Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Simvolik Proqramlaşdırma
Simvolik Proqramlaşdırma (symbolic programming,символическое программирование,sembolik programlama) - proqramın düsturlarla və proqram komponentləri ilə verilənlər kimi manipulyasiya edə bildiyi proqramlaşdırma növü. Simvolik proqramlaşdırma vasitəsilə daha kiçik məntiqi və funksional vahidlər birləşdirilərək mürəkkəb proseslər işlənib hazırlana bilər. Bu səbəbdən proqramlar özlərini dəyişə və “öyrənə” bilər ki, bu da onların istifadəsini süni intellekt (ARTIFICIAL INTELLIGENCE), ekspert sistemləri (EXPERT SYSTEMS), təbii dilin emalı (NATURAL LANGUAGE PROCESSING) və kompüter oyunları (COMPUTER GAMES) kimi sahələrdə daha əlverişli edir. LISP və Prolog simvolik proqramlaşdırma dilləridir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 829 s.
Simvolik antropologiya
== Simvolik antropologiyada simvollar anlayışı == Antropologiyada simvolik nəzəriyyə XX əsrin I yarısında fəlsəfədə formalaşan simvolik formalar nəzəriyyəsi ilə bağlı olmuşdur. Yunan dilində simvol — işarə, tanıdıcı xüsusiyyət, fərqləndirici əlamət və s. deməkdir. Simvolik düşüncə tərzi belə bir nöqteyi-nəzərdən çıxış edir ki, real aləmin, gerçəkliyin ayrı-ayrı elementləri və xüsusiyyətləri öz-özlüyündə dərk olunmazdır. İnsan və onun şüuru bu və ya digər gerçəkliyi, xarici aləmin əlamətlərini və s. xüsusi özünəməxsus xüsusiyyətləri ilə kodlaşdıraraq dərk edir. Əslində bu fərziyyəni müdafiə edən tədqiqatçılar insanın insanaqədərki mərhələdən insanolma mərhələsinə keçidini məhz xarici aləmin simvolik kodlaşdırması ilə, gerçəkliyi ikiləşdirməsi ilə əlaqələndirirlər. İbtidai insanların reallığı xüsusi magik ayinlər vasitəsilə xüsusi formada simvollaşdırması, işarələndirməsi məhz belə bir başlanğıc nöqtəsi kimi qəbul edilir. Əslində fəlsəfədə simvolik formalar nəzəriyyəsi alman filosofu Ernest Kassirer tərəfindən irəli sürülmüşdür. "Simvolik formaların fəlsəfəsi" əsərində o göstərirdi ki, əşyalar, real aləmin gerçəklikləri öz-özlüyündə dərk edilmək üçün kifayət etmirlər.
Simvolik süni intellekt
Simvolik süni intellekt — süni intellekt tədqiqatının bütün metodları, vəzifələrin, məntiqlərin və axtarışların yüksək səviyyədə "simvolik" (insan tərəfindən oxunan) təqdimatına əsaslanan bir addır. Simvolik Sİ, 1950-ci illərin ortalarından 1980-ci illərin sonlarına qədər Sİ tədqiqatının dominant paradiqmasının əsasını təşkil edirdi. 1985-ci ildə Con Hoqland, süni intellekt araşdırmalarının nəticələrinin fəlsəfi əks olunmasına həsr olunmuş kitabında simvolik Sİ-ə GOFAI (ing. Good Old-Fashioned Artificial Intelligence Artificial Intelligence: The Very Idea adını verdi. Robot texnikasında oxşar termin GOFAIR ("robototexnika sahəsində köhnə süni intellekt") istifadə olunur. Simvolik AI-nin ən uğurlu forması istehsal qaydaları şəbəkəsini istifadə edən mütəxəssis sistemləridir. İstehsal qaydaları simvolları if-sonra operatoruna bənzər əlaqələrə birləşdirir. Bu qaydaları emal edən ekspert sistemi, məntiqi nəticələr çıxarır və əlavə məlumatların lazım olduğunu, yəni insan tərəfindən oxunan işarələrdən istifadə edərək hansı sualların verilməli olduğunu müəyyənləşdirir. == Tarixi == Süni intellektin yaranmasına simvolik yanaşma simvolların manipulyasiya yolu ilə zəkanın bir çox aspektinin başa düşülə və şərh oluna biləcəyi fərziyyəsinə əsaslanır. Bu fikir Newell-Simon hipotezinin əsasını təşkil etdi.
