Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Riad
"Riad" — Azərbaycan Respublikasında fəaliyyət göstərmiş özəl aviaşirkət. Şirkətin təsisçisi Rasim Rəfiyev idi. Onun qurduğu bu şirkət oğlu Riadın adını daşıyırdı. Aviaşirkət Dubay, İstanbul və digər şəhərlərə reyslər təşkil edirdi. Bu şirkətdən qazanılan pulların böyük hissəsini Rasim Rəfiyev Bakının "Neftçi" komandasına xərcləyirdi. Belə ki, o, 1995-1997-ci illərdə "Neftçi"nin əsas sponsoru olmuşdur. Məhz həmin illərdə komandanın formalarının üzərinə bu şirkətin adı yazılırdı.
Riad Məmmədov
Riad Tahir oğlu Məmmədov (11 yanvar 1989, Bakı) — pianoçu, musiqişünas, caz və klassik musiqinin ifaçısı. Teodor Kurentzisin dəvəti ilə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasiminə xüsusi musiqi müşaviri təyin edildi. Rusiya, Azərbaycan, Kanada musiqi festivallarının üzvü. Dünyada caz muğam janrında işləyən bir neçə peşəkar musiqiçidən biridir. == Həyatı == Riad Məmmədov rəssam ailəsində dünyaya gəlmişdir. Riadın atası Tahir Məmmədov Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur, anası Nailə Məmmədova sənətşünas və elmi əməkdaşdır, Azərbaycan Dövlət rəsm qalereyasında işləyir. İlk konsertlərini pianoçu 7 yaşında ikən verməyə başlamışdır. Riad Məmmədovun adı Rusiyada, Azərbaycanda və başqa ölkələrdə geniş yayılmışdır. Yaradıcılıq fəaliyyətində pianoçu müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir. O həm klassik repertuar əsərlərində, həm də caz ifasında eyni dərəcədə məharətli və virtuozdur.
Riad Salameh
Riad Hüseynzadə () — bank rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Riad Əhmədov
Riad Əhmədov (20 dekabr 1956, Bakı – 26 yanvar 1992, Daşaltı, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda anadan olub. Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası institutunda laborant işləyib. 1979–1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981–1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y. V. Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. == İtkin düşməsi == Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşür.
Dal Riada krallarının siyahısı
Dal Riada və ya Dalriada (ortagel: Dál Riata) — erkən orta əsrlərdə Şotlandiyanın qərb sahillərini (müasir Arqayl-end-Büt və Haylendin cənub əraziləri, eləcə də Xarici Hebrid adaları) və İrlandiyanın şimalını (indiki Antrim qraflığının əraziləri) idarə etmiş tarixi gel krallığı. Krallığın əsas yaşayış məntəqəsi Dunadd qalası idi. Dal Riada və şotland tayfaları (Tuat) haqda ilk məlumat 314-cü ildə verilir. V əsrin axırlarında Dal Riadanın İrlandiya qisminin əhalisi çoxalmışdı, buna görə də irlandlar Dal Riadanın Böyük Britaniya qisminə köçdülər. Bu ərazi Şotlandiya Dal Riadası olaraq bilinir. 843-cü ildə Dalriada kralı Kennet mak Alpin Piktaviyanı ihlaq etmiş, Şotlandiya krallığını qurmuşdur. == Etimologiya == Dál Riata adı qədim irland dilindən törəyib. Dál ingilis dilindəki Dole, alman dilindəki Teil, fransız dilindəki Taille, italyan dilindəki Taglia və latın dilindəki Tāliō sözləriylə eyni mənanı kəsb edir. Söz pay, hissə, qisim mənasını verir (burada: "torpağın bir qismi"). Riata və ya Riada şəxs adı olduğuna inanılır.
