QƏLƏNDAR
QƏMBƏR
OBASTAN VİKİ
Qələndər
Qələndər — kişi adı, təxəllüs.
Qələndər (Mərənd)
Qələndər (fars. قلندر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qələndər (Əhər)
Qələndər (fars. قلندر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (158 ailə).
Qələndər Alıyev
Qələndər Nofəl oğlu Alıyev (31 oktyabr 2001; Sabunçu rayonu, Bakı, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qələndər Alıyev 31 oktyabr 2001-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Əslən Borçalının (Gürcüstanın Bolnisi rayonu) Darbaz kəndindəndir. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Məktəbini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Qələndər Alıyev 2020-ci ilin yanvarın 8-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Qələndər Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.
Qələndər Canbaxışov
Qələndər Surxay oğlu Canbaxışov (17 avqust 1957, Daşkənd, Basarkeçər rayonu) — tibb elmləri doktoru (1999), professor (2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006–2021), ETTOİ-nun travmatologiya şöbəsinin şöbə müdiri (2021-ci ildən), AzETTOİ-nun direktoru (1999–2006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (1999–2006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000–2019) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətinin üzvü, AO üsullarının tədrisinin respublika üzrə müəllimi (2017), Azərbaycanda İlizarov üsulunun və AO üsullarının elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı.[mənbə göstərin]3 mart 2021-ci ildən akademik Q. A. İlizarov adına Milli Tibbi Tədqiqat Travmatologiya və Ortopediya mərkəzinin (İlizarov Mərkəzi) fəxri professoru == Həyatı == Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 1984–1987-ci illərdə akademik Q. A. İlizarov adına "Bərpaedici Travmatologiya və Ortopediya" Rusiya Elmi Mərkəzində əyani aspiranturada oxumuş, 1987–1990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q. A. İlizarovun və V. İ. Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir. 1990–1999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi olmuşdur. 1999–2006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən 2021-ci ilədək AzETTOİ-nin "Kəskin travma" şöbəsinin elmi rəhbəri vəzifəsində işləmiş və 2021-cildən həmin şöbənin şöbə müdiri vəzifəsində çalışır.1989-cu ildə "Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста" mövzusunda namizədlik, 1999-cu ildə isə akademik V. İ. Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, "Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması" (rus. "Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза") mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır. Bir monoqrafiyanın (həmmüəlliflərlə), 115 elmi işin, 3 patentin, 3 metodik tövsiyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələrindən bir neçəsi Rusiya, Türkiyə, İran, İtaliya, Latviya, Ukrayna, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi xarici ölkələrdə çap edilmiş, bir neçə regional, respublika, beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Qələndər Xaçınçaylı
Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) — azərbaycanlı şair, yazıçı, jurnalist, publisist "Ziyadar", "Vintsas" mükafatları laureatı, "Tərəqqi" medallı, Prezident Təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü . == Həyat və yaradıcılığı == Qələndər Xaçınçaylı (Əhmədov Qələndər İslam) 15 aprel 1958-ci ildə Ağdam rayonu, Qalayçılar kəndində anadan olub. Qələndər Xaçınçaylı — Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair — yazıçı, publisistdir. 1981-ci ildən mətbuatda müntəzəm olaraq şeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün", "Ədalət", "Təzadlar" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib.1981-ci ildən, 2020-ci ilə dək mətbuat sahəsində fəaliyyət göstərən yazarın , son iş yeri Həftə içi (qəzet)i olub. Həmçinin, "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub. Onun ilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və "Gənc şairin ilk kitabı və ilk söz" ön sözünün müəllifi tanınmış ədəbiyyatşünas alim, professor Qurban Bayramov (tənqidçi) olmuş və bu istedadlı gəncə uğur diləmişdir. İndiyənə qədər Qələndərin bir-birinin ardınca "Qarabağa gedən yollar" (2000), "Dünya mənim söz qalamdır" (2004), "Dərd ürəyimdə mamır bağlayıb" (2006), "Qeyrət qalası" (2007), "Yaza tələsən çiçək" (2008), "El ağsaqqalı" — publisistika (2008), "Şərəfli ömür" — (publisistika, 2009), "İkinci ömrümü yaşayıram" (2011), "Gözləmə" (2012), Şahin Qasımovun ömür yolu haqqında "Ömür mənalı keçəndə" (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı "Güllə işığında" povesti Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına təqdim olunmuşdur. Son kitabı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən "Taclı şair" (2020) olmuşdur,.
