Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kiqali
Kiqali (ing. Kigali) — Ruandanın paytaxtı və ən böyük şəhəri. Əhalisi 2010-cu ilin hesablamalarına görə 1 029 384 nəfərdir. Sahəsi 730 km² təşkil edir. Ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi, əsas nəqliyyat qovşağıdır. Şəhərin əsası 1907-ci ildə alman kolonistləri tərəfindən qoyulmuş və 1962-ci ildə ölkə müstəqillik əldə etdikdən sonra paytaxt statusu qazanmışdır. Ölkənin əvvəlki ənənəvi mərkəzi şəhəri Nyanza, kolonial paytaxtı isə Butare olsa da, müstəqillikdən sonra yeni paytaxt seçilərkən Kiqalinin ölkənin mərkəzi hissəsində yerləşməsi məhz onun seçilməsində həlledici rol oynamışdı.
Cığalı təcnis
Cığalı təcnis – qoşma qəlibi üzərində yaradılan, lakin hər bəndin ikinci misrasından sonraya cığa kimi cinas bayatı əlavə olunan təcnis növü. Cığalı təcnis aşıq poeziyasının mürəkkəb və son dərəcə melodik şəkillərindən biridir. Təcnisin ilk iki misarasından sonra çığa gəlir. "Cığa" burada yaraşıq, bəzək mənasında işlədilir. Cığalı təcnisin uyğun bəndindəki ilk iki misra hansı cinasın üzərində qurulursa, oraya daxil edilən cığa-bayatı da həmin cinas üstündə olmalıdır. Cığa vəzifəsi yerinə yetirən cinas bayatı arasına daxil olduğu təcnis bəndinin məzmunu ilə yaxından səsləşməli, oradakı poetik qənaəti daha da qüvvətləndirməlidir. Cığa-bayatının qafiyələri də təcnisin qafiyələri kimi cinas olur. Əsas mətnlə cığa arasında qafiyə fərqi olsa da, məna, məzmun baxımından onlar bir-birini davam etdirir və tamamlayırlar. Bir sıra hallarda təcnislə cığanın qafiyələri də eyni olur. Məsələn: Azərbaycan aşıqları arasında cığalı təcnislərə daha çox Aşıq Alının, Aşıq Ələsgərin, Həsən Xəyallının, Sərraf Şiruyənin yaradıcılığında rast gəlinir.
Çığalı (Məlikan)
Çığalı (fars. چغالو‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 485 nəfər yaşayır (115 ailə).
Kiğal (Vərziqan)
Kiğal (fars. كيغال‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 537 nəfər yaşayır (125 ailə).
Divali
Divalisanskr. दीपावली DīpāvalīIAST, tam. தீபாவளி TīpāvaḷiIAST, nep. दीपावली, तिहार Dīpāvalī, TihāraIAST, hind. दिवाली DivālīIAST, qüc. દિવાળી DivāḷīIAST, marathi दिवाळी DivāḷīIAST, kann. ದೀಪಾವಳಿ DīpāvaḷiIAST, konkani धाकली दिवाळी Dhākalī DivāḷīIAST, malaya. ദീപാവലി DīpāvaliIAST, oriya ଦୀପାବଳୀ DīpābaḷīIAST, pənc. ਦਿਵਾਲੀ DivālīIAST, tel. దీపావళి, urdu دیوالی, benq.
Fiqani
Figani (Trabzon ili – İstanbul) — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fizali
Kitami
Kitami (yap. 北見市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Oxotsk sabprefekturada yerləşən şəhər.
İkiqai
İkiqay (生き甲斐, azərb. "Həyatın mənası"‎) – həyatın məna və sevincini təsvir edən yaponca bir anlayış. Sərbəst tərcümə edildikdə ikiqay "yaşamağadəyər olan bir şey/səbəb"-i təsvir edir. Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub. Yaponca ikiqay müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqay üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir.
Jiquli
Jiquli — bu, 1970-ci ildən 2012-ci ilə qədər AvtoVAZ (VAZ) tərəfindən Rusiya və Sovet İttifaqında istehsal olunan avtomobillərin təyinatı idi. Təyinat Volqa çayının sahilindəki Jiquli dağlarının şərəfinə adlandırılıb. Məhsul ailəsinə VAZ-2101, VAZ-2102, VAZ-2103, VAZ-2104, VAZ-2105, VAZ-2106, VAZ-2107 (Lada Riva) daxildir. Bildirilir ki, Jiquli jiqolo sözü ilə səsləşir, ona görə də AvtoVAZ indi bütün bazarlarda universal olaraq "Lada" brendindən istifadə edir. Əksər ixrac bazarları üçün avtomobillər Lada markası altında satılırdı. Avtomobil Ukrayna və Misirdə də istehsal olunub. Misirdə bu modelin sonuncu avtomobili 2014-cü ildə istehsal edilib.
