RAZILIQ

is. Razı olma, məmnunluq hissi; məmnuniyyət.
Ağrıdan, acıdan yaranır əsər; Ölər yaşanmamış söz bələyində; Bitməmiş, bitəmməz böyük bir əsər; Özündən razılıq kölgəliyində. B.Vahabzadə.

□ Razılıq (razılığını) almaq – razı olub-olmadığını öyrənmək, razılığını əldə etmək, razı olmasına nail olmaq.
[Gülsabah:] [Qüdrət] səni atıb gedirkən səndən razılıq aldımı? C.Cabbarlı.
…Kamalın atası ova hazırlaşanda Kamal onunla getməyə razılığını aldı. M.Rzaquluzadə.

Razılıq etmək – razılığını bildirmək, təşəkkür etmək.
Nahar qurtarandan sonra Lütfəli razılıq edib öz evinə getdi. İ.Musabəyov.
Fətulla hamının əlini sıxıb razılıq etdi. Mir Cəlal.

Razılıq vermək – razı olmaq, razı olduğunu bildirmək; icazə vermək.
[Sərətan:] Yox, gərək Afətə razılıq verəm; Yoxsa varlığımı parçalayar qəm. M.Rahim.

Синонимы

  • RAZILIQ RAZILIQ ..bir az fikirləşdi, razılıq işarəsi olaraq başını tərpətdi (M.Hüseyn); XOŞNUDLUQ Xoşnudluğumdadır nicatım; Ey, mənim cövhəri-həyatım! (Füzuli
  • RAZILIQ yekdillik — birlik — əlbirlik — məmnunluq — xoşhallıq
RAZILAŞMAQ
RAZYANA
OBASTAN VİKİ
Razılıq nişanı
Punktasiya nişanını ✓ («Razılıq nişanı») biz düzgün olan cavabları qeyd etməyə və razılığımızı bildirmək üçün istifadəyə adət etmişik. Lakin İsveç, Norveç, Finlandiya, Puerto-Riko və Yaponiyada bu əks məna verir. Misal üçün, isveç məktəblərində səhv cavablara quş qoyurlar, düzgün cavabları isə "R" ("Rätt" isveçcədən tərcümədə "Düzgün") hərfi ilə markalayırlar. Fin dilində ✓ "väärin" ifadə edir, yəni "doğru deyil". "Düzgün" cavab isə ⋅ / ⋅ {\displaystyle \cdot \!/\!\cdot } (maili şaquli xətt və hər iki tərəfində nöqtə) nişanı ilə işarə olunur.

Значение слова в других словарях

виноте́ка кропоту́нья обесцве́чение огнепрово́дный опа́хивать осьмерико́вый перебаллоти́ровать рыча́ние сма́хивание банке́тный выполза́ние Ге́ба зарегламенти́рованность любе́зный па́кляный разве́сить уши ро́уминг тихово́дный cerastes dialectology expiratory favoured T грубиянить червы