Dal Riada krallığı
Dal Riada və ya Dalriada (ortagel: Dál Riata) — erkən orta əsrlərdə Şotlandiyanın qərb sahillərini (müasir Arqayl-end-Büt və Haylendin cənub əraziləri, eləcə də Xarici Hebrid adaları) və İrlandiyanın şimalını (indiki Antrim qraflığının əraziləri) idarə etmiş tarixi gel krallığı. Krallığın əsas yaşayış məntəqəsi Dunadd qalası idi. Dal Riada və şotland tayfaları (Tuat) haqda ilk məlumat 314-cü ildə verilir. V əsrin axırlarında Dal Riadanın İrlandiya qisminin əhalisi çoxalmışdı, buna görə də irlandlar Dal Riadanın Böyük Britaniya qisminə köçdülər. Bu ərazi Şotlandiya Dal Riadası olaraq bilinir. 843-cü ildə Dalriada kralı Kennet mak Alpin Piktaviyanı ihlaq etmiş, Şotlandiya krallığını qurmuşdur. == Etimologiya == Dál Riata adı qədim irland dilindən törəyib. Dál ingilis dilindəki Dole, alman dilindəki Teil, fransız dilindəki Taille, italyan dilindəki Taglia və latın dilindəki Tāliō sözləriylə eyni mənanı kəsb edir. Söz pay, hissə, qisim mənasını verir (burada: "torpağın bir qismi"). Riata və ya Riada şəxs adı olduğuna inanılır.
Ed (Dal Riada kralı)
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
I Domnall (Dal Riada kralı)
I Domnall (şot.kelt Domnall I, ing. Donald I), Domnall mak Exdax (şot.kelt Domnall mac Echdach), Domnall Brekk (şot.kelt Domnall Brecc), I Çilli Domnall (ing. Donald The Freckled; VII əsr – 642) — Dal Riada kralı (629–642). == Həyatı == I Domnall I Eoxaydın oğlu idi. Onun adı tarixi mənbələrdə ilk dəfə 622-ci ildə qeyd edilmişdir. O, Konall Qutbinn ilə birlikdə bir döyüşdə qalib olmuşdur. 629-cu ildə atasının ölümündən sonra Dal Riada kralı olan I Domnall İrlandiya klan rəhbəri Kenel Konayll ilə olan ittifaqını pozmuş, ona hücum etmişdir. I Domnall 637-ci ildə Olster kralı Yalançı Konqal ilə birlikdə Domnall mak Edo rəhbərliyindəki koalisiyaya Maq Rot döyüşündə məğlub olmuşdur. Domnall mak Exdax 635-ci ildə və daha sonra 638-ci ildə piktlərə məğlub olmuşdur. Əlavə olaraq, Domnall Brekk Alt Klut kralı Euqeyn ap Beliyə Stratkarron döyüşündə məğlub olmuşdur.
Raad
Raad-1
Rial
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Riau
Riau (çin. 廖 內, nid. Riouw) — İndoneziya əyalətidir. Sumatranın mərkəzi şərq sahilində, Malakka boğazı boyunca yerləşir. 2004-cü ilə qədər əyalət Riau adalarına, bu adaların 2004-cü ilin iyulunda bir vilayət olaraq ayrılmasından əvvəl Sumatra adasının şərqində və Sinqapurun cənubunda yerləşən kiçik adaların böyük bir qrupunu (əsas adaları Batam və Bintan) daxil etdi. Paytaxtı və ən böyük şəhəri Pekanbarudur. Vilayət şimal-qərbdən Şimali Sumatra, qərbdən Qərbi Sumatra və cənubdan Cambi ilə quru sərhədlərini bölüşür. Riau əyalətinin ümumi sahəsi 87,023.66 kvadrat kilometrdir (33,600,02 kvadrat mil), Bukit Barisan yamacından Malaka boğazına qədər uzanır. Riau rütubətli tropik iqlimə malikdir, orta hesabla yağışlar ildə 2000 ilə 3000 millimetr arasında dəyişir və illik orta yağıntının miqdarı təqribən 160 gündür. Riau hazırda İndoneziyanın ən zəngin əyalətlərindən biridir və təbii ehtiyatlarla, xüsusən neft, təbii qaz, rezin, xurma yağı və lif plantasiyaları ilə zəngindir.
Rind
Rind (erm. Ռինդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Abbey Road
Abbey Road — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu. == Haqqında == Albom Apple Records leyblı ilə 26 sentyabr 1969-cu ildə buraxılmışdır. Abbey Road üzərində işlər 1969-cu ilin fevral ayından avqust ayınadək davam etmiş və qrupun bütün dörd üzvünün birlikdə işlədiyi sonuncu layihə olmuşdur (qrupun 1970-ci ildə buraxılmış və sayca sonuncu studiya albomu sayılan "Let It Be"nin böyük hissəsi 1969-cu ilin yanvarında yazılmışdı). Albomun prodüserliyini 1962-ci ildən qrup ilə işləyən Corc Martin etmişdir. Qrup üzvlərinin Ebbi-Roud küçəsini keçən zaman çəkilmiş albomun üz qabığındakı fotoşəkil geniş şöhrət qazanmışdır. Foto çəkiliş 8 avqust 1969-cu ildə baş tutmuşdur. Fotoqraf Lain Makmillanın şəkili çəkə bilmək üçün cəmi on dəqiqəsi var idi: Ebbi-Roud Londonun ən işlək küçələrindən biri olduğundan, küçənin bu sahəsi xüsusi olaraq polis tərəfindən bağlanılmışdı.