Kidal
Kidal (fr. Kidal, tifinaq ) — Malinin şimal-şərqində şəhər və kommun. Eyni adlı bölgənin inzibati mərkəzi. == Coğrafiyası == Qaodan təxminən 350 km şimal-şərqdə, dəniz səviyyəsindən 455 m yüksəklikdədir. == Tarixi == İlk hərbi post 1908-ci ildə Fransız zabiti Bertiks tərəfindən Kidalda quruldu, növbəti il ​​leytenant Lanzeron istehkam edilmiş Kidale qalasının inşasına başladı. 1917-ci ildə ikinci bir qala quraşdırıldı və 1930-cu ildə genişləndirildi. Bu qala bu gün də mövcuddur. Kidal 1990-cı illərin əvvəllərində Tuareq üsyanının yuvası idi. 1997-ci ildə bir qadın Nina Vallet İntalu, islamçıların təzyiqi altında istefa etmək məcburiyyətində qalan şəhər meri seçildi. 2006-cı ilin mayında, Mali hökumətinə qarşı illərdir gerizandan sonra Tuareqlər barışıq müqaviləsi imzalamağa razı oldular.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.
Kiari
Kiari (it. Chiari) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Breşia əyalətində yerləşir. Əhalisinin sayı 19 384 nəfər (2024-cü ildə), əhalinin sıxlığı 510,64 / km²-dir. Sahəsi 37,96 km² ərazini əhatə edir. Poçt kodu — 25032. Telefon kodu — 00030. Şəhərin himayədarları Briudalı müqəddəs Faustino və Saint Giovita hesab edilir. Onların şərəfinə 15 fevralda bayram keçirilir. == Tanınmış sakinləri == Alberto Paloski, mövqeyində çıxış edən İtaliya futbolçusu.
Kavali FK
Kavali İdman Assosiasiyası (Fransızca tələffüz: [ka.vali a.sɔ.sja.sjɔ̃ spɔrtɪv]; Kavali AS və ya sadəcə Kavali olaraq da tanınır) — Haitinin Leoqane şəhərini təmsil edən peşəkar futbol klubudur. Hal-hazırda Haiti Liqasında mübarizə aparır.
Kemali Bülbül
Kemali Bülbül (d. 1928 – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri. == Həyatı == Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur. İbtidai təhsilini doğma kəndində almışdır. "Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır. Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur. Bir çox radio və televiziya proqramında iştirak etmişdir. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur. 1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir.
Keyt Vitali
Keyt Vitali (ing. Keith Vitali) — ABŞ döyüş ustası və aktyorudur. == Həyatı == Keyt Vitali 1971-ci ildə "Cənubi Kaliforniya Universiteti"ni bitirmişdir. Keyt 1978-1980-cı illər ərzində "ABŞ Milli Karate Çempionatı"nda 3 il birinci yeri tutmuş və 1 dəfə dünya çempionu olmuşdur. 1981-ci ildən etibarən Keyt "Qara kəmər memorialı"nda dövrün ən yaxşı 10 kikboksçusundan biri kimi təqdim edilir. Keyt Vitali bir çox Karate kitablarının müəllifidir. Onun ilk kitabı "Karateyə başlayarkən" (ing. Beginning Karate) adlanır.
