Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cisimləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (ing. Unrepresented Nations and Peoples Organization; UNPO) - 1991-ci ildə yaradılmış beynəlxalq təşkilat. UNPO-da başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumlar cəmləşmişdir. Ermənistan, Estoniya, Latviya və Gürcüstan SSRİ dağıldıqdan sonra bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonra isə BMT-yə qəbul olunduqdan sonra təşkilatdan çıxmışdılar. UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. Ermənistan, Estoniya, Latviya Gürcüstan, Palau və Şərqi Timor kimi müstəqil dövlətlər UNPO-nun keçmiş üzvləri olmuşdular. 2009-cu ilin 1 fevral tarixində Cənubi Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Cənubi Azərbaycan UNPO təşkilatına qoşulmuşdur.
Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar
Gürcüstan Demokratik Respublikası parlamentində təmsil olunan müsəlmanlar — 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra 13 sentyabr 1918-ci il tarixli qanunla milli azlıqların nümayəndələrinə bu ilk qanunverici orqanda təmsilçilik kvotaları ayrılır. Buna uyğun olaraq Azərbaycan türklərinə 4 yer ayrılır. Qanuna görə, sözügedən kvotalar milli azlıqların Gürcüstan ərazisində fəaliyyət göstərən milli şuralarının nümayəndələri hesabına doldurulmalı idi. Buna uyğun olaraq, 29 sentyabr 1918-ci ildə Tiflisdə toplanan Gürcüstan Müsəlmanlarının Milli Şurası Əbdürrəhim Haqverdiyev, Əbdüləziz Şərifov, Mirzə Hüseyn Həsənzadə və Əliheydər Qarayevə parlamentdə təmsilçilik mandatını verir. == Parlamentin yaradılması və fəaliyyəti == 26 may 1918-ci il tarixində müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikası mövcud olduğu 33 aylıq dövr ərzində milli dövlət quruculuğu prosesinə böyük önəm verərək bu istiqamətdə bir sıra mühüm islahatlara imza atmışdır. Bu islahatlar çərçivəsində demokratik təsisatların yaradılmasına xüsusi diqqət ayrılmış, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində ali qanunverici orqan – Müəssislər Məclisi və yerli özünüidarəetmə orqanları — "eroba"lar formalaşdırılmışdır. Gürcüstanda ali qanunverici orqan rolunu oynayacaq Müəssislər Məclisinin çağırılması barədə ilk təşəbbüs 1917-ci ilin sonlarında, hakimiyyətdə və idarəetmədə boşluq yarananda irəli sürülsə də, bəzi səbəblərə görə təxirə salınmışdı. Gürcüstanın müstəqilliyi elan olunduqdan sonra bu məsələ yenidən aktuallaşaraq ölkə gündəminə daşınan ilk mövzulardan biri olur. Gürcüstan Milli Şurası 1918-ci ilin yayında Müəssislər Məclisi seçimi qaydaları və seçki əsasnaməsinin hazırlanması üzərində işləməyə başlayır. 22 noyabr 1918-ci il tarixində o zaman artıq parlament adlanan Milli Şura 10 bənddən və 119 maddədən ibarət "Müəssislər Məclisinə seçkilər barədə Əsasnamə"ni təsdiq edir.
