Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əl
Əl — insan və meymunun yuxarı ətrafları. İnsan bir əlində 5 barmaq olmaqla 10 barmağa sahibdir. Əl tutma, dartma, itələmə, vurma, yazma kimi onlarla funksiyanı yerinə yetirir. Baş barmağın tutuş zamanı digər barmaqlardan əks tərəfdə yerləşməsi tutma qüvvətini xeyli artırır. Əlin hissetmə qabiliyyəti çox yüksəkdir. Görmə qabiliyyətini itirmiş şəxslərin əllərindəki hissiyat daha güclü olur. == Anatomiya == Əldə 27 dənə sümük var. Bir əlin barmaqlarında isə 14 sümük var. Baş barmaqda 2, qalan barmaqların hərəsində 3 sümük var. == Əllər haqqında maraqlı faktlar == iz hər gün əllərimizdən istifadə edirik və həyatımızı onlarsız təsəvvür edə bilmirik.
Əl-Ədl
Əl-Ədl (ər. العدل) — Allahın adlarından biri. Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə Surəsi, 8) Allah ədalətlilərin ən xeyirlisidir.
Əl-Münəzzəl Əl-Mübarək
Cudi Dağı - Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında ihündürlüyü 2 114 metr olan dağ. == Coğrafiyası == == Tarixi rəvayətlər == İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər. Quranda gəminin Cudi dağına oturduğu qey edilir. Hud Surəsində "Ey yer üzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.
Əl-Əsvəd əl-Ansi
Əl-Əsvəd əl-Ənsi (ərəb. عبهلة بن كعب‎; bilinmir – 632, Yəmən) — daha çox əl-Əsvəd əl-‘Ansi (ərəb. الاسود العنسي‎) — Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. Daha çox Zül-ximar (ərəb. ذو الخمار‎) kimi də tanınırdı. == == Əl-Əsvəd Əl-Ənsi qəbiləsinin Mədhic qolundandır. İslam ənənəsində o, falçı və sehrbaz (kahin) kimi tanınırdı. Əl-Əsvəd Yəmənin qərb hissəsində yaşayan Ansit qəbiləsinin başçısı idi. O, Məkkəyə "vida həccindən" sonra xəstələnən İslam peyğəmbəri Məhəmmədin ömrünün sonuna yaxın özünü peyğəmbər elan edir. Əl-Əsvəd öz bəstəsinin ayələrini oxuyaraq bunların Allahdan ona nazil olan vəhylər olduğunu iddia edir.
Əl-Cəbəl əl-Əxdar
Əl-cəbəl Əl-əxdar (ərəb diliالجبل الأخضر) - Liviyanın Kirenaika regionunda şəhər.
Əl-Məhəllə əl-Kübra
Əl-Məhəllə əl-Kübra (ərəb. المحلّة الكبرى‎) — Misirin əl-Qərbiyyə mühafəzəsində şəhər. Əhalisi təxminən 543.271 nəfərdir (2018).
Əl-Məscid əl-Haram
Məscidül-Həram (ərəb. المسجد الحرام‎) — Məkkə şəhərində məscid. Kəbəni daxilinə alan və "Hörmətli Məscid" mənasını verən bu "Məscidül-Həram" ifadəsi Quranda 16 yerdə işlənib. Kəbə İbrahim və İsmail peyğəmbərdən sonra bir çox dəyişikliklərə uğramışdır. Ayrı-ayrı dönəmlərdə qismən genişləndirilərək indiki duruma gəlib çıxmışdır. Hazırda Məscidül-Həramın sahəsi 361.000 m2-dır. Ümrə və həcc ziyarətinin rüknü olan səy əməlinin icra olunduğu Səfa və Mərva təpələri də bu məscidin ərazisindədir.
Əl-Аmаrа
Amara — İraqın Meysan mühafazasının mərkəzi. Əhalisinin 79% ni şiələr təşkil edir. Bu da 1000 il əvvəl buralarda yaşayan Lurlar ilə bağlıdır. Şəhər həmçinin Dəclə və Fərat çayı arasında yerləşir.
Əl-Əfuv
Əl-Əfuv (ər. العفو) — Allahın adlarından biri. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa Surəsi, 149) İnsan, yaradılış etibarıyla səhv etməyə meylli varlıqdır. Hər an, bir çox mövzuda qüsurlu düşünə bilər, səhv bir qərar verə bilər, xətalı rəftar göstərə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmamazlıqları bilən Allah, edilən səhvləri də əfvedicidir. Allahın "əfvediciliyi" olmasa heç bir insanın cənnətə girməyi mümkün olmazdı. Bu gerçəyə Quranda açıqça diqqət çəkilmişdir: Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər.
Əl-Əhram
"Əl-Əhram" (ərəb. الأهرام‎; azərb. Piramidalar‎) — Misirin paytaxtı Qahirədə nəşr olunan gündəlik qəzet. Qəzet 1875-ci ildə Livanlı iki xristian qardaş – Salim və Bişara Takla tərəfindən yaradılmışdır. 1881-ci ildən sonra gündəlik nəşrə keçmişdir. 29 yanvar 2015-ci ildə naməlum silahlılar Əl-Əriş şəhərindəki qəzetinin regional bürosuna hücum edərək 6 nəfəri qətlə yetirmişdir.
Əl-Əhəd
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir.
Əl-Əlameyn
Əl-Ələmeyn (ərəb. العلمين‎) — Misirin şimalında şəhər. İsgəndəriyyədən 106 km qərbdə yerləşir. Əhalisi təxminən 2.413 nəfərdir (2006). Şəhər İkinci dünya müharibəsi zamanı Əl-Ələmeyn döyüşləri ilə yadda qalmışdır.
Əl-Əliyy
Əl-Əliyy (ər. العلي) — Allahın adlarından biri. (Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə (Musanın anası ilə olduğu kimi) ancaq vəhylə (ilham və röya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! (Şura Surəsi, 51) Allah Quranda Özünü bizə tanıdıb: Bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah Ucadır. Göylərin, yerin və bu ikisi arasında olanların yeganə sahibi Odur.
Əl-Ələmeyn
Əl-Ələmeyn (ərəb. العلمين‎) — Misirin şimalında şəhər. İsgəndəriyyədən 106 km qərbdə yerləşir. Əhalisi təxminən 2.413 nəfərdir (2006). Şəhər İkinci dünya müharibəsi zamanı Əl-Ələmeyn döyüşləri ilə yadda qalmışdır.
