MİZAN

is. [ ər. ]
1. Çəki aləti, tərəzi. Əl mizan, göz tərəzi. ( Ata. sözü ).
Hər nə çəksən, çək, bəradər, çəkmə düz mizanını; Çəkmə sən millət qəmin, çəkmə, çək öz qəlyanını. M.Ə.Sabir.

2. Qayda, nizam, səliqə, sahman.
[Otaqları] nəfis xalçalarla döşəmiş və evin hər bir şeyinə o mizanda diqqət vermişdi. M.S.Ordubadi.

□ Mizana düşmək – qayda və səliqəyə düşmək, nizamlı və səliqəli olmaq. Ev mizana düşdü.
// Qayda-qanun, nizam.
Qərinələr keçdi, dövran dəyişdi; Pozuldu qurğular, mizan qalmadı. Aşıq Ələsgər.

3. xüs. Artistlərin və səhnə şəraitinin, tamaşanın gedişinin ayrı-ayrı momentlərinə görə düzülüşü qaydası.
Rejissor bu gün göstərdiyi mizanı sabah dəyişir və hər gün bir yeni mizan verirdi. S.Rəhman.

4. Çəki, ağırlıq, vəzn, ölçü.
5. Bax mizan-tərəzi.
□ Mizana vurmaq1) çəkmək, tərəzidə çəkib ağırlığı bilmək;
2) məc. ölçüb-biçmək, mülahizə etmək.

Синонимы

  • MİZAN mizan bax 1. tərəzi; 2. nizam 1; 3. meyar
  • MİZAN ölçü — əndazə — meyar
  • MİZAN qayda — nizam — səliqə — sahman
  • MİZAN çəki — ağırlıq — ölçü
MİZAC
MİZAN-TƏRƏZİ
OBASTAN VİKİ
Mizan (Meşkinşəhr)
Mizan (fars. ميزان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 632 nəfər yaşayır (143 ailə).

Значение слова в других словарях