Bibliya simvolikası
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. === Balıq, gəmi, lövbər, quş === Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. === Xaç (çarmıx) === === Labarum === Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.
Nasist simvolikası
Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əsas simvol olan Hakenkreuz (svastika və ya qamalı xaç) partiyanın əsas simvolu olaraq istifadə edilir və Nasist Almaniyasının bayrağını təşkil edirdi.İstifadə olunan digər Nasist simvolları: Qamalı xaç olan qartal motivi, Nasional Sosialist Alman Fəhlə Partiyasının rəsmi simvolu Dəmir xaç Mühafizə dəstəsinin (SS) simvolu olan yan-yana gəlmiş "S" hərfi (runik "SS") Qara SS forması Qəhvə rəngi Hücum dəstəsi (SA) forması == Nasist bayrağı == Nasistlərin əsas simvollarından birincisi üzərində qamalı xaç olan bayraq idi. Bayraq qara, ağ və qırmızı rənglərdən təşkil olunmuşdu. Bu rənglər Alman imperiyasını rəmzləri idi. I Dünya müharibəsindən sonra qurulan Veymar Respublikasına qarşı olan alman millətçiləri tərəfindən bu 3 rəng istifadə olunurdu. Nasistlər hal-hazırda da istifadə olunan bayrağı qınamış və bir utanc mənbəyi olaraq qəbul edirdilər. Adolf Hitler, Mənim mübarizəm adlı əsərində Nasist bayrağının mənasını belə vermişdir: == Runik hərflər == Runik əlifbanın hərfləri xüsusilə Sigel, Eihvaz, Tyr və Algiz runları nasistlərin alman adətləri ilə özlərini əlaqələndirmək üçün istifadə olunmuşdur. Nasistlərin runları istifadə etmələrinin ardındakı reallıqlar, XIX əsrin sonları və XX əsrin əvvəllərində Alman mistikasının önəmli fiqurlarından olan Guido fon Listin əsərlərində tapıla bilər. Listin 1908-ci ildə yayımladığı Das Geheimnis der Runen (Runların sirrləri) adlı əsəri mpvzuyla əlaqəli nümunələrdən biridir. Nasist afişalarında, yazılarında istifadə olunan S runu Guido fon Listin "Sig" fiqurudur.
Xristian simvolikası
Xristian simvolikası - xristian kilsələri və icmaları tərəfindən zaman-zaman istifadə edilən nişanlar və rəmzlərdir. === Balıq, gəmi, lövbər, quş === Simvolların əxsəriyyəti ən qədim zaman, hətta Xristianlıqdan öncə yaranmışdır. İlk Xristianlar simvolikadan geniş istifadə etmişdirlər. Daha sonra bu simvollardan rəsmi kilsələr istifadə etmişdirlər. === Xaç (çarmıx) === === Labarum === Labarum imperator Konstantinin bayrağı olmuşdu. Onun hakimiyyəti dövründən başlayaraq Xristianlığın rəmzinə çevrilmişdir. Bayrağın üzərində "Xristos" sözünün yunanca ilk iki hərfi və "Hoc vince" (Bununla qələbə çalacağıq) sözləri yazılmışdır. Rəvayətlərə görə 312-ci ildə Milviya körpüsü yaxınlığında baş verən döyüşdən öncə imperator Konstanin və onun 40 minlik ordusu göydə böyük bir xaçı gördülər. Bu xaç hətta günəşi də bağlamışdı. Başqa rəvayətə görə, bu döyüşdən öncə Konstantin yuxuda labarumumu görərək "In hoc signo vinces" (Bu rəmzlə qələbə çalacaqsan) sözlərini eşitmişdi.
Simvolizm
Simvolizm (fr. symbolisme, yun.-symbolon-işarə, rəmz) — XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan. Simvolizm realizm epoxasının tərkibində bir cərəyan kimi XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmışdır. Simvolistlər naturalizmin ifratlığından qaçmaq üçün həyat faktına qarşı simvolu (ümumiləşdirməni) qoyurdular. Naturalizmi isə bayağı görürdülər. Sözlə təsvir olunmuş həyat faktı da simvola çevrilir. Lakin o zaman bu cəhətə əhəmiyyət vermirdilər, çünki semiotika hələ kifayət qədər yayılmamışdı. Simvolizm deyəndə həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşməyə üstünlük verən və konkret tarixi dövrdə aktual olmuş bir realist fikir və yaradıcılıq məktəbi nəzərdə tutulur. Simvolizm bütün Qərbi Avropa ədəbiyyatlarında – Fransada – S.Malarme və Artur Rembo, Belçikada – Emil Verxarn, Almaniyada – Q.Qauptman, İngiltərədə Oskar Vayld və s. sənətkarların əsərlərində özünü göstərmişdir.
