SADƏGÜL
SADİYƏ
OBASTAN VİKİ
Xoca Sadəttin Əfəndi
Xoca Sadəttin Əfəndi (1536[…], Konstantinopol – 1599[…], Konstantinopol) — Osmanlı tarixçisi, müdərrisi və şeyxülislamı. == Həyatı == Hicri 943-cü ildə (1536/37) İstanbulda dünyaya gəlmişdir. Babası Şah İsmayılın müridlərindən olan, ancaq Çaldıran döyüşündən sonra Sultan Səlim tərəfindən İstanbula aparılan İsfahanlı Hafiz Məhəmməd, atası isə Sultan Səlimin ən yaxın adamlarından Həsən Can Çələbidir. Atasının saraya yaxınlığı səbəbilə kiçik yaşlarında mükəmməl saray təhsili aldı. Sahn-ı səman müdərrisi Qaramani Mehmed Əfəndidən və dövrün digər məşhur alimlərindən dərslər aldı. Daha sonra şeyxülislam Əbussuud Əfəndi tərəfindən məzun oldu və 1556-cı ildə İstanbuldakı Murad Paşa mədrəsəsinə müdərris təyin edildi. 1564-cü ilin mayında Bursadakı İldırım Bəyazid mədrəsəsinə, 1571-ci ildə isə Sahn-ı səman mədrəsəsinə nəql edilmişdir. 1573-cü ilin mayında Şahzadə Muradın müəllimi İbrahim Əfəndinin vəfatı ilə şahzadə müəllimi təyin edildi və Manisaya göndərildi. Bu vəzifə Sadəttin Əfəndinin həyatında dönüm nöqtəsi oldu və elm sahəsində olduğu qədər dövlət idarəsində nüfuzu artdı. Bundan sonra Xoca və ya Xoca Əfəndi olaraq məşhurlaşdı.
выгружа́тель вы́стойка гидротехни́ческий пихто́вник преувеличе́ние салама́та сельхозарте́ль арлеки́н знамена́тель лиха́ч перея́рок пресыща́ться убежа́ть флагшток acetated government-man handsomeness loop-line organogenesis pokal ruefully tender-hearted вязига малоутешительный сосулька