RAŞİ

ə. rüşvət verən.

RASTROV
RAŞİQ
OBASTAN VİKİ
Raşid Gezal
Rachid Ghezzal (ərəb. رشيد غزال‎; 9 may 1992[…]) Super Liqa klubu Beşiktaş və Əlcəzair milli komandasında cinah müdafiəçisi kimi çıxış edən peşəkar futbolçudur. Gezal karyerasına 2012-ci ilin oktyabrında debüt etdiyi "Lion"da başlayıb. O, bütün yarışlarda 119 oyunda iştirak edib və 13 qol vurub. 2017-ci ilin avqustunda Gezal azad agent olaraq "Monako"ya keçdi. 2010-cu ilin iyulunda Lion Metropoliteninin Desines Şağpyu (fr. Decines-Charpieu) şəhərində anadan olmuş Gezal Lion ilə beş illik müqavilə imzaladı. Ardıcıl iki mövsüm "Championnat National 2" də klubun ehtiyat komandası ilə çıxış etdikdən sonra 2012–13 mövsümündən əvvəl o, menecer Remi Qarde tərəfindən böyük komandaya yüksəldi və 31 nömrəli formaya sahib oldu. Gezal böyük komandada debütünü 4 oktyabr 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində İsrailin İroni Kiryat Şmona klubu ilə səfər matçında etdi. 2013–14 mövsümündə Gezal Lionda ikən ilk altı ayda belindən zədə aldı və bu, onu 10 yanvar 2014-cü ilə qədər maça çıxmamağa məcbur etdi, bu müddət ərzində Lionun 32 oyununu buraxdı.
Raşid Nəjmetdinov
Raşid Hibyatoviç Nəjmetdinov (tatar. Räşit Hibät ulı Näcmetdinov, Рәшит Һибәт улы Нәҗметдинов; 15 dekabr 1912, Aqtöbe, Turqay vilayəti, Rusiya imperiyası — 3 iyun 1974, Kazan, Tatarıstan MSSR, RSFSR, SSRİ) — beynəlxalq dərəcəli şahmat idman ustası, dama üzrə idman ustası, SSRİ-nin əməkdar məşqiçisi (1962), RSFSR-in beş qat çempionu, komanda yarışması üzrə üç qat SSRİ çempionu. Aqtöbe şəhərində, kasıb kəndli ailəsində anadan olmuşdur. Beş yaşında valideynlərini itirmişdir. Raşidi uzaq qohumları saxlamış anca 1921-ci ildə baş verən aclıq zamanı yetimxanaya verilmişdir. Raşidin əcdadları əslən Nijni Novqorod vilayətinin Krasnıy Ostrov kəndindən gələmələrdi. Bu kənddən bir çox tanınmış ilahiyyatçılar çıxmışdır. 1922-ci ildə Rəşidin böyük qardaşı - Kavi, gələcəyin məşhur tatar yazıçısı Kavi Najmi kiçik qardaşını Kazana, öz yanına gətizdirdi. 1930-cu ildə məktəbi bitirdikdən sonra Raşid Kazan Kimya Texnologiyaları İnstitutunun tədqiqat şöbəsinə daxil oldu. Lakin çox keçmədən işləməyə məcbur oldu.
Raşidi Xilafət
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı.
Raşidi xilafəti

Raşin döyüşü
Raşin döyüşü — 1809-cu il aprelin 19-da Yozef Poniatovskinin komandanlığı altında Avstriya İmperiyası qoşunları ilə Varşava Hersoqluğu ordusu arasında döyüş. Fransa ilə Beşinci Koalisiya müharibəsi başlayanda Varşava Hersoqluğunda hərbi nazir Yozef Ponyatovskinin tabeliyində yalnız 18 minlik hərbi korpus qalmışdı. Bu vaxtı Ershersoq Avstriyalı-Este Ferdinand Karlın komandanlığı ilə 36.000 minlik Avstriya qoşunu Saksoniya və Varşava Hersoqluğuna hücum etdi. Beləliklə, avstriyalılar hərbi qüvvə baxımından polyakları demək olar ki, iki dəfə üstələyirdilər. Ershersoq birbaşa Varşava üzərinə hücum etdi. Bu zaman şəhərin müdafiəsi həva lə edilən Poniatovski onu qarşılamağa çıxdı. Raşin yaxınlığındakı meşələrdə və bataqlıqlarda polyaklar inadkar müdafiə olunsalarda iki min nəfər ölü və yaralı olaraq itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bir neçə gündən sonra Varşavanı bombardmandan qurtarmaq üçün Poniatovski avstriyalılara təslim oldu. Ershersoq Varşavanın təslim olmasından sonra Torna tərəf getdi. Czubaty, Jaroslaw (2016).
Ər-Raşid
Ər-Raşid (ər. الرشيد) — Allahın adlarından biri.
Raşidun
Raşidun (ərəb. الراشدون‎) və ya dörd xəlifə — Məhəmmədin ölümündən sonra müsəlman cəmiyyətinə rəhbərlik edən ilk dörd xəlifə. Onlar Əbu Bəkr (632–634), Ömər (634–664), Osman (644–656) və Əlidir (656–661). Raşidi xilafəti (632–661) adlanan bu xəlifələr hakimiyyəti sünni islamında "doğru yolda" (raşid) hesab edilir, yəni bu, dini baxımdan təqlid edilməli bir modeli (sünnə) təşkil edir. Məhəmməddən sonra gələn ilk dörd xəlifə Raşidun adlanır. Onlar: Əbu Bəkr (təq. 573–634) Ömər ibn Xəttab (təq. 583–644) Osman ibn Əffan (təq. 573–656) Əli ibn Əbu Talib (təq. 600–661) Məhəmmədin varisliyi müsəlman cəmiyyətini parçalayan əsas məsələdir. Müəllif Karl Ernstə görə, sünni islam, ədliyyəsindən asılı olmayaraq, onların varisliklərinin siyasi status-kvonunu qəbul edir, halbuki şiə müsəlmanları ilk üç xəlifənin legitimliyini böyük ölçüdə rədd edir və Məhəmmədin Əlini onun varisi təyin etdiyini iddia edirlər. Xəlifənin varisliyi mütləq yeni ilin ilk gününə təsadüf etmir. Əşareyi-Mübəşşirə Dörd sadiq səhabə Fayda, Mustafa. HULEFÂ-yi RÂŞİDÎN - An article published in 18th volume of Turkish Encyclopedia of Islam (türk).