Əl-Ərəbiyə
Əl-Ərəbiyə adası (ərəb. جزيرة العربی‎) — Fars körfəzində Farsi adası yaxınlığında Səudiyyə Ərəbistanı adalardan biridir.
Əl-Əvvəl
Əl-Əvvəl (ər. الأوّل) — Allahın adlarından biri.
Əl-Əyun
Əl-Əyun (ərəb. العيون‎, isp. El Aaiún) — Qərbi Saharanın ən iri şəhəri, şimal-qərbi Afrikada mübahisəli ərazi. Mərakeşin nəzarəti altındadır. Mərakeşin — Əl-Əyun-Bujdur-Saqiet-əl-Hamra vilayətinin mərkəzi, həmçinin Saxara Ərəb Demokratik Respublikasının paytaxtı. Şəhər Mərakeşin nəzarəti altında olduğundan SƏDR-in müvəqqəti paytaxtı Bir-Lelu şəhəridir. == Əhalisi, dil və dini == 2008-ci ilin məlumatına əsasən şəhərin əhalisi 192 639 nəfərdir. Şəhərdə ölkə əhalisinin yarısı yaşayır. Milli tərkibi 95% səhravidir. Şəhərdə 8 min avropalı yaşayır, dövlət dili ərəb dilidir, gündəlik ünsiyyətdə hasaniya dialekti də işlənir.
Əl-Əzhər
Əl-Əzhər Universiteti — İslam dünyasının ən qədim Universitetlərindən biri, Misir Universiteti Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 359 (970)-cu ildə Misir Fatimiləri dövründə qoyulmuşdur. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilmişdir. Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 358 (969)-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salıb Füstata (Qədim Qahirəyə) daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə — "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilmişdir. Tikinti işləri iki il davam etmiş və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul etmişdir. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olmuşdur. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlamışdır.
Əl-Əzim
Əl-Əzim (ər. العظيم) — Allahın adlarından biri. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur! O, (hər şeydən) ucadır, (hər şeydən) uludur! (Şura Surəsi, 4) Allahın böyüklüyü və əzəməti şübhəsiz bir insanın anlayışının çox üstündədir. Lakin insan yenə də öz ağılının sərhədləri daxilində Allahın nə qədər güclü və qüdrətli olduğunu görə bilər, anlaya bilər. Çünki bütün kainat Allahın böyüklüyünü göstərən saysız örnəklə doludur. İnsan yalnız içində yaşadığı dünyanı bir az araşdırsa, hər şeyi yaradan Allahın əzəmətini hiss edəcək. Ağırlığı tonlarla olan buludları daşıyan səma, min metrlərlə yüksəyə uzanan dağlar, içlərində milyonlarla növ canlının olduğu dənizlər, çaxan şimşək və onun ardından gələn göy gurultusu və Allaha boyun əymiş milyardlarla canlı… Bunlar və burada sayıla bilməyən saysız detal Allahın böyüklüyünün açıq dəlillərindəndir. Bir də dünyanın bir az xaricinə çıxıb düşünək.
Əl-Əziz
Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47) Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur. Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.
Əl-Əşəri
Əbülhəsən Əşəri(ərəb. ابو الحسن علي بن إسماعيل الأشعري‎) (təq. 873[…], Bəsrə, İraq, Abbasilər – təq. 935, Bağdad, İraq, Abbasilər) — Ərəb ruhanisi, filosofu, Əşərilər təriqətinin yaradıcısı. == Həyatı == Ömrünün təxminən 35 ilini mütəzilə əqidəsində keçirib, əqli elmlərdə məharət sahibi olduqdan sonra, o məzhəbi tərk edərək Əhli Sünnətin məzhəbinə keçmiş və məharətini bu əqidənin müdafiəsi üçün sərf etmiş, xüsusilə əqli cəbhədəki ehtiyacı qarşılamışdır. Dönüş səbəbi isə, Allahın Rəsulunu dəfələrlə yuxuda görməsi və ona "sünnətimə dəstək çıx, olduğun yoldan (itizaldan) uzaqlaş" deməsi və bunu dəfələrlə yuxuda təkrarlaması olmuşdur. İmam, bundan sonra hər şeyi kənara buraxıb bir müddət dəlilləri qarşılaşdırmış, üzərində düşünmüş və nəhayət Əhli Sünnət məzhəbinə keçərək, bütün köhnə kitablarını etibarsız elan etmişdir. Belə ki, o mütəzilənin imamlarıyla münazirə etmək üçün məclislər qurar və onları daha öncə məğlub olmadıqları şəkildə məğlub edərdi. Əbu Səhlin rəvayətinə görə, o Bəsrədə mütəzilə məzhəbindən olan bir qrup alimlə münazirə məqsədilə məclis qurdu. Münazirədə iştirak edən alimlər tək tək məğlub olub susdular.
Əl-Аudcа
Əl-Auca — İraqın Səlahəddin mühafəzəsində şəhər. Tikritdən 18 km uzaqlıqda yerləşir.
Əl Cəzari
Əl-Cəzari (1136, Cəzirə – 1206, Türkiyə) — 1136–1206-cı illərdə Diyarbəkirdə (Türkiyə) yaşamış müsəlman astronom, ixtiraçı və mühəndisdir. == Həyatı == Texnika sahəsindəki yaradıcılığı ilə öz dövrünün tanınmış mühəndisi sayılan Əl-Cəzari Şırnakta anadan olmuşdur. Cəzari su nəql edən mexanizmlərin layihələndirilməsi, mürəkkəb konstruksiyalı saatların və bir çox başqa mexanizmlərin hazırlanması ilə məşğul olmuş və bu işlərin nəticələrini 1206-cı ildə yazmış olduğu "Mexaniki sənətin nəzəri və praktiki əsasları" (ərəb. Əl Cəmi Bein Əl-Elm Val-Amal Əl-nafi Fi Sinat) kitabında təsvir etmişdir. Bu kitab XIII əsrdə Avropada bərabəri olmayan, nəzəri və praktiki mexanika haqqında vacib bir texniki əsər sayılırdı. Əl-Cəzarinin kitabında praktiki aspekt çox sahəli olmuşdur, çünki, o yaxşı mühəndis və təcrübəli sənətçi idi. Kitabda müxtəlif qurğuları şəkillərlə izah edərək maşınqayırmanın tarixi üçün dəyərli bir əsər qoymuşdur. Kitabda 50-yə yaxın maşının layihələndirilməsini, hazırlanmasını və yığılmasını təsvir edən texnologiya 6 fəsildə təsvir edilmişdir. Kitabda əsasən iki silindrli nasosların işləmə prinsipi, dişli valların maşınqayırmada tətbiqi, su saatları, deşiklərin dəqiq kalibrlənməsi, tikintidə ağacların laminasiyası, valların statik tarazlanması, kağız modellərin maşınların layihələndirilməsində tətbiqi, bağlı qum qəliblərdə tökmə kimi texnologiyalar tarixdə ilk dəfə olaraq onun tərəfindən izah edilmişdir. Əl-Cəzarinin layihəsi və rəhbərliyi altında hazırlanan bir çox qurğuların tətbiqi ona böyük şöhrət gətirmişdir.
