Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rif
Rif (nid. rif – qabırğa, til) — dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. Rif – (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən başqa orqanizmlərin sualtı əhəngli qurğuları. Ancaq isti dənizlərdə yayılmışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Rif pərttəgözü
Rif pərttəgözü (lat. Esacus magnirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin esacus cinsinə aid heyvan növü.
Konvey rif plitəsi
Konvey rif plitəsi — Litosfer plitəsi olaraq 0,01585 steradion sahəyə malikdir. Adətən Sakit Okean plitəsinin tərkibinə daxildir. Sakit okeanın cənubunda, Ficinin qərbində yerləşir. Qərbdən Yenihebrid plitəsi, Balmoral rif plitəsi ilə sərhəddir.
Mariya-Tereza (rif)
Mariya-Tereza rifi (ing. Maria Theresa Reef, fr. l'île Tabor) — Yeni Zelandiyanın şərqindən Tuamoru arxipelaqının cənubuna doğru hissədə yerləşən "kabus-ada", rif. İlk dəfə Asaf P.Taber tərəfindən qeydə alındığına görə onun doğulduğu Mariya Terezanın şəhərinin şərəfinə belə adlandırılmışdır. Bir fərziyəyə görə isə gəminin adı ilə adlandırılmışdır. Coğrafi koordinatları 37°00′ c. e. 151°13′ q. u. kimi təyin olunmuşdur.
Balmoral rif plitəsi
Balmoral rif plitəsi — tektonik mikro plitə olaraq 0,00481 streadian sahəyə malikdir. Adətən Sakit okean plitəsi ərazisinə daxil edilir. Sakit okeanın cənubunda, Fici adasından şimalda yerləşir. Sakit okean plitəsi, Avstraliya plitəsi, Yenihebrid plitəsi və Konvey rif plitəsi ilə əhatələnmişdir. == Mənbə == Peter Bird.
Eskimos rifi
Eskimos rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın cənubşərqində, Salm adasından 4 km cənub-qərbdə, Vilşek adasından isə 4.5 km şərqdə yerləşir. Ən iri rif 400 m uzunluğa malik ola da digərləri 100 metrdir. Rifdə hündürlük yoxdur.
Helen rifi
Helen (ing. Helen Reef) — Palaunun tərkibinə daxil olan ada. Həmdə Mikroneziyaya daxildir. Tobi adasından 70 km qərbdə yerləşir. Xatoxobey ştatı tərkibinə daxildir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Houm rifi
Houm rifi (ing. Home Reef) — Tonqa Krallığının ərazisinə daxil olan ada və həmcinin sualtı vulkan. Vulkan özü okean səviyyəsindən 5–10 metr dərinlikdə yerləşir. Burada sonuncu püskürmə 2006-cı ildə baş vermişdir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Katalitik riforminq
Katalitik riforminq - katalizator iştirakı ilə birbaşa distillə yolu ilə alınmış benzinin tərkibində alkanların izomerləşməsi, naftenlərin dehidrogenləşməsi, arenlərin dealkilləşməsi, alkanların və naftenlərin aromatikləşdirilməsi prosesidir.katalitik rifominq C7 C10 karbohidrogenlərin aşaği oktan ədədi ilə aromatiklərə malik olan izo parafinlər çevrilməsi prosesidir. Bu prosesi aparmaqda əsas məqsəd aşağı oktanlı benzin fraksiyalarından yüksəkoktanlı komponentler istehsal etməkdir. İlk distillə benzinlərindən başqa xammal kimi kokslaşma, termiki krekinq ve hidrokrekinq proseslərindən alınan benzin fraksiyalarından da xammal kimi istifadə etmək olar. Bütün bu fraksiyaların neftə görə çıxar faizi bir o qədər də yüksək deyil. Ona görə də riforminq qurğularının məhsuldarlığı katalitik krekinqə nisbətən az olur. Riforminq prosesləri üçün katalizatorların seçilməsi onda gedən reaksiyaların mexanizminə əsasən aparılır. İstifadə olunan katalizatorun təbiətinə uyğun olaraq riforminq proseslərinin aşağıdakı növləri fərqləndirilir: - platforminq (katalizator platindir); - reniforminq (katalizator reniumdur); - molibden katazlizator üzərində riforminq. Sonuncu riforminq prosesi geniş istifadə olunmur. Çünki, molibden katalizaotrları zəif katalitik aktivliyə malikdirlər. Dərslik: "KİMYA" 11-ci sinif, Bakı, "Aspoliqraf", 2014.
