RİF

/holl.rif/ mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən başqa orqanizmlərin sualtı əhəngli qurğuları. Ancaq isti dənizlərdə yayılmışdır. R. müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b. риф reef
RİASLAR
RİF ƏMƏLƏGƏTİRƏNLƏR
OBASTAN VİKİ
Rif
Rif (nid. rif – qabırğa, til) — dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. Rif – (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən başqa orqanizmlərin sualtı əhəngli qurğuları. Ancaq isti dənizlərdə yayılmışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Rif pərttəgözü
Rif pərttəgözü (lat. Esacus magnirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin esacus cinsinə aid heyvan növü.
Konvey rif plitəsi
Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir. Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.
Mariya-Tereza (rif)
Mariya-Tereza rifi (ing. Maria Theresa Reef, fr. l'île Tabor) — Yeni Zelandiyanın şərqindən Tuamoru arxipelaqının cənubuna doğru hissədə yerləşən "kabus-ada", rif. İlk dəfə Asaf P.Taber tərəfindən qeydə alındığına görə onun doğulduğu Mariya Terezanın şəhərinin şərəfinə belə adlandırılmışdır. Bir fərziyəyə görə isə gəminin adı ilə adlandırılmışdır. Coğrafi koordinatları 37°00′ c. e. 151°13′ q. u. kimi təyin olunmuşdur.
Balmoral rif plitəsi
Balmoral rif plitəsi — tektonik mikro plitə olaraq 0,00481 streadian sahəyə malikdir. Adətən Sakit okean plitəsi ərazisinə daxil edilir. Sakit okeanın cənubunda, Fici adasından şimalda yerləşir. Sakit okean plitəsi, Avstraliya plitəsi, Yenihebrid plitəsi və Konvey rif plitəsi ilə əhatələnmişdir. == Mənbə == Peter Bird.
Eskimos rifi
Eskimos rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın cənubşərqində, Salm adasından 4 km cənub-qərbdə, Vilşek adasından isə 4.5 km şərqdə yerləşir. Ən iri rif 400 m uzunluğa malik ola da digərləri 100 metrdir. Rifdə hündürlük yoxdur.
Helen rifi
Helen (ing. Helen Reef) — Palaunun tərkibinə daxil olan ada. Həmdə Mikroneziyaya daxildir. Tobi adasından 70 km qərbdə yerləşir. Xatoxobey ştatı tərkibinə daxildir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Houm rifi
Houm rifi (ing. Home Reef) — Tonqa Krallığının ərazisinə daxil olan ada və həmcinin sualtı vulkan. Vulkan özü okean səviyyəsindən 5–10 metr dərinlikdə yerləşir. Burada sonuncu püskürmə 2006-cı ildə baş vermişdir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Katalitik riforminq
Katalitik riforminq - katalizator iştirakı ilə birbaşa distillə yolu ilə alınmış benzinin tərkibində alkanların izomerləşməsi, naftenlərin dehidrogenləşməsi, arenlərin dealkilləşməsi, alkanların və naftenlərin aromatikləşdirilməsi prosesidir.katalitik rifominq C7 C10 karbohidrogenlərin aşaği oktan ədədi ilə aromatiklərə malik olan izo parafinlər çevrilməsi prosesidir. Bu prosesi aparmaqda əsas məqsəd aşağı oktanlı benzin fraksiyalarından yüksəkoktanlı komponentler istehsal etməkdir. İlk distillə benzinlərindən başqa xammal kimi kokslaşma, termiki krekinq ve hidrokrekinq proseslərindən alınan benzin fraksiyalarından da xammal kimi istifadə etmək olar. Bütün bu fraksiyaların neftə görə çıxar faizi bir o qədər də yüksək deyil. Ona görə də riforminq qurğularının məhsuldarlığı katalitik krekinqə nisbətən az olur. Riforminq prosesləri üçün katalizatorların seçilməsi onda gedən reaksiyaların mexanizminə əsasən aparılır. İstifadə olunan katalizatorun təbiətinə uyğun olaraq riforminq proseslərinin aşağıdakı növləri fərqləndirilir: - platforminq (katalizator platindir); - reniforminq (katalizator reniumdur); - molibden katazlizator üzərində riforminq. Sonuncu riforminq prosesi geniş istifadə olunmur. Çünki, molibden katalizaotrları zəif katalitik aktivliyə malikdirlər. Dərslik: "KİMYA" 11-ci sinif, Bakı, "Aspoliqraf", 2014.
Kinqmen rifi
Kinqmen rifi- Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən qeyri-məskun adası.
