QƏTİLƏŞDİRMƏK

f.
1. Qəti şəklə salmaq, müəyyənləşdirmək. Məsələni qətiləşdirmək.
2. Daha möhkəm, daha cəsarətli, yaxud daha təsirli etmək, ciddiləşdirmək.
…Düşmən sənin qorxaqlığını hiss edərsə, öz addımlarını daha da qətiləşdirər. M.S.Ordubadi.
Rübabə məsələnin özünə aid olduğunu yəqin edib, səsini qətiləşdirdi: – Nə olub, ata? Mir Cəlal.

QƏTİLƏŞDİRMƏ
QƏTİLƏŞMƏK

Значение слова в других словарях