Kian Kianli
Kian Kianli (7 fevral 1965) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kian Kianli Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Kiprli Anna
Kiprli Anna (yun. Άννα της Κύπρου; it. Anna di Cipro) (24 sentyabr 1418, Nikosiya, Nikosiya rayonu[d] – 11 noyabr 1462, Cenevrə, Cenevrə kantonu) — Savoyya hersoqu Lüdovikin xanımı, Savoyya hersoqinası. Atası Kipr kralı Yanoş, anası isə onun ikinci xanımı Burbonlu Şarlottadır. 9 avqust 1431-ci ildə bağlanan sazişlə Savoyya hersoqluğunun varisi Şahzadə Amadeusla nişanlansa da, cəmi 20 gün sonra vəliəhd anidən vəfat etdi. Ancaq tərəflər arasında əlaqələri qırmamaq üçün Anna 1 yanvar 1432-ci ildə bağlanan yeni sazişlə hersoqun ikinci oğlu və yeni varisi Lüdoviklə nişanlandı. Cütlüyün toy mərasimi 12 fevral 1434-cü ildə Şamberidə keçirildi və bir neçə ay sonra — 7 noyabrda hersoq oğlunu naib təyin edərək dövlət işlərindən uzaqlaşdığını elan etdi. Buna baxmayaraq V Feliks adını alıb antipapa seçildiyi tarixədək (1440) hersoqluğun idarəsindən rəsmi şəkildə əl çəkmədi. Əri Savoyyalı Lüdovik isə ədəbiyyatla məşğul olur, hersoqluğun idarəsini xanımına həvalə etmişdi. Tez-tez əyləncələr tərtibləyən Annanın dəbdəbəli həyatı bir çox kəndlinin və əsilzadənin etirazına səbəb olmuşdu.
Kiprli İzabella
İzabella de Luzinyan (fr. Isabelle de Lusignan) və ya Kiprli İzabella (təq. 1216, Kipr, Akrotiri və Dekeliya – 1264) — Antioxiya şahzadəsi, Yerusəlim krallığının regenti. == Ailəsi == İzabella Kipr kralı I Hüqo və Şampanlı Alisanın qızı idi. O, 1223-cü ildə Antioxiya şahzadəsi və Tripoli qrafı Henri de Puatye ilə evlənmişdir. Onların Hüqo adlı oğlu və Marqarita adlı qızı olmuşdur. == Regensiya == İzabella 1263-cü ildə Yerusəlim krallığının regenti olmuşdur. Öz növbəsində, Əkka şəhərində öz əri Henrini bayli təyin etmişdir. O, 1264-cü ildə oğlu Hüqo Yerusəlim krallığının baylisi olduqdan sonra Kiprə qayıtmış və orada vəfat etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Kitabi-Diyarbəkriyyə
Kitab–i Diyarbəkriyyə (fars. کتاب دیاربکریه) — Uzun Həsənin əmri ilə hicri 875–ci (miladi 1470/1471–ci) ildə yazılmağa başlanılmış və onun ölümündən sonra tamamlanmış Ağqoyunlu xanədanlığının tarixi haqqında Əbubəkr Tihrani tərəfindən farsca yazılmış kitab. == Haqqında == Həsən bəy Rumlu Əhsən ət-təvarix, Qazı Əhməd Qaffari Tarix-i cahan ara, Münəccimbaşı Əhməd Dədə Sahaiful-Əxbar, İskəndər bəy Münşi Tarix-i aləm aray-i Abbasi əsərlərində mənbə olaraq bu kitaba istinad etmişdirlər. Kitabın müasir dövrümüzə gəlib çatmış yeganə (qüsurlu) əlyazması hicri 876–cı ilə aid olsa da Həsən bəy Rumlu bu kitaba əsaslanaraq hadisələri miladi 1474–cü ilədək təqdim etdiyindən demək olar ki, yekun əlyazma hicri 878–ci ilə qədərki hadisələrdən bəhs etmişdir. Kitab həmçinin Qaraqoyunlu Cahanşah və Sultan Şahruxun ölümündən Sultan Hüseyn Bayqaranın hakimiyyətinin bərqərar olmasına qədər Teymurilər xanədanlığı haqqında qiymətli məlumatları əks etdirir. Əsərdə girişdən sonra Uzun Həsəndən Adəm peyğəmbərə qədər soy ağacı verilir, daha sonra Qara Yuluq Osman bəy ilə oğul və nəvələrinə dair xəbərlər gəlir və bununla da Ağqoyunlu xanədanlığı tarixi başlayır. Kitabda 1408–1419, 1424–1428, 1429–1433–cü illərə aid hadisələr demək olar ki, işıqlandırılmamış, 1441–1444 və 1446–1450–ci illərə aid hadisələr isə qısa olaraq təsvir edilmişdir. Əsərin hələlik bəlli olan yeganə əlyazma nüsxəsi İraqda, Bəsrə şəhərində Məhəmməd Əmin bəy adlı bir nəfərin şəxsi kitabxanasında saxlanırmış. Faruq Sümər 1950–ci ildən başlayaraq, əlyazmanın Ankaraya gətirilməsi üçün gərgin çalışmalarda bulunmuş və sonda öz məqsədinə çatmışdır. Əlyazmanın unikallığını və mənbəşünaslıq dəyərini nəzərə alan Faruq Sümər onu Necati Lugal ilə birlikdə çapa hazırlamış, 1962–1964–cü illərdə əsərin farsca mətnini iki cilddə geniş ön sözlə Ankarada nəşr etdirmişdir.