League of Legends: Wild Rift
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır. "League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar. Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər. "League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur. Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir. Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
Leni Rifenştal
Leni Rifenştal (alm. Leni Riefenstahl‎, tam adı Helena Berta Amaliya Rifenştal, alm. Helene Berta Amalie Riefenstahl‎; 22 avqust 1902[…], Berlin – 8 sentyabr 2003[…], Pökkinq[d], Bavariya) — rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü. Tarixdə Hitlerin sevimli rejissoru kimi qalan rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü Berta Helena Amaliya Rifenştal 1902-ci ildə Berlində anadan olub. Onun atası Alfred Rifenştal varlı tacir idi. Amma Lenidə incəsənətə olan ehtiras ona incə zövqlü anası Berta İdadan keçmişdi. Taleyin bir təsadüfü olmasaydı, Leni tarixdə ən uğurlu rəqqasələrdən biri kimi qalacaqdı. Ancaq iyirmi yaşına çatana qədər Almaniya və Praqanın bir neçə şəhərində uğurla çıxış edən Leninin damarları partladı. Gələcək rəqqasənin karyerasına son qoyuldu. Leni Arnold Fankın "Dağın taleyi" filminə baxır.
Lesqaft rifi
Lesqaft rifi — Frans-İosif Torpağına daxil olan 7 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın şimalında, Payer adasından 2 km şimal-qərbdə yerləşir. Arxipelaqa daxil olan müvafiq olaraq üç rif 1,3 km, 1 km və 750 metr uzunbıuğa sahibdir. Digər dördünün isə uzunluğu 100 metri keçmir. Onlar buzdan azaddır. Adaların ayrılıqda adı yoxdur. Adalar rus pedaqoq, anatom və həkim Pyotr Lestqafın şərəfinə adlandırılmışdır.
Miduey rifi
Miduey rifi – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən adası.
Milovzorov rifi
Milovzorov rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 5 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Rif 1953-cü ildə qütb gəmisinin kapitanı Pavel Milovzorovun şərəfinə adlandırılmışdır. Adalar arxipelaqın şimalında, Payer adasının şimal-şərqində yerləşən Ostrıy Nos burnu rayonunda yerləşir. Arxipelqın qərbi ilə şərqi arasında məsafə 2,5 km-dir. Mərkəzdə yerləşən ən iri rifin uzunluğu 1 km-dir. Rifdə hündürlük yoxdur.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular. Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir.
Palmira rifi
Palmira rifi- ABŞ-nin Sakit okeanda yerləşən adası.
Rifa ət-Təhtəvi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Rifah Partiyası
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Rifah Partiyası (Türkiyə)
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Rifah iqtisadiyyatı
Rifah iqtisadiyyatı — iqtisadi sakitçilik, firavanlıq, bütövlükdə iqtisadiyyat səviyyəsində qiymətləndirmək üçün mikroiqtisadi yanaşma və texnika ilə işləyən iqtisadi elm bölməsi; böyük ölçüdə iqtisadi səmərəlilik və faydaların son bölgüsü arasında iqtisadiyyatda ümumi tarazlığın təmin edilməsidir. Sosial rifah iqtisadiyyatının vacib vəzifəsi nəyin arzuolunan və nəyin olması lazım olduğunu mühakimə edə biləcəyi etik meyarların hazırlanmasıdır. Bu meyarlar kifayət qədər subyektivdir; onların həqiqəti və ya yalanlığı qətiyyətlə müəyyən edilə bilməz. Bununla birlikdə, məntiq və empirik biliklərə əsaslanaraq, uyğun etik meyarları inkişaf etdirmək və bu meyarlara dair sosial razılığın “məqbul səviyyədə” olmasını təmin etmək mümkündür. Rifah iqtisadiyyatı prinsiplərini tətbiq etmək cəhdləri, ictimai rifahı yaxşılaşdırmaq üçün hökumətin müdaxiləsini araşdıran iqtisadiyyat bölməsi olan dövlət sektoru iqtisadiyyatının ortaya çıxmasına səbəb oldu. Rifah iqtisadiyyatı, eyni zamanda dövlət sektoru iqtisadiyyatının, xərc-mənfəət təhlili daxil olmaqla xüsusi tədbirlərinin nəzəri əsaslarını inkişaf etdirir, rifah iqtisadiyyatı və davranış iqtisadiyyatı birləşməsi yeni bölünməyə — davranış rifahı iqtisadiyyatına səbəb oldu. Rifah iqtisadiyyatının öyrənilməsi sahəsi iki əsas teoremlə sıx əlaqəlidir. Birincisi, müəyyən şərtlər daxilində sərbəst rəqabət bazarının effektiv son nəticələr yaratdığını söyləyir (Paretoya görə); Adam Smithin görünməz əli prinsipini əks etdirir . İkincisi, əlavə məhdudiyyətlər altında Pareto-səmərəli nəticələrin hər hansı birinin rəqabətli bazarların tarazlıq vəziyyəti kimi çıxış edə biləcəyini iddia edir . Nəticə etibarilə bərabərliyi təmin edən təsirli bir son nəticə tapmaq üçün birdəfəlik köçürmələr sistemi ilə sosial rifah funksiyasından istifadə etməklə rəqabətli ticarətə nail olmaq mümkündür .
