rodiumlamaq
rodoxrozit
OBASTAN VİKİ
Rododendron
Rododendron (lat. Rhododendron) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. == Maraqlı faktlar == Bu bitki Nepalda ölkənin milli bitkisi hesab olunur.
Qısameyvəli rododendron
Qısameyvəli rododendron (lat. Rhododendron brachygynum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Koreya və Yaponiyada rast gəlinir. Şimali və Mərkəzi Yaponiya dağlarında, xüsusilə Fudziyama dağında geniş yayılmışdır və meşə sərhədindən yuxarıda kolluqlar əmələ gətirir. == Botaniki təsviri == Mədəni şəraitdə hündürlüyü 3 m-dən artıq olmayan, həmişəyaşıl, düzdayanan, çoxbudaqlı koldur. Zoğların qabığı tünd-bozdur. Cavan zoğları və yarpaqları bozumtul tükcüklüdür, ancaq tükləri tez tökülür. Birillik zoğları qalın, açıq-yaşıldır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 8-20 sm, eni 3-5 sm, küt və ya ucu biz, saplağı bir az ensiz, bünövrəsi yumru, kənarları burulmuşdur. Üst tərəfi yaşıl, parlaq, alt tərəfi qalın, bozumtul və ya qonur keçə ilə örtülmüşdür.
Qızılı rododendron
Qızılı rododendron (lat. Rhododendron aureum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Altay, Uzaq Şərq, Saxalin, Şimali Kurildə yayılmışdır. == Botaniki xarakteristikası == Qızılı rododendron tünd-qonurqabıqlı, sürünən, gövdələri əyilmlş və torpağın üzərindən 20-100 sm hündürlüyə qalxan həmişəyaşıl koldur. Budaqları vəzicikli-tükcüklütumurcuq pulcuqları ilə örtülmüşdür. Yarpaqları növbəli,uzunluğu 2-8 sm, kənarları bütöv, üst tərəfdən tünd-yaşıl, parlaq, alt tərəfi daha açıq, yaxşı bilinən torvarı damarcıqlı, ellipsvari və ya yumurtavari, bünövrəsi ensiz, dərili, hamar, kənarları aşağıya burulmuş, saplaqlıdır. Qızılı çiçəkləri budaqların uclarında, uzun çiçək saplaqlarında 3-5 (8) ədəd yığılmışdır. Çiçək tacı bir az əyri, diametri 4-5 sm, açıq-sarı, enli-qıfvarı, 5 qanadlıdır. Erkəkcikləri 10 ədəd, qeyri-bərabər uzunluqdadır. Dişiciyin yuxarı tərəfi keçəl-tükcüklü yumurtalıqlı, uzun sütuncuqlu və 5 qanadlı dişicik ağızlıdır.
Salxımşəkilli rododendron
Salxımşəkilli rododendron (lat. Rhododendron racemosum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Çində dəniz səviyyəsindən 2500-3000 m hündürlükdə rast gəlinir. == Botaniki xarakteristikası == Hündürlüyü 1 m-ə çatan həmişəyaşıl koldur. Zoğları elastik, sallaq, ətirlidir. Yarpaqları uzunsov-ellipsvarı, ucları biz, uzunluğu 2-6 sm, eni 1-2 sm, alt tərəfi göyümtül qabıqlarla örtülmüşdür. Çiçəkləri ağ və ya al-qırmızı, qıfvarı, 5 ləçəkli, üstdən qabıqlarla örtülmüş, tükcüksüz, uc çiçək qruplarında 2-3 ədəd toplanmışdır. Erkəkcikləri 10 ədəddir. Mayın ikinci yarısında, iyunun əvvəlində bol və uzun müddət çiçəkləyir. == Ekologiyası == Sərt qışda donur, ancaq yazda özünü bərpa edir.
Sarı rododendron
Sarı rododendron (lat. Rhododendron luteum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. == Yayılması == Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış . Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.