Biliyin təmsili və əsaslandırma
Biliyin təmsili və əsaslandırma (ing. Knowledge Representation and Reasoning) — süni intellektin ən vacib sahələrindən biridir və kompüterlərin məlumatları emal etməyi, məntiqi nəticələr çıxarmağı, həmçinin insan dilini və düşüncə tərzini başa düşməyi öyrənməsinə kömək edir. Bu sahə əsasən insan biliyini kompüterlərə öyrətməklə həmin bilikdən məntiqi nəticələr çıxarmağı, qərarlar verməyi və problemləri həll etməyi təmin edir. == Biliyin təmsili == Biliyin təmsili, məlumatların strukturlaşdırılmış formada saxlanılmasını təmin edir ki, maşınlar bu məlumatları emal edə və onlardan nəticələr çıxara bilsinlər. Təmsil üsulları aşağıdakılardır: Məntiq əsaslı təmsil — burada predikat məntiqi, propositional məntiq kimi məntiq modellərindən istifadə edilir. Əsas qaydalar və qanunlar müəyyən edilir və maşınlar bu qaydalara əsaslanaraq nəticələr çıxarır. Yarımstrukturlaşdırılmış bilik — ontologiyalar, semantik şəbəkələr və taksonomiyalarla bilik təsvir edilir. Bu, məlumatlar arasında əlaqələri qurmağa və nəticə çıxarmağa kömək edir. İstehsal qaydaları (ing. Production Rules) — qayda-əsaslı sistemlərdə "Əgər ...
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi, hiss etməsi yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir. == Bəzi ölkələrdə təhsil illərinin başlama tarixi == Təhsil geniş anlayışdır.Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmununu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir.
Gürcüstanda təhsil
Gürcüstanda təhsil — Gürcüstan ali məktəb sisteminə universitetlər, akademiyalar və institutlar daxildir. Ölkədə 26 dövlət ali məktəbi (onlardan səkkizi universitetdir) və 209 özəl ali məktəb fəaliyyət göstərir. == Ali təhsil == Əsas ali təhsil müəssisələri bunlardır: Tbilisi Dövlət Universiteti (5 regional filialı vardır) Tbilisi Dövlət Tibb Universiteti Gürcüstan Texniki Universiteti Gürcüstan Dövlət Aqrar Akademiyası Tbilisi Ruhani Seminariyası Beynəlxalq Qara Dəniz Universiteti Q.Rokabidze adına Universitet Şota Rustaveli adına Batumi Dövlət Universiteti Tbilisi İqtisadiyyat və Hüquq Akademiyası Tbilisi Asiya və Afrika İnstitutu Tbilisi Dövlət Rəssamlıq Akademiyası Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu Tbilisi Konservatoriyası Avropa Menecment Məktəbi (sponsor – Şeverdnadze Fondu) Dövlət İdarəetmə İnstitutu (ABŞ ictimai və siyasi elmlər Milli Akademiyası ilə birgə məktəb layihəsi, amerika təhsil proqramları əsasında fəaliyyət göstərir) Tiblis Siyasi Akademiyası.
Hindistanda təhsil
Hindistanda təhsil — Cənubi Asiyada, Hindistan yarımadasında yerləşən Hindistan Federativ Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Hindistan tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Müasir təhsil sistemi == Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə geniş təhsil sistemi təşəkkül tapıb. 2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub. 2005-ci ildə Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc olmuşdur ki, bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edirdi. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunmuşdur. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Küveytdə təhsil
Küveytdə təhsil — Cənub-Qərbi Asiyada yerləşən Küveyt Dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Küveyt tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. XX əsrin əvvəllərində bu ölkədə neft ehtiyatları kəşf olunmazdan əvvəl yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi. İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi. XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi. Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.
Maarif (təhsil)
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Macarıstanda təhsil
Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir. == Məktəbəqədər təhsil == == Məktəb təhsili == == Ali təhsil == Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir. === Tanınmış universitetlər === Budapeşt Beynəlxalq Biznes Məktəbi MET Andraşi Universiteti Korvinus Universiteti Sent İştvan Universiteti ELTE Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti Mərkəzi Avropa Universiteti Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Obuda Universiteti.
Maltada təhsil
== Ali təhsil == Kiçik ölkə olduğu üçün Maltada cəmi bir universitet - Malta Universiteti vardır. Malta Universiteti Mzida şəhərində yerləşir. 1592-ci ildə yaradılıb, çox sayda şöbələri və filiallları vardır. 9 minə qədər tələbə təhsil alır, onun minə qədəri xaricilərdir. Universitet kampusu təhlükəsizlik tələblərinə tam cavab verir. Təhsil haqqı digər ölkələrə nisbətən ucuzdur. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisslar üzrə bakalavr, magistr və doktorluq təhsili almaq olar. == Ölkədə xarici universitetlər == Xarici ölkə universitetləri Maltada sərbəst şəkildə filiallarını aça və qeydiyyatdan keçirə bilərlər. Bu filiallarda təhsil ödənişli olur.