Ektor Rial
Xose Ektor Rial Lagiya (isp. José Héctor Rial Laguía; 14 oktyabr 1928 – 24 fevral 1991, Madrid) — 1954 və 1961-ci illərdə "Real Madrid"in heyətində hücumcu mövqeyində çıxış etmiş futbolçu. Çempionlar Kubokunu ard-arda beş dəfə qazanan heyətin üzvü olmuşdur. O, karyerası boyu Argentina, Kolumbiya, Uruqvay, İspaniya, Fransa və Çili klublarında çıxış etmişdir. O, Argentinada doğulub orada böyüsə də, İspaniya milli futbol komandasının heyətində 5 dəfə oynamışdır. Rial peşəkar karyerasına 1947-ci ildə Argentina çempionatının "San Lorenso de Almaqro" klubunda başladı. 1949-cu ilin iyun ayında "İndependyente Santa Fe" klubunda oynamaq üçün Kolumbiyaya köçdü. Klubla keçirdiyi iki mövsümdən sonra Uruqvayın "Nasyonal" klubuna keçdi və 1952-ci ildə yerli çempionatın qalibi oldu. 1954-cü ildə Rial, yeddi il oynadığı İspaniya nəhəngi "Real Madrid"ə qatıldı və komandası ilə birlikdə on böyük titul qazandı. Klubda, əsasən əvəzedici heyətdə oynadığı son mövsümdə o, icarə əsasında beş aylıq Çilinin "Union Espanyola" klubuna keçdi.
Flo Rida
Flo Rida — Tramar Lacel Dillard (16 sentyabr 1979, Karol-Siti[d], Florida və ya Opa-lokka[d], Florida) — ABŞ sənətçisi. == Həyatı və karyerası == 17 sentyabr 1979-cu ildə Amerika Birləşmiş Ştatlarının Florida ştatının Opa-locka şəhərində anadan olmuşdur. İlk öncə "2 Live Crew" qrupunda fəaliyyətə başlamışdır.
Off-road
Off-road (ing. off-road — yolsuzluq) — yolsuzluq maşını adlandırılan tamötürücülü avtomobil ilə çətin və keçilməz trayektoriya üzrə hərəkət etməni nəzərdə tutan aktiv istirahət və idman növü. Yolsuzluq avtomobilinin ekipajı ən azı iki nəfərdən ibarət olmalıdır: pilot və şturman. Şturman naviqasiya sistemi ilə, hərəkət marşrutunu müəyyən edir, keçilməz yollarda pilota tövsiyələr verir. Pilot yolsuzluq və ekstremal şəraitdə avtomobili yaxşı idarə etmək bacarıqlarına malik olmalıdır. Offroad-ı iki kateqoriyaya bölmək olar: idman və aktiv istirahət.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq xokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Raad-1
Raad-1 (Şimşək-1) — İran istehsalı olan özüyeriyən artilleriya sistemidir. == Tarixi == 1996-cı ilin mayında İran ilk yerli istehsalı olan 122 mm-lik Raad-1 (“Şimşək-1”) haubitsasını uğurla sınaqdan keçirdiyini iddia etdi. Raad-1-in istehsalatda olub-olmadığı məlum deyil. Təhlilçilər, ehtimal edir ki, böyük ehtimalla bu model Raad-2 modelini inkişaf etdirmək üçün istifadə olunan bir prototip olmuşdur. == Təsviri == 2S1 Gvozdika özüyeriyən haubitsasından 122 mm-lik 2A18 haubitsa topu və ya 15,200 metr təsirli atəş məsafəsi olan bir modifikasiyası ilə təchiz edilmişdir. Həmçinin 2S1 Qvozdika özüyeriyən haubitsasının müstəqil hərəkət edə bilən bir qülləsi mövcuddur. İran istehsalı olan Boragh (Raad-1 onun bir modelidir), Rusiyanın BMP-1 və ya Çinin Type 86 (WZ-501) PDM-inin bir transformasiyası olan APC şassisindən istifadə edir.