Əl Cəzirə
Al Jazeera Ərəbcədə "ada" mənasını verən, mərkəzi Qətərdə olan TV kanalıdır. Əl Cəzirə ilk olaraq yalnız Ərəb dünyasına bağlı aktual xəbərlərlə yayıma başlamış olsa da, o zamandan günümüzə gələnə qədər başqa tematik kanalları da tərkibinə qatan bir şəbəkə halına gəlmişdir. Kanal etdiyi yayımlarla və xüsusilə Əl Qaidə lideri Usamə bin Ladenin video görüntülərini və etdiyi şərhləri, xüsusilə 2001-ci ildə ABŞ-nin Dünya Ticarət Mərkəzinə edilən 11 sentyabr terror hadisələrindən sonra dünya səviyyəsində diqqət çəkmişdir. Əl Cəzirə ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən mühüm televiziya kanalları sırasına daxil oldu. Şəbəkə bəzən pan-sünni və anti-şiə təmayüllü Müsəlman qardaşları təşviq edən materiallar hazırlayıb, yayımlayır. == Tarixi == Əl Cəzirə ilk olaraq Qətər əmirinin 150 milyon dollarlıq maliyyə yardımıyla 1996-cı ildə yaradılmışdır. 1996 aprel ayında BBC World'ün Səudiyyə Ərəbistanı mərkəzli ərəbcə yayımlanan kanalı 2 il yayımlandıqdan sonra bağlanmış, kanal işçilərinin çoxu da Əl-Cəzirə kanalına keçmişdir. 1996-cı ilin sonlarına doğru Əl Cəzirə yayıma başlamışdır. Əl-Cəzirənin peyk vasitəsilə Orta Şərqdə izlənilməsi bölgədəki media tarixini də dəyişdirmişdir. Əl Cəzirə yayıma başlamamışdan əvvəl Orta Şərqdə dövlətin əngəllədiyi televiziya kanalları xaricindəki kanallara baxılmazkən, Əl Cəzirənin yayıma başlamasıyla birlikdə televiziya dünyasına ifadə azadlığı baxımından yeniliklər gəlməyə başladı.
Əl Dicerid
Əl Dicerid (ərəb. شط الجريد‎) —Tunisin mərkəzində duzlu göl və şoranlıq. Duzlu göl Böyük Səhranın daxilinə doğru uzanır. Qabes körfəzindən bir qədər aralıda yerləşir. == Təsviri == Qış yağışları axarsız duzlu gölə çevrilir. Sahəsi 5—7 min. km². təşkil edir. Yay ayları isə göl tamamən quruyur və burada ilğım müşahidə edilir. Burada yay ayları temperatur +50 °C qədər artır.
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Düşmən
Düşmən — fərdi və ya güclü şəkildə mənfi və ya təhlükəli olaraq təsdiqlənmiş bir qrup. Düşmən anlayışı "fərdlər və icmalar üçün əsasdır". "Düşmən" termini müəyyən bir şəxsin təhlükə kimi təyin edilməsi ilə bağlı sosial funksiyaya xidmət edir, buna görə də həmin şəxsin sıx bir emosional cavabını tələb edir.Kollektiv bir düşmənin varlığı və ya aşkarlanması qrupun birləşməsini artırmağa çalışır. Ancaq digər qurumların düşmən kimi tanınması və rəftarı səmərəsiz ola bilər və psixoloji disfunksiyanın əlaməti ola bilər. Məsələn, qrup polarizasiyası digər qrupları düşmən olaraq qəbul etməyə qadir ola biləcək qrupun birləşməsinə gətirib çıxara bilər.
Ayaka Yamaşita
Ayaka Yamaşita (d. 29 sentyabr 1995) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 25 oyun keçirib.
Ayana Cons
Ayana Money Stenli Cons (20 iyul 2002 –16 may 2010) Detroytun Şərq tərəfində 16 may 2010-cu ildə Detroyt Polis Departamentinin Xüsusi qrupu tərəfindən həyata keçirilən reyd zamanı polis məmuru Cozef Uikli tərəfidən başından vurularaq öldürülən yeddi yaşlı afrika-amerikalı bir qız. Onun ölümü milli medianın diqqətini çəkdi və ABŞ nümayəndəsi Con Koners ABŞ Baş prokuroru Erik Holderdən hadisə ilə əlaqədar federal araşdırma aparmağını istəyir.Polis məmuru Cozef Uikli Consun ölümü ilə əlaqədar ittiham edildi. 2011-ci ilin oktyabrında Uikli qeyri-ixtiyari adam öldürmə və silahla ehtiyatsız davranmaqda ittiham edildi. Uiklinin ilk məhkəməsi qüsurlu məhkəmə prosesinə görə 2013-cü ilin iyun ayında başa çatdı. 2014-cü ilin sentyabrında Uiklinin işinə yenidən baxıldı, ikinci məhkəmə baş tutdu. Oktyabrın 3-də hakim Uikliyə qarşı qeyri-ixtiyari adam öldürmə ittihamını rədd etdi, yalnız bir ittihamla mühakimə olundu:ehtiyatsızlıq ucbatından atəş açılıb. Oktyabrın 10-da ikinci məhkəmə qeyri-qanuni nəticələndi. 28 yanvar 2015-ci ildə prokuror Uiklinin üçüncü məhkəmə prosesinin olmayacağını təmin edərək ona qarşı olan son ittihamdan Uiklini xilas etdi. == Hadisə == 14 may 2010-cu il Cənub-Şərqi liseyinin böyüyü Bleyk Detroydun şərq tərəfindəki Mak və Benito kəsişdiyi yerdə vurularaq öldürüldü. Ertəsi günün sonunda polis Çonsi Ouensi atışmada şübhəli olaraq müəyyənləşdirdi və gizləndiyi güman edilən 4054 Lillibricdə küçəsində axtarış aparmaq üçün qərar aldı.