Monteneqroda təhsil
Monteneqro təhsil — Monteneqro hökuməti yanında Təhsil və Elm Nazirliyi tərəfindən tənzimlənir. Təhsil hazırlıq və ibtidai məktəbdən başlayır: Çernoqoriya uşaqlar 6 yaşında ibtidai məktəbə gedir və 9 il təhsil alırlar. == Tarix == 1868-ci ilə qədər Monteneqroda bir neçə ibtidai məktəb var idi. Lakin sonrakı 7 ildə 3 min şagird üçün nəzərdə tutulmuş 72 yeni məktəb açılmışdır. İbtidai təhsil universal və pulsuz idi. 1869-cu ildə Çetinyedə (ibtidai sinif müəllimlərinin hazırlandığı xüsusi bir məktəb) müəllimlər seminariyası və qızlar üçün bir institut açılmışdır. 1875-ci ildə Danilovqradda Türkiyəyə qarşı müharibənin başlaması səbəbindən iki il sonra bağlanmış kənd təsərrüfatı məktəbi açılmışdır. 1880-ci ildə V–VIII siniflər üçün ilk klassik gimnaziya, 1893-cü ildə Podqoritsa başqa bir kənd təsərrüfatı məktəbi açılır. 1902-ci ildə Monteneqroda ilk gimnaziya IX–XII siniflər üçün olan gimnaziya olur. 1899-cu ilə qədər Monteneqroda 75 dövlət və 26 özəl məktəb var idi.
Mərakeşdə təhsil
Mərakeşdə təhsil == Ali təhsil == Mərakeşdə ali təhsil müddəti üç ildir. 14 dövlət və özəl ali məktəbi vardır. Əsas ali məktəblər: V Məhəmməd Universiteti. Ölkənin ən nüfuzlu ali məktəbidir. Fəs şəhərində Karaouine Universiteti. Regionda ən qədim universitetdir, islam tədqiqatları ilə məşhurdur. İfran şəhərində Al – Akhawayn Universiteti. 1993-cü ildə kral II Həsən və Səudiyyə Ərəbistanı kralı Fəth tərəfindən yaradılıb. Amerika proqramı ilə işləyir.
Məsafədən təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Niderlandda təhsil
Niderlandda təhsil — Qərbi Avropada yerləşən Niderland Krallığında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Niderland tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Ali təhsil == Niderland dövlət universitetlərində təhsil özəl universitetlərə nisbətən çox ucuzdur. Buna baxmayaraq, dövlət universitetlərində təhsil almaq burada daha şöhrətli və populyardır.
Norveçdə təhsil
Norveçdə təhsil 6-16 yaşlı uşaqlar üçün icbaridir. == Ali təhsil == Norveçdə altı universitet, altı ixtisaslaşmış institut, 25 institut, iki dövlət incəsənət institutu və 29 özəl ali məktəb vardır. 2005-ci il məlumatına görə ali məktəblərdə 211 min tələbə təhsil alır. Əsas universitetləri bunlardır: Bergen Kafedral Məktəbi (norv. Bergen Katedralskole, lat. Scholae Bergensis Cathedralis) — Bergen şəhərində Domkirke kilsəsi yaxınlığında yerləşir və 400 tələbəsi vardır. Bergen Universiteti (norv. Universitetet i Bergen) — 1946-cı ildə yaradılıb. Altı fakültəsi vardır. Norveç Təbiət və Texniki Elmlər Universiteti.
