük, 450 sərnişin vaqonu və 50 lokomotivi var idi. Dəmiryolunun istismarı Qırğızıstan Temir Yolu dövlət şirkəti tərəfindən həyata keçirilir. Ölkənin dəmir yolu şəbəkəsi bir çox dalanlardan barətdir. Ayrı-ayrı xətlər ölkənin şimalını Qazaxıstan və ölkənin cənub bölgələrini Özbəkistanın dəmir yolu şəbəkəsi ilə birləşdirir.
Çalovabənzər qığırdaq
Calovabənzər qığırdaq (lat. cartilago arytenoidea) == Mənbələr == Prof.
Üzüyəbənzər qığırdaq
Üzüyəbənzər qığırdaq (lat. cartilago cricoidea) == Həmçinin bax == Sellick manevri == Mənbələr == Prof.
Qabırğa qığırdaqları
Qabırğa qığırdaqları — qabırğaları irəli uzatmağa kömək edən və toraksın (döş qəfəsi) divarlarının elastikliyinə kömək edən hialin qığırdaq toxumaları. Qabırğa qığırdaqları yalnız qabırğaların ön uclarında yerləşir və medial uzanma təmin edir. == 1-12 qabırğaların fərqləri == İlk 7 cütü sternum (sinə sümüyü) ilə bağlıdır, sonrakı 3-ün hər biri qabaqki qabırğanın qığırdağının aşağı sərhədi ilə birləşdirilir, son 2-si qarın divarında bitən uclu ətraflara malikdir.Qabırğalar kimi qabırğa qığırdaqları da uzunluğu, eni və istiqaməti ilə fərqlənir. Onların uzunluğu 1-7-yə qədər artır, sonra tədricən 12-yə qədər azalır. Qabırğa qığırdaqlarının eni, eləcə də aralarındakı boşluqların eni birincidən sonuncuya qədər azalır. Qabırğa qığırdaqları qabırğalara yapışma yerlərində genişdirlər və bütün eni eyni olan ilk 2-si və kənarlarının təmasda olduğu yerlərdə böyüdülmüş 6-cı, 7-ci və 8-ci istisna olmaqla, döş sümüyü ətraflarına doğru daralır. İstiqamətinə görə də fərqlənirlər: 1-si sternuma doğru bir qədər aşağı enir, 2-si üfüqi, 3-sü bir qədər yüksəlir, qalanları isə bucaq şəklindədir. == Strukturu == Hər bir qabırğa qığırdağının 2 səthi, 2 haşiyəsi və 2 ucu var. === Səthləri === Ön səth qabarıqdır, irəli və yuxarıya baxır: 1-si kostoklavikulyar bağa və körpücükaltı əzələyə yapışır. İlk 6 və ya 7 sternum uclarında, döş əzələsinin əsas əzələsinə qədərdir.

Значение слова в других словарях

бисексуа́лка кав... отбавле́ние патрона́жество торго́во-промы́шленный уши́вка ую́тненький ю́ношествовать голодра́нка горо́х заво́зный апорт feverishly klieg maleficate overwork raggery steam up synteny unvexed upset замаяться камбала котиковый приглядеть