RƏZİL

sif. [ ər. ] Alçaq, şərəfsiz. Rəzil adam.
– Rəzil düşmən yaralanmış, yırtıcı bir canavardır. S.Vurğun.

// İs. mənasında.
[Gülnaz:] Onu da deyim ki, elə rəzillər mənim namusuma ləkə vura bilməzlər. Q.İlkin.

□ Rəzil etmək – alçaltmaq, şərəfsiz etmək.
Bu vaxta qədər kimsə qarovulçunun qarşısına çıxmamış və onu belə rəzil və təhqir etməmişdi. A.Şaiq.

Rəzil olmaq – rüsvay olmaq, biabır olmaq, alçalmaq.
Yaşama dünyada, olma gəl rəzil; İnsansan, unutma, öz qədrini bil! H.K.Sanılı.

Синонимы

  • RƏZİL alçaq — əclaf — iyrənc — çirkin — murdar — xəbis
  • RƏZİL rəzil bax əclaf

Антонимы

  • RƏZİL RƏZİL – LƏYAQƏTLİ Anri lənət yağdırır: Rəzil mütləqiyyətə! (B.Vahabzadə); Moskvada ləyaqətli bir işə keçdi (M
RƏZƏLİ
RƏZİLLİK

Значение слова в других словарях