Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mizan (Meşkinşəhr)
Mizan (fars. ميزان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 632 nəfər yaşayır (143 ailə).
Mizantropiya
Mizantropiya insan növünə, insan davranışına və ya insan təbiətinə qarşı ümumi nifrət, bəyənməmək və ya inamsızlıqdır. Mizantrop və ya mizantropist bu cür fikirlərə və ya hisslərə sahib olan şəxsdir. Mizantropiya bəşəriyyətin qüsurlarına əsaslanan bəşəriyyətə qarşı mənfi qiymətləndirmə münasibətini ehtiva edir. Mizantroplar hesab edirlər ki, bu qüsurlar insanların hamısını və ya ən azı böyük əksəriyyətini xarakterizə edir. Onlar iddia edirlər ki, dominant həyat tərzini tam dəyişdirməkdən başqa bu qüsurları düzəltməyin asan yolu yoxdur. Akademik ədəbiyyatda hansı münasibətdən, kimə yönəldildiyindən və necə ifadə olunmasından asılı olaraq müxtəlif növ misantropiyalar fərqləndirilir. İstər duyğular, istərsə də nəzəri mühakimələr münasibətin təməli ola bilər. Bu, istisnasız olaraq bütün insanlara yönəldilə bilər və ya bir neçə ideallaşdırılmış insanı istisna edə bilər. Bu baxımdan bəzi mizantroplar özlərini pisləyir, bəziləri isə özlərini hamıdan üstün hesab edirlər. Mizantropiya bəzən başqa insanlara zərər verməyi hədəfləyən dağıdıcı dünyagörüşü və ya cəmiyyətdən qaçmaq cəhdi ilə əlaqələndirilir.
Mican
Mican — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Ləğv edildikdən sonra ərazisi İsmayıllı şəhərinə qatılmışdır. Rayon mərkəzindən 1 km şimal qərbdə, İsmayıllı-Qəbələ avtomobil yolunun kənarında, Qovdağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi əsasən əkinçilik, tütünçülük və heyvandarlıqla məşğul olur. Vaxtı ilə kənddə heyvandarlıq və quşçuluq kompleksləri fəaliyyət göstərirdilər. Hal-hazırda Micanda orta məktəb, klub və kitabxana fəaliyyət göstərir. 13 dekabr 2011-ci ildə Mican kənd inzibati ərazi dairəsi tərkibindəki Mican kəndi ləğv edilərək Dövlət reyestrindən çıxarılmışdır. Ləğvindən sonra kəndə aid olmuş 11.70 km² təşkil edən ərazisi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, İsmayıllı şəhər inzibati ərazi dairəsi tərkibindəki İsmayıllı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. 1859–1864-cü ilə olan məlumata əsasən Mican kəndində 68 evdə 201 nəfəri kişilər, 179 nəfəri isə qadınlar olmaqla 380 nəfər şiə təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 3090 nəfərdir ki onunda 1501 nəfəri kişi, 1589 nəfəri qadındır.
Mizon
Mizon (fr. Mison, oks. Mison) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04123. 2008-ci ildə əhalinin sayı 985 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 636 nəfərin (15-64 yaş arasında) 468 nəfəri iqtisadi cəhətdən, 168 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%) idi. Fəal olan 468 nəfərdən 425 nəfər (240 kişi və 185 qadın), 43 nəfər işsiz (17 kişi və 26 qadın) idi.
Mizac
Mizac (ərəb. ‎المزاج mizac "xüsusiyyət") — bir insanın anadangəlmə xüsüsiyyəti. Psixologiyada temperament termini fərdin şəxsiyyətinin çox vaxt anadangəlmə və öyrənilməmiş introversiya və ya ekstroversiya kimi aspektlərinə aiddir. Klassik psixologiyada əxlaqın müxtəlif qarışığının meydana gətirdiyi şəxsiyyət növləri üçün istifadə edilən termin. Qədim və Orta əsrlərdə insanın bioloji, mənəvi və psixoloji funksiyalarına təsir etmək üçün qəbul edilmiş dörd maye maddə. Temperament; fərdin diqqətində, duyğularında və davranışında emosional reaktivliyin səviyyəsi, fərdi fərqlər kimi müəyyən edilir.Temperament davranışın məzmunu ilə deyil, üslubu ilə müəyyən edilir. Başqa sözlə, fərdlərin bir vəziyyətdə nə etdiklərini deyil, bu vəziyyətə necə reaksiya verməsidir. Mizac bioloji əsaslı fərdidir.Fərdi digərlərindən ayıran fərqlərə işarə etsə də, aid olduğu fərd üçün nisbətən qalıcı və dəyişməz bir xüsusiyyətə malikdir.Mizacın nə qədəri irsi xüsusiyyətlərə, nə qədəri isə təcrübələrə bağlıdır. Nəticə etibarı ilə Mizac hər bir fərddə müşahidə oluna bilən və çox fərqli xüsusiyyət və ya əlamətlər toplusundan ibarət olan, onun dünya ilə qurduğu qarşılıqlı əlaqəyə təsir edən fitri xususiyyətidir. Goldsmith və başqaları (1987) müəyyən etdilər ki, temperament nisbətən sabit olsa da, ətraf mühitin təsirindən təsirlənir və dəyişməsindən asılı olaraq dəyişə bilir.