Simvol
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Simfonik metal
Simfonik metal (ing. Symphonic metal ) - metal və simfonik orkestr musiqi janrlarını birləşdirən musiqi üslubu. Bu janra aid musiqilərdə əsasən qadın vokalı, xor, simfonik musiqi alətləri və ya onların sintezatorda imitasiyası istifadə olunur. Bəzən bu janra aid musiqilərin yazılışı zamanı canlı simfonik orkestrlərin köməyindən də istifadə olunur. Bu janr 1990-cı illərin ortalarında Avropada yaranmağa başlamışdır. Bu janrın yaradıcıları The Gathering və Theatre of Tragedy kimi qotik-metal qrupları sayılır. Məhz onlar ilk dəfə olaraq, öz musiqilərində simfonik xordan və qadın vokalından istifadı etmişlər. Bu janr həmçinin bir neçə subjanra da bölünür.
Simfonik muğam
Simfonik muğam — Azərbaycan musiqisinin bir janrı. 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. == Tarixçə == Janrın əsası Üzeyir Hacıbəyovun ilk muğam operalarında qoyulmuşdur. Bu operalarda muğam ilk dəfə olaraq Avropa opera janrı ilə birləşdirilmişdi. "Leyli və Məcnun" operasında Heyratı (Nofəlin partiyası) və Arazbarı zərbi muğamlarından istifadə buna misaldır. Ü. Hacıbəyovun "Aşıqsayağı" kamera-instrumental əsəri də muğam-improvizasiya üslubunda yazılmışdır. Ü. Hacıbəyovun, Müslüm Maqomayevin öz əsərlərində simfonizmi fəal surətdə Azərbaycan musiqisinə gətirmələri, həmçinin simfonik janrda yazan yeni bəstəkar nəslinin (Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov və b.) yetişməsi simfonik muğamın yaranmasına rəvac verdi. İlk simfonik muğamlar 1948-ci ildə Fikrət Əmirov tərəfindən yazılmış "Şur" və "Kürd ovşarı" idi. F. Əmirov bu əsərlərində muğamlardan geniş istifadə etmiş, onlara öz müəllif konsepsiyasını verərək yeni emosional məzmuna nail olmuşdur. O, əsl muğamın kompozisiya strukturunu saxlamış, bəzi hallarda xalq mahnılarından da istifadə etmişdir.Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan tədrici ardıcıl yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur.
Simfonik şeir
Simfonik şeir - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Simvolun parametrləri
Simvol obyektinin parametrləri bunlardır: yazılış şəkli, keql, rəng, effekt, sürüşmə, kerninq. Simvolun yazılış şəkli. Dörd əsas yazılış şəklindən istifadə olunur: qlif - (ing.glyph, ru глиф) – hər hansı çap simvolu; bir simvolun çap olunmuş görünüşü. Keql şriftin ölçüsüdür.Ənənəvi olaraq keql punktla (pt) ölçülür. Bir punkt 0.35 mm-ə bərabərdir. Rəng Tətbiqi proqram mühitlərinin obyektlərinin əksəriyyətinin rəngi olur. Effekt simvolun ekranda və sənəddə necə görünəcəyini müəyyənləşdirir. Ən çox istifadə olunan effektlər bunlardır: Altından xətt çəkilmiş . üstündən xətt çəkilmiş, kölgəli, konturlu, qabarıq, batıq, kiçik baş hərflər, hamısı baş hərflər. Sürüşmə (İndeks) simvolun təməl xəttinə görə yerini müəyyən edir.İki növ sürüşmə olur : aşağı və yuxarı , yəni aşağı indeks və yuxarı indeks.
ESC simvolu
ESC simvolu – ASCII yığınında təyin olunmuş 32 idarəedici koddan biri; adətən, escape-ardıcıllığın (ESCAPE SEQUENCE) başlanğıcını göstərir. Onluq kodu – 27, onaltılıq kodu – 1Bh. Escape-ardıcıllıqlardan Hewlett-Packard şirkətinin LaserJet seriyalı lazerli printerlərinin işini idarə etmək üçün PCL dilində geniş istifadə olunur.