Xırdaçiçəkli rododendron
Xırdaçiçəkli rododendron (lat. Rhododendron micranthum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Koreyanın şimal və orta hissəsində, Şimali, Şimal-Şərq və Cənub-Şərqi Çində rast gəlinir. == Botaniki təsviri == Dağlarda dəniz səviyyəsindən 1600-2400 m hündürlükdə bitir.Hündürlüyü 2,5 m-ə qədər olan həmişəyaşıl koldur.Cavan zoğları vəzcikli-qabıqlı, tükcüklüdür.Yarpaqları uzunsov-ellipsvarı və ya lansetvarı, uzunluğu 2-5 sm, eni 1,0-1,5 sm, ucu biz,üst tərəfi yaşıl,çılpaq və ya nazik qabıqlı,alt tərəfi açıq qonur qabıqşəkilli vəziciklərlə sıx örtülmüşdür.Saplaqların uzunluğu təxminən 3 mm-dir.Çiçəkləri çoxsaylı, yarımşarşəkilli, möhkəm çiçək qruplarında yerləşir.Çiçək saplağı qabıqlı,uzunluğu təxminən 1 sm-dir.Çiçək tacı tutqun ağ, diametri 1-2 sm,enli-zəngvarıdır.Kasacığı qabıqlı və tükcüklüdür.Erkəkcikləri 10 ədəd,çiçək tacından bir az qısadır.İyunun axırında çiçəkləyir, meyvələri iyulda yetişir. == Ekologiyası == Qışadavamlıdır. == Azərbaycanda yayılması == Mədəni şəraitdə becərilir. == İstifadəsi == Yaşıllaşdırmada qrup əkinlərində istifadə edilir.
Dauriya rododendronu
Dauriya rododendronu (lat. Rhododendron dauricum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Şərqi Sibir, Uzaq Şərq, Monqolustanın şimal-şərq hissəsində və Şimali-Şərqi Çində rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 0,5-2,0 m, budaqları yuxarı istiqamətlənmiş, çoxbudaqlı, yarpağıtökülən koldur. Cavan zoğları qısa tükcüklü, qonur vəzicikli, xırda yarpaqlarla sıx örtülmüşdür, uzunluğu 5 sm, eni 2 sm-ə qədər, bəzən küt, ucu oyuqlu, bəzən isə biz, üstü parlaq yaşıldır. Yarpaqlarının uzunluğu 1,2-3,3 sm, eni 0,8-1,1 sm olub, ellipsvari və ya uzunsov-yumurtavarıdır. Payızda cavan yarpaqları tünd, burulmuş, xırda, alt tərəfində açıq-yaşıl, vəziciklərlə sıx örtülmüş olur, sonradan əksəriyyəti tökülür. Yarpaqlar açılana qədər çiçəkləyir. Çiçək saplağının uzunluğu 3-5 mm-dir. Kasacığı çox kiçikdir.
Katabiens rododendronu
Katabiens rododendronu (lat. Rhododendron catawbiense) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın şərq hissəsindən Virginiyadan Corciya, Tennesi və Alabamaya qədər yayılmışdır. Alleqant dağların yuxarı zolağında dəniz səviyyəsindən 2000 m hündürlükdə, xüsusilə Ketevbi çayının sahillərində rast gəlinir. Meşədə bitir və geniş kolluqlar əmələ gətirir. == Botaniki təsviri == Hündürlüyü 2-4 m-ə qədər, həmişəyaşıl, enli, şaxələnmiş koldur. Kolun diametri hündürlüyündən çoxdur. Yarpaqları ellisvarıdan uzunsov-ellipsvariyadək, ucu küt və ya biz, bünövrəsi yumru, uzunluğu 7-15 sm, eni 3-5 sm, üstü tünd-yaşıl, parlaq və çılpaqdır. 16 cüt damarcıqlı, hamar, alt tərəfi açıq rəngli, çılpaq, saplaqlarının uzunluğu 1,5-3,0 sm-dir. Cavan yarpaqları bir az tükcüklüdür.
Keysuke rododendronu
Keysuke rododendronu (lat. Rhododendron keiskei) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada dağ vadilərində, yamaclarda, qayalıq torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər, bəzən daha artıq olan həmişəyaşıl koldur. Cavan zoğları xırda yarpaqlarla örtülmüşdür, çox vaxt torpağa yapışır. Yarpaqları uzunsov-lansetvarıdan ellipsvarıyadək dəyişir, bünövrəsində yumru, uzunluğu 3-8 sm, eni 1,2-3,0 sm, üst tərəfi tünd yaşıldır, orta damarcıqda tükcüklü, alt tərəfi qabıqlarla örtülmüşdür. Cavan yarpaqları bürünc rənglidir. Saplaqların uzunluğu 4-5 mm olub, uzun tükcüklərlə örtülmüşdür. Çiçək qruplarında çiçəkləri 2-6 ədəddir, bir az sarımtıldır. Çiçək tacı enli-zəngvari, qısa borucuqlu, diametri 4 sm, üstü qabıqlarla örtülmüşdür.
