TƏHSİL

\[alm. Erziehung; fr.=ing. Education; osm. tr. terbiye; tr. Eğitim; ər. أنرحظ مُ \]. Ümumi mənada insanın qabiliyyətlərinin xüsusilədə əxlaqi vəsflərinin inkişaf etdirilməsi üçün yön və istiqamət verilməsi, metod öyrədilməsi, bilik və bacarığın aşılan-ması və bu sahədə aparılan şüurulu yaxud şüursuz bütün təsirlərə verilən addır. Məhdud anlamda isə insanın inkişafının sistemli, şüurlu olaraq istiqamətlədirilməsi və təsirlənməsi. Təhsil elmi \[alm. Erziehungwissenschaft; fr. Science de l`education; osm. tr. ilm-i terbiye; ər. آ زٌشث خٍ عٍُ; tr. Eğitimbilim.\] Bilavasitə təhsili və onun əsaslarını, metodlarını, prosesini və istiqamətlərini tədqiq edən elm sahəsidir. Ümumiyyətlə, müəyyən bir sistem içərisində şüurlu təhsilin elmi olan təhsil elmindən \[pedaqogikadan\] daha çox ehtivaedicidir.
TƏFSİR
TƏHTƏLŞÜUR
OBASTAN VİKİ
"Təhsil" nəşriyyatı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat. 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksək ixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003-2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür. == Haqqında == Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan «Təhsil» nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Alabamada təhsil
Alabamada təhsil Alabama Universiteti, özəl kolleclər və ibtidai və orta məktəblər daxil olmaqla Alabama ictimai və özəl məktəblərdən təşkil olunmuşdur. == Tarixi == İndi Alabama olan keçmiş Missisipi Ərazisində şəxsi və yerli qurulan ümumi məktəblər mövcud olmuşdur. 1819-cu il Ştat Konstitusiyası ela edir : == İbtidai və orta təhsil == Alabamada ibtidai və orta təhsil Alabama Ştat Təhsil Şurasının, eləcə də 67 qraflıq təhsil şurası və 60 şəhər təhsil şurasının nəzarətindədir. Ümumilikdə 1,541 məktəb 743,364 şagirdi ibtidai və orta təhsillə təmin edir.İctimai məktəb maliyyələşdirilməsi Təhsil Etimad Fondu vasitəsilə Alabama qanunvericiliyi ilə idarə edilir. 2006-2007-ci maliyyə ili üçün Alabama ibtidai və orta təhsilə 3,775,163,578 $ vəsait ayırmışdı. Bu əvvəlki maliyyə ilinə nisbətən 444,736,387 $ artıq olmuşdu. 2007-ci ildə məktəblərin 82 faizindən çoxu Alabama ştatı tərəfindən Milli Heç Bir Uşaq Geri Qalmasın qanunu çərçivəsində müəyyənləşdirilən tədbirlərdən istifadə edərək adekvat illik tərəqqi (AİT) əldə etdilər. 2004-cü ildə məktəblərin 23 faizi AİT səviyyəsinə çatdmışdı.Alabama ictimai təhsil sistemi inkişaf etməsinə baxmayaraq digər ştatlarla müqayisədə geri qalır. 2000-ci il əhalinin siyahıyaalma məlumatına əsasən Alabamanın tam orta məktəb məzuniyyət səviyyəsi 75%-dir və ölkədə Missisipidən sonra ən aşağı ikinci yerdə dayanır. Ən böyük təhsil gəliri dərəcəsiz kollec təhsili alan şəxslər tərəfindən əldə edilir.
Albaniyada təhsil
Albaniyada təhsil — Albaniya Respublikasındakı təhsil vəziyyətinə verilən ad. Albaniyada əhalinin savadlılıq faizi 99 %-dir (9 yaş və yuxarı). İlkin ümumi təhsil məcburidir (1-9 siniflər). Əksər oxuyanlar sonradan orta təhsili davam etdirir. Təhsili davam etdirmək üçün mütləq 9 -cu və 12 -ci siniflərin sonunda imtahan verilməli. Ölkədə əksər məktəbləri dövlət maliyyələşdirir. Ancaq son illərdə Albaniyada bir neçə özəl məktəblər fəaliyyətə başlamışdır. Dərs ili iki semestrdən ibarətdir. Dərs həftəsi bazar ertəsi başlayır və cümə günü bitir. Dərslər sentyabrın yarısı və ya oktyabrda başlayır, iyun və ya iyulda bitir.
