Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AN» – 30
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

ANQALI

(Şamaxı) sərsəri, dəli. – Adə, sən nə anqalı adamsan?!

ANQƏRİB

I (Cəlilabad, Şərur, Salyan) az qala. – İşığlar sönəndə anqərib qaley bağrımız çatdıya (Cəlilabad); – Əli anqərib qalmışdı ki, tuta, Vəli qaşdı (Salyan) II (Salyan) tez, tələsik. – Evə anqərib çatdım

ANQIL

(Lənkəran) tor toxunan xana. – Tori anqılda toxi:ruğ

ANQİRKİ

(Şəki) o birisi, o yankı, o tərəfdəki. – Anqırki öy Lətifindi

ANQIRTMAX

(Çənbərək) məc. kəsmək. – Bir heyvərə vələs <ağac adı> anqırdıflar qamışdıda

ANQUT

I (Ağdam, Şuşa) uzunboğazlı ördəyə oxşar quş. – Zalım elə bil anqutdu (Ağdam) II (Ağdam, Bakı, Dərbənd, Şamaxı) acgözlüklə yeyən, hər nə gəldi yeyən. – Zalım oğlu əlinə keçəni anqut kimi udur (Ağdam); – Anqut kimi nə versov udadı (Dərbənd) III (Oğuz) avam, qanmaz. – Sən özünü lap anqut yerinə qoymusan Anqut qalmax (Şəki) – tək-tənha qalmaq. – Qonşu:n arvadının uşağı gedənnən so:ra anqut qalıf. Anqutu çıxmax (Çənbərək, Füzuli, Qarakilsə) – həddindən artıq arıqlamaq. – Gedənin dannanmaxdan anqutu çıxıf (Füzuli)

ANQUTBOĞAZ

(Bərdə) çox arıq, boğazı incəlmiş, uzunboğaz (adam). – Yazıx anqutboğazın biridi, nə canı var ki?

ANNAĞLI

(Bakı) mərifətli, qanacaqlı. – Namxuda, bu uşağ nə annağlıdu

ANNAX

(Şəmkir) qanacaq, mərifət. – Onda heş annax, mərifət nişanı yoxdu

ANŞIRTMAX

(Zəngibasar) başa salmaq, anlatmaq