Orta təhsil
Orta təhsil – əksər ölkələrin maarif sistemində əsas təhsil dərəcəsinin ənənəvi adı. Orta təhsil adı təhsil səviyyəsinin təbəqələşməsi nəticəsində yaranmışdır. Orta ixtisas təhsili – xalq təsərrüfatı, səhiyyə və mədəni-maarif müəssisələri üçün orta ixtisas təhsilli mütəxəssislər hazırlanması sistemi. XX əsrin I yarısından müstəqil təhsil sahəsi kimi formalaşmışdır. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Pedaqoji təhsil
Pedaqoji təhsil – ümumtəhsil və ixtisas məktəblərində, tədris-tərbiyə müəssisələrində təlim-tərbiyə işi üçün tələb olunan ixtisaslı kadrların hazırlanması sistemi. == Əsas pedaqoji anlayışlar == Pedaqoji fəaliyyət böyüməkdə olan nəslin tərbiyəsi ilə məşğul olan ictimai əhəmiyyətli peşəkar fəaliyyətdir. O, təhsil prosesi çərçivəsində baş verir və məktəbəqədər yaşlı uşaqların şəxsiyyətinin tərbiyəsi, inkişafı üçün münasib şəraitin yaradılmasına yönəldilmişdir. Pedaqoji fəaliyyət yalnız uşağa müəyyən bilik və bacarıq ehtiyatı vermək deyil, həm də ona mənimsənilmiş həyat təcrübəsindən istifadə etmək qabiliyyətini inkişaf etdirmək imkanı da verir. Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı təsiri ilə inkişaf edərək zənginləşmiş və pedaqoji anlayışlar sistemini yaratmışdır. Pedaqogika varlığı anlayışlar formasında mənimsəyən elmdir. Pedaqogika anlayışlar vasitəsilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır. Hazırda pedaqogikanın əsas anlayışları aşağıdakılardır: Təlim Tərbiyə Təhsil İnkişaf Pedaqoji proses Təlim ikitərəfli pedaqoji proses olduğundan öyrədənlə öyrənənlər arasında qarşılıqlı, məqsədyönlü, planlı, mütəşəkküil pedaqoji fəaliyyət mövcuddur. Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişafetdirici vəzifələri kompleks həyata keçirir. Tərbiyə şüur və davranışın istənilən şəkilə salınması üçün yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübənin məqsədyönlü, planlı, ardıcıl olaraq yetişən gənc nəslə aşılanması və öyrədilməsidir.
Qazaxıstanda təhsil
Qazaxıstanda təhsil — Sovet İttifaqından müstəqillik qazandıqdan sonra Qazaxıstanda təhsil üçün "dövlət maliyyələşdirməsi" kəsilmişdi. 1991-ci ildə ümumi daxili məhsulun 6% -dən 1994-cü ildə təxminən 3% -ə düşmüşdür. 1999-cu ildə 4% -ə yüksəlmişdir. " İbtidai və orta məktəb müəllimləri pis maaş alırlar; 1993-cü ildə 30.000-dən çox müəllim (və ya 1990-cı il müəllim heyətinin təxminən yeddisi) təhsili tərk etdi, onlardan bir çoxu daha gəlirli iş axtarırdılar. 1994-cü ildə Qazaxıstanda təxminən 3,5 milyon şagirdin qatıldığı 8,575 ibtidai və orta məktəb (təxminən on birdən on bir sinif), təxminən 222 min şagirdi olan 244 xüsusi orta məktəb var. 1992-ci ildə Qazaxıstanda uyğun uşaqların təxminən 51 faizi 8500-ə yaxın məktəbəqədər müəssisələrdə təhsil alırdı. 1994-cü ildə 272,100 tələbə respublikanın altmış bir ali təhsil müəssisəsinə qəbul edildi. Tələbələrin əlli dörd faizi qazax, 31 faizi ruslar idi. Qazaxıstanın 1995-ci il konstitusiyasında məcburi, ictimailəşdirilmiş orta məktəb təhsili verilir. Vətəndaşlar ali təhsil müəssisələri üçün yarışırlar.