Avstriyada təhsil
Avstriyada təhsil — Avropanın mərkəzində yüksək səviyyəli təhsil sistemi. == Ali təhsil == Dövlət universitetlərində maksimum təhsil haqqı semestrdə 363 avrodur. Avropa məkanında ali və ikinci ali təhsil almağın ən əlverişli şərlərinin Avstriyada olduğu hesab edilir. === Əsas üstünlükləri === birbaşa orta təhsildən sonra qəbul olunmaq olur; qəbul üçün yaş məhdudiyyəti yoxdur; qəbul üçün alman dilini bilmək tələb edilmir; qəbul imtahanları yoxdur (istisna: tibb, psixologiya, yaradıcı ixtisaslar) qəbul yerləri məhdud deyil və müsabiqə yoxdur qəbul zamanı attestat və diplom qiymətləri nəzərə alınmır; maksimal təhsil haqqı semestrdə 363 avro; universiteti bitirdikdən sonra ölkədə qalıb işləmək hüququ verilir. === Xüsusiyyətləri === Bütün Avstriya universitetlərində tədris Bolonya prosesi tələbləri ilədir. Universitetlərdə 330-dən çox fakültə vardır. Tələbələr eyni zamanda bir neçə universitetdə təhsil ala bilərlər. Tədris dövründə tələbələrin praktika keçməsi üçün geniş şərait yaradılır və universitet bu işdə tələbələrə kömək edir. Arzu edən tələbələr bir neçə semestri digər Avropa ölkələrinin universitetlərində keçirə bilərlər. Tədrisi bitirən tələbə təhsil aldığı səviyəyə görə bakalavr, magistr və ya doktor dərəcəsini alır.
Başqırdıstanda təhsil
Başqırdıstanda təhsil — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının təhsil sistemi. Başqırdıstanda 3,3 min ümumtəhsil məktəbi, 76 orta ixtisas təhsili müəssisəsi, o cümlədən Ufada 1922-ci ildən fəaliyyət göstərən İncəsənət məktəbi və 1986-cı ildən fəaliyyət göstərən Xoreoqrafiya məktəbləri vardır. Ölkənin ən iri ali məktəbləri 1957-ci ildən fəaliyyət göstərən Başqırdıstan Dövlət Universiteti, 1930-cu ildən fəaliyyət göstərən Aqrar Universitet, 1932-ci ildən fəaliyyət göstərən Tibb Universiteti, 1948-ci ildən fəaliyyət göstərən Neft Texniki Universiteti, 1932-ci ildən fəaliyyət göstərən Aviasiya Texniki Universiteti; 1968-ci ildən Ufada fəaliyyət göstərən İncəsənət İnstitutu, 1970-ci ildən Ufada fəaliyyət göstərən Hüquq İnstitutu; 1952-ci ildən Birskdə, 1954-cü ildən isə Sterlitamakda fəaliyyət göstərən pedaqoji institutlar, 1983-cü ildən fəaliyyət göstərən Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbi və digərləri var. 1951–1987-ci illərdə Ufa Elmi Mərkəzi olmuş qurum sonradan Rusiya EA Ural Şöbəsinin Elmi Mərkəzi adlandırılmışdır. Bundan başqa ölkədə Rusiya EA-nın elmi tədqiqat institutları da var. Başqırdıstan Respublikası Hökumətinin İcra şöbəsinə daxil olan Təhsil Nazirliyi başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Ali təhsil
Ali təhsil (ing. Higher education) — 1)elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıq yönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bilik və təcrübi vərdişlərin məcmusu. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir; 2)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil. Üç pilləli təhsil sitemində orta təhsil və orta ixtisas təhsilindən sonra gələn ali ixtisas təhsili. Məzuna ixtisası üzrə nəzəri və peşəkar biliklər verir. Orta təhsildən fərqli olaraq ali təhsil ümumi təhsil sayılmır və iddiaçılar müsabiqə əsaında daha az sayda yerə qəbul edilir. == Ali təhsilli == Ali təhsilli - ali məktəb bitirmiş. == Ali təhsil müəssisəsi == Ali təhsil ali məktəblərdə — universitetlərdə, akademiyalarda, institutlarda və kolleclərdə verilir. Müxtəlif ölkələrdə fərqli adları ola bilər. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı.
Almaniyada təhsil
Almaniyada təhsil — Almaniya təhsil sistemi klassik struktrura malikdir: məktəbəqədər, orta və ali. Almaniyanın hər bir əyaləti təhsil haqqında öz qanununa malikdir. Buna görə də atestat və diplomların əldə olunması imkanları və yolları bir birindən fərqlənirlər. Məsələn, Berlində şagirdlər 6-cı sinifə qədər ibtidai siniflərdə qalırlar, Saksoniya və Bavariyada isə bu cəmi 4 il davam edir. == Məktəbəqədər təhsil == Bir çox alman uşaqları məktəbəqədər müəssisələrə -uşaq bağçalarına (alm. Kindergarten‎) 3 yaşından etibarən gedirlər. Uşaq bağçalarında körpələr qrupları (alm. Kinderkrippe‎) da fəaliyyət göstərirlər. buraya uşaqlar altı ayından qəbul edilirlər. Almaniyada belə qruplar az olduğundan orada yer almaq çox çətindir.
