Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məfrəş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Süfrə aksesuarları
Süfrə alətləri — insanların yemək yeyərkən istifadə etdikləri qaşıq, çəngəl, bıçaq və s. nəsnələr. Düşünülür ki, bacarıqlı insanlara ilk alətlər kimi onun əlləri deyil, sümükdən və daşdan hazırlanmış bıçaqları kömək etdi. Min illər boyunca bıçaq silah kimi istifadə edilirdi, Xüsusən ovçuluq və müxtəlif işlərlə məşğul olarkən bıçaq mühüm rol oynayırdı. Lakin 5000 il sonra spesefik formada olan və süfrədə istifadəsi yararlı sayılan bıçaqlar yarandı. Orta əsrlərə kimi bütün insanlar müəyyən yerlərə gedərkən öz bıçaqlarınəı özləri ilə birlikdə aparırdılar. Həmin bıçaqlar yalnız yemək zamanı deyil, eyni zamanda iş prosesində də istifadə edilirdi. XV – XVI əsrlərdə məşhur şəxslərin evlərində bahalı bıçaqlar meydana gəlməyə başladı. Bu bıçaqlar qızıldan hazırlanırdı və qulp hissələri bahalı ağaclardan düzəldilirdi. Vaxtın keçməsi ilə bıçaqların yalnız materiallarında dəyişikliklər oldu.
Zəki Mürən
Zəki Mürən (türk. Zeki Müren; 6 dekabr 1931[…], Bursa – 24 sentyabr 1996[…], İzmir[…]) — Türkiyə müğənnisi. Zəki Mürən 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gəlib. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zeki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-cu ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi.
Muarem Muarem
Muarem Muarem (22 oktyabr 1988, Skopye) — makedoniyalı futbolçu. "Qarabağ" futbol klubunun oyunçusudur. Muarem Makedoniyada doğulsa da, əslən türkdür. Muarem Muarem 3 dəfə 17 yaşlılar, 3 dəfə 19 yaşlılar, 3 dəfə isə 21 yaşlılardan ibarət milli komandanın heyətində çıxış edib. 21 yaşadək futbolçulardan ibarət komandanın heyətində 4 dəfə fərqlənib. O, əas milli komandada 7 oyun keçirib və qol vurmayıb.
Səhhət və Mərəz
"Səhhət və Mərəz" — farsca və nəsrlə yazılmış alleqorik əsər. "Səhhət və Mərəz" əsərində Füzuli öz dövrünün tibbi görüşlərini qələmə almış və elmi əsərləri bədii şəkildə verməyin qiymətli nümunəsini yaratmışdır. Füzuli "Səhhət və Mərəz" əsərində dövrünün tibbi görüşlərini qələmə almış və elmi əsərləri bədii şəkildə verməyin gözəl nümunəsini yaratmışdır. Əsərdən aydın olur ki, şair ruhun varlığına inanır, onun Lahut aləmində yaşayıb Cəbərut aləmindən Nasut aləminə, yəni dünyaya gəldiyini və burada İnsan bədəni ilə birləşdiyini söyləməklə bərabər, ayrı-ayrı bədən üzvlərinin vəzifələrini və bunların arasındakı əlaqənin İnsan məzacı vasitəsilə yarandığını və bu ahəngdarlıqdan səhhət yarandığını göstərdiyi kimi, bədən üzvləri arasındakı ziddiyyətlərdən doğan xəstəliklər və bunlarla mübarizə üsullarından da bəhs edir. Əsərin ikinci hissəsi İnsanın xarici görünüşünün təsvirinə həsr olunmuşdur. Əgər daxili üzvlərdən beyin bir qala adlanıb – sevinc, kədər, qorxu, cəsarət, eşq, məhəbbət, hüsn və s. onunla bağlanırdısa, bu hissədə zahiri üzvlər təsvir edilir. Bu da maraqlıdır ki, həmin üzvlərin təsvirində Füzuli poeziyasında İnsan gözəlliyinin tərənnümünə xidmət edən poetik vasitələrdən geniş istifadə olunmuşdur. Burada təriqət terminlərinə xeyli yer verilməsinə baxmayaraq, əsas diqqət şəriət məsələləri üzərində cəmlənmişdir. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır.
Kufrə
Kufrə Liviyanın Kirenaika ərazisində şəhər. Xüsusilə təcrid olunmuş bir ərazidə yerləşir, yalnız Saxara səhrasının ortasında olduğu üçün deyil, həm də üç tərəfdən çöllərin şərq-qərb quru nəqliyyatında keçidini üstün edən depressiyalarla əhatə olunduğu üçündür. Müstəmləkəçi italyanlar üçün bu, İtaliyanın Şərqi Afrikasına şimal-cənub hava yolunda bir stansiya kimi də vacib idi. Bu amillər, Kufrənin Liviyanın cənub-şərqi Kirenaika bölgəsinə hakim olması ilə birlikdə, vahidin strateji əhəmiyyətini və II Dünya Müharibəsi əsnasında qarşıdurma nöqtəsi olduğunu vurğuladı.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Adolfo Suarez
Adolfo Suárez (25 sentyabr 1932-ci il - 23 mart 2014-cü il) — ispan dövlət xadimi.