Kinqmen rifi
Kinqmen rifi- Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən qeyri-məskun adası.
League of Legends: Wild Rift
League of Legends: Wild Rift – Riot Games tərəfindən Android və iOS platformaları üçün hazırlanmış, çoxoyunçulu onlayn döyüş arenası mobil oyunu. Oyun PC oyunu "League of Legends"in modifikasiya edilmiş mobil versiyasıdır. "League of Legends" oyununda olduğu kimi bu oyunda da oyunçular hər biri unikal bacarıqlara malik personajlarla ("çempion") oynayıb qarşı komandanın Neksusunu məhv etməyə çalışırlar. Hər oyun diskretdir; bütün çempionlar oyun davam etdikcə güclənirlər. "League of Legends: Wild Rift" izometrik baxış bucağından oynanılan çoxoyunçulu onlayn döyüş arenası oyunudur. Oyunun geympleyi PC versiyasına çox yaxın olsa da, mobil versiya olduğu üçün bəzi adaptasiyalara malikdir. "Wild Rift"də xəritənin ölçüsü daha kiçik, yenidən doğulma müddəti daha qısa və qızıl qazancı daha yüksəkdir. Buna görə də oyunlar daha qısa çəkir. Oyunun iki əsas modu var: Wild Rift və ARAM. Wild Rift əsas moddur, bu modda oyunçular istədikləri çempionları seçirlər. ARAM modunda isə bir koridor olur, oyunçular təsadüfi çempionlarla oynayırlar.
Leni Rifenştal
Leni Rifenştal (alm. Leni Riefenstahl‎, tam adı Helena Berta Amaliya Rifenştal, alm. Helene Berta Amalie Riefenstahl‎; 22 avqust 1902[…], Berlin – 8 sentyabr 2003[…], Pökkinq[d], Bavariya) — rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü. Tarixdə Hitlerin sevimli rejissoru kimi qalan rəqqasə, aktrisa, peşəkar rejissor, peşəkar fotoqraf və peşəkar üzgüçü Berta Helena Amaliya Rifenştal 1902-ci ildə Berlində anadan olub. Onun atası Alfred Rifenştal varlı tacir idi. Amma Lenidə incəsənətə olan ehtiras ona incə zövqlü anası Berta İdadan keçmişdi. Taleyin bir təsadüfü olmasaydı, Leni tarixdə ən uğurlu rəqqasələrdən biri kimi qalacaqdı. Ancaq iyirmi yaşına çatana qədər Almaniya və Praqanın bir neçə şəhərində uğurla çıxış edən Leninin damarları partladı. Gələcək rəqqasənin karyerasına son qoyuldu. Leni Arnold Fankın "Dağın taleyi" filminə baxır.
Lesqaft rifi
Lesqaft rifi — Frans-İosif Torpağına daxil olan 7 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın şimalında, Payer adasından 2 km şimal-qərbdə yerləşir. Arxipelaqa daxil olan müvafiq olaraq üç rif 1,3 km, 1 km və 750 metr uzunbıuğa sahibdir. Digər dördünün isə uzunluğu 100 metri keçmir. Onlar buzdan azaddır. Adaların ayrılıqda adı yoxdur. Adalar rus pedaqoq, anatom və həkim Pyotr Lestqafın şərəfinə adlandırılmışdır.
Miduey rifi
Miduey rifi – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən adası.
Milovzorov rifi
Milovzorov rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 5 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Rif 1953-cü ildə qütb gəmisinin kapitanı Pavel Milovzorovun şərəfinə adlandırılmışdır. Adalar arxipelaqın şimalında, Payer adasının şimal-şərqində yerləşən Ostrıy Nos burnu rayonunda yerləşir. Arxipelqın qərbi ilə şərqi arasında məsafə 2,5 km-dir. Mərkəzdə yerləşən ən iri rifin uzunluğu 1 km-dir. Rifdə hündürlük yoxdur.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular. Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir.
Palmira rifi
Palmira rifi- ABŞ-nin Sakit okeanda yerləşən adası.