Azərbaycanda təhsil
Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili 10 yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili, əsasən, ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir. == Tarixi == Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi. Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı. Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.
Açıq təhsil
Açıq təhsil 1970-ci illərdə yaranaraq təcrübə və təlimə çevrilmiş təhsil sahəsində yenilikçi bir hərəkatdır. Bu termin ümumilikdə öyrənmə imkanlarını formal təhsil sistemləri çərçivəsində gücləndirən və ya onları formal təhsil sistemləri çərçivəsinin xaricində genişləndirən fəaliyyətlərə istinad edir. Açıq təhsilə aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmır: sinifdə öyrətmə metodları, interaktiv öyrənmədə yanaşmalar, işlə əlaqəli təhsil və təlim formatları, təhsil alan cəmiyyətlərin mədəniyyət və mühitləri, açıq təhsil mənbələrinininkşafı və istifadəsi. Açıq təhsilin razılaşdırılmış, hərtərəfli tərifi olmamasına baxmayaraq, burada diqqət mərkəzi əsasən "şagird tərəfindən qəbul edilmiş şəkildə şagirdin ehtiyaclarına" yönəlmişdir. Tədqiqat işləri açıq təhsili akademik fənlər, peşələr, sosial sahələr, biznes və sənaye, ali təhsil müəssisələri, müəssisələr arası əməkdaşlıq təşəbbüsləri və məktəblərdə gənc şagirdlər üçün bir yenilik kimi təqdim edir. == Yaranması == ​Tədris metoduolan açıq təhsilFransada Célestin Freinet və İtaliyada Maria Montessorinin tədqiqatları əsasında yaradılıb.Açıq təhsil şagirdlərin özlərinin müəyyən etdiyi, müstəqil və maraq yönümlü öyrənmə üçün nəzərdə tutulmuşdur.Ən yaxşı nümunə ilkin oxu-yazı bacarıqlarının öyrədilməsində dil təcrübəsi yanaşmasıdır (bax. Brügelmann / Brinkmann 2011).​Açıq təhsildə ən son tədqiqatlar alman pedoqoqları Hans Brügelmann (1975, 1999), Falko Peschel (2002), Jörg Ramseger (1977) və Wulf Wallrabenstein (1991)tərəfindən aparılmışdır.Yanaşma maksimum üç problemlə üzləşməlidir (ətraflı bax: Brügelmann / Brinkmann 2008, 1-ci fəsil). Eyni yaşdakı uşaqlar arasında təcrübə, maraq və bacarıq baxımdan böyük fərqlər; şagirdin özü tərəfindən fəal problem həlletmə bacarığı tələb edən öyrənmənin konstruktiv təbiəti; BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası (UHK) ilə nəzərdə tutulmuş qərarlarda tələbələrin davamiyyətinin hüquqi tələbi.
Baza təhsil
Baza təhsil - gələcək artımı və zənginləşməsi üçün qaydalar, bilik və bacarıqlar toplusudur. Termin iki mənada işlədilir: 1) cəmiyyətdə yaşaya bilmək üçün qaydalar, bilik və bacarıqların öyrənilməsinə yönəlmiş təhsil; 2) ödənişli əmək sahəsinə qədəm qoymazdan əvvəl alınmış və yetkin yaşda təhsilin davam etdirilməsinə istiqamətlənmiş təhsil.
Belarusda təhsil
Belarusda təhsil (belar. Адукацыя ў Беларусі) — sisteminə məktəbəqədər tərbiyə, ümumi baza, ümumi orta, peşə-texniki, orta ixtisas, ali və ali təhsildən sonrakı təhsil daxildir. 15 yaşdan yuxarı əhalinin savadlılıq səviyyəsi 99,7% təşkil edir (2004). == Məktəbəqədər təhsil == Məktəbəqədər yaşlı (1–6 yaş) uşaqlar üçün körpələr evi, uşaq bağçaları, məktəbəqədər yaşlı uşaqlar üçün inkişaf mərkəzləri, uşaq bağça-məktəbləri fəaliyyət göstərir. 2003/04 tədris ilində 5 yaşlı uşaqların 100%-i məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuşlar. == Ümumi orta təhsil == Ümumi orta təhsil ibtidai, baza və axşam (növbəli) ümumtəhsil məktəbləri, gimnaziyalar, liseylər, internat-məktəblər, sanatoriya internat-məktəbləri, pedaqoji tədris kompleksləri tərəfindən həyata keçirilir. Ümumi orta təhsil müəssisələrində (təhsil müddəti 12 ildir) lisey və gimnaziya sinifləri, həmçinin ayrı-ayrı fənləri dərindən öyrədən siniflər təşkil olunmuşdur. 4408 orta ümum təhsil müəssisəsində 1369 min şagird təhsil alır (2004). Orta ixtisas təhsili texnikum, kollec və peşə-texniki məktəblərində həyata keçirilir (204 orta ixtisas təhsili müəssisəsində 162 mindən çox şagird təhsil alır). == Ali təhsil == Ali təhsil sisteminə klassik universitetlər, profilli universitetlər (akademiyalar), inistitutlar və ali kolleclər daxildir.
