Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AD» – 23
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

AD AÇMAX

(Salyan) ad-san çıxarmaq, hörmət qazanmaq. – Həsənağa irayonda yaxşı ad açıb

ADAX

(Ağcabədi, Ağdam, Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir, Şuşa, Tərtər) uşağın ilk addımları ◊ Adax durmax (Mingəçevir) – ayaq üstə durmaq, ilk addım atmaq

ADAX-ADAX

(Ağdam) addım-addım, yavaş-yavaş. – Ay irəhmətdiyin oğlu, birəz yeyin tərpənsənə, adax-adax havağa gedif gələjəx’səη

ADAX-ÇEÇƏX’

(Gədəbəy) uşağın ilk addımları ◊ Adax-çeçəx’ eləməx’ – ilk addım atmaq. – Yenijə adax-çeçey eley nəvəm, a nənəsi

ADAX-ÇİÇƏ

(Füzuli) bax adax-çeçəx’ ◊ Adax-çiçə açmax – ilk addım atmaq. – Afı adax – çiçə açıf

ADAX-ÇÖÇƏ

(Oğuz) bax adax-çeçəx’

ADAXCULĞA

(Gədəbəy) qohum. – Bılar hissə-hissə yaşıyı:llarmış, soηra adaxculğa oluf birrəşeflər

ADAXLAMAX

(Daşkəsən, Füzuli) ilk addım atmaq (uşağa aiddir). – Ora bax ey, Sadıx adaxlı:r (Füzuli)

ADAMCIL

I (Şəmkir) insan qanına həris olan, vəhşi, adama hücum edən. – Köpəyoğlu İrəməzanoğlu çox adamcıl adam oluf, nə qədər adam öldürüf II (Şəmkir) arif, qabil, adamtanıyan. – O kişi çox adamcıldı, ağzını açan kimi bilir, nə danışajaxsaη

ADAMXOR

(Meğri) bax adamcıl

ADAR

(Şəki) evin qabaq hissəsi

ADAR-MADAR

(Cəbrayıl) yeganə, tək, bircə. – Adar-madar bir qoyunum varıdı, öldü o da

ADDAMA

(Zəngibasar, Naxçıvan) çaydan, arxdan keçmək üçün düzəldilmiş keçid. – Addama olmasa, sudan keçməy olmaz (Naxçıvan)

ADDAMAC

I (Qazax) bax addama II (Ağbaba) nərdivan

ADDAMAĞ

(Xaçmaz) nişanlamaq, adaxlamaq. – Uğlumçun qunşimüzün qizin addamışuğ

ADDAMAŞ

I (Gədəbəy, Zəngibasar, Şəmkir, Tovuz) bax addama. – Sona, aşağıdakı addamaşdan keş (Tovuz) II (Ağdaş, Göyçay, Oğuz, Şəmkir) tapdanma nəticəsində çəpərdə əmələ gəlmiş keçid. – Addamaşdan sıçrıyanda ürgənin qarnına mıxca batıf, elə orda canı çıxıf (Şəmkir)

ADDANDIRMAX

I (Gəncə) bax addamağ. – Qasımın qızını üç gündü ki addandırmışıx II (Füzuli) adlı-sanlı etmək, şöhrət qazandırmaq. – Kazımı nahax bu qədər addandırıllar, o muna layix döy

ADILI

(Çənbərək) heç vaxt

ADINA

(Gədəbəy, Gəncə, Qazax, Lənkəran, Salyan, Şəki, Şəmkir, Tovuz, Zəngilan) 1. cümə axşamı (Gəncə, Qazax, Lənkəran, Şəki, Şəmkir, Zəngilan). – Böyün adınadı, bazara iki gün qalıy (Zəngilan) 2. cümə (Gədəbəy, Tovuz) ◊ Adına ertəsi (Gədəbəy) – şənbə

ADİY

(Zaqatala) ana. – Bizim adiy fermada işdiyir