Vaqif Qələndər
Vaqif Qələndər (tam adı:Vaqif Məhərrəm oğlu Qələndərov) — tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının müavini, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah. == Həyatı == Vaqif Məhərrəm oğlu Qələndərli 1969-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur.1987-cı ildə Göyçə mahalının Krasnoselo rayonunda orta mektebi qızıl medalla bitirib Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşdur. 1988-1990- cı illərdə Macarıstanda hərbi xidmətde olmuşdur. 1993-cu ildə Tibb Universitetini əla qiymətlə oxuduğuna görə 4-cu kursdan Türküyənin İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsinə təhsilini davam etdirmək ücün göndərilmişdir. 1995-ci ildə həmən universiteti bitirərək Tibb doktoru ünvanı almışdır. 1995-ildə universiteti bitirdikdən sonra Turküyənin İstanbul Universitetinin Capa Tibb Fakültəsinin Plastik və Rekonstruktiv mikrocərrahiyyə mərkəzinde uzmanliq imtahanı verərək ixtisasa başlamışdır. 1995-2000-ci illərdə Azərbaycan Dovlət Təhsil nazirliyi və Səhiyyə nazirliyi xətti ilə təqaudlu olaraq İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin Plastik və Rekanstruktiv mikrocerrahiyyə mərkəzində təhsil almışdır. 2000-ci ilde məzun olaraq Plastik və Rekonstruktiv cerrrahiyye Uzmanı ünvanı almışdır. 2003-cu ildə «İnternal mammariyan arteryaya dayalı yeni ada flebi »adlı yeni cərrahiyyə metodu adlı disertassiya müdafiə edərək Plastik və Rekonstruktiv cərrahiyyə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi ünvanı almışdır. 11.02.2004 ildə Azərbaycan Milli Akademiyasının konfrans zalında ,Tibb Universitetinin,Səhiyye Nazirliyinin və Akademiyanın Biologiya-tibb elmləri bolməsinin birlikdə iştirakı ilə keçirilen elmi seminarda “Plastik və Rekonstruktiv mikrocərrahiyyədə elmi yeniliklər və yeni cərrahiyyə üsulları” adlı məruzələri dinlənildi.Akademyanın Reyaset Heyyetinin No:p-15 qərarı ilə Azərbaycan Atestasiya Komissiyasına ona professor elmi adının verilməsi tovsiye olundu.
Baxşı Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903 – 14 sentyabr 1985) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Bəxşi Qələndərli
Qələndərli Bəxşi Həsən oğlu (20 iyul 1903 – 14 sentyabr 1985) – teatr rejissoru. Ermənistan SSR (1939) və Azərbaycan SSR (1974) əməkdar incəsənət xadimi. == Həyatı == Baxşı (əsl adı: Baxış) Həsən oğlu Qələndərli 20 iyul 1903-cü ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. İbtidai məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və burada orta təhsilini başa vurmuşdur. Teatra olan həvəsi 1926-cı ildə onu Bakı Teatr Texnikumuna gətirib çıxarmışdı. Təhsilini 1930-cu ildə müvəffəqiyyətlə bitirmişdir. O, sevdiyi sənət sahəsində ali təhsil almaq istəyirdi. Ona görə də Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsilini davam etdirir. 1934-cü ildə təhsilini bitirib İrəvan şəhərinə gedir. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işinə götürülür.