Belçikada təhsil
Belçikada təhsil — Avropanın ən qabaqcıl təhsil sistemlərindən biri. == Ali təhsil sistemi == === Ümumi prnsiplər === Belçika ali təhsil sistemi üçün xarakterik ənənə tədris prosesi ilə elmi tədqiqatların sıx bağlılığıdır. Universitetlərin büdcəsinin 40% elmi tədqiqatlara ayrılır. Onun maliyyələşməsi Sənaye və Kənd təsərrüfatında Elmi Tədqiqatlara dəstək İnstitutuna dövlət və nazirliklərdən ayırmalar və müxtəlif şirkət, fond və təşkilatlardan könüllü yardım xətti ilə gedir.Belçikanın ali təhsil sisteminin qədim tarixi vardır. İlk universitet – Luven Katolik Universiteti 1425-ci ildə yaranıb. Вu 1517-ci ildə Erazm Rotterdam Luvendə Üç Dil Məktəbi (ivrit, latın və yunan dilləri) yaradır. Buna bənzər məktəb – Paris Fransız Kolleci sonradan yaranır. === Xüsusiyyətləri === Belçikada ali təhsil iki yarımsistem üzərində qurulub. Onlar müvafiq olaraq fransız dilli və flamand dilli vilayətlərin təhsil nazirliklərinə tabedirlər. Təhsil sistemi mərkəzləşməsinə görə fransız və alman təhsil modelinə yaxındır.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Ekoloji təhsil
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsildir. == Ekoloji təhsil == Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyeti, sağlamlığı — insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanunauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümükündür. Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inkişafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.
Eritreyada təhsil
Eritreyada təhsil beşmərhələlidir: ana məktəb, ibtidai məktəb, ilk məktəb, orta məktəb və universitet. İbtidai, ilk və orta məktəbdə təxminən 245.000 məktəbli təhsil alır. Təhsilin şüarı Vətən, ana dilidir.
Estoniyada təhsil
Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Estoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır. == Müasir təhsil sistemi == Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır. Təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir: təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması; dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi; məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri.Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir: məktəbəqədər təhsil; əsas təhsil (təhsilin ilk pilləsi); orta təhsil (təhsilin ikinci piləsi); ali təhsil (təhsilin üçüncü pilləsi).Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər davam edir. Əsas təhsil pilləsi I–IX sinifləri əhatə edir.
Evdə təhsil
Evdə təhsil — məktəbdən kənarda (evdə, təhsil mərkəzlərində) ümumtəhsil fənlərinin öyrənilməsini nəzərdə tutan təhsil almaq üsulu. Şagirdlər orta məktəbdə məcburi attestasiyadan keçməlidirlər, həmçinin yekun attestasiyadan keçmələri tələb olunur. Evdə təhsil ən qədim təhsil formasıdır. Əvvəlcə bu forma yalnız öz uşaqlarına dərs deməyə vaxtı olan və ya müəllim tutmaq imkanı olan varlı ailələr üçün mövcud idi. Tələbənin təhsili onun öyrənmə səviyyəsini, üslubunu və maraqlarını dəstəkləmək üçün fərdiləşdirilə bilər.Evdə təhsil adətən valideyn, repetitor və ya onlayn müəllim tərəfindən aparılır, lakin konkret təcrübə çox fərqli ola bilər. Spektr ənənəvi məktəb dərslərinə əsaslanan yüksək strukturlaşdırılmış formalardan tutmuş, məktəbdənkənarlıq kimi daha açıq, sərbəst formalara qədər dəyişir. Bu, uşaqların maraqlarına əsaslanaraq öyrədilməsini nəzərdə tutan evdə təhsilin kurikulumsuz həyata keçirilməsidir. == Evdə təhsilin təşkili == məktəb direktorunun adına ərizə; doğum haqqında şəhadətnamənin surəti; müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi; evdə təhsilə cəlb olunan şagirdin dərs cədvəli; fərdi təlim proqramı; tədris planı; şagirdin haqqında təhsil aldığı sinif jurnalında qeydlər; evdə təhsilə cəlb olunan şagirdin gündəliyi (jurnalı); şagirdin psixoloji xüsusiyyətləri haqqında qeyd dəftəri; şagirdin evdə təhsilə cəlb olunması haqqında direktorun əmri; şagirdə tədris edən müəllim(lər)in razılıq ərizəsi; evdə təhsilə cəlb olunmuş şagirdin şəxsi işi.