Rifa ət-Təhtəvi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Rifah Partiyası
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Rifah Partiyası (Türkiyə)
Rifah Partiyası — 1983-cü ildə Türkiyə qurulmuş siyasi partiya. Nəcməddin Ərbakanın başqanlıq etdiyi və 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bağlanan Milli Səlamət Partiyasının sələfidir. 1987-ci ildə Ərbakan siyasi haqları qaytarıldıqdan sonra partiya rəhbərliyinə gəlmişdir. 1990-cı il parlament seçkilərinə dək Türkiyə Böyük Millət Məclisində təmsil oluna bilməsə də 1989-cu il Bələdiyyə seçkilərində Van, Konya və Şanlıurfa Bələdiyyələrini qazanmışdır. 1990-cı il Parlament seçkilərinə MHP ilə ittifaqa girərək öz adı və emblemi ilə getmiş, MHPli namizədlər, o cümlədən MHP sədri Alparslan Türkeş Rifah Partiyasından namizəd göstərilmişdir. Bu seçkilərdə 12% səs alan Rifah Partiyası TBMM-yə girməyi bacarmışdır. 1994-cü ilin Bələdiyyə seçkilərində birinci yeri tutan partiya İstanbul, Ankara və İzmir Bələdiyyələrini də əldə etmişdir. Rəcəb Tayyib Ərdoğan bu partiyadan İstanbul Bələdiyyə sədri seçilmişdir. 1995-ci ilin parlament seçkilərində 32% səs alan partiya 1996-cı ildə Tansu Çillərin rəhbərlik etdiyi Doğru Yol Partiyası ilə ittifaq quraraq hakimiyyətə gəlmişdir. "Rifahyol" adlandırılan koalisya hökumətində Rifah Partiyasının sədri Nəcməddin Ərbakan baş nazir olmuşdur.
Rifah iqtisadiyyatı
Rifah iqtisadiyyatı — iqtisadi sakitçilik, firavanlıq, bütövlükdə iqtisadiyyat səviyyəsində qiymətləndirmək üçün mikroiqtisadi yanaşma və texnika ilə işləyən iqtisadi elm bölməsi; böyük ölçüdə iqtisadi səmərəlilik və faydaların son bölgüsü arasında iqtisadiyyatda ümumi tarazlığın təmin edilməsidir. Sosial rifah iqtisadiyyatının vacib vəzifəsi nəyin arzuolunan və nəyin olması lazım olduğunu mühakimə edə biləcəyi etik meyarların hazırlanmasıdır. Bu meyarlar kifayət qədər subyektivdir; onların həqiqəti və ya yalanlığı qətiyyətlə müəyyən edilə bilməz. Bununla birlikdə, məntiq və empirik biliklərə əsaslanaraq, uyğun etik meyarları inkişaf etdirmək və bu meyarlara dair sosial razılığın “məqbul səviyyədə” olmasını təmin etmək mümkündür. Rifah iqtisadiyyatı prinsiplərini tətbiq etmək cəhdləri, ictimai rifahı yaxşılaşdırmaq üçün hökumətin müdaxiləsini araşdıran iqtisadiyyat bölməsi olan dövlət sektoru iqtisadiyyatının ortaya çıxmasına səbəb oldu. Rifah iqtisadiyyatı, eyni zamanda dövlət sektoru iqtisadiyyatının, xərc-mənfəət təhlili daxil olmaqla xüsusi tədbirlərinin nəzəri əsaslarını inkişaf etdirir, rifah iqtisadiyyatı və davranış iqtisadiyyatı birləşməsi yeni bölünməyə — davranış rifahı iqtisadiyyatına səbəb oldu. Rifah iqtisadiyyatının öyrənilməsi sahəsi iki əsas teoremlə sıx əlaqəlidir. Birincisi, müəyyən şərtlər daxilində sərbəst rəqabət bazarının effektiv son nəticələr yaratdığını söyləyir (Paretoya görə); Adam Smithin görünməz əli prinsipini əks etdirir . İkincisi, əlavə məhdudiyyətlər altında Pareto-səmərəli nəticələrin hər hansı birinin rəqabətli bazarların tarazlıq vəziyyəti kimi çıxış edə biləcəyini iddia edir . Nəticə etibarilə bərabərliyi təmin edən təsirli bir son nəticə tapmaq üçün birdəfəlik köçürmələr sistemi ilə sosial rifah funksiyasından istifadə etməklə rəqabətli ticarətə nail olmaq mümkündür .