Cökətəy Ayağı
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı); Rusiyanın Qaraçay-Çərkəz Respublikasında bir şəhərdir. Şəhir, Qafqaz dağlarının ətəyində Kuban çayının sahilində yer almaqdadır. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Luis Ayala
Luis Ayala (XX əsr) Luis Ayala 1989-cu ildən Sosialist İnternasionalının Baş Katibi vəzifəsində çalışan və ən son 2017-ci ilin martında yenidən seçilən çilili siyasətçidir. 1973–1975-ci illərdə Ayala Sosialist Gənclərinin Beynəlxalq İttifaqının prezidenti olub. Çili vətəndaşlığı olan Luis Ayala Sosialist İnternasionalın 1989-cu ildə Stokholmda keçirilən XVIII beynəlxalq qurultayında sözügedən təşkilatın baş katibi seçilən ilk qeyri-avropalı olub. Çili Universitetində hüquq üzrə, Stokholm Universitetində isə siyasi elmlər üzrə dərəcələrə yiyələnmişdir. İngilis, ispan, fransız və isveç dillərini bilir.
Düşmən (film, 2013)
Düşmən (ing. Enemy) — Deni Vilnyovun psixoloji detektiv janrında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb. Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən ifa edir. Kişilərin sevgilliləri rollarını Melani Loran və Sara Gadon almışdı. İlk göstərimi 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında olmuşdur. Düşmən 5 dənə Kanada Film Mükafatını almışdır: ən yaxşı rejissor (D. Vilynov), ikinci plan qadın rolu (Sara Gadon), operator işi (Nikolya Boldyuk), montaj (Metyu Hannam), orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film 5 kateqoriyada namizəd idi: ən yaxşı film, uyğunlaşdırılmış ssenari (Havyer Qullon), kişi rolu (Ceyk Cillenhol), rəssam işi (Patris Vermett), vizual effektlər. == Süjet == Adam Bell asıq sifətli (?), dağınıq bir tarix professorudur. Bir iş yoldaşının tövsiyəsi ilə video prokatdan baxmadığı komediya filmini götürür.
Ayağı açıqrəngli birəcik
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. == Quruluşu == Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar. == Yayılması == Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar. == Nəsilvermə və İnkişafı == Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir.
Qapıdakı düşmən (film, 2001)
Qapıdakı düşmən (ing. Enemy at the Gates) — Cean-Cacques Annaud tərəfindən 2001-ci ili Paramount Pictures istehsalı müharibə filmi. Filmin adı William Craigin "Enemy at the Gates: The Battle for Stalingrad" kitabından alınmışdır. Ümumiyyətlə Sovet snayperi Vasili Zaytsevin necə iti snayperçi olması və Stalinqrad Döyüşündə rəqibi Alman snayperi Mayor Erwin Königlə mübarizəsi canlandırılmışdır. == Məzmun == Bu film 1942 ci ildə Stalininqrad uğrunda gedən amansız döyüşlərdən bəhs edir.Almanlar ən yaxşı atıcıları olan mayor Keninqi Stalininqrada xüsusi tapşırıqla yollayırlar.O rusların "ölüm mələyi" ləqəbi ilə tanınan atıcısını məhv etməli idi.
Naci əl-Əli
Naci əl-Əli (ərəb. ناجي سليم العلي ‎; təq. 1937 – 29 avqust 1987, London) — Fələstinli karikaturist. Ərəb ölkələrinin apardığı siyasəti və İsraili tənqid edən karikaturaları ilə məşhurlaşmışdır. Fələstinli və ərəb siyasi xadimləri ilə bağlı sərt üslublu karikaturaları ilə tanınan Naci əl-Əli fəaliyyəti dövründə topamda 40.000 dən çox karikatura çəkmişdir. Naci əl-Əli daha çox Hanzala adlı karikatura personajının yaradıcısı kimi xatırlanır. Hanzala qısa zamanda məşhurlaşaraq, Fələstin Azadlıq Hərəkatının simvollarından birinə çevrilmişdir. Naci əl-Əli Londonda işlədiyi və Küveytə aid olan Əl-Qabas qəzetinin ofisindən çıxarkən silahlı hücuma məruz qalmış və ağır yaralanmışdır. Sui-qəsd cəhdi 1987-ci ilin 22 iyun tarixində baş vermişdi. Karikaturist üzündən ağır yaralandığından 5 həftə reanimasiyada saxlanılsada həmin ilin 29 avqust tarixində vəfat etmişdir.
Əl-Mutanna (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Əl-Müsənnə (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Əl-Qədisiyə (el)
Qədisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qədisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Əli Əl Qrari
Əli Əl Qrari (31 yanvar 1997) — Liviyalı oxatan. Əli Əl Qrari Liviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Əli Əl Qrari birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Bredi Ellison ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Əl Qrari rəqibinə 0:6 hesabı ilə uduzdu.
Əli əl-Əkbər
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.
Əli əl-Əsğər
Əli əl-Əsğər (ərəb. ‎عبدالله بن حسین علی الأصغر‎‎) — İmam Hüseynin (ə) kiçik oğlu. Kərbəla döyüşündə şəhid olmuş ən azyaşlı şəhid. == Həyatı == Əli əl-Əsğər ibn Hüseyn 680-ci ildə anadan olmuşdur. == Vəfatı == Aşura günü İmam Hüseyn düşmən müqabilində dayanıb oğlu Əli Əsğəri əlinə alıb düşmənə su üçün müraciət etdi:"Ey düşmən! Siz mənim yaxınlarımı, qardaşlarımı, övladlarımı öldürdünüz. Onların arasında tək 6 aylıq körpəm qalıb. Susuzluqdan quş kimi ləhləyir. Bu körpənin heç bir günahı yoxdur. Ona görə sizin yanınıza gətirdim ki, ona su verəsiniz.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825-1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.