Pontiya rododendronu
Pontiya rododendronu (lat. Rhododendron ponticum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Balkan yarımadasının şərq sahilində,Suriyada, Livanda rast gəlinir. == Botaniki təsviri == Düz və ya əyilmiş gövdəli, hündürlüyü 8 m-ə qədər olan, həmişəyaşıl ağac və yaxud iri koldur. Təbii şəraitdə qoca gövdələrin diametri 40 sm-ə çatır. Qabığı qonur və ya tünd-qırmızı qonurdur. Cavan zoğları tükcüklü, lakin tez çılpaqlaşandır. Yarpaqları uzunsov-lansetvarı, uzunluğu 9-28 sm, eni 2-9 sm, ucu biz, bünövrəsi ensiz, kənarı bir az burulmuş, üst tərəfi parlaq, tünd-yaşıl,alt-tərəfi açıq, hər iki tərəfdən çılpaq, 12-16 cüt damarcıqlıdır. Çiçəkləri 10-15 ədəd, böyük, möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacının diametri 4,5-6,0 sm, bənövşəyi,al-qırmızı, açıq-çəhrayı, sarımtıl-xallı, qıfvari-zəngvari, 5 uzunsov dilimlidir.
Qafqaz rododendronu
Qafqaz rododendronu (lat. Rhododendron caucasicum) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiya (Dağıstan, Şimali Osetiya, İnquşetiya, Kabardin-Balkar və Karaçay-Çerkeziya), Türkiyə, Qafqazda (Gürcüstan və Ermənistan - Həmzəçimən) təbii arealı vardır. == Azərbaycanda yayılması == Böyük Qafqazda (Azərbaycanın daxilində) Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə bitir. == Statusu == Azərbaycanın nadir bitkilərindəndir. CR B1ab (ı,ıı,ııı,ıv,v) == Bitdiyi yer == Rütubətli yamaclarda yayılmışdır. == Təbii ehtiyatı == Təbii halda Azərbaycanda arealı çox geniş deyildir == Bioloji xüsusiyyətləri == Qafqaz rododendronunun hündürlüyü 1-1,5 m-ə qədər olur. Dəniz səviyyəsindən 1600–3000 m hündürlüklərdə yayılmışdır. Gövdəsi sürünən, tünd qonur qabıqlıdır. Yarpaqları uzunsov-oval, alt tərəfi sıx, qısa, narıncı tükcüklərlə örtülmüşdür.
Smirnov rododendronu
Smirnov rododendronu (lat. Rhododendron smirnowii) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin rododendron cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz və Türkiyədə yayılmışdır.Meşələrdə, dağ yamaclarında dəniz səviyyəsindən 700-2500 m hündürlükdə bitir. == Botaniki təsviri == Hündürlüyü 1-6 m, qoca budaqları boz qabıqlı olan həmişəyaşıl koldur. Cavan zoğları ağ keçəli sıx tüklərlə örtülmüşdür, ancaq yaşlaşdıqca çılpaq olurlar. Yarpaqları uzunsov-ellipsvarı, uzunluğu 6-15 sm, eni 2-3 sm, ucu küt, bünövrəsi ensiz, kənarı az burulmuş, açıldıqda yarpaqları ağ keçə ilə sıx örtülmüş, sonradan çılpaqlaşıb, üstü parlaq yaşıl, qonur olur. Yarpaqların üzərində 10 cüt damarcıq vardır. Saplaqların uzunluğu 1,0-2,5 sm-dir. Çiçəkləri 10-14 ədəd, diametri 12-15 sm olan möhkəm çiçək qruplarında yerləşir. Çiçək tacı al-qırmızı, çəhrayı, diametri 4-6 sm, enli-qıfvarıdan zəngçiçəkliyə qədər dəyişir, kənarları dalğalı, çılpaqdır.
интерне́т-изда́ние остально́й проро́чество пуццола́на фра́нкский хаши́ш четырёхле́ток выкидывать демократизи́ровать капита́н первого ранга прищу́ривание сакрализа́ция супердержа́ва базлук кан ar craftwork hatrack meanwhile pogo stick weight man бритый кидаться машиностроитель надомница