Raad-2
Raad-2 (“Şimşək-2”) — İran istehsalı olan özüyeriyən artilleriya sistemidir. Dəqiqə ərzində 5 dəfə atəş aça bilər. Raad-2 üçün V-8 dizel, Raad-2M üçün 5TDF mühərrikindən istifadə edilir. Raad-2 modeli 840, Raad-2M isə 700 at gücündədir. 500 km-lik hərəkət mənzilinə malikdir. Yönləndirmə sistemi burulma çubuğu ilə təmin edilir. == Dizaynı və inkişafı == 1997-ci il sentyabrın əvvəlində, İran tərəfindən Raad-2 (Şimşək-2) kimi tanınan sürətli, mobil atəşə dəstək vasitəsi olan haubitsasının uğurla sınaqdan keçirildiyi bildirilmişdir. M109A1 155mm/39 cal özüyeriyən artilleriya sistemindəkinə bənzər olan bir qüllədən istifadə edir. İran Müdafiə Sənayesi Təşkilatı, İran Müdafiə Sənayesi Təşkilatının Hadid zavodu tərəfindən istehsal olunan 155 mm HM44 haubitsasının yüksək atəş sürətinə və dəqiqliyə sahib olduğunu iddia etmişdir. Dəqiqədə beş atəş aça biləcəyi ifadə edilmişdir.
Rias Qremori
Rias Qremori (リアス・グレモリー, Riasu Guremorī) — İçiey İşibumi tərəfindən yazılmış və əsasında anime və manqa adaptasiyaları istehsal olunmuş "High School DxD" ranobe seriyasından personaj. Rias ranobe seriyasının protaqonisti İssey Hyodonun sevdiyi qızdır. O, mələklərin, iblislərin və düşmüş mələklərinin də təhsil aldığı Kuo Akademiyasının tələbəsidir. "High School DxD"-də hadisələr üç fərqli irqin – mələklərin, iblislərin və düşmüş mələklərin müharibə etdiyi dünyada baş verir. Yüksək dərəcəli iblis klanı olan Qremori klanının üzvü olan Rias düşmüş mələk Reyner tərəfindən öldürülən İsseyi xilas edir. Növbəti səhər oyanan İssey hər şeyin yuxu olduğunu düşünür, amma Riasın çılpaq vəziyyətdə otağında yatdığını görür. Rias özünün iblis olduğunu, onu iblis kimi yenidən diriltdiyini və onun ustası olduğunu açıqlayır. O, Kuo Akademiyasındakı Okkult Tədqiqat Klubunun başçısıdır. İssey və klubun digər üzvləri müxtəlif təşkilat və qurumlarla əlaqə saxlayırlar. Bəzən iblis təşkilatları onları Reytinq oyunları adlandırılan və klan üzvlərinin şahmat fiqurları rolunda çıxış etdikləri ölüm oyunlarına dəvət edir.
Rias dövrü
Rias dövrü və ya Rias ( yun. ῥύαξ rýax - lava axını deməkdir) — Paleoproterozoy erasında ikinci geoloji dövrdür və 2300 milyon il əvvəl ilə 2050 milyon il əvvəl arasında davam etmişdir. Bu tarixlər stratiqrafiyaya əsaslanmaq əvəzinə xronometrik olaraq təyin olunur.Bu dövrdə Buşveld kompleksi və digər oxşar formalaşmalar meydana gəlmişdir.Huronian buzlaşması Riasın başlanğıcında başlamış və 100 milyon il davam etmişdir.
Riyad Sülh
Riyad əs-Sülh (ərəb. رياض الصلح‎; 1894, Sayda – 17 iyul 1951, Amman) — Livan Ərəb Respublikasının 1-ci baş naziri. == Həyatı == Riyad Sülh Livanın cənubundakı Sayda şəhərində, 1894-cü ildə anadan olmuşdur. Livana köçən Misir və qismən-Fələstin mənşəli ərəb ailəsində görkəmli bir sünni torpaq sahibi idi. Rza Sülh, Nəbətiyyədə və Sayda'da bir islahatçı sub-qubernator və bir lider millətçi ərəb lideri idi. 1915-ci ildə Rza Sülh Osmanlı qüvvələri tərəfindən mühakimə olundu və Smirna'ya, Osmanlı İmperiyasına sürgünə getdi. Sonra Osmanlı valisi olaraq vəzifə yerinə yetirdi.Həmçinin Dəməşqdə Emir Feysəl hökumətində daxili işlər naziri vəzifəsini də icra etmişdir Sülh Paris Universitetində hüquq və siyasi elmlər üzrə təhsil almışdır. Atası Osmanlı Məclisində millət vəkili olduğu üçün gəncliyinin çox hissəsini İstanbulda keçirdi. == Karyera == Sülh iki dəfə Livanın baş naziri vəzifəsini icra etdi. Onun ilk müddəti Livan müstəqillik qazandıqdan dərhal sonra (25 sentyabr 1943 - 10 yanvar 1945) olmuşdur.
