Ruanda Vətənpərvər Cəbhəsi
Ruanda Vətənpərvər Cəbhəsi (RVC) — həm hutu, həm tutsi nümayəndələrindən ibarət hərbi-siyasi təşkilat. 1988-ci ildə mühacirlər tərəfindən Uqandada qurulan bu təşkilat, bütün qonşu ölkələrdə sürgün edilmiş tutsi və mülayim hutu millətlərindən kadrlar toplayırdı. Liderləri Pol Kaqame sayılır.
2 oktyabr 1990-cı ildə RVC Ruanda hökumətinə qarşı hərbi əməliyyat başlatdı, cəbhənin 500 silahlı birləşmə üzvləri sərhədi keçdilər.
1990, 7 oktyabr — sayca üstün və ağır silahlanmış hökumət qüvvələri əks-hücuma başladılar. Oktyabr ayının sonlarında silahlı birləşmə üzvləri Uqandaya çəkilməli oldular.
1991, 23 yanvar — RVC bölmələrinin Ruhengeri şəhərinə basqını və Ruanda ordusunun əsas qüvvələrinin gəlməsindən əvvəl geri çəkilməsi.
1993-cü ildə hərbi əməliyyatların dayandırılmış və dövlət idarəsindəki vəzifələrin bölünməsi barədə müqavilə imzalandı, ancaq hər iki tərəf buna yalnız nominal yanaşmış və dəfələrlə sabotaj edirdi.
1994, 7 aprel — Ruandada soyqırımın başlanmasına cavab olaraq RVC təxminən 25 min nəfərlə hücuma keçdi.
1994, 4 iyul — RVC qoşunları paytaxta daxil oldu.