Qələndərabad
Qələndərabad — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,872 nəfər və 1,168 ailədən ibarət idi.
Qələndərilik
Qələndərilik — sufi təriqəti Təriqətin banisi monqol yürüşləri zamanı Səvadan Dəməşqə gəlmiş fars əsilli Cəmaləddin Məhəmməd Yunus əs-Səvaci (vəfatı: 1232-ci il) olmuşdur. Yoxsulluğu, səfilliyi, şəriət qanunlarına münasibətdə biganəliyi təbliğ edən bu sufi təriqətinin mənsubları dinin vacib buyurduğu ibadətlərdən yayınmış və heç vaxt işləməmişlər. Onların hətta şəxsi mülkiyyətləri də olmamışdır. Qeyri-adi görkəmləri ilə seçilən qələndərilər saçlarını, qaşlarını və kirpiklərini qırxıb, qısa xirqə və iri tüklü papaqlar geyinərmişlər. Onlar boyunlarından ağır bəzəklər asıb, barmaqlarına iri üzüklər taxarmışlar. Təriqət mənsubları yalnız öz xanəgahlarında yaşayar, səfil ömür sürərmişlər. Qələndərilərin dünyagörüşünə, həyat tərzinə hind inancları və buddizm təsir etmişdir. Müsəlman dünyasının bir çox yerlərində yayılmış bu təriqət zahidliyə meyl edən başqa təriqətlərin dini-fəlsəfi düşüncələrinə təsir göstərmişdir. == Mənbə == Ashk Dahlén, The Holy Fool in Medieval Islam: The Qalandariyat of Fakhr al-din Araqi, Orientalia Suecana, vol.52, 2004.
Çingiz Qələndərov
Çingiz Qələndərov Saleh oğlu-(d.1959-cu il iyunun 1-də Tovuz rayonu) Kənd Təsərrüfatı elmlər namizədi, dosent == Həyatı == 1959-cu il iyun ayının 1-də Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub.1976-ci ildə Qədirli kənd orta məktibini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinə daxil olub və 1981-ci ildə həmin institutu bitirərək coğrafiyaçı, coğrafiya müəllimi ixtisası almışdır. 1984-1988-ci illərdə Azərbaycan EA-nın Torpaqşünaslıq və aqrokimya institutunda aspiranturanı bitirib. == Elmi fəaıiyyəti == 1984-1988-ci illərdə Azərbaycan EA-nın Torpaqşünaslıq və aqrokimya institutunda aspiranturanı bitirib. 1989-cu ildə “Abşeron yarımadasının torpaq-ekoloji şəraiti və torpaq ehtiyatlarının proqnozu” mövzusunda namizədlik disertasiyası müdafiə etmişdir və k/t elmləri namizədi elmi dərəcəsi almışdır. 2001-ci ildən BDU-nun coğrafiya fakultəsində dosent vəzifəsində çalışıram. 2001-ci ildən 2006-cı ilə qədər fiziki coğrafiya kafedrasında MDB-nin fiziki coğrafiyası, Materik və okeanların fiziki coğrafiyası və Azərbaycanın fiziki coğrafiyası fənlərini tədris etmişdir. 2006-cı ildə yeni yaradılmış Azərbaycan coğrafiyası kafedrasında Azərbaycanın fiziki coğrafiyası fənnini tədris edir. 90-a yaxın elmi məqalənin müəllifidir. “Azərbaycan torpaqlarının morfogenetik profili” monoqrafiyasının və Abşeron yarımadasının irimiqyaslı ( 1: 50000) torpaq xəritəsinin həmmüəlliflərindən biridir.

Значение слова в других словарях

аналити́чески ви́це-чемпио́н дога́дливый кво́та моне́тчик неоднокра́тность сиро́тство вбить клин между деви́зный капелла́н мерзля́чка подрыва́тель шу́стренько катастрофа клопштос aludel dressing-bell ethician expansivity musicalness petalous vinification vote пэр спокон