Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AS» – 21
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

AS

(Şahbuz) səs. – Uzaxdan asın allam

ASALA

(Çənbərək) bax arsala. – Qoyunun asalasın fətirə büx’düx’, çölö:tüdüx’

ASDA

(Ucar) xuruş. – Aşın yanında asda da var

ASDAL

(Meğri) palıd ağacının gövdəsində əmələ gələn ot. – Çıxeyəm palıda ki, asdal yığım

ASDAMMAX

(Şəmkir) asi olmaq. – Asdamma, a bala, asdamma

ASGÜLÜ

(Lənkəran) çiçək adı. – Asgülü susuzduğunnan yandı

ASIX

(Qax) qaşqabaq

ASI-KİFİR

(Yevlax) günahkar. – Məni ası-kifir eləmə

ASIRĞA

(Xanlar) dərman bitkisi adı. – Asırğanın kökünü qurudullar, döyüllər, qəndə qatıf ye:llər, qurdu tökür

ASKİFİR

askifir olmağ: (Kürdəmir, Salyan) yorulmaq. – Şə:rdə səni axdarmağdan askifir oldım (Salyan)

ASMA

I (Cəbrayıl, Qazax, Şəmkir) saxlamaq üçün dərilib asılan meyvə. – O asmadan bir nar qopart, yə:x’ (Şəmkir) II (Şahbuz) əl-üz dəsmalı asılan yer, asqı. – Asmada məhraba olar

ASMALI

I (Culfa) piti. – Bu gün yaxşı asmalımız var II (Lənkəran) qarpız və yemiş asmaq üçün qamışdan toxunmuş bağ

ASMALIĞ

(Biləsuvar, Cəbrayıl, Salyan) içinə qaşıq, çəngəl, bıçaq qoymaq üçün ipdən toxunmuş torba. – Asmalığdan qaşığ götür (Biləsuvar); – Qaşığları asmalığa qoymışam (Salyan)

ASRAL

(Şəmkir) kəndirotu. – Asraldan kəndirnən yağ əmələ gəlir

ASSI

(Dərbənd) hirsli, acıqlı (adam). Bizin Məmmədağa assı adamdı

ASTAM

(Zaqatala) bax astamur. – Xamırı astamnan kəliyırıx

ASTAMAT

(Ordubad) tütün növü adı. – Astamat yaxşı çəhməli tütündi

ASTAMUR

(Zaqatala) ərsin. – Xəmiri astamurnan qazısana

ASTARPAMBI

(Zaqatala) toyun birinci günü

ASÜKÜN

(Zəngibasar) naşükür. – Adam bu qədər asükün olmaz