Bill Mürrey
Bill Mürrey (ing. William James Murray; doğ. 21 sentyabr 1950) — amerika akyoru, «Qızıl Qlobus» BAFTA mükafatları laureatı. == Həyatı == Bill Mürrey 1950-ci il sentyabrın 21-də ABŞ-nin İllinoys ştatında anadan olub. Əslən irlandiyalı, katolik idilər. Yezuit məktəbində oxumuşdu. Mürrey "Qızıl qlobus" və "BAFTA" mükafatları laureatıdır. Mürreyi məşhurlaşdıran "Kabus ovçuları", "Tərcümənin çətinlikləri", "Sınmış çiçəklər" kimi filmlərdir. Amerikalı yazıçı Denni Rubinin hekayəsinin motivləri əsasında 1993-cü ildə rejissor Harold Remisin çəkdiyi fantastik komediya olan "Marmot günü" filmində baş rolları Bill Mürrey və Endi Makdauell oynamışdılar.
Brendan Murrey
Brendan Mürrey (ing. Brendan Murray; d. 16 noyabr 1996, Qoluey, İrlandiya) — İrlandiya müğənnisi. O, İrlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === 2014-2016: Hometown qrupu === 2014-cü ildə Brendan Mürrey yeni yaradılmış İrlandiyalı Hometown musiqi qrupuna üzv seçilmişdir. Üzvü olduğu qrupun İrlandiyada üç mahnısı hitə çevrilmişdir. Onların 2015-ci ilin noyabr ayında işıq üzü görən debüt albomu İrlandiya albom siyahılarında ilk beşliyə yüksəlmişdir. 2016-cı ilin dekabr ayında isə qrup qeyri-müəyyən müddətə fasiləyə ayrıldığını elan etmişdir. === 2017-indiki zaman: Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ilin dekabr ayında İrlandiyanın RTE telekanalı Brendan Mürreyin İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Müğənninin Avroviziyada ifa edəcəyi mahnı olan "Dying To Try" 2017-ci ilin mart ayında təqdim edilmişdir.
Cozef Mürrey
Cozef Edvard Mürrey (ing. Joseph Edward Murray, [mɜ'riː]; 1 aprel 1919[…] – 26 noyabr 2012[…], Boston) — Amerikalı cərrah-transplantoloq, ilk böyrək nəqli əməliyyatı keçirmişdir. 1990-cı ildə Edvard Tomas ilə birlikdə "xəstəliklərin müalicəsində orqan və hüceyrə nəqli ilə bağlı kəşflərinə görə" Tibb üzrə Nobel Mükafatını aldı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (1993), Papa Elmlər Akademiyasının üzvü (1996). == Bioqrafiyası == Cozef Mürrey 1 aprel 1919-cu ildə Milfordda anadan olub. Uşaqlıq və gənclik illərində Mürrey bir çox idmanla məşğul olurdu (Amerika futbolu, hokkey, beysbol). Müqəddəs Xaç Kollecinə yazıldıqda və beysbol oyunçusu olmağa hazırlaşanda laboratoriya hərəkətlərinin məşqlə üst-üstə düşdüyü ortaya çıxdı. Nəticədə beysboldan imtina etmək məcburiyyətində qaldı. Kolleci bitirdikdən sonra Mürrey Harvard Universiteti Tibb Məktəbində tibb təhsili aldı, sonra hərbi xidmətə başladı və Pensilvaniyadaki Valey Forqe Ordu Xəstəxanasında cərrahiyyə təhsili aldı. 1990-cı ildən bəri, Cozef Edvard Mürrey Papa Elmlər Akademiyasının üzvüdür.
Denis Suarez
Denis Suarez (6 yanvar 1994, Salseda de Kaselas[d], İspaniya) — Yarımmüdafiəçi.
Francisco Suárez
Doktor Eximius (Granada; 5 yanvar 1548, Qranada – 25 sentyabr 1617[…], Lissabon) kimi tanınan Francisco Suárez de Toledo Vázquez de Utiel y González de la Torre — ispan Cizvit ilahiyyatçısı, filosofu və hüquqşünası. O, ən yaxşı sxolastiklərdən biri hesab olunurdu.