Riyad Türk
Riyad Türk — Suriya Kommunist Partiyasının baş katibi, Suriya müxalifətinin real liderlərindən biri. 1982-ci ildə Xama şəhərində baş verənlərə görə Hafiz Əsədi diktator adlandıran, öz silahdaşları tərəfindən "Müsəlman qardaşları"nı tənqid etmədiyinə görə, satqın adlandırılan, İtambul konferensiyasına etibarlıq votusu verən, məşhur kommunist lider. == Həyatı == Əl-Türk, tələbə ikən Suriya Kommunist Partiyasına qatıldı. İlk dəfə 1952-ci ildə dövlət çevrilişində hakimiyyətə gələn hərbi hökumətə qarşı çıxdığı üçün hüquq məktəbini bitirdikdən sonra həbs edildi. Beş ay tutuldu və işgəncələrə məruz qaldı, lakin məhkəmədə heç vaxt mühakimə olunmadı.Daha sonra partiya qəzeti olan Əl-Nur üçün məqalələr yazdı və lider partiya ideoloqu oldu. 1958-ci ildə Suriya və Misirin Birləşmiş Ərəb Respublikasında birləşməsinə qarşı çıxdığına görə Nasser altında yenidən həbs edildi və on altı ay tutuldu. Yenə işgəncəyə məruz qaldı, lakin heç bir cinayətə görə mühakimə olunmadı. Türk bir müddətdir partiyanı dəmir yumruqla idarə edən baş katib Xalid Baqdaşa qarşı çıxaraq, ərəb millətçiliyinə daha müsbət baxışı tələb edən bir qrupa rəhbərlik edirdi. 1972-ci ildə Bakdash, partiyanı hakim Ərəb Baath Sosialist Partiyası ilə müttəfiq olan təşkilatlar koalisiyası olan Milli Mütərəqqi Cəbhəyə birləşdirmək qərarına gəldi. Partiyanın radikal qanadındakı tərəfdarlarla yanaşı, Türk 1960-cı illərin sonlarından bəri görünən bir parçalanmanı birləşdirərək Suriya Kommunist Partiyasını (Siyasi Büro) yaratdı.
Riyad Əliyarov
Riyad Məmməd oğlu Əliyarov (20 fevral 2003; Xaçmaz rayonu, Xudat, Azərbaycan — 13 iyun 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin şəhidi. == Həyatı == Riyad Əliyarov 20 fevral 2003-ci ildə Xaçmaz rayonunun Xudat kəndində anadan olub. Subay idi. O, hərbi xidmətində mühəndis-istehkam bölməsində xidmət etmişdir. Atası Məmməd Əliyarovdur. Özündən böyük 2 qardaşı vardır. Evin son beşiyidir. Böyük qardaşı Əliyarov Mülküm Məmməd oğlu, 44 günlük Vətən müharibəsində iştirak etmişdir. == Hərbi xidməti == Riyad Əliyarov 2020-2021-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O hərbi xidmətində Ömər aşırımı mövqeyində mühəndis-istehkam bölməsində xidmət etmişdir.