Qiyabi təhsil
Qiyabi təhsil – ali və orta təhsilli mütəxəssislər hazırlamaq və onların ixtisasını artırmaq, həmçinin istehsalatdan ayrılmadan ümumi orta təhsil almaq formalarından biri. Qiyabi təhsildə tələbələrin (şagirdlərin) müstəqil işi əsas təlim formasıdır. Qiyabi şahmat - poçt vasitəsilə şahmat oyunu == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qırğızıstanda təhsil
Qırğızıstanda təhsil — yeddi yaş ilə on beş yaş arasında doqquz illik icbari təhsildir. Dörd illik ibtidai təhsil, beş illik orta təhsildən sonra sistem iki illik ümumi orta təhsil, xüsusi orta məktəb və ya peşə məktəbi təklif edir. Təhsil və Elm Nazirliyi (TEN) Qırğızıstandakı təhsildən məsuldur. Büdcə kəsirləri, müəllimlərin əmək haqlarının və avadanlıqların mövcudluğunun azalması ilə nəticələnir ki, bu da qeyri-mütənasib olaraq qadınların işə qəbulunda aşağı göstəricilərlə müşahidə olunur. 2008-ci ildə ümumi daxili məhsulun yüzdə 3,7%-i təhsilə xərclənmişdir. 2001-ci ildə uyğun yaş qrupunun təxminən yüzdə 89-u məcburi olaraq proqrama yazıldı, lakin bu nisbət 2000-ci illərin əvvəllərində azaldı. 2004-cü ildə Qırğızıstanda savadlılıq nisbəti yüzdə 98,7% idi. == Struktur və təşkilat == === Məktəbəqədər və ibtidai təhsil === "Təhsil haqqında" qanuna və "Məktəbəqədər təhsil haqqında" qanuna görə məktəbəqədər təhsil fasiləsiz təhsilin başlanğıc mərhələsidir və "fərdin fiziki, intellektual və əxlaqi inkişafının təməllərini" qoymağı hədəfləyir. Məktəbəqədər təhsil 3-6/7-dək uşaqlar üçündür və istəyə bağlıdır. Buna giriş məhduddur (xalis qeydiyyat nisbəti 2005-ci ildə 10% ).
Sloveniyada təhsil
Sloveniyada təhsil - Sloveniyada ibtidai təhsildən ikinci təhsilə qədər müddəti əhatə edib (proqramları və təhsil sisteminin inkişafı daxil olmaqla) Sloveniya Respublikasının Milli Təhsil İdarəsi tərəfindən tənzimlənir. Uşaqlar 6 yaşınadək məktəbə gedir və 15 yaşında məzun olurlar. Məktəb 24 İyun tarixində başa çatır və 1 sentyabr tarixinə qədər uşaqlar tətil edir. Təhsil ili, iki yarım ilə bölünür, hər birində uşaqların tətili var( payız, Milad, qış və May). == Birinci mərhələ == İlk beş il ərzində məktəblilər eyni sinifə gedir və sinifdə bir müəllim tədris edir. Bəzi müəllimlər bədən tərbiyəsi, təsviri incəsənət və musiqi kimi fənləri öyrədirlər. Baş müəllim əsas müəllimə təhsili tələbələrə təqdim etməkdə köməklik edir. Təhsilə oxuma, yazma və hesablama ilə başlayırlar. Uşaqlar ana dilini (Sloven, Macar və ya İtalyan dili – təhsil aldıqları məkandan asılı olaraq), riyaziyyat, təbii və sosial elmləri, musiqi, bədən tərbiyəsi və təsviri incəsənəti öyrənirlər. Dördüncü sinifdən xarici dil (əsasən İngilis dili) öyrənirlər.