Fakundo Milan
Fakundo Milan (3 fevral 2001-ci ildə Limpioda anadan olub) — Uruqvay Primyera Diviziyası təmsilçilərindən olan Defensor Sportinq klubunda hücumçu kimi çıxış edən peşəkar Uruqvaylı futbolçudur. Milan Defensor akademiyası vasitəsilə inkişaf etmişdir. Milan öz peşəkar karyerasında debütünü 8 oktyabr 2017-ci ildə Plaza Koloniya klubuna qarşı oyunda etmişdir. O, 56-cı dəqiqədə Hektor Akunanı ilə əvəz olunmuşdur. Milan görüşdə iki qolla yadda qalmışdır. Həmin görüşdə Defensor liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. 1 Yanvar 2018 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Uruqvay Superkuboku görüşləri daxildir.
Hizan (Germi)
Hizan (fars. هيزان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 314 nəfər yaşayır (57 ailə).
Milan (Maku)
Milan (fars. ميلان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 467 nəfər yaşayır (89 ailə).
Milan (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Milan — İtaliyanın ikinci böyük şəhəri, Lombardiya regionunun paytaxtı.
Milan (el)
Milan eli — İranda və Azərbaycanda yaşayan kürd dilli el. Mənşə yerləri Ərəbistandır.Əksəriyyəti Qərbi Azərbaycan və Şimali Xorasan ostanlarında yaşayırlar. Elin tərkibində altı əsas tayfa olmuşdur.
Milan (soyad)
Milan — soyad.
Milan Baroş
Milan Baroş (çex. Milan Baroš 28 oktyabr 1981[…]) — Çex futbolçu. Türkiyənin Qalatasaray klubunda oynayır. 2000-ci ildə İlin istedad mükafatın İlin Çex Futbolçusu mükafatlarında aldı.
Milan Ekert
Milan Ekert (2 mart 1965, Plzen) — Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2018-ci ildən)
Milan FK
Milan FK (it. Associazione Calcio Milan) — İtaliyanı təmsil edən futbol klubu. Klubun tam adı "Associazione Calcio Milan"dır və buna görə klub dünyada daha çox "A.C. Milan" adıyla tanınır. Klub ev oyunlarını San-Siro stadionunda keçirir. Komandanın hal hazırda kapitanı Davide Kalabriya, baş məşqçisi isə Stefano Piolidir. Dünyanın ən titullu klub komandalarından biridir. Ən çox beynəlxalq kubok qazanmış İtaliya futbol klubudur. Klub ilk İtaliya çempionluğunu, çempionatda debüt etdiyi 1900/1901 mövsumundə, son çempionluğunu isə 2021/22 mövsumundə qazanıb. 1963-cü ildə UEFA Çempionlar kubokunu qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin Avropanın ən böyuk klub turniri olan Çempionlar Liqasının kubokunu öz müzeyində əbədi saxlamaq hüququna malik 5 Avropa klubundan biridir.