Kitabi-Əsgəriyyə
"Kitabi-Əsgəriyyə" — Azərbaycanlı alim və maarifçi Abbasqulu ağa Bakıxanovun 1837-ci ildə yazdığı hekayə. Bu Bakıxanovun Riyazül-Qüdsdən sonra ikinci nəsr əsəridir. "Kitabi-Əsgəriyyə" hekayəsində Bakıxanov sevgi azadlığı haqqında yazırdı və xurafata qarşı çıxırdı. Hekayə ilk dəfə Mirzə Əbülhəsən bəy Vəzirovun 1861-ci ildə Peterburqda çap olunan "Qəvaidi-Zöviyyə ("Zövi qaydaları") adlı türk dili dərsliyində ixtisarla və bəzi hissələri sadələşdirilərək verilmişdir. Hekayənin Quba şəhərindəki Ərdəbillilər məscidindən tapılıb. AMEA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Əlyazmalar fondunda saxlanılan nüsxəsinin mükəmməl tənqidi mətni ilk dəfə Həmid Araslının transfonoliterasiyası ilə 1946-cı ildə İnstitutun əsərlərinin birinci cildində nəşr olunmuşdur. Azərbaycan ədəbiyyatında Azərbaycan türkcəsi ilə yazılmış ilk hekayə və ya povest (uzun hekayə) sayılan bu əsərdə iki gəncin məhəbbətindən bəhs edilir. Əsərdə, klassik məsnəvilərdə olduğu kimi iki qəhrəmanlı məhəbbət hekayəsi təsvir olunmuşdur. Lakin digər əsərlərdən fərqli olaraq, bu hekayə bir tərəfin və ya hər ikisinin ölümilə nəticələnmir. Burada da aşiq və məşuq bir-birini sevir, lakin onların görüşməsinə mane olan məhəllə sakinləridir.
Korali Simmons
Korali Simmons (d. 1 mart 1977) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Korali Simmons, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
2012 UEFA Çempionlar Liqası finalı
2012 UEFA Çempionlar Liqası finalı (alm. UEFA-Champions-League-Finale 2012‎, ing. 2012 UEFA Champions League Final) — UEFA Çempionlar Liqası turnirinin 2011/12 mövsümünün final oyunu, Avropa Çempionlar Kubokunun 57-ci və UEFA Çempionlar Liqası tarixində 20-ci mövsüm finalı idi. Oyunun keçirələcəyi stadion 2009-cu ilin yanvarında seçilmişdir. Oyunun biletləri matçda 2,5 ay qalmış martın 1-dən satış çıxarıldı, o tarixlərdə finalçılar hələ məlum deyil idilər. 2012-ci il aprelin 25-də finalçılar müəyyənləşdi, onlardan biri Londonun Çelsi klubu, digəri isə Münhenin Bayern klubu idi. Turnir tarixində ilk dəfə idi ki, bir komanda final oynunu öz meydanında keçirirdi. Buna görə 2012-ci ilin Çempionlar Liqasının final oyununu Bavariyada "ev finalı" (bav. Finale dahoam) adlandırırdılar. Futbol oyunu şənbə günü, 19 may 2012-ci ildə Münhendə yerləşən Allianz Arena stadionunda keçirilmişdir.
2019 UEFA Avropa Liqası finalı
2019 UEFA Avropa Liqası finalı Avropa Liqasının 2018–19 mövsümünün final matçıdır. 29 may 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilmişdir. Finalda iki ingilis klubu – Arsenal və Çelsi üz-üzə gəldi. Bu artıq onuncu turnir finalıdır ki, eyni ölkənin komandaları üz-üzə gəlir. Finalda 4–1 hesabı ilə qalib gələn Çelsi 2019 UEFA Super Kuboku çərçivəsində 2018–19 UEFA Çempionlar Liqası qalibi ilə üz-üzə gəlib. Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır.. 2018-ci ilin martında UEFA matçda əlavə vaxtın oynanacağı təqdirdə komandalara dördüncü oyunçu əvəzetmə hüququnu verdi. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndi. Matçda həm də Avropa Liqası finalları tarixində ilk dəfə Video köməkçi hakimdən (VAR) istifadə olunmuşdu. == Məkan == Bu final Azərbaycanda keçirilən ilk UEFA turnirinin finalı oldu.