Ayaq
Ayaq — bir çox onurğalıda olan orqandır. Ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır. == Quruluşu == İnsan ayağı 26 sümük, 33 oynaqdan (onlardan 20-si fəal şəkildə ifadə olunur) və yüzdən çox əzələ, vətər və liqamentdən ibarət olan güclü və mürəkkəb bir mexaniki quruluşdur. Şimali Amerikalı və avropoid irqindən olan 1197 yetkin kişinin (orta yaş 35.5) antropometrik tədqiqatında, insan ayağının uzunluğu 1,2 sm standard xəta ilə 26,3 sm olduğu müəyyən edilmişdir.Ayaq arxa ayaq, orta ayaq və ön ayaq olaraq 3 yerə bölünür: Arxa ayaq ayaq biləyi sümüyü və topuq sümüyündən ibarətdir. Qıçın qamış və incik sümükləri talus ilə birləşərək ayaq biləyini əmələ gətirir. Orta ayaqda olan 5 sümük və amortizator rolunu oynayan ayaqdarağını təşkil edir. Orta ayaq vasitəsilə arxa və ön ayağa bağlanır. Ön ayaq beş barmaqdan və beş proksimal uzun sümüyün əmələ gətirdiyi metatarsal sümüklərdən ibarətdir. Əl barmaqlarında olduğu kimi ayaq barmaqlarında da falanqalar var və baş barmaq iki falanqaya, digər dörd barmağın isə hər biri üç falanqaya malikdir.
Düstək (Üşnəviyyə)
Düstək (fars. دوستك‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (87 ailə).
Yan Düssek
Yan Düssek (d. 12.2.1760, Çaslav, Bohemiya krallığı - ö. 20.3.1812, Sen-Jermen-an-Le, Fransa) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Əl-Hakim ət-Tirmizi
Məhəmməd ibn Əli Əbu Abdulla əl-Hakim ət-Tirmizi (ərəb. الحسين الترمذي‎‎; təxm.755 — 869) — sufiliyin məşhur nümayəndələrindən biri, səksənə yaxın əsərin müəllifi. Dərin biliklərinə və geniş dünyagörüşünə görə əl-Hakim (müdrik) fəxri adına layiq görülmüşdür. == Həyatı == Məhəmməd ibn Əli Əbu Abdulla–əl Hakim ət–Tirmizi şərqi İran sufizminin ən böyük nümayəndələrindən biri olmuşdur. Termez şəhərində doğulma tarixi məlum olmasa da «avtobioqrafiyasına» görə 8 yaşından başlayaraq çox ciddi səylərlə dini elmlərə yiyələnməyə çalışmışdır. İyirmi səkkiz yaşında Məkkə şəhərinə getmişdir. Məkkə ziyarətindən qayıdan Ət– Tirmizi sufi yolunu tutmuşdur. Özünü insanlardan təcrid edən Ət– Tirmizi mistik traktatları öyrənməyə başlamışdır. Sufizm– islamda mistik– asketik cərəyan hesab olunur və onun haqqında saysız– hesabsız kitab və məqalələr yazılmış və yenə də yazılmaqdadır. Artıq o çoxdandır islamşünaslığın müstəqil bir sahəsinə çevrilmişdir.
Əli bin əl-Hüseyn
Əli bin əl-Hüseyn (ərəb. الأمير علي بن الحسين‎; 23 dekabr 1975) — İordaniya kralı Hüseynin üçüncü oğlu və kralın üçüncü arvadı olan kraliça Aliyədən ikinci uşağı. O, həmçinin İorodaniya kralı II Abullanın ögey qardaşıdır. O, 1921-ci ildən İordaniyaya başçılıq edən və Məhəmməd peyğəmbərin nəslindən gəldiyi iddia edilən Haşimilər sülaləsinin üzvüdür. 2015-ci ilin sentyabr ayında şahzadə Əli Zepp Blatterin istefasından sonra FİFA-nın prezident seçkilərində namizədliyini irəli sürmüşdü. == Bioqrafiyası == Şahzadə Əli ilk təhsilini Əmmanda yerləşən İslam Təhsil kollecində almağa başlayıb. Sonradan Böyük Britaniyada və Birləşmiş Ştatlarda təhsilini davam etdirib və Konnektikut ştatında olan Solsberi məktəbini 1993-cü ildə bitirib, orada, ilk növbədə güləşdə olmaqla, idman sahəsində müvəffəqiyyət qazanıb.O, Böyük Britaniyanın Sandherst kral hərbi akademiyasına qəbul olmuşdur. 1999-cu ildə Prinston Universitetində bakalavr təhsilini başa vurdu. Şahzadə Əli ərəb, ingilis, və adıq dillərini mükəmməl bilir.1998-ci ildə Şahzadə Əli Suriya və Türkiyədən adıqların yaşadığı yerə atla səyahətə yollanmışdır ki, dünyada adıq diasporu haqqında məlumatlar artsın. Bu səfərin istiqaməti adıqların soyqırım vaxtı Rusiya İmpreiyasından İorodaniyaya qaçdığı yolla eyni tutulmuşdur.
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah
Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah (22 dekabr 1940)—Küveytin baş naziri. == Həyatı == Nasir əl-Məhəmməd əl-Əhməd əs-Sabah 22 dekabr 1940-cı il Küveytdə anadan olmuşdur. İbtidai və orta təhsilini Birləşmiş Krallığın Ali Təhsil Sertifikatına malik Küveyt Məktəbində almışdır. 1964 – Cenevrə Universitetində Siyasi və İqtisadi Elmlər üzrə bakalavr dərəcəsi almışdır. Fransız, ingilis və fars dillərində səlis danışır. 1964 – Xarici İşlər Nazirliyinin III katibi olmuşdur. Oktyabr 1964 – Küveytin BMT-dəki (Nyu-York) Daimi Nümayəndəliyinə təyin edilmişdir. İyun 1965 – Yenidən Xarici İşlər Nazirliyinə təyin edilmişdir. 1965 – Xarici İşlər Nazirliyində Fövqəladə və Səlahiyyətli Nazir təyin edilmişdir. 1966 – BMT-nin Cenevrədəki ofisində Küveyt nümayəndəsi kimi fəaliyyətə başlamış, 1966-cı ildə burada Küveyt Daimi Nümayəndəliyinin ilk inauqurasiyasını etmiş və həmin ildə Küveytin İsveçrə Konfederasiyasındakı ilk Səfiri təyin olunmuşdur.