Ertələmə simvolu
1.Ertələmə simvolu(cancel) – verilənlərin printerə və başqa kompüterlərə ötürülməsində istifadə olunan idarəedici simvol; CAN kimi işarə olunur. Adətən, ötürülən mətn sətrinin ləğv olunmasını bildirir. ASCII simvollarının əsas yığınında ertələmə simvolunun kodu 24-dür. 2.Ertələmək – verilmiş əməliyyatın istifadəçi tərəfindən ləğv olunması. Dialoq bokslarının (DIALOG BOX) bir çoxunda təsdiq ediləsi əməliyyatlar üçün Cancel (ertələ) düyməsi olur. Onu basdıqda heç bir əməliyyat yerinə yetirilmədən pəncərə ekrandan yox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntü simvolu
Görüntü simvolu (ing. graphics character) — özünə oxşar simvollarla kombinasiyada çox sadə qrafik görüntülər verə bilən simvol. ASCII 95 simvol: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.
Qazaxıstanın simvolu
Qazaxıstanın gerbi — 4 iyun 1992-ci ildə qəbul edilib. Gerbin müəllifləri Jandarbek Məlibekov və Şota Vəlixanovdur. Final mərhələsində gələcək gerbin təxminən 245 ideya və 67 təsvir layihəsi iştirak edirdi. 1992-ci ilə qədər, Qazaxıstanın gerbi bütün digər keşmiş müttəfiq sovet respublikalarının gerbinə oxşar idi. == Xülasə == Emblem Tibet Yel Atı simvoluna oxşadılaraq, mifik atların qanadlarının köməyi ilə tənzimlənən alaçığın üst hissəsindəki günbəzə oxşar şanırakın (qaz. Шаңырақ, şañıraq; daha çox rus transkripsiyası ilə rus. Шанырак təsadüf olunur) təsviridir. Emblemin dairə forması həyat və əbədiyyət rəmzidir. Şanırak ailə rifahı, sülh və əmin-amanlıq rəmzidir. Qazax şanırakına çox oxşar dizayn qonşu ölkə olan Qırğızıstan bayrağında istifadə edilir.
Sivolki adaları
Şivolki adaları — Nordenşeld arxipelaqının tərkibinə daxil olan adalar qrupu. Adalar Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnirlər. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədi ilə burada qoruq yaradılmışdır. Adalarda həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir. Arxipelaqın ən qərb nöqtəsini təşkil edir. Şərq hissədən Paxtusov adası, cənub-şərqdən Vilkis adasından Radzeevski boğazı ilə ayrılır. Adalar olduqca sıx yerləşmişdir. Onlar arasında məsasə 5-7 kilometri keçmir. Adalar qrupu şərqdən qərdə 40 kilometr, şimaldan cənuba isə 25 km məsafədə uzanır.
Sorğu simvolu
Sorğu simvolu – rabitə sistemlərində: verici qurğu tərəfindən göndərilən və qəbuledici qurğu onu aldıqda geriyə hər hansı cavab göndərməli və ya özünü tanıtmalı olduğu kod. ASCII kodunda ENQ simvolunun onluq qiyməti 5-dir (onaltılıq – 05h).
Tabulyasiya simvolu
Tabulyasiya simvolu — tab character ~ символ табуляции ~ sekme karakteri ~ səkmə simvolu, tabulyasiya simvolu – ekranda və çap olunan səhifədə sətirlər və sütunları düzləndirmək üçün istifadə olunan işarə. Tabulyasıya simvolu görünüşcə Spacebar klavişini basarkən daxil edilən boşluq simvolları ardıcıllığından fərqlənmir, ancaq kompüter üçün tabulyasiya simvolu və boşluq simvolu ayrı-ayrı simvollardır. Faylların ötürülməsi və saxlanması ilə bağlı bəzi əməliyyatlar zamanı tabulyasiya simvolu uyğun sayda boşluq simvoluna çevrilir ki, bu da faylın bir proqramda yaradılıb, başqa proqramda istifadə edildiyi hal üçün çox faydalıdır. ASCII kodlaşdırma sxemində tabulyasiya simvolu üçün iki kod var: ekrana, yaxud səhifəyə köndələn aralıqlar almaq üçün üfüqi tabulyasiya (onluq kodu: 9, onaltılıq kodu: 9h) və ekran, yaxud səhifə boyunca aralıqlar almaq üçün şaquli tabulyasiya (onluq kodu: 11, onaltılıq kodu: 08h). Dialoq boksunda bir neçə səhifənin əyani göstərilməsi. Hər hansı səhifəyə keçmək üçün, sadəcə, həmin səhifənin adı yazılmış "qulaqlığı" çıqqıldatmaq lazımdır. tabbed browsing – səkməklə gözdən keçirmə; veb-brauzerin yuxarısındakı "qulaqlıq"ları (TABS) çıqqıldatmaqla bir pəncərədə açılmış bir neçə veb-səhifənin birindən o birinə tez keçmək imkanı. Birdən çox veb-səhifə açıldıqda brauzerin pəncərəsinin yuxarısında "qulaqlıq"lar əmələ gəlir. Hər bir açıq veb-səhifənin öz "qulaqlığ"ı olur və aktiv "qulaqlıq" öz səhifəsi ilə ön planda əks olunur, qeyri-aktiv "qulaqlıq"lar isə arxada gizlənir. İstifadəçi hər hansı "qulaqlığ"ı çıqqıldatmaqla onu aktivləşdirə, yəni həmin səhifəni ön plana keçirə bilər.