2019 UEFA Millətlər Liqası finalı
2019 UEFA Millətlər Liqası finalı — UEFA Millətlər Liqası turnirinin 2018–19-cu il mövsümünün final mərhələsinin son matçıdır. Bu final matçı UEFA-ya üzv ölkələrin kişilərdən ibarət yığma komandalarını əhatə edən beynəlxalq futbol turnirinin ilk final matçıdır. Matç 9 iyun 2019-cu ildə Porto şəhərindəki Draqao stadionunda oynandı. Oyunda Portuqaliya Niderland millisinə 1–0 hesabıyla qalib gələrək turnirin ilk qalibi oldu. == Məkan == Final Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portodakı Draqao stadionunda oynandı. Stadion həm də "Porto" klubunun doğma məkanıdır. == Arxa plan == Matçdan öncə FİFA Dünya Reytinqində Portuqaliya 7-ci, Niderland isə 16-cı yerdə dururdu. Niderland A diviziyasının 1-ci, Portuqaliya isə 3-cü qrupunda mübarizə aparmışdı. 1-ci qrup turnirdəki ən çətin qrup hesab olunurdu. Bu qrupda Niderland son dünya çempionu Fransa millisini üstələyərək finallarda iştirak etmək hüququ qazandı.
2019 UEFA Çempionlar Liqası finalı
2019 UEFA Çempionlar Liqası finalı – Çempionlar Liqasının 2018–19 mövsümünün final matçıdır. 1 iyunda Madriddə yerləşən Vanda Metropolitano stadionunda keçirilmişdir. Finalda iki ingilis klubu: Liverpul və Tottenhem Hotspur üz-üzə gəldi. Bu həm də Tottenhemin oynadığı ilk ÇL finalı oldu. Bu finalda yeddinci dəfə eyni ölkənin klubları üz-üzə gəldi. Həmçinin, bu 2008-ci il finalından bəri ikinci ingilis klublarının qarşılaşdığı final idi. Matçda rəqibinə 2–0 hesabı ilə qalib gələn Liverpul 6-cı dəfə bu kuboka yiyələndi. Həmçinin, 2018–19 UEFA Avropa Liqası qalibi Çelsi ilə 2019 UEFA Super Kuboku çərçivəsində oyun oynama hüququ qazandı. Bundan əlavə komanda 2019-cu ilin dekabrında Qətərdə keçiriləcək klublararası dünya çempionatında da iştirak edəcək. Bu mövsümdən etibarən UEFA Avropa Liqasının finalı ilə UEFA Çempionlar Liqasının finalı eyni həftədə baş tutacaqdır..
UEFA Çempionlar Liqası Finalı 2012
2012 UEFA Çempionlar Liqası finalı (alm. UEFA-Champions-League-Finale 2012‎, ing. 2012 UEFA Champions League Final) — UEFA Çempionlar Liqası turnirinin 2011/12 mövsümünün final oyunu, Avropa Çempionlar Kubokunun 57-ci və UEFA Çempionlar Liqası tarixində 20-ci mövsüm finalı idi. Oyunun keçirələcəyi stadion 2009-cu ilin yanvarında seçilmişdir. Oyunun biletləri matçda 2,5 ay qalmış martın 1-dən satış çıxarıldı, o tarixlərdə finalçılar hələ məlum deyil idilər. 2012-ci il aprelin 25-də finalçılar müəyyənləşdi, onlardan biri Londonun Çelsi klubu, digəri isə Münhenin Bayern klubu idi. Turnir tarixində ilk dəfə idi ki, bir komanda final oynunu öz meydanında keçirirdi. Buna görə 2012-ci ilin Çempionlar Liqasının final oyununu Bavariyada "ev finalı" (bav. Finale dahoam) adlandırırdılar. Futbol oyunu şənbə günü, 19 may 2012-ci ildə Münhendə yerləşən Allianz Arena stadionunda keçirilmişdir.
