RİSALƏPƏNAHİ
RİSMAN
OBASTAN VİKİ
Risalətun-Nushiyyə
Əxlaqi-didaktik mövzuda yazılmış “Risalətun-nushiyyə” (“Nəsihətnamə”) 1307-ci ildə yazılmışdır. Əsər 563 beytdən və “Ağlın tərifi” (“Fi tərifil əql”) adlı kiçik bir nəsrlə yazılmış hissədən ibarətdir. Bu əsərin ilk 13 beyti bir (Fa’ilatün, failatün, fa’ilün), 550 beyti isə başqa (Məfa’ilün, məfa’ilün, fa’ilün) bəhrdə yazılmışdır. “Risalətun-nushiyyə” əsərinin ilk 13 beytində od, su, torpaq və küləkdən bəhs açılır. Kiçik parçada dörd ünsürdən hazırlanan insan, Tanrı (Padişah) tərəfindən can verilən ilk məxluqun - Adəmin torpaqdan, sudan, oddan, yeldən və candan əxz etdiyi sifətlər (xarakter) haqqında məlumatlar verilir: Padişahın hikməti gör neylədi, Od, su, torpaq və suya söylədi. Bismillah deyib, gətirdi torpağı, Ol arada hazır oldu ol dəği. Torpaq ilə suyu bünyad eylədi Ona Adəm deməgi ad elədi. Yel gəlib ardınca dəbitdi onu Ondan oldu cismi-Adəm, bil bunu. Od dəxi dəldikdə qızdırdı onu Çünki qızdı, cismə birləşdi cam. Əsərin kiçik nəsr hissəsində ağlın tərifi cənnət və cəhənnəm, o cümlədən 4 ünsür - torpaq, su, yel, od haqqında sufiyanə fikirlər özünə yer tapır.