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah
Sabah əl-Əhməd əl-Cabir əs-Sabah (ərəb. الشيخ صباح الأحمد الجابر الصباح‎; 16 iyun 1929, Küveyt – 29 sentyabr 2020[…]) — Küveyt Dövlətinin Əmiri. == Həyatı == 1929-ci il təvəllüdlü Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah Küveyt dövlətinin əmiridir və 29 Yanvar 2006 tarixində Milli Millət Məclisinin təsdiqiylə başa keçmişdir. Şeyx Sabah köhnə Küveyt əmrlərindən Şeyx Əhməd əl-Cabir əl-Sabah ın dördüncü oğludur. Daha əvvəlki statusları aşağıda var: 1954 və 1955 illəri arası Mərkəzi Bələdiyyə Şurası Komitəsinə üzv İnşaat və Qurum Şurasının üzvü 1955-cü ildə İctimai işlər və İş Nüfuzu başçısı 1956-cü ildə ölkədə işlərin Yüksək Şurasının üzvü 9 Sentyabr 1956 və 17 Yanvar 1962 tarixləri arası Mətbuat və yayım Nüfuzu sədri İnformasiya naziri - Şeyx Abdullah Salim əl-Sabah zamanında müstəqillik sonrası 17 Yanvar 1962-ci ildə başa keçən ilk kabinetdə 28 Yanvar 1963 tarixində Xarici işlər naziri 16 Fevral 1978 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir nümayəndəsi 18 Noyabr 1992 tarixində Xarici işlər naziri vəzifəsinə əlavə olaraq Baş nazir Köməkçisi 1996-cı ildə vəliəhd Şahzadəsi Şeyx Saad əl-Abdullah əl-Salim əl-Sabah tərəfindən idarə olunan üstün Planlaşdırma Şurasının üzvü Hökumət İşləri üzərinə qurulan Birləşmiş Nazirlik Komitəsinin sədri 13 İyul 2003 və 29 yanvar 2006-cı arası Baş nazir Şeyx Sabah 1930-cu illərdə ibtidai Əl-Mubarekiye orta məktəbində oxumuşdur və sonradan təhsilini xüsusi müəllimlərin köməyi ilə bitirmişdir. Şeyx Sabah özünü 2003-cü ilin iyulunda Şeyx Saad əl-Abdullah əl-Salim əl-Səhərin yerinə baş nazir elan edən əvvəlki Əmr Şeyx Cabir əl-Əhməd əl-Cabir əl-Səhərin ögey qardaşıdır. Daha əvvəl 1963 - 2003 arası 40 il müddətdə Xarici işlər naziri olaraq Küveytə xidmət etmişdir və dünyanın ən uzun xidmət edən Xarici işlər nazirlərindən biridir. Təəssüf ki, Şeyx Sabah duldur və 1990-cı ildə İraq Döyüşü əvvəli həyat yoldaşı Şeyha Fitooh'u itirmişdir. İki oğlu və bir qızı var. İlk oğlu Şeyx Nasir Kral Sarayının (Divan əmiri) nazirinin və dünyanın ən böyük İslami İncəsənət kolleksiyasının (Əl-Sabah kolleksiyasının) sahibidir.
Abaqa xan
Abaqa xan (monq. ᠠᠪᠠᠬᠠ ᠬᠠᠭᠠᠨ; 27 fevral 1234[…], Böyük Monqol imperiyası – 1 aprel 1282[…], Böyük Monqol imperiyası) — Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğludur. Elxanilərin ikinci hökmdarı olan Abaqa xanı taxtda qardaşı Əhməd Təkudar əvəz etmişdir. Abaqa xanın hakimiyyətinin çox hissəsi ümumilikdə monqol imperiyasının daxilində gedən vətəndaş müharibələri ilə müşayət edilmişdir. Hakimiyyətin çox hissəsində Elxanilərin şimal qonşuları olan Qızıl Orda ilə müharibə şəraiti mövcud olmuşdur. Həmçinin Abaqa xan Suriyanı tamamilə ələ keçirmək üçün uğursuz cəhd etmiş və onun bu cəhdi II Homs döyüşü ilə nəticələnmişdir. == Həyatı == Abaqa indiki Monqolustan ərazisində 27 fevral 1234-cü ildə dünyaya gəlmişdir. Atası olan Hülakü xan Elxanilər dövlətinin qurucusudur. Buddist olan Abaqa atasının sevimli oğlu olmuş və onun tərəfindən Türküstan canişini təyin edilmişdir.Hülakü xan xəstəlik nəticəsində 1265-ci ildə vəfat etdi. O, ölmədən öncə Bizans imperatoru VIII Mixail Paleoloqun qızı ilə evlənməyi planlayırdı.
Qara ayaqca
Qara ayaqca ya da Qara aya dili və Siksikaca (yerli dildə: Siksiká ᓱᖽᐧᖿ; ingiliscə: Blackfoot, Siksika) — dörd ləhcəsindən üçü (Kainai, Şimali Piegancası, Cənubi Piegancası) Kanada Albertada, biri Amerika Birləşmiş Ştatlarında Montana ştatının şimal-qərbində Qara ayaqlar tərəfindən danışılan Algonkin dilləri ailəsinin Düzənlik Algonkin dillər qrupundan bir hindu dilidir. 2001-ci ildəki rəqəmlərə görə, Kanadada 15,000 etnik Qara ayaqdan 4,500 ü, Amerika Birləşmiş Ştatlarında 5,000-8,000 Qara ayaqdan 100-ə qədəri ana dilində danışa bilir.Gənclər tərəfindən istifadə edilən köhnə Qara ayakca (və ya Yüksək Qara ayaqca) adlı iki fərqli forma vardır ki, bu da yaşlılar tərəfindən istifadə edilir və Yeni Qara ayaqca (və ya Müasir Qara ayaqca) istifadə olunur.