Fasiləsiz təhsil
Fasiləsiz təhsil — təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olub, mövcud təhsil standart­ları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsidir.[mənbə göstərin]
Fransada təhsil
Fransada təhsil məcburiyyəti 3 ildən 16 ilə qədərdir. Fransız təhsilinin əsas prinsipləri: tədris azadlığı (dövlət və özəl qurumlar), pulsuz təhsil, neytral təhsil, laisizm (dünyəvi, dini olmayan) təhsil. Təhsil bir neçə səviyyədən ibarətdir: İbtidai təhsil (fr. enseignement primaire) - uşaq bağçasında 3-4 il (fr. L'école maternelle) və ibtidai məktəbdə 5 il (fr. L'école élémentaire). orta təhsil (fr. enseignement secondaire) - kollecdə 4 il (fr. Le collège) və Liseydə 3 il (fr. Le lycée).
Gürcüstanda təhsil
Gürcüstanda təhsil — Gürcüstan ali məktəb sisteminə universitetlər, akademiyalar və institutlar daxildir. Ölkədə 26 dövlət ali məktəbi (onlardan səkkizi universitetdir) və 209 özəl ali məktəb fəaliyyət göstərir. == Ali təhsil == Əsas ali təhsil müəssisələri bunlardır: Tbilisi Dövlət Universiteti (5 regional filialı vardır) Tbilisi Dövlət Tibb Universiteti Gürcüstan Texniki Universiteti Gürcüstan Dövlət Aqrar Akademiyası Tbilisi Ruhani Seminariyası Beynəlxalq Qara Dəniz Universiteti Q.Rokabidze adına Universitet Şota Rustaveli adına Batumi Dövlət Universiteti Tbilisi İqtisadiyyat və Hüquq Akademiyası Tbilisi Asiya və Afrika İnstitutu Tbilisi Dövlət Rəssamlıq Akademiyası Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu Tbilisi Konservatoriyası Avropa Menecment Məktəbi (sponsor – Şeverdnadze Fondu) Dövlət İdarəetmə İnstitutu (ABŞ ictimai və siyasi elmlər Milli Akademiyası ilə birgə məktəb layihəsi, amerika təhsil proqramları əsasında fəaliyyət göstərir) Tiblis Siyasi Akademiyası.
Hindistanda təhsil
Hindistanda təhsil — Cənubi Asiyada, Hindistan yarımadasında yerləşən Hindistan Federativ Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Hindistan tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. == Müasir təhsil sistemi == Hindistanda müasir təhsil sistemi hökumətin nəzarəti altındadır. Əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi üçün bu ölkədə geniş təhsil sistemi təşəkkül tapıb. 2005-ci ilin statistik məlumatlarına görə, Hindistanda əhalinin ümumi savadlılıq səviyyəsi təxminən 64,8 faiz təşkil edir. Qadınların savadlılıq səviyyəsi isə 53,7 faizə bərabərdir. Əhalinin 85 faizi ibtidai təhsilə, 39 faizi orta təhsilə, 9 faizi isə ali təhsilə cəlb olunub. 2005-ci ildə Hindistanda 410 milyondan çox 6-24 yaşlı gənc olmuşdur ki, bu da ümumi əhalinin təxminən 38 faizini təşkil edirdi. Onların yalnız 237 milyon nəfəri təhsilə cəlb olunmuşdur. Ölkə üzrə müəllimlərin ümumi sayı isə 7 milyon nəfərə yaxındır.
Küveytdə təhsil
Küveytdə təhsil — Cənub-Qərbi Asiyada yerləşən Küveyt Dövlətində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Küveyt tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. XX əsrin əvvəllərində bu ölkədə neft ehtiyatları kəşf olunmazdan əvvəl yalnız Əl-Katatib adlandırılan dini məktəblərdə təhsil almaq mümkün idi. Belə tədris ocaqlarında təhsil prosesi müqəddəs Qurani-Kərimin öyrədilməsi, yazı, oxu bacarıqlarının inkişaf etdirilməsi və riyazi biliklərin aşılanması ilə məhdudlaşırdı. Bu məktəblər, əsasən varlı şəxslər tərəfindən maliyyələşdirilirdi. İqtisadi və ictimai şərait təhsilin bundan artıq inkişaf etdirilməsinə imkan vermirdi. XX əsrin birinci yarısında Küveytdə bir dənə də olsa, dövlət məktəbi yox idi. Ticarətin inkişafı, bununla da iqtisadiyyatın yüksəlişi 1912-ci ildə Küveytdə ilk dünyəvi yönlü tədris ocağı olan Əl-Mübarkiyyə məktəbinin yaranmasına səbəb oldu. 1921-ci ildə isə Əl-Əhmədiyə məktəbi yarandı. Bu məktəblərdə ingilis dili kursları da tədris olunurdu.
Maarif (təhsil)
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Macarıstanda təhsil
Macarıstanda təhsil — keçmiş Şərq Blokundakı təhsil sisteminin getdikcə Avropa Birliyinə inteqrasiyası şəklində formalaşıb və hazırda Avropa Birliyi standartlarına əsasən fəaliyyət göstərir. == Məktəbəqədər təhsil == == Məktəb təhsili == == Ali təhsil == Macarıstanda ilk universitet 1367-ci ildə yaradılmışdır və ali təhsilin tarixi təxminən 650 ildir. Macarıstanda bakalavr təhsili 3 il (bəzi mühəndislik sahələrində 3.5 il), Magistr təhsili isə 2 il davam edir. Tibb təhsili 6 il, Diş Həkimliyi və Əczaçılıq isə 5 ildir. === Tanınmış universitetlər === Budapeşt Beynəlxalq Biznes Məktəbi MET Andraşi Universiteti Korvinus Universiteti Sent İştvan Universiteti ELTE Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti Mərkəzi Avropa Universiteti Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi Obuda Universiteti.
"Elm və təhsil" nəşriyyatı
"Elm və təhsil" nəşriyyatı — 2006-cı ildə yaradılmışdır. Təsisçisi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Əsas fəaliyyəti dərslik, kitab, jurnal, ensiklopediya nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii ədəbiyyatların buraxılışı ilə də məşğul olur. == Əlaqə == Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev küçəsi, 8-ci döngə 4. Tel.: (+99412)497–16-32, Faks: (+99412)497–16-32.
"Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi
Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsi (əvvəlki adı: Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi) — Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumi təhsil müəssisəsi üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 ən yaxşı ümumi təhsil müəssisənin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10.000 manat məbləğində birdəfəlik mükafatın verilməsini nəzərdə tutan müsabiqə. Müsabiqə hər tədris ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilib. == Təsisi == "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2007-ci il tarixli, 2373 nömrəli Sərəncamı ilə gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin fəaliyyətini qiymətləndirmək məqsədilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli, 714 nömrəli Fərmanı ilə "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri" təsdiq edilmişdir. == Adı == Müsabiqənin ilk adı "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 381 nömrəli Fərmanı ilə müsabiqənin adı dəyişdirilərək, "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsi olmuşdur. Lakin 2012/2013-cü tədris ilində müsabiqə qaliblərinin mükafatlandırılması ilə bağlı verilmiş Sərəncamda müsabiqənin adı yenidən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi kimi göstərilmişdir. == Başlıca məqsədi == Müsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumi təhsil müəssisələrini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq və ictimaiyyətin, valideynlərin, xeyriyyəçi iş adamlarının, biznes qurumlarının diqqətini ümumi təhsil müəssisələrinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir. == Müsabiqədə iştirak şərtləri == Müsabiqədə iştirak etmək istəyən ümumi təhsil müəssisələri aşağıdakı şərtlərə cavab verməlidir: son üç ildə məzunlarının ali təhsil müəssisələrinə qəbul faizinin yüksək olması; son üç ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması; müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı; respublika və beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda şagirdlərinin mükafata layiq yerlər tutması; ali təhsilli müəllimlərinin faizinin yüksək olması; ümumi təhsil müəssisəsinin fənn müəllimləri ilə tam komplektləşdirilməsi, müəllim-şagird nisbətinin səviyyəsinin aşağı olmaması; təhsil və əmək qanunvericiliyinin, təhlükəsizlik və sanitar tələblərin pozulması hallarına yol verilməməsi; ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları, valideyn-məktəb assosiasiyaları və digər qurumlar tərəfindən, o cümlədən təhsil alanlar arasında aparılan sorğularda ümumi təhsil müəssisəsi haqqında müsbət mülahizə və rəylərin irəli sürülməsi; ümumi təhsil müəssisəsinin müsabiqədə iştirakı üçün əhəmiyyətli olan digər zəruri göstəricilər. == Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət == Müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarət, tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən "Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi" tərəfindən həyata keçirilir.
ABŞ-da təhsil
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
ABŞ-ın təhsil sistemi
ABŞ-nin təhsil sistemi – ABŞ-nin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir. ABŞ-də savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır. Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-də təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var.
ABŞ ali təhsil müəssisələrinin siyahısı
== Həmçinin bax ==
Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)
Ali neft, qaz və neft-kimya təhsili qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1978-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur. == Məzmun == Kinolentdə Məşədi Əzizbəyov Adına Azərbaycan Neft və Kimya İnstitutunun fəaliyyətindən, yüksək ixtisaslı kadrların hazırlanmasından bəhs olunur.
Avstraliyada ali təhsil
Avstraliyada ali təhsil — Avstraliya təhsil sisteminin tərkib hissəsi. == Qəbul == Avstraliya ali məktəblərində qəbul imtahanı yoxdur. Universitetlərə qəbul orta məktəbi birməyə görə verilən sertifikatdakı (High School Certificate) buraxılış imtahanlarının nəticəsinə görə aparılır. Sertifikatın adı müxtəlif ştatlarda müxtəlif cür adlansa da, qəbul zamanı onlar eyni götürülür. == Avstraliyada ali təhsil == Avstraliyada 40 universitet və 350 kollec vardır. Orada avstraliyalılardan başqa 300 min də xarici tələbə təhsil alır. Avstraliya diplomları bütün dünyada tanınırlar. Ölkə ali təhsil sistemi Britaniya təhsil sistemi üzərində qurulub və ona yüksək təhsil keyfiyyəti, tələbələrin müstəqilliyi və elmi tədqiqatlara yönəlilik xarakterikdir. Avstraliyada elmi tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti ayrılır. Bir çox Avstraliya alimi Nobel mükafatına layiq görülmüşlər.
Azərbaycan Elm və Təhsil Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub.
Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçilərinin siyahısı
== 1991 ==
Azərbaycan Təhsil Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub.
Azərbaycan Xalq Təhsili Nazirliyi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi — Azərbaycan Respublikasının elm və təhsil sahəsində fəaliyyət göstərən dövlət qurumu. == Tarix == Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib. 1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub.
Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin siyahısı
== Dövlet == == Özəl == == Ləğv edilən == == Həmçinin bax == Azərbaycan peşə təhsili müəssisələrinin siyahısı == Mənbə == e-qanun.az: ""Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli, 182 nömrəli Qərarı. (az.) e-qanun.az: ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. (az.) e-qanun.az: "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı.
Azərbaycan peşə-texniki təhsil günü Moskvada (film, 1974)
Azərbaycan peşə-texniki təhsil günü Moskvada qısametrajlı sənədli filmi rejissor Kamil Mirzəyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Peşətexfilm" Studiyasında istehsal edilmişdir. Film Moskvada Azərbaycan peşə-texniki təhsil sistemi şagirdlərinin mədəniyyət günlərində iştirakı haqqında danışır. == Məzmun == Film Moskvada Azərbaycan peşə-texniki təhsil sistemi şagirdlərinin mədəniyyət günlərində iştirakı haqqında danışır.
Azərbaycan peşə təhsili müəssisələrinin siyahısı
== Peşə Liseyləri ==
Azərbaycan təhsil sistemi
Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili 10 yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili, əsasən, ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir. == Tarixi == Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi. Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı. Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.
Azərbaycan təhsil tarixi (II cild)
Azərbaycan təhsil tarixi (II cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin ikinci cildi. == İkinci cild == "Azərbaycan təhsil tarixi" adlı kitabın II cildi sovet hakimiyyəti illərində Azərbaycanda təhsil quruculuğundan, təhsil sisteminin mahiyyətindən bəhs edir. Kitabda 1768 azərbaycanlı haqqında məlumat var. Kitabın II fəsli Azərbaycanda internat tipli təhsil müəssisələrinin, xüsusi məktəblərin təşəkkülündən və inkişafından bəhs edir. Azərbaycanda, internat məktəblərin tarixi 20-ci illərdən başlanır. Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1926-cı il 6 yanvar tarixli qərarı ilə qəbul edilmiş "Kəndli gənclər məktəbləri haqqında" Əsasnaməyə görə məktəblərin nəzdində kəndlərdən gələn uşaqlar üçün internat tipli yataqxanalar təşkil edilməsi nəzərdə tutulmuşdu. Sonralar bu tipli məktəblərin təcrübəsi əsasında internat məktəblər yaradıldı. Kitabda sənaye, kənd təsərrüfatı və tibb kadrları hazırlayan orta ixtisas məktəblərinin onilliklər üzrə inkişaf dinamikası və həmin məktəblərdə digər müttəfiq respublikalar və xarici ölkələr üçün kadr hazırlığı ilə bağlı kifayət qədər ətraflı məlumat verilir. == Məqsəd == Kitabın yazılmasında məqsəd Azərbaycan təhsil tarixinin şərəfli keçmişini, bügünkü nailiyyətlərini aydın göstərməkdir. Hər bir vətəndaş ötən əsrlərdə ziyalılarımızın necə çətinliklərlə qarşılaşdığını, millətin balalarını təhsilə cəlb etmək üçün hansı məhrumiyyətlərə dözdüyünü bilsin.
Azərbaycan təhsil tarixi (I cild)
Azərbaycan təhsil tarixi (I cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin birinci cildi. == Çoxcildlik haqqında == Çoxcildlikdə verilən yeni materiallar, arxiv sənədləri, şəkillər, qədim məktəblərin tarixi ilə bağlı məlumatlar. Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin məzunlarının və bolşevik diktaturasının qurulması ərəfəsində yaşayıb-yaratmış 400 nəfərdən çox ziyalımızın adı toplanmış siyahı təhsil tariximizin təhrif edilmiş səhifələrinin bərpası baxımından çox qiymətlidir. Görkəmli maarif fədailərimizin , mütəfəkkirlərimizin və pedaqoqlarımızın həyatı, onların xalqın maariflənməsi yolunda, qeyri-bərabər mübarizədə göstərdikləri dözüm və casarət haqqında qısa oçerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi həm də təhsil tariximizin publisistik dillə qələmə alınmış ensiklopediyası da adlandırmaq olar. Kitabda təhsilimizin inkişafında müstəsna xidmətləri olan bu böyük şəxsiyyətlər və digər ziyalılar haqqında portret-oçerklər verilmişdir. "Azərbaycan təhsil tarixi" çoxcildliyi bir orjinal xüsusiyyəti ilə də oxucuların diqqətini çəkəcəkdir: indiyədək çap olunmuş əsərlərin, məqalələrin, dərsliklərin, əlavə oxu materiallarının əksəriyyətində tarixi şəxsiyyətlərin, müəlliflərin, tədqiqatçıların soyadları tam, ad və ata adı isə inisiallarla verilirdi. == Birinci cild == Birinci cilddə qədim dövrdən 1920-ci ilin aprel işğalına kimi təhsilin inkişaf mərhələləri təhtil edilir. "Azərbaycan təhsil tarixi" Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolu haqqında salnamədir. Kitabda 1080 azərbaycanlı haqqında məlumat var.
Baham adalarında təhsil
Baham adalarının əhalisi az olduğuna görə ali məktəbləri yoxdur. (2003-ci il məlumatlarına görə 297,48 min nəfər). 1964-cü ildə ada hökuməti Yamaykadakı Vest-Hind Universiteti ilə razılığıa gələrək Nassau adasında onun qiyabi filialının açımasına nail oldu. Əhalinin bir hissəsi ABŞ, Böyük Britaniya və Kanadada ali təhsil alır. Əhalinin 98% -i savadlıdır.
Bayram Heydərov (təhsil işçisi)
Heydərov Bayram Mirabbas oğlu — Zəngi Liseyinin qurucusu və ilk direktoru, Fizika-riyaziyyat elmləri doktoru, pedaqoq, "Şöhrət" ordenli (2012), əməkdar müəllim. == Həyatı və təhsili == Bayram Heydərov 1956-cı ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Dəmirçi kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1963-ci ildə Dəmirçi kənd tam orta məktəbə daxil olmuş, 1973-cü ildə məzun olmuşdur. 1974-cü ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə daxil olmuşdur, 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.Novosibirsk Dövlət Universitetində aspirantura təhsili almışdır. Bayram Heydərov ötən əsrin 80-ci illərinin sonlarında Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki elmi mərkəzdə 6 ay müddətində, Novosibirsk Dövlət Universitetində iki illik ixtisasartırma kurslarında olmuş, aspiranturanı bitirmiş, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, akademik M.M.Lavrentyevin rəhbərliyi ilə Novosibirsk Dövlət Universitetində differensial tənliklər ixtisası üzrə müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1988-ci ilin yanvar ayında Vətənə dönərək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətini davam etdirmişdir. Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktor Bürosunda çalışdığı zaman Bayram Heydərov həm də müasir hərbin inkişafında məxsusi yeri olan məsələlərlə məşğul olmuşdur. Həmin illərdə Azərbaycanda tətbiqi elmlərin inkişafına ciddi diqqət yetirilirdi. SSRİ hərbi sənayesinin inkişafı üçün güclü elmi mərkəzlər müəyyən sifarişləri yerinə yetirirdilər. Bu da öz növbəsində elmin inkişafına təkan vermiş oldu.
Başqırdıstan Respublikası Təhsil Nazirliyi
Başqırdıstan Respublikası Təhsil Nazirliyi — Təhsil Nazirliyi Başqırdıstan hökumətinin İcra şöbəsinə daxildir. Nazirlik Başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır. 2000-ci ildən etibarən Təhsil Nazirliyi nəzdində Respublika Təhsil İnstitutunun muzeyi yerləşir.. == Şöbələri == Ümumi təhsil və dövlətin yekun attestasiyası şöbəsi; Orta ixtisas təhsili şöbəsi; Ali peşə təhsili şöbəsi; Təhsilin informasiyalaşdırılması sektoru; Uşaqlar üçün istirahət və sağlamlıq, təhsil və əlavə təhsil şöbəsi.

Значение слова в других словарях

безо́блачно дви́жимое Дед Моро́з извлека́ть не́ти поплута́ть преддве́рие прудово́й кито́вый меднопрока́тный мрачне́ть разгора́живать старшеку́рсный тверёзый фина́льный шалопу́т ювели́р Ерусалим allel comedones encloud enrapt screw ходовой шубёнка