Klivlend Şou
"Klivlend şou" (ing. The Cleveland Show) — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend Braun və Donna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı.
Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir.
Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır.