Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «AX» – 29
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
AB AC AD AF AH AJ AL AM AN AQ AR AS AT AU AV AX AY AZ
 

AXAR-BAXAR

(Şəmkir) dağların döşü. – Kaηlının göycə axar-baxarı çox gözəl yaylaxdı

AXAR-BAXARRI

(Gəncə) mənzərəli. – Üştəpə çox axar-baxarrı yerdi

AXARRAMAX

I (Meğri) itiləmək. – Səlman axarradığı dəx’rə-baltanı kim axarrıyerdi? II (Meğri) yaş ağacı qurutmaq üçün kökün yanından qabığını hərləmə kəsmək. – Hüseyin dayinin elə peşəsi ağac axarramağ iydi

AXARRATMAX

(Gəncə) bir şeyi axar suda yudurtmaq. – Əti bir də çaya göndərif axarratdım

AXBUR

(Ordubad) bulaq. – Bizdə bulağa axbur deyəllər

AXÇA

I (Qazax, Salyan, Şəmkir) balıqların üzərindəki pərək, pul. – Bizim çaylardakı balıxların hamısında axça var (Qazax) II (Meğri) qaratikan kolunun toxumu. – Qaratikan kolunun axçasınnan yeyecax, davıla dönecax quyinnər

AXÇAÇOVUL

(Salyan) siçovul. – Bizim öydə yaman axçaçovul əmələ gəlib

AXÇƏDÜZDEG

(Dərbənd) siçovul. – Əlbəggüşdərədə nə çux axçədüzdeg var

AXDA

I (Şəki) 1. toxumsuz (tut) 2. çərdəyi çıxarılmış (zoğal) II (Şəki) seçmə. – Sümbül seçif alınan toxuma axda toxum diyillər

AXDICAR

(Zəngilan) başqasına mənsub. – Yaba axdıcardı, apar ver özünə

AXI

I (Balakən) meşəlik və ya kolluq yerləri təmizləyərək düzəldilmiş əkin sahəsi. – Bizim qalxozda altı heqtar yer axıdı II (Ordubad) kirvə. – Uşax sünnət olunanda oni tutan adama axı deyərıx

AXILYANA

(Gədəbəy) təxmini. – Axılyanamı danışe:ysıη, yoxsa bile:ysiηmi əməlli?

AXIR

(Bakı) içərisi yonulmuş bütöv daş (üzüm şirəsi çıxarmaq üçün). – Bı üzim iki axırdan artığ olmaz

AXIŞDIRMAX

(Gəncə, Şuşa) bir yerə yığmaq, toplamaq. – Çobannar qoyunnarı dəriyə axışdırıflar (Gəncə)

AXMAZ

(Qazax, Şəmkir) gölməçə, axmayan su. – Heyvannar axmazdan su içer (Şəmkir)

AXMİRƏ

(Cəbrayıl) minnət. – Bir xeyrin görmədim, elə axmirəsi öldüdü məni

AXMURDAMAĞ

(Dərbənd) giley-güzar ◊ Axmurdamax ələmeg – giley-güzar etmək. – Cəfər sənnən yaman axmurdamağ ələyədü

AXSAĞOLAX

(Tovuz) bax axsaqulax

AXSAQULAX

(Gədəbəy, Qazax, Tovuz) sarımsaq, qatıq və yağdan hazırlanmış yemək. – İşdahdan tüşdüη, axsaqulağa tut özüηü (Gədəbəy)

AXSO:LAĞI

(Qazax) bax axsaqulax. – Bu gün bir yaxşı axso: lağı yemişəm