Ayaq Qərvənd
Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Ayaq barmağı
Ayaq barmağı — hərəkət sisteminin əsas hərəkət aparatı. Ayaqlardakı barmaqlar dabanla birlikdə ayağı hərəkətə gətirir və insanın ağırlıq mərkəzi dəyişən zaman tarazlığı saxlamağa kömək edir. == Maraqlı faktlar == Masanın arxasında oturub sağ ayağınızı yerdən qaldırın və saat istiqamətində ayağınızı dairəvi olaraq hərəkətə gətirin. İndi isə bunu edə-edə sağ əlinizi havada "6" rəqəmini yazırmış kimi edin. Sizin ayağınızın istiqaməti avtomatik olaraq dəyişəcək və bunu düzəldə bilməyəcəksiniz.
Dişmok
Dişmok — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Dişmok bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,053 nəfər və 710 ailədən ibarət idi.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Ayaq divanı
Ayaq divanı — Osmanlı imperiyasında fövqəladə vəziyyətlərdə padşahın rəhbərliyi ilə çağırılan və padşahdan başqa hər kəsin ayaq üstə dayanmalı olduğu divan məclisidir. == Tarixi == XVI əsrdə yalnız bir neçə dəfə çağırılan ayaq divanı, XVII əsrdə tez-tez rastlanmışdır. XVI əsrə aid ayaq divanları daha çox padşah tərəfindən saray xaricində toplanmışdır. Mustafa Selaniki öz əsərində qeyd edir ki, Sultan Süleyman Qanuni tərəfindən çağırılan ilk ayaq divanı 1564 tarixində baş tutmuş, səbəbi isə sədrəzəm Əli Paşanın qeyri-müsəlman bir memarı haqsız yerə həbs etdirməsi olmuşdur. Sultan Süleyman tərəfindən çağırılan ikinci ayaq divanı isə tacir və hacılarla dolu bir Osmanlı gəmisinin Malta quldurları tərəfindən ələ keçirilməsi səbəbilə çağırılmışdır.XVII əsrdə padşah əmriylə toplanan ayaq divanları IV Murad və IV Mehmed səltənətlərinə təsadüf edir. IV Muradın 8 iyun 1632 tarixində Sənan Paşa köşkündə çağırdığı ayaq divanı, onun dövlət idarəsini ələ almasında mühüm rol oynamışdır.IV Mehmedin səltənətində padşah əmriylə çağırılan ayaq divanı isə, Ədirnə yaxınlığında qurulan çadırda 15 oktyabr 1658 tarixində çağırılmışdır. Ayaq divanında səfərdən yenicə dönmüş Körpülü Mehmed Paşa ilə şeyxülislam, başqazılar və yeniçəri ağaları iştirak etmiş, padşah bu divanda Abxaz Həsən ağa üzərinə tərtiblənən səfər üçün ordu rəhbərləri ilə məsləhətləşmişdir. Eyni zamanda bu divanda dövrün şeyxülislamı Bolevi Mustafa Əfəndi Abxaz Həsən ağanın ölümü ilə bağlı fətva vermişdir. Bu iki nümunədən başqa XVII əsrdə çağırılan digər ayaq divanları əsgərin yaxud əhalinin tələbi ilə baş tutmuşdur. Hadisələrin bu qədər sərtləşməsində isə əsas səbəb ya dövlət adamlarının yeritdiyi yanlış siyasətlər, ya da maliyyə vəziyyətinin pisləşməsi olmuşdur.
Ayaq fetişizmi
Ayaq fetişizmi — ayaq və ayaq barmaqlarının boyu, topuqlar və dabanı, uzun dırnaq, təmizliyi və ya kirliliyi, ayaqqabılı və corablı geyinmiş halda və ya qoxusundan cinsi zövq alınması. Qarşı cinsə və ya öz cinsləri arasında tətbiq edilə bilər. Ayaqsevərlər həzz duyduqları ayaqları öpməkdən, yalamaqdan, oxşamaqdan, qoxlamaqdan zövq alırlar. Ayaq fetişizminin kişilər arasında ən məşhur fetişizm növü olduğu bildirilmişdir.Fetişizm, bir obyektə olan həddindən artıq bağlılıq olaraq müəyyən edilə, corab, ayaq və s. şeylər ola bilər. Fetişizm deyilincə ilk ağla gələn ayaq, corab və ayaqqabıdır, ancaq fetişizm göbək, qulaq, əl, uniforma və s. qarşı hiss oluna bilər. Google axtarış statistikalarına görə kişilərin 16%-i ayaq fetişistidir. Həmçinin 2017-ci ildə Belçikada aparılan bir araşdırmaya görə kişilərin 17%-ində və qadınların 4%-ində ayaq fetişi aşkarlanmışdır.
Ayaq göbələyi
Ayaq göbələyi – yoluxucu xəstəlik olub, ayaq barmaqlarının arasında əmələ gəlir. İlk zamanlar solğun ağ və sarı ləkələr kimi yaranır sonar isə xoşagəlməz və ağrılı bir problemə çevrilir. Ayaq göbələyinə adətən tez-tez tərləyən ayaqlarda daha çox rast gəlinir. Bədənin dərisindən asılı olaraq bu infeksiyanın müalicəsi bəzən asan bəzən isə həddindən artıq çətin ola bilər. == Xəstəliyin əlamətləri == Dözülməz dərəcədə qaşınma. Ayağın formasında hiss olunan dəyişikliklər. Ayaqda səpkilər və onların sulanması. == Yaranma səbəbləri == Göbələklər canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik canlılardır. Bu növ canlıların əsas yaranma mənbəyi rütubət və isti yerlerdir ki,tərləyən ayaqlarda bunun üçün ideal məkandır. == Müalicəsi == Bu xəstəliyin müalicəsində ən çox əsasən, göbələk əleyhinə kremlərdən istifadə olunur, lakin bunlar o qədər də effektiv olmurlar.
Ayaq zərbələri
Ayaq zərbələri və ya təpik - ayaq ilə vurulan ələ nisbətən sərt zərbələrdir. Əl zərbələrində olduğu kimi ayaqla vurulan zərbələr müxtəlif səviyyələrə, müxtəlif trayektoriyalar üzrə həyata keçirilir. Ayaqla zərbələr pəncənin üst, alt, qabaq, daban, iç və çöl hissəsi ilə baldır və dizlə icra edilir. == Ayaq zərbələri == Bir çox döyüş növlərində, o cümlədən, Taekvondo döyüş sənətində, əsasən, təpik zərbələrindən istifadə edilir.
Qızıl Ayaq
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər.Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
"Taxta ayaq" əməliyyatı
"Taxta ayaq" əməliyyatı 1985-ci ilin sentyabrında 3 İsrail vətəndaşının Kiprdə öldürülməsi İsrail hökumətini bu işə görə məsuliyyəti öz üzərinə götürən Fələstin Azadlıq Təşkilatının (FAT) Tunisdəki mənzil-qərargahına hücum etməyə vadar etmişdi. Əməliyyat "Taxta ayaq" adı altında 1 oktyabr 1985-ci ildə həyata keçirilmişdi. 8 ədəd F-15, 8 ədəd F-16 markalı qırıcı-bombardmançı təyyarələrin hücumu ilə müşayiət olunan əməliyyat zamanı FAT-ın Tunis qərargahı dağıdılmış, 60-a yaxın üzvü həlak olmuşdu. Tunis rəhbərliyi ölənlər arasında dinc əhalinin olduğunu bildirdikdən sonra, sadiq müttəfiqi ABŞ da daxil olmaqla, dünya ictimaiyyəti İsraili bu işə görə sərt tənqid etmişdi. BMT isə zərərə görə Tunisə ödəniləcək reparasiya məsələsi qaldırdı. FAT buna "Akille Laura" gəmisini ələ keçirib, bir neçə nəfəri öldürməklə cavab vermişdi.
Ayaq (ölçü vahidi)
Ayaq — qədim uzunluq ölçü vahidi. == Ümumi məlumat == Addım, qulac, qarış və dirsək türk sözləri olub, bu gün də bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir. Bu da onların dəqiq ölçülərə daha çox yaxınlığı ilə bağlıdır. Xalqımızın məişətində əski çağlarda işlənmiş, lakin bu gün öz əhəmiyyətini demək olar ki, itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar. Addım, qarış, qulac və dirsəyə nisbətən ayaq uzunluq ölçü vahidi az işlənmiş, tədricən unudularaq arxaikləşmişdir. Bu gün ayaqdan uzunluq ölçmək üçün istifadə edildiyinə rast gəlinməsə də, xalqın yaratdığı və öz məişətində uzun illər boyu işlətdiyi uzunluq ölçü vahidlərindən biridir. Hal hazırda kiçik yaşlı uşaqlar oyun oynayarkən müxtəlif oyunlar zamanı ayaq ölçü vahidindən istifadə edirlər. Azərbaycanda işlənən "ayaq" təxminən yarım inşaat arşınına (0,76 sm : 2 = 0,38 sm ) bərabər götürülmüşdür. Hazırda məişətimizdə işlənən sacayağı da "ayaq" ölçü vahidindən yaranmışdır.
Qara Ayaq (Şot)
Qara Ayaq (fars. قره اياق‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Abaşa
Abaşa (gürc. აბაშა) – Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2018-ci ilin məlumatlarına görə 2.220.125 əhalisi vardır. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Adata
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Alaha
Alaha (Halakha, Halacha, Alaha, הלכה İbranicedə "getmək" mənasındadır) Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.
Alana
Alana — nazlı, armud və s.-dən hazırlanan çərəz. Əsasən, Azərbaycanın Naxçıvan bölgəsinin Ordubad rayonu ərazisində geniş yayılmışdır. == Hazırlanması == Onu, adətən, şaftalının nazlı növündən və armudun əndiryani və şəkəri növündən hazırlayırlar. Alananı hazırlamaq üçün ilk əvvəl lazım olan meyvələr dərilir. Meyvənin qabığı soyulub 5-6 gün günəş şüası altında qurudulduqdan sonra saplaq tərəfdən dairəvi kəsilir və içərisi oyulur. Yenidən gün düşən yerə bir gün saxladıqdan sonra hazırlanmış içlik meyvənin içərisinə doldurulur. İçliyi hazırlamaq üçün cəviz ləpəsini iri gözlü ət maşınında çəkərək 1:1 nisbətində şəkər tozu əlavə edilir. Alananın tamı daha yaxşı olsun deyə ona 1-2 çimdik vanil əlavə edirlər. Elə ki, içlik qurudulmuş meyvənin içərisinə dolduruldu, onda əvvəlcədən hazırlanmış xırda meyvə qapaqlarını alananın yuxarı hissəsinə qoyaraq sap keçirilmiş təbənə ilə deşərək sapa düzülür. Təxminən 20-30 alana bir sapa düzülərək düyünlənir və üzərinə tənzif keçirilərək münasib bir yerdən asılır.
Amada
[[Şəkil:Azərbaycan_ərazisində_tayfalar_(e.ə._VI-IV_əsrlər).jpg|link=https://az.wikipedia.org/wiki/%C5%9E%C9%99kil:Az%C9%99rbaycan_%C9%99razisind%C9%99_tayfalar_(e.%C9%99._VI-IV_%C9%99srl%C9%99r).jpg%7Cthumb%7C[[Bütöv Azərbaycan|Azərbaycan]] ərazisində tayfalar (e.ə. VI-IV əsrlər)]] Amada və ya Amaday, Mannanın Assurilərə məğlubiyyətindən sonra Assuriya hücumuna qarşı dayanan ilk tayfalardan biriydi. == Tarixi == Müxtəlif tayfalar Manna torpaqlarında məskunlaşmışdılar və Amada qəbiləsinin şöhrəti düşmənə qarşı müstəqillik bayrağını qaldırmasıydı. Bunun nəticəsində, Assuriya padşahları tərəfindən Amada və Manna qəbilələri iki müstəqil dövlət olaraq tanındılar. Amada eyni zamanda böyük Midiya sülaləsinin banisi Deyokun doğulduğu yerdir.
Amapa
Аmspa (port. Amapá) — Braziliya ərazisində yerləşən ştat. İnzibati mərkəzi Makapa şəhəridir. == Coğrafiya == Ştatın ərazisi 142 827,9 km² təşkil edir. Bu göstərici ilə 26 ştat arasında 18-ci yerdədir. Ərazisi romb şəkilindədir. Şimaldan Surinam və Fransız Qvineyası, cənubdan və qərbdən isə Para ştatı ilə sərhədlənir. Şərqdən Atlantik okean suları ilə yuyulur. Amazon düzənliyinin şimal-şərq hussəsini təşkil edir. Ərazisinin 90 % Amazon cəngəllikləri örtülüdür.
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.