Rifahın iqtisadi nəzəriyyəsi (kitab)
"Rifahın iqtisadi nəzəriyyəsi" (ing. The Economics of Welfare, 1920) — ingilis iqtisadçısı Artur Sesil Piqunun traktatı. Kitabda 4 hissə (66 fəsil) vardır: I. Rifah və milli gəlir (11); II. Milli gəlir və resursların müxtəlif istifadə növləri arasında bölüşdürülməsi (22); III. Milli gəlir və əmək (20); Milli gəlirin bölgüsü (13); habelə 3 tətbiq. Alimin fikrincə, milli gəlirin ölçüsü bir sıra amillərdən asılıdır: resursların və kapitalın həcmi, insanların xüsusiyyətləri, hökumətin fəaliyyəti və xarici ticarət. Əhalinin əksəriyyəti üçün rifah, hökumətin müdaxiləsi, mütərəqqi vergilər, maliyyə siyasəti və iqtisadiyyatın müəyyən sahələrindəki dövlət subsidiyaları sayəsində əldə edilə bilən daha bərabər gəlir bölgüsü yolu ilə əldə edilə bilər. Eyni zamanda, iqtisadiyyata dövlətin irrasional müdaxiləsi həm də özəl kapitalın, dövlətin və əmək qabiliyyətli əhalinin maraqları tarazlığındakı dengesizliyə və gəlirlərinin azalmasına səbəb ola bilər. Блауг М. Теория благосостояния Пигу // Экономическая мысль в ретроспективе. М.: Дело. 1994 [Economic Theory in Retrospect]. 551–553.
Rifailik
Rifailik - sufi İslam təriqəti. Təriqət Şafii hüquq məktəbinin hüquqşünası və sufiliyin mahir bilicisi Əhməd ibn Əli ər-Rifainin (vəfatı: 1183-cü il) adı ilə bağlıdır. O, İraqın cənubundakı Bətaih bölgəsində yaşamışdır. Sufiliklə əmisi Mənsur Bətaihinin vasitəsilə tanış olmuşdur. Ona ilk müəllimliyi isə Əli Vasiti etmişdir. Bir sıra əsərlər qələmə alan Əhməd Vasitdə dünyasını dəyişmiş, elə orada dəfn olunmuşdur. Rifailər təriqəti ən qədim sufi təriqətlərindən sayılır. Onları bəzən Əhmədilər və Bətaihilər də adlandırırlar. Bu təriqətin bir çox müsəlman ölkələrində, xüsusilə Misirdə, Anadoluda və Balkanlarda çoxlu sayda tərəfdarları olmuşdur. Tanınmış səyyah İbn Bətuta onlar haqqında məlumat vermişdir.
Rifat Hacıselimoviç
Rifaə Təhtavi
Rifaə Rəfi ət-Təhtavi (ərəb. رفاعة رفيع الطهطاوي‎; 15 oktyabr 1801 – 27 may 1873, Qahirə, Misir xidivliyi, Osmanlı imperiyası) —Ərəb filosofu. İslam dünyasında şəhərlərin artımı determinizm prinsipinin fəaliyyət məkanını genişləndirirdi. Şəhər mədəniyyətinin özünün inkişaf meylləri isə determinist və ya analitik təfəkkürün həll etməli olduğu çoxsaylı problemləri üzə çıxardı. Lakin müsəlman təfəkkürünə nisbətən Avropa təfəkkürü determinizmə daha çox yatımlı olduğundan, Yeni dövr problemlərini Avropa müsəlman dünyasına nisbətən daha yaxşı həll etdi və Yeni dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. İslam dünyası yavaş-yavaş, qəlpə-qəlpə öz siyasi sərhədlərini daraldır, Avropanın müstəmləkəsinə yaxşı halda isə, yarımmüstəmləkəsinə çevrilirdi. Müsəlman dünyası özünü qoruyub saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə maarifçilər tərəfindən yerinə yetirilir. Ərəb maarifçilərindən ən nüfuzlusu isə öncə xatırladılan Rifaə Təhtavi idi. Lakin Rifaə Təhtavi dövründə və ondan sonra da, bir çox ərəb mütəfəkkirləri Avropanı,sadəcə olaraq, təqlid etmədilər, Avropa sivilizasiyasının tənqidi olaraq mənimsənilməsinə üstünlük verdilər.
