QƏSƏM

is. [ ər. ] And.
İmanına qəsəmlə çapırsan cəmaəti; Quldurçuluq tüfəngimidir dinin, ey əmu? M.Ə.Sabir.

□ Qəsəm etmək – and içmək.
İstəyirsən yüz min dəfə and iç, qəsəm eylə, heç vaxt sənin sözünə inanmayacaq. C.Məmmədquluzadə.
Bu barədə anamın qəbrinə də qəsəm etmişəm… M.S.Ordubadi.
Qəsəm olsun! – and olsun! Qəsəm olsun! Bu meydandan dönmərəm; Axır suda sınar suyun səhəngi. Koroğlu”.
Qəsəm olsun gələcəyə, yurdum ana torpağa! M.Rahim.

// Cümlədə xəbər yerində – and olsun.
Aşiqəm, aşiqəm, nigarə qəsəm; O siyah çeşmi-pürxumarə qəsəm. S.Ə.Şirvani.
And olsun vətənə, sənin gözünə; Anamın o təmiz südünə qəsəm. R.Rza.

Синонимы

  • QƏSƏM and
  • QƏSƏM qəsəm bax and

Этимология

  • QƏSƏM Ərəbcədir, bizdə and (əsli: qan) sözü ilə işlədilib və işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
QƏSƏBƏVARİ
QƏSƏMNAMƏ

Значение слова в других словарях