Riyad Əsəd
Riyad Musa Əsəd (ərəb. رياض موسى الأسعد‎‎; 1961, İdlib) — Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki, Azad Suriya Ordusunun keçmiş hərbi komandiri.Riyad Əsədin sıra ailə üzvü Suriya hökuməti tərəfindən edam edilmişdir. == Həyatı == === Azad Suriya Ordusu === Riyad Əsəd 2011-ci ilin mart ayında Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 4 iyul 2011-ci il tarixində Suriya Hərbi Hava Qüvvələrindən istefa etdiyini elan edir. O, Azad Zabitlər Hərəkatına qoşularaq fərarilik edir.Əsəd digər fərarilər ilə birlikdə 29 iyul 2011-ci il tarixində Bəşər Əsəd hökumətini devirmək üçün qiyamçı bir müharibə aparmaq niyyəti ilə Azad Suriya Ordusunun (ASO) qurulduğunu elan edir. Əsəd Suriya Prezidenti Bəşər Əsəd üçün sürgün həllinə qarşı çıxır və hökuməti devrilənə qədər mübarizə aparmağı arzu edir.Əsəd BMT-nin hərbi müşahidəçiləri Suriyaya daxil olduqdan sonra Suriya üzrə Kofi Annan sülh planına sadiq qalaraq bütün qüvvələr üçün atəşkəs elan edir. Ancaq bir neçə gündən sonra üsyançıların rəhbərlik etdiyi hücumların davam etdiyi yenidən elan edir, səbəb kimi də Bəşər Əsəd hökuməti ona vəd edilənin əksinə, barışığa getməmməyini göstərir.Əsəd 8 dekabr 2012-ci il tarixində Türkiyənin Antalya şəhərində Azad Suriya Ordusunun hərbi komandiri olaraq briqadir Səlim İdris ilə əvəz edilir. === Sui-qəsd cəhdləri === Riyad Əsəd 2012-ci ilin avqust ayının əvvəlində "Rusiyanın Səsi"nə verdiyi bir müsahibədə Suriya hökumətinin ona bir neçə dəfə sui-qəsd etməyə cəhd göstərdiyini və bu səbəbdən də onu Türkiyə kəşfiyyatının qoruduğunu irəli sürür.Əsəd 25 mart 2013-cü il tarixində Suriyanın şərqindəki Mayadin yaxınlığında bomba ilə yüklənmiş bir avtomobilin partlaması nəticəsində zərərçəkənlərdən biri olur. O, müalicə üçün Türkiyəyə aparılır və sağ ayağı kəsilir.
Road&Traffic
Road and Traffic — Xəzər regionunda yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları kimi sektorların peşəkarlarını öz meydançasında bir araya toplayan biznes platforma. == Məqsəd == Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll seçimlərini təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsullarınızın satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək və bu sahə üzrə tenderlərdə iştirak etmək imkanı yaradır. == Tarix == === 2014 === Road&Traffic 2014 sərgisində Azərbaycan, Almaniya, Türkiyə və Fransa şirkətləri tərəfindən geniş çeşiddə yol-tikinti avadanlıqları, materiallar, infrastruktur və servis xidmətləri nümayiş etdirilib. === 2018 === "Road & Traffic 2018" sərgisində yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü baş tutmuş, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirilmişdir. === 2022 === Road&Traffic 2022 sərgisində Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim ediblər.
Ər-Riyad
Ər-Riyad (ərəb. الرياض‎) — Səudiyyə Ərəbistanın paytaxtı. Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzi. Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi əyalətinin inzibati mərkəzidir. == Əhalisi == Şəhər əhalisinin sayı 6,506,700 nəfərdən artıqdır. Əhalinin sıxlığı hər kv km-ə görə 3,600 nəfərdir. == Tarixi == Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə İslam dövlətinin inzibati mərkəzi kimi salınmışdır. Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir.
Riyad əmirliyi
Riyad əmirliyi — 1902-ci ildən 1913-cü ilə qədər mövcud olmuş əmirlik. Bu, Səud sülaləsinin rəhbərlik etdiyi monarxiya idi. Dövlət Səud qüvvələrinin Rəşidilər sülaləsinin başçılıq etdiyi Həil əmirliyi ilə Riyad döyüşü zamanı Riyad şəhərini ələ keçirməsindən sonra yaradılmışdır. Bu, Nəcd və Həsa əmirliyinin birbaşa sələfi və indiki Səudiyyə Ərəbistanının ən erkən qanuni sələfi idi. Əl-Həsa 1913-cü ildə fəth edilmişdir.
IAD
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
RIAA sertifikatı
RIAA sertifikatı (ing. The Recording Industry Association of America, azərb. Amerika Səsyazma Sənayesi Birliyi) ABŞ-də musiqiçilərin satdığı albom və sinql sayına görə verilən müükafatdır. ABŞ-dən başqa digər dövlətlərdə də bu cür sertifikat sistemləri də mövcuddur. == Sertifikat növləri == 500.000 nüsxə: Qızıl albom. 1.000.000 nüsxə: Platin albom. 2.000.000 nüsxə: Multi-Platin albüm. 10.000.000 nüsxə: Almaz albüm.