Riffli fəvvarəsi
Riffli fəvvarəsi (alm. Ryfflibrunnen‎, ([ˈrifːli])) İsveçrənin Bern şəhərinin Aarbergerqasse küçəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Arbalet kapitanın heykəli ilə bəzədilmiş fəvvarənin layihəsi Hans Ginqin köməkçiləri tərəfindən tərtib edilmişdir. Döyüşçüyə silisiumlu tüfənglə silahlanmış kiçik ayı yoldaşlıq edir. Bu fəvvarə XIV əsrə aid və şəhərin mərkəzində yerləşmiş qədim taxta fəvvarənin yerində, 1545-ci ildə ucaldılmışdır. XIX əsrin ortalarınadək fəvvarə Qolatenmattqassbrunnen adı ilə məşhur idi. Fəvvarənin indiki adı isə, çox guman ki, Laupen döyüşü zamanı məqsədönlü şəkildə III Yordanı qətlə yetirmiş əfsanəvi atıcı Rifflinin adından götürülmüşdür. Sakinlər iddia edirlər ki, heykəli yaratmaq təşəbbüsü hələ çox qədim zamanlarda, düşman qoşunlarının Bern qalasını alan zaman yaranmışdı. Bundan başqa digər fərziyyələrə əsasən, heykəlin siması həddindən artıq kapitan Anton Güderə bənzəyir.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir. Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur. Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.
Lif
Lif (digər adları "tekstil lifi", "fiber") — hər cür maddəni təşkil edən nazik və uzun hissələr, filament edilir. İplikdəki pambıq lifləri, izolyasiya üçün istifadə olunan şüşə liflər və canlılarda əzələ əmələ gətirən əzələ lifləri bu cür materiallara nümunə ola bilər. Təbii və ya süni yolla əldə edilə bilən liflər müxtəlif bağlayıcılarla birlikdə kompozit materialların istehsalında geniş istifadə olunur. Lifləri bir qəlibə və ya müstəvi üzərinə yerləşdirərək üzərinə epoksi əlavə edib bir kompozit material əldə etmək mümkündür. Həm də güllə keçirməyən zireh hazırlanmasında, polada alternativ olan xam maddənin yaradılmasında, təyyarə və kosmik gəmilərin gövdələrinə və bəzi silahların hissələri üçün istifadə edilə bilər. Pambıq və kətan kimi bitkilərdən alınan liflərə təbii liflər, şüşə lifi və ya şüşə yunu kimi kimyəvi proseslərlə əldə edilən liflərə süni liflər deyilir. Lifli qidalar insan qidalanmasında vacib yer tutur. Həzm sisteminin düzgün işləməsi üçün bu cür qidalar qəbul edilməlidir. Bundan əlavə, bütün qidalar bir unikal lifli quruluşa malikdirlər.
Mif
Mif (q.yun. μῦθος — dastan, ənənə) və ya Əsatir— təbiət hadisələrinin, kortəbii qüvvələrin, səma cisimlərinin insanların xəyalında, təsəvvür və düşüncələrində müəyyən bir şəkilə salınması, gah insanlara, gah da tanrılara bənzər təsvir olunmasıdır. Mif şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri hesab olunur. Bu janrı ibtidai insanların ibtidai təsəvvür və anlayışları yaratmışdır. Mif sözü Azərbaycan dilində XX-ci əsrdə rusca "миф" sözündən keçib, rus dilinə isə - avropa dillərində olan "myth/mythe" sözündən; kökü yunanca "μῦθος" [mitos] sözüdür və "hekayə, nağıl" kimi tərcümə olunur. Əsatir sözü ərəbcə isə ostura/usturə (az-əbcəd. اوسطوره‎) sözünün cəmidir, yəni əsatir (az-əbcəd. اساطیر‎‎) əslində "miflər, mifologiya" mənasını verir. Miflər daha çox bəşəriyyətin "uşaqlıq dövründə" yaranmışdır. Mif inkişaf etmiş, mərhələlər keçmiş, ən əski fəlsəfənin predmeti onunla şərtlənmişdir.