Milan Füşt
Milan Füşt (mac. Füst Milán; 17 iyul 1888, Budapeşt – 26 iyul 1967, Budapeşt) — Macarıstan yazıçısı, şairi və dramaturqu. 1908-ci ildə yazıçı Erno Oşvat ilə görüşdü və ilk əsərini Nyuqat ədəbi jurnalında dərc etdirdi. Dejö Kostolanyi və Frideş Karinti ilə dostluq eləməyə başladı. Budapeştdə hüquq və iqtisadiyyat fakültəsində təhsil aldıqdan sonra biznes məktəbində müəllim kimi fəaliyyət göstərdi. 1918-ci ildə Vöröşmarti Akademiyasının direktoru oldu, lakin 1921-ci ildə öz vəzifəsini tərk etməyə məcbur edildi. 1928-ci ildə sinir böhranı onun Baden-Baden şəhərindəki sanatoriyada altı ay keçirməsinə səbəb oldu. 1948-ci ildə Koşşut mükafatını qazandı və 1965-ci ildə Nobel mükafatının namizədi oldu. Tanınan əsəri "Həyat yoldaşımın hekayəsi" (A feleségem története) 1942-ci ildə nəşr edildi.
Milan Kundera
Milan Kundera (çex. Milan Kundera; 1 aprel 1929[…], Kralovo Pole[d], Çexoslovakiya – 11 iyul 2023[…], VII arondisman (Paris)) — Çexiya yazıçısı. Milan Kundera 1 aprel 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub.1968-ci il hadisələrinin fəal iştirakçısı olub. 1975-ci ildən Fransada yaşayıb. 11 iyul 2023-cü ildə vəfat edib. Kundera 1975-ci ildə Fransaya sürgünə gedib, 1981-ci ildə vətəndaşlıq alıb. Onun Çexoslovakiya vətəndaşlığı 1979-cu ildə ləğv edilib, lakin 2019-cu ildə ona Çexiya vətəndaşlığı verilib. M. Kundera yaradıcılığa şair kimi başlayıb. "İnsan: Böyük bağ"(1953), "Sonuncu may"(1955), "Monoloqlar"(1957) adlı poetik toplularını nəşr etdirib. 1962-ci ildə "Açarların sahibləri" adlı pyesini yazıb.
Milan Milutinoviç
Milan Milutinović (serb. Милан Милутиновић; 19 dekabr 1942, Belqrad – 2 iyul 2023, Belqrad) — Yuqoslaviya və Serbiyanın serb əsilli dövlət və siyasət xadimi. Serbiyanın ikinci prezidenti. Prezidentlik səlahiyyəti 29 dekabr 1997-ci ildən 29 dekabr 2002-ci ilə qədər olmuşdur. Serbiyanın Təhsil və Elm üzrə Katibi (1977–82), Serbiya Milli Kitabxanasının direktoru (1983–87), Yuqoslaviya Federativ Respublikasının Yunanıstandakı səfiri (1989–95), Yuqoslaviyanın Federal Xarici İşlər Naziri (1995–97) vəzifələrində çalışmışdır. 2002-ci ilin dekabrında prezidentlik müddəti başa çatdıqdan sonra o, hərbi cinayətlərə görə mühakimə olunduğu Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalına təslim oldu. 1942-ci il dekabrın 19-də Belqradda anadan olmuşdur. 1990-cı illərdə etnik albanlara qarşı hərbi cinayətlərdə şübhəli bilinən və bu həftə Haqqa məhkəməsi ndə bəraət qazanan serbiya nın keçmiş prezidenti Milan Milutinoviç Belqrada qayıdıb. Hava limanında sabiq prezident tərfdarları ilə görüşüb. Qeyd edəki ki, Milan Milutinoviç Kosova da 800 min dinc sakinin departasiyası və yüzlərlə adamın qətlində təqsirləndirirldi.
Milan Nikoliç
Milan Nikoliç (2 iyul 1979, Yaqodina[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — Serbiya müğənnisi. Milan Nikoliç 2 iyul 1979-cu ildə anadan olub. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Marko Kon ilə birlikdə təmsil edib.
Milan Universiteti
Milan Universiteti (it. Università degli Studi di Milano) — İtaliyanın Milan şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1923-cü ildə qoyulmuşdur. Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. Milan Universiteti tədqiqat işləri və tədris fəaliyyətinə görə beynəlxalq aləmdə ciddi şöhrət qazanmışdır. Universitetin müxtəlif mərkəzləri var. Bunlardan əsas 4 mərkəz Milanın müxtəlif bölgələrində, 11-i isə Milandan kənarda yerləşir.
Milan Yazbets
Milan Yazbets — Sloveniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2011-ci ildən)
Milan Zaqorats
Milan Zaqorats — Serbiya futbolçusu. Milan Zaqorats 10 yaşından "Zemun" FK-da (Belqrad) futbol oynamağa başlayıb. 16 yaşında Belqradın BSK komandasında oynayıb. 17 yaşında Pançevo şəhərinin "Dinamo" klubu ilə müqavilə bağlayıb və 1-ci dəstədə oynayıb. 2000-2001-ci illərdə Almaniyanın ikinci dəstə təmsilçisi olan "Şvaynfurt-05" komandasının şərəfini qoruyub və klub 1-ci dəstəyə vəsiqə qazanıb. 2002-ci ildə Serbiya və Çernoqoriyanın güclülər dəstəsində oynayan OFK komandasında çıxış etməyə başlayıb. 2004/2005 mövsümündə isə Ukraynanın "Krivbass" (Krivoy Roq) klubunun müdafiəçisi olub. Bundan sonra İnter Bakının heyətində çıxış edib (2005-2010). OFK-nın heyətində UEFA-nın İntertoto kuboku yarışlarında (2002-ci il) oynayıb.
Milan birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. 1808-ci ildə yaranmışdır.
Milan derbisi
Milan derbisi — İtaliyanın iki nəhəng klubu Milan və İnter klubları arasında olan futbol oyunu. Milan derbisi əsasən İtaliya A Seriyası oyunları, həmçinin futbol üzrə İtaliya kuboku və Avropa Çempionlar Liqası oyunlarında keçirilir. Bəzən derbi İtaliyada "Derby della Madonnina" adlanır. Buna səbəb isə adətən italiyalıların derbi oyunlarını, derbi keçirilən şəhərdə olan bir görməli yer ilə adlandırmasına görədir. Milan şəhərində olan məşhur Milan Kafedralının üzərində yerləşən Müqəddəs Məryəm (Madonnina) heykəlinə görə isə, italiyalılar bu derbini "Derby della Madonnina" adlandırır. Derbinin tarixi 10 yanvar 1909-cu ildən başlayır. İlk oyun Milan klubunun 3–2 hesablı qələbəsi ilə nəticələnib. Oyunlar hal hazırda San Siro stadionunda keçirilir.
Milan edikti
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Miran şah
Cəlaləddin Sultan Miranşah mirzə (1366 – 21 aprel 1408, Təbriz) — Teymurlu sultanı. Cəlaləddin Miranşah bir az da dağıdıcı xasiyyətinə görə tarixin yadında qalıb. 1396-cı ildə Sultaniyyə şəhəri Əmir Teymurun oğlu Miranşah tərəfindən viran qoyulmuşdur. Nəimi, Şəhabəddin Fəzlullah Təbrizi Astabadi (təqribən 1339–40-1402-ci illər) — mütəfəkkir, şair. Orta əsrlərdə Yaxın və Orta Şərqdə geniş yayılmış hürufilik təriqətinin əsasını qoymuşdur. Hürufiliyin fəlsəfi əsasını təşkil edən ardıcıl panteizmin başlıca müddəalarını "Cavidani-Səğir", "Məhəbbətnamə", "Ərşnamə" traktatlarında, qismən "Novmnamə" ("Yuxular haqqında") əsərlərində və "Divan"ında şərh etmişdir. Başlıca əsəri "Cavidani-Kəbir"dir ("Cavidannamə")-Hürufilər Allahın Fəzlullahda təcəssüm etdiyinə, onun Allahın timsalı kimi yerdəki ədalətsizliyi aradan qaldıracağına inanırdılar. Mənbələrdəki məlumatlara görə hürufiliyi təbliğ etdiyi və hakim dairələrə qarşı kəskin siyasi mübarizə apardığı üçün Teymurlular Nəimini Əlincə qalasına qədər təqib etmiş, Əmir Teymurun əmri ilə onun oğlu Miranşah tərəfindən tutulmuş və Əlincə qalasında edam edilmişdir. Əmir Teymurun oğlu Miranşah mirzə Fəzlullah Nəimini Əlincə qalası yaxınlığında öldürtdürəndən sonra hürufilərə qarşı ardıcıl təqiblər həyata keçirilib, ələ keçənlər amansızcasına qətl ediliblər. Sağ qalan Nürufilər təğyiri-libas olaraq müxtəlif Şərq ölkələrinə üz tutublar, əqidələrini yayıblar".
Milan eli
Milan eli — İranda və Azərbaycanda yaşayan kürd dilli el. Mənşə yerləri Ərəbistandır.Əksəriyyəti Qərbi Azərbaycan və Şimali Xorasan ostanlarında yaşayırlar. Elin tərkibində altı əsas tayfa olmuşdur.
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.