Tayvanda təhsil
Tayvanda təhsil (çin. 臺灣教育) — Tayvanda mövcud olan çoxşaxəli təhsil sistemi. == Təhsil sistemi == Tayvanın güclü təhsil sistemi var. Tayvan texnologiya və innovasiyalar ilə maraqlanan tələbələr üçün kifayət qədər ideal bir məkandır. Bu ölkə qabaqcıl texno-sənayesi, bir sıra universitetləri ilə məşhurdur. Əcnəbi tələbələr həm təhsil haqqı və həm də yaşayış xərcləri baxımından sərfəli olan Tayvanda oxumağa üstünlük verirlər. Tayvanın 2016-cı ilə aid Asiya reytinqlərində 34 nümayəndəsi var idi ki, onlardan da 5-i ilk 50-likdə yer almışdır. Ölkənin təhsil sisteminə 3-6 yaşında uşaqların məktəbəqədər tərbiyəsi, 9 illik icbari təhsil, ali təhsil daxildir. 9 illik icbari təhsil də öz növbəsində 6 illik ibtidai məktəb; 3 illik natamam orta məktəb, onu bitirdikdən sonra isə təhsili 3 illik tam orta məktəbdə və ya 3 illik orta peşə məktəbində, yaxud da 5 illik peşə kollecində davam etdirmək olar. == Normativ-hüquqi baza == Tayvanda təhsil sistemi tam orta və orta ixtisas təhsili haqqında 2004-cü il tarixli, natamam orta təhsil haqqında 2006-cı il tarixli, qeyri-dövlət məktəbləri haqqında 2006-cı il tarixli, universitetlər haqqında 2007-ci il tarixli qanunlarla tənzimlənir.
Tonqada təhsil
Tonqada təhsil == Ali təhsil == Tonqada 14 ali və orta ixtisas məktəbi vardır (onlardan 8 — özəl məktəb). Texniki-Peşə Təhsili və Tədrisi İnstitutu (ing. Institute for Vocational Education and Training) Politexnik İnstitutu (ing. Polytechnical Institute) Pedaqoji Kollec (ing. Teacher's College) Kraliça Salot adına Tibb Bacıları Məktəbi (ing. Queen Salote School of Nursing) Cənubi Sakit Okean Universiteti . Tonqa Xüsusi Polis Məktəbi (ing. Tonga Police Training School).
Türkiyədə təhsil
Türkiyənin təhsil sistemi — Türkiyə Respublikası sərhədləri daxilində fəaliyyət göstərən ibtidai, orta, tam orta və ali təhsil müəssisələrində tədris edilən təhsil sistemi. Təhsil Nazirliyi, Türkiyə Respublikası Konstitusiyasında qəbul edilmiş mərkəzi hökumət siyasətinə uyğun olaraq bütün təhsil fəaliyyətlərinin həyata keçirilməsindən məsuldur. 1923-cü ildə Türkiyə Respublikasının, 1924-cü ildə Konstitusiyasının yaradılmasından sonra, təhsilin hər iki cins üçün icbari və pulsuz olmasını göstərən qanun qəbul edildi. Respublika dövründə təhsil sistemi hökumətin xüsusi nəzarəti altında olmuş, daim inkişaf etdirilmişdir. 1924-cü ildə qəbul edilmiş Təhsil Birliyi Qanunu ilə birlikdə Təhsil Nazirliyi yaradılmış və ölkədəki bütün elmi və təhsil müəssisələrini bir yerə toplanmış, bütün dini məktəblər ləğv edilmiş və xarici məktəblər dövlət nəzarətinə keçmiş və Qərbi Avropa modelinə əsaslanan yerli təhsil sistemi qurulmuşdur. 2012—13 tədris ilindən bəri Türkiyədə məcburi təhsil 12 ilə qaldırılmışdır. Təhsil səviyyələri məktəbəqədər, ibtidai, orta və tam orta təhsildən ibarətdir. Birinci səviyyə 4 illik ibtidai məktəb (1, 2, 3 və 4-cü siniflər), ikinci səviyyə 4 illik orta məktəb (5, 6, 7 və 8-ci siniflər) və üçüncü səviyyə 4 illik tam orta məktəb (9, 10, 11 və 12-ci sinif). İbtidai, orta və tam orta məktəb səviyyələrindən əlavə, xüsusi təhsil ehtiyacı olan şəxslər üçün məktəbəqədər təhsil səviyyəsi də məcburidir. Türkiyə Təhsil Nazirliyi tərəfindən 2017—18 tədris ilində ilk dəfə YKS adlı yeni bir ali məktəbə keçid imtahanı təqdim edilmişdir.