Rifahın iqtisadi nəzəriyyəsi (kitab)
"Rifahın iqtisadi nəzəriyyəsi" (ing. The Economics of Welfare, 1920) — ingilis iqtisadçısı Artur Sesil Piqunun traktatı. Kitabda 4 hissə (66 fəsil) vardır: I. Rifah və milli gəlir (11); II. Milli gəlir və resursların müxtəlif istifadə növləri arasında bölüşdürülməsi (22); III. Milli gəlir və əmək (20); Milli gəlirin bölgüsü (13); habelə 3 tətbiq. Alimin fikrincə, milli gəlirin ölçüsü bir sıra amillərdən asılıdır: resursların və kapitalın həcmi, insanların xüsusiyyətləri, hökumətin fəaliyyəti və xarici ticarət. Əhalinin əksəriyyəti üçün rifah, hökumətin müdaxiləsi, mütərəqqi vergilər, maliyyə siyasəti və iqtisadiyyatın müəyyən sahələrindəki dövlət subsidiyaları sayəsində əldə edilə bilən daha bərabər gəlir bölgüsü yolu ilə əldə edilə bilər. Eyni zamanda, iqtisadiyyata dövlətin irrasional müdaxiləsi həm də özəl kapitalın, dövlətin və əmək qabiliyyətli əhalinin maraqları tarazlığındakı dengesizliyə və gəlirlərinin azalmasına səbəb ola bilər. Блауг М. Теория благосостояния Пигу // Экономическая мысль в ретроспективе. М.: Дело. 1994 [Economic Theory in Retrospect]. 551–553.
Rifailik
Rifailik - sufi İslam təriqəti. Təriqət Şafii hüquq məktəbinin hüquqşünası və sufiliyin mahir bilicisi Əhməd ibn Əli ər-Rifainin (vəfatı: 1183-cü il) adı ilə bağlıdır. O, İraqın cənubundakı Bətaih bölgəsində yaşamışdır. Sufiliklə əmisi Mənsur Bətaihinin vasitəsilə tanış olmuşdur. Ona ilk müəllimliyi isə Əli Vasiti etmişdir. Bir sıra əsərlər qələmə alan Əhməd Vasitdə dünyasını dəyişmiş, elə orada dəfn olunmuşdur. Rifailər təriqəti ən qədim sufi təriqətlərindən sayılır. Onları bəzən Əhmədilər və Bətaihilər də adlandırırlar. Bu təriqətin bir çox müsəlman ölkələrində, xüsusilə Misirdə, Anadoluda və Balkanlarda çoxlu sayda tərəfdarları olmuşdur. Tanınmış səyyah İbn Bətuta onlar haqqında məlumat vermişdir.
Rifat Hacıselimoviç
Rifaə Təhtavi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Riffli fəvvarəsi
Riffli fəvvarəsi (alm. Ryfflibrunnen‎, ([ˈrifːli])) İsveçrənin Bern şəhərinin Aarbergerqasse küçəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Arbalet kapitanın heykəli ilə bəzədilmiş fəvvarənin layihəsi Hans Ginqin köməkçiləri tərəfindən tərtib edilmişdir. Döyüşçüyə silisiumlu tüfənglə silahlanmış kiçik ayı yoldaşlıq edir. Bu fəvvarə XIV əsrə aid və şəhərin mərkəzində yerləşmiş qədim taxta fəvvarənin yerində, 1545-ci ildə ucaldılmışdır. XIX əsrin ortalarınadək fəvvarə Qolatenmattqassbrunnen adı ilə məşhur idi. Fəvvarənin indiki adı isə, çox guman ki, Laupen döyüşü zamanı məqsədönlü şəkildə III Yordanı qətlə yetirmiş əfsanəvi atıcı Rifflinin adından götürülmüşdür. Sakinlər iddia edirlər ki, heykəli yaratmaq təşəbbüsü hələ çox qədim zamanlarda, düşman qoşunlarının Bern qalasını alan zaman yaranmışdı. Bundan başqa digər fərziyyələrə əsasən, heykəlin siması həddindən artıq kapitan Anton Güderə bənzəyir.

Значение слова в других словарях