Fransisko Suarez
Doktor Eximius (Granada; 5 yanvar 1548, Qranada – 25 sentyabr 1617[…], Lissabon) kimi tanınan Francisco Suárez de Toledo Vázquez de Utiel y González de la Torre — ispan Cizvit ilahiyyatçısı, filosofu və hüquqşünası. O, ən yaxşı sxolastiklərdən biri hesab olunurdu.
Luis Suarez
Luis Alberto Suarez Diaz (24 yanvar 1987[…], Salto) — Uruqvaylı futbolçu. Amerikanın "İnter Miami" klubunda çıxış edir == Klub karyerası == === Nasyonal === Peşəkar futbolçu kimi karyerasını Uruqvayda Nasyonal FK klubunda başlayıb. 2005–2006-cı il mövsümündə Uruqvay çempionluğunu qazanıb. Bu klubda 27 oyunda meydana çıxıb və 10 qol vurub. === Groningen === 1 iyul 2006 tarixində, Groningen Suarezin azad agent olaraq transfer etdi. Suárez, 2006–07 mövsümündə 29 matça çıxdı və 10 qol vurdu. Groningen forması ilə ilk matçına 20 avqust 2006-cı ildə, Feyenoord matçında forma geydi. Maç 3–0 qalibiyyət ilə nəticələndi. Groningen adına ilk qolu isə 1 oktyabr 2006 tarixində, Vitesse qarşısında 2 qol vuraraq qeyd etdi. Maç 4–3 qalibiyyət ilə nəticələndi.
Miçaela Suarez
Miçaela Belen Suarez (28 yanvar 2000-ci ildə anadan olub) — Argentinanı təmsil edən qadın badmintonçu.
Murrey çayı
Murrey (ing. Murray) — Avstraliyanın ən uzun çayıdır. Darlinq çayı ilə birlikdə dünyanın ən uzun çay sistemlərindən birini əmələ gətirir. Çay hövzəsinin sahəsi 1000000 km² təşkil edir. Viktoriya (ştat) və Yeni Cənubi Uels ştatları ərazisindən axır. Öz başlanğıcını Avstraliya Alpından götürür. Keçmişdə çay dəfələrlə məcrasını dəyişmişdir. İrriqasiyaya cəlb edilməsi naviqasiyaya imkan vermir. Sahillərində çoxlu sayda dovşanın yayılması böyük erroziyaya səbəb olmuşdur. Əsas qolları: Darlinq, Marrambici, Laxlan, Qolborn çayə, Kampaspe, Loddon.
Murrey şamı
Şimali Amerika nın şimal-qərbində bitir. Hündürlüyü 25 m-ə qədər olan, düz, piramida çətirli ağacdır. Gövdəsi nazik, açıq-qonur rəngli, hamardır, diametri 40 sm-dir. Açıq yaşıl rəngli, uzunluğu 5-7 sm olan iynəyarpaqları cüt-cüt yerləşən cod, çox vaxt burulmuş formalıdır. 4-5 il yaşayır. Qozaları qonur və ya qırmızı-qonur rəngli, uzunsov-yumurtavarı formalıdır, uzunluğu 6 sm-dir. Zoğa yapışıb, budaqlarda 10 ilə qədər qalır. Alt budaqları tez məhv olur, ancaq ağacda uzun müddət qalır. Qışda ağacın sıx çətiri çoxlu qarı uzun müddət üzərində saxladığına görə, qar əriyən vaxt ağırlıq nəticəsində ağacların kökündən qopmasına səbəb olur. Soyuğa və kölgəyə davamlıdır, tez böyüyür, torpağa az tələbkardır, ancaq rütubətli tropaqlarda yaxşı inkişaf edir.