Qrif
Qrif — vəzifəli adamın imzası olan möhür; Qrif — üzərində imza nümunəsi, hər hansı mətni və yaxud digər əlyazması olan möhür, ştempel, habelə belə möhürün və ya ştempelin sənəddə izi, şəkli; Qrif — sənədin və ya nəşrin üzərində edilən qeyd (yazı): bu qeyd həmin sənəddən və yaxud dərc olunmuş nəşrdən xüsusi qaydada istifadə edilməli olduğunu bildirir; Qrif — kitabların, nəşrlərin və sənədlərin üzərində onların istifadə spesifikası, xarakteri, xüsusiyyətlərini və xüsusi saxlanma şəraitlərini göstərən (müəyyən edən) xüsusi rəsmi yazı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Rift
Rift (ing. rift) — çat, qırılma) — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. Geologiya terminlərinin izahlı lüğəti.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. Branco River. (2009).
Din Rid
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Ferdinand Ris
Ferdinand Ris (d. 28.11.1784, Bonn, Almaniya - ö. 13.1.1838, Frankfurt-Mayn, Almaniya) — alman bəstəkarı və pianoçusu. Frans Antonin Risin böyük oğlu.
Hüseyn Arif
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952). Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür.
Jüt (lif)
Jüt — eyni cinsdən olan bitkilərdən hazırlanmış təbii tekstil lifi. Bu liflərdən əsasən torbalar, iplər, müdaxilə izolyasiyası istehsal olunur.
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
EIF
Azərbaycan Elm Fondu — Azərbaycan Respublikasının dövlət orqanıdır. Fond dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli sahələr üzrə elmi tədqiqatları və digər elmi tədbirləri qrant şəklində məqsədli maliyyələşdirməklə, elmin inkişafına xidmət edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir. Hüquqi yaradılma prosesi 2009-cu il 21 oktyabr tarixində başlamış və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatmışdır. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs yaradılıb. Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009–2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək; Azərbaycan Respublikasında elmi tədqiqatların stimullaşdırılmasını, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsini, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycanda əldə edilmiş elmi nəticələrin layiqincə təmsil olunmasını öz səlahiyyətləri daxilində təmin etmək; Elm sahəsində araşdırmaların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə elmi tədbirlərin (konfransların, simpoziumların, seminarların və s.) təşkili üzrə layihələri dəstəkləmək; Öz fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat vermək; Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilmişdir: "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 526, 21 oktyabr 2009-cu il) (Əlavə 1). "E. S. Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 527, 21 oktyabr 2009-cu il) (Əlavə 2). "M. N. İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (20 sentyabr 2019-cu il) 5 "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı (№ 223, 19 fevral 2010-cu il) (Əlavə 3 və Əlavə 4). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi (19 fevral 2010-cu il) "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktorunun aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (№ 742, 19 fevral 2010-cu il) (Əlavə 5). "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cədvəli və işçilərinin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (№ 70, 20 aprel 2010-cu il) (Əlavə 6).
GIF
GIF (Graphics Interchange Format) — qrafik mübadilə formatı. GIF (.gif) - GIF formatlı şəkillərdən web-səhifələrinin qrafik tərtibatlarında istifadə edilir. Onun əsas xüsusiyyəti aşağı keyfiyyətdə olması, lakin faylın kiçik həcmli olmasıdır. GIF faylı yalnız 256 rəngi əhatə edir. Məsələn, 1 milyona yaxın rəng çalarlarını özündə əks etdirən mənzərə fotoşəkli varsa, onu GIF faylı kimi saxladıqda rənglərin sayı 256-ya qədər azalacaq. Ona görə də GİF formatından kasıb rəng çalarlarına və ya çox hissəsi eyni rəngə malik təsvirlərdə istifadə edilir. GIF - (ingiliscə Graphics Interchange Format)- qrafik görüntülərin populyar formatı. Aparat təminatından asılı olmayan GIF formatı 1987-ci ildə (GIF87a) CompuServe şirkəti tərəfindən rastr görüntüləri şəbəkədə ötürmək məqsədilə işlənib hazırlanıb. 1989-cu ildə format dəyişdirilib (GIF89a), şəffaflıq və animasiya imkanları artırılıb. Görüntüdə 256 rəng, ölçüsü isə 65536×65536 piksel ola bilər.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.