Ayrılmış simvol
Ayrılmış simvol (ing.Reserved character, ru. зарезервированный символ) – klaviaturadan daxil edilən və proqramda xüsusi anlamı olan simvol; məsələn, ulduz işarəsi (*), əyik cizgi (/), sola əyik cizgi (\), sual işarəsi (?) və şaquli ayırma işarəsi (|) ayrılmış simvollara aiddir. İstifadəçinin yaratdığı fayllara, sənədlərə, makroslara və başqa obyektlərə ad verərkən bu simvollardan geniş istifadə olunmur. == Vikidə ayrılmış simvoldan istifadə == Şaquli ayırma işarəsi (|) viki kodlarında da geniş istifadə olunur. Əsasən şablonlarda və cədvəllərin yaradılmasında ən çox istifadə olunan işarədir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mon (simvol)
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Seks simvol
Seks simvol (ing. Sex symbol) — cinsi cəhətdən çox cəlbedici hesab olunan məşhur şəxs və ya uydurma personaj. == Tarixi == İlk dəfə seks simvol termini 1950-ci illərin ortalarında Merilin Monro, Bricit Bardo və Rakel Uelç daxil olmaqla, bəzi film ulduzlarının və pin-up modellərinin populyarlığı ilə əlaqədar olaraq istifadə edilib. == Uydurma seks simvollar == Rotten Tomatoes saytına görə, 1930-cu illərdə cizgi filmi personajı olan Betti Bup "animasiya ekranında ilk və ən məşhur seks simvol" idi.Video oyunlarında da seks simvollar hesab edilən bir neçə personaj var: nümunə olaraq, əsas mətbuatda bir neçə dəfə çıxış edən Lara Kroftu qeyd etmək olar.
Soyombo (simvol)
Soyombo damğası (monq. Соёмбо тэмдэг) — Monqol xalqlarının ortaq damğası.
Xarıbülbül (simvol)
Xarıbülbül — xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır. == Tarixi == Azərbaycanda qədimdən xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Ehtimal ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur. Qarabağ münaqişəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi.
İtirilmiş simvol
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. == Məzmun == Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... == Xarici keçidlər == "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
Karvan (simfonik lövhə)
Karvan — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. 1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılımış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S. Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir.
Şur (simfonik muğam)
Şur — Fikrət Əmirov tərəfindən 1948-ci ildə bəstələnmiş simfonik muğamdır. "Şur" simfonik muğamı aid olduğu janrda yazılmış ilk əsərdir. “Şur” və "Kürd Ovşarı" simfonik muğamları dulogiya xüsusiyyətinə malikdir. "Şur" simfonik muğamı Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms hissələrindən ibarətdir. F. Əmirovun “Şur” simfonik muğamı ilk dəfə Niyazinin idarəsilə 1948-ci ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Daha sonra əsər tanınmış drijorlar Rojdestvenski, Stokoveski kimi sənətkarların idarəsi ilə ifa edilmişdir. == Tarixi == === Yazılma tarixi === F. Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını 1948-ci ildə yazmışdır. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, “Kürd-Ovşarı” simfonik muğamında “Şur” simfonik muğamının melodik elementlərindən istifadə edir.Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır.
Karetin dönüşü simvolu
Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı makinasında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlangıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun kodu onluq 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başçığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Şivlik
Şivlik — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Günəhir kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şivlik kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.