Təhsil (jurnal)
Təhsil jurnalı — Ayda bir dəfə 92 səhifə həcmində çap olunan mətbu orqanı. == Haqqında == "Təhsil" jurnalının ilk nömrəsi 2007-ci ildə işıq üzü görmüşdür. Maliyyə çətinliyindən jurnalın çapı bir müddət dayandırılmışdır. 2010-cu ilin may ayından jurnal fəaliyyətini davam etdirir. Baş redaktoru Malik Novruzovdur. Ayda bir dəfə 92 səhifə həcmində çap olunur. Jurnal qısa vaxtda geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. === Jurnalın şöbələri === "Ali məktəb və orta ixtisas təhsili" şöbəsi. "Texniki-peşə, ümumi təhsil və məktəbəqədər tərbiyə" şöbəsi. "Reklam və elanlar" şöbəsi.
Təhsil Cəmiyyəti
"Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı il 15 avqust tarixindən rəsmi fəaliyyətə başlamış və 1993-cü ildə 10 noyabr tarixində təkrar dövlət qeydiyyatından keçmişdir. == Cəmiyyətin yaranma tarixçəsi == Azərbaycan Respublikası "Təhsil" Cəmiyyəti 1986-cı ildən qeyri-rəsmi, 1990-cı ilin avqustundan rəsmi fəaliyyət göstərir. Məqsəd xalqın zamanla ayaqlaşması naminə maarifləndirmə işini sürətləndirməkdədir. 1980-ci ilin ikinci yarısında SSRİ-də gedən yenidənqurma dövründə respublikanın görkəmli ziyalılarını narahat edən məsələlərdən biri də təhsil sistemində yaranmış neqativ hallar idi. Ona görə də ziyalıların təşəbbüs qrupu istedadlı gənclərə qayğı göstərilməsi məqsədilə belə bir qurumun yaradılması ilə əlaqədar Mərkəzi Komitənin ideoloji Şöbəsinə müraciət etdi. Ideoloji şöbə ictimaiyyətin fikrini öyrənmək məqsədilə Azərbaycan Lenin Kommunist Sosioloji Tədqiqat Şöbəsinə bu işlə məşğul olmaq tapşırıldı. Şöbənin rəhbəri Əhməd Qəşəmoğlunun başçılığı ilə dəfələrlə "Bilik" Cəmiyyətində, ayrı-ayrı təhsil ocaqlarında, Təhsil Nazirliyində, Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (ETPEİ) geniş ictimaiyyətin iştirakı ilə müzakirə olunub rəylər alındıqdan sonra 1989-cu ilin 28 oktyabrında ETPEİ-in akt zalında "Təhsil" Cəmiyyətinin təsis konfransı keçirildi. Konfransda ibadət İdarə Heyəti seçildi. İdarə Heyətinə respublikanın aşağıdakı ziyalıları seçildi. 1990-cı il fevralın 28-də "Azərbaycan Müəllimi" qəzetində Cəmiyyətin Nizamnaməsi çap olunaraq xalqın müzakirəsinə verildi, həmin Nizamnamə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Neft Akademiyasının və "Şuşa" qəzetlərində də nəşr olundu.
Təhsil Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.
Təhsin Cəmil
Təhsin Cəmil (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (21 sentyabr 1943, Mecidiya[d], Konstantsa) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998–2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir. == Həyatı == Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır. Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir. == Fəaliyyəti == O, Yassıdakı A. D. Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır. 1989-cu il inqilabından sonrakı aylarda Milli Qurtuluş Cəbhəsi ətrafında yaradılan yeni müvəqqəti idarəetmə orqanı olan CPUN-a qoşulmuşdur.