Mürrey Rotbard
Mürrey Nyyuton Rotbard (ing. Murray Newton Rothbard; 2 mart 1926, Nyu-York, Nyu-York ştatı, ABŞ – 7 yanvar 1995, Nyu-York, ABŞ[…]) — amerikalı siyasi filosof, iqtisadçı, Avstriya iqtisadi nəzəriyyə məktəbinin nümayəndəsi və tarixçi,, əsərləri və şəxsi təsir müasir libertarizmin inkişafında böyük rol oynamışdır Rotbard anarxo-kapitalizm və libertarianizmin qurucusu və aparıcı nəzəriyyəçisi, tarixi revizionizmin qatı tərəfdarı və XX əsrdə amerikalı libertarist hərəkatın mərkəzi simalarından biri idi. Siyasi nəzəriyyə, revizionist tarix, iqtisadiyyat və digər mövzularda iyirmi kitab yazmışdır. Rotbard, "korporativ dövlət inhisar sistemi" tərəfindən göstərilən bütün xidmətlərin özəl sektor tərəfindən daha təsirli bir şəkildə təmin edilə biləcəyini müdafiə edərək, dövlətin "sistemləşdirilmiş və genişmiqyaslı bir soyğunçuluq təşkilatı" olduğunu yazdı. Fraksiya ehtiyat bankçılığını bir saxtakarlıq növü adlandırdı və mərkəzi bankçılığa qarşı çıxdı. Rotbard, digər xalqların işlərinə hərbi, siyasi və iqtisadi müdaxiləyə qəti şəkildə qarşı çıxır. Müdafiəçisi Hans-Hermann Hoppe görə, "Rotbard olmasa burada danışılacaq bir anarxo-kapitalist hərəkatı olmazdı." Rotbardın valideynləri, sırasıyla Polşa və Rusiyadan ABŞ-yə gələn yəhudi mühacirləri David və Rey Rotbard idi. David kimyaçı idi. Mürrey Nyu-Yorkda yerləşən Borç Uoten şəxsi məktəbində oxuyurdu. Daha sonra Bronksda iştirak etdiyi "alçaldıcı və bərabərlikli dövlət məktəbi sistemindən" Borç Uoten məktəbini seçdiyini söylədi.
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Muraz Cabbarov
Muraz Gülməmmədov
Muraz Məhərli
Muraz Ələkbərov
Mureş (judets)
Mureş judetsi (rum. Județul Mureș) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Sahəsi — 6714 km². Şərqdə — Xarqita, qərbdə — Alba və Kluj, şimalda — Bistritsa-Neseud və Suçava, cənubda — Sibiu və Braşov. 2007-ci ildə əhalinin sayı 581 759 nəfər təşkil edirdi, sıxlığı — 86,64 nəf./km². Judetsə 4 bələdiyyə, 7 şəhər və 91 kommuna daxildir.
Mureş (çay)
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Mureş çayı
Mureş çayı — Şərqi Avropada 789 kilometr uzunluğunda çay. Çayın sutoplayıcı hövzəsi 30,332 km2 (11,711 kvadrat metr) ərazini əhatə edir. Çay başlandığıcını Şərqi Karpat dağlarında Haşmaşu Mare silsiləsindən (Rumıniya) götürür və macarıstanın cənub-şərqində Szegeddə Tisza çayına qovuşur. Mureş çayı Rumıniyanın Harghita, Mureş, Alba, Hunedoara, Arad, Timiş bölgələri və Macarıstanın Ksonqrad bölgəsindən axır. Çay üzərindəki ən böyük şəhərlər: Rumıniyada Targu Mureş, Alba Lulia, Deva, Arad və Macarıstanda Szeged. Mureş çayı klassik antikada Marisus çayı kimi tanınırdı. Həmçinin, Transylvanian Saksoniya yaşayış məntəqələri və əvvəllər Avstriya Habsburg qanunları ilə Almaniyada Miereşç və Maroşç kimi tanınmışdı. Orta əsrlərdə duz çay üzərindəki böyük bərələrlə ticarətdə istifadə edilirdi. Mureş çayının Macarıstana çatması dövlət sərhədi kimi 73 km uzunluğundadır. Çayın şimal tərəfində 28,5 km2 ərazi Körös-Maros Milli Parkının bir hissəsi kimi qorunur.
Harlanlewisia murex
Scutellaria sarmentosa (lat. Scutellaria sarmentosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.
Yəhya ibn Müəz ər-Razi
Əbu Zəkəriyya Yəhya ibn Müəz bin Cəfər ər-Razi (v. 2 aprel 872, Nişapur) — Seyri-süluk məqamlarından bəhs edən ilk sufilərdən. 786-cı il civarında Reyde doğuldu. Həyatının çoxunu Nişapurda keçirdi. Bağdad, Şiraz və Bəlx kimi elm və mədəniyyət mərkəzlərinə çeşidli səyahətlər gerçəkləşdirdi. Ondan nəql edilən sözlər yaxşı bir təhsil aldığına işarət etmekdədir. Müəllimləri və şeyxləri arasında Əhmed ibn Hərb və Fudayl ibn İyaz kimi adlar vardır. Başda Louis Massignon olmaq üzrə bəzi araştırmaçılar, onu Kərramiyyə məzhəbinin qurucusu Məhəmməd ibn Kərramın şagirdləri arasında göstərmişlərsə də, bu doğru deyildir. Qaynaqlarda Yəhyanın Bayəzid-i Bəstami, Hatim əl-Əsam, Əbu Türab ən-Naxşəbi və Cüneyd-i Bağdadi kimi sufilərlə görüşdüyü qeyd edilməkdədir. Ondan faydalananlar arasında Əbu Osman əl-Hiri, Hakim ət-Tirmizi, Yusif ibn Hüseyn ər-Razi kimi alimlər vardır.