2023 UEFA Çempionlar Liqası finalı
2023 UEFA Çempionlar Liqası finalı 2022-23 UEFA Çempionlar Liqasının final oyunu, UEFA tərəfindən təşkil edilən Avropanın ən nüfuzlu klub futbol turnirinin 68-ci mövsümü və adı UEFA Çempionlar Kubokundan UEFA Çempionlar Liqası olaraq dəyişdirildikdən sonra 31-ci mövsümü idi. 10 iyun 2023-cü ildə Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda İngiltərənin "Mançester Siti" klubu ilə İtaliyanın "İnter" klubu arasında oynanıldı. "Mançester Siti" matçı 1–0 hesabı ilə qazanaraq ilk dəfə UEFA Çempionlar Liqasının qalibi oldu və bununla da qitə treblini tamamladı. Qalib olaraq onlar 2022-23 UEFA Avropa Liqasının qalibi Sevilya ilə 2023 UEFA Super Kubokunda oynamaq hüququ qazandılar və həm 2023, həm də 2025-ci ildə keçiriləcək FIFA Klublararası Dünya Çempionatına vəsiqə qazandılar. Finalın əvvəlcə İngiltərənin London şəhərindəki Uembli Stadionunda keçirilməsi planlaşdırılırdı. Bununla belə, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin finalının təxirə salınması və başqa yerə köçürülməsi səbəbindən sonrakı finallar üçün planlaşdırılan ev sahibləri bir il geriyə çəkildi və Münhendəki Allianz Arena 2023-cü il finalı təyin edildi. İstanbulda oynanılması planlaşdırılan 2021 finalı da COVID-19 pandemiyasının təsiri səbəbindən başqa yerə köçürülməli olduqda, bunun əvəzinə 2023-cü ilin finalı İstanbula verildi. Bunun əvəzinə Münhen 2025-ci ilin finalına ev sahibliyi etmək üçün təyin edildi. == Məkan == Bu final Atatürk Olimpiya Stadionunda oynanan ikinci UEFA Çempionlar Liqası finalı idi. İlk oyun 2005-ci ildə AC Milan və Liverpul arasında keçirilib.
Arğalı
Arğalı — Arazbar qəzasında var olmuş kənd. Hal-hazırkı ərazidə Qazaxlar və Əhmədalılar kəndi yerləşir. == Tarixi == Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir. 1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı.
Figani
Figani (Trabzon ili – İstanbul) — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Koqalım
Koqalım — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir
Kosalı
Kosalı (Gürcüstan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Kosalı (Şəki) — Azərbaycan Respublikasının Şəki rayonunun Çələbixan inzibati ərazi vahidində kənd.
Kulalı
Kulalı — Xəzər dənizində Tülen adaları arxipelaqına aid ada. Arxipelaqın və dənizin ən iri adasıdır. Adanın sahəsi 68 km² təşkil edir. Uzunluğu 39 km, eni 2 km təşkil edir. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Manqışlaq körfəzinin şimal-qərbində, arxipelaqın isə qərbində qərar tutur. Qış ayları sahil xətti donur. == Tarixi == 1667-ci ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır. Adaya 2690 tüfəngçi, ağır artilleriya və 40 qayıqda hücum təşkil edilir.
Dəyişikliklər kitabı
Dəyişikliklər kitabı (İ Tszin) (çin.易經, sadələşdirilmiş heroqliflə 易经, pinyin: Yì Jīng), yaxud Çjou İ (周易) — e.ə. VIII-VII əsrlərə aid erkən dövr Çin fəlsəfi mətnlərindən biri. == Haqqında == İ-tszin, yaxud da «Dəyişikliklər haqqında traktat (kitab)» adlanan əsər qrafik simvollardan və onların izahından ibarətdir. Onun əsasında 8 triqram durur: Tszian (səma) çen (dağ) Li (od) Çjen (ildırım) Su-yun (külək, ağac) Duy (nohur, hovuz) Gün (torpaq) Kan (su) Bu triqramlar əslində o predmet və hadisələri ifadə edirdi ki, qədim çinlilər onlarla gündəlik praktikada rastlaşırdılar və xaosdan onları ayıra bilmək qabiliyyəti onların dünya baxışma xas idi. Nəticədə triqramın maksimum mümkün uyğunlaşdırılmış 64 heksaqram və 64 qrafik simvolu yaranmışdır. Hər bir simvol və hər bir heqsaqram müəyyən dərəcədə uzlaşdırılmış üfiqi xətlərdən fasiləsiz - yan və fasiləsiz – in-dən ibarətdir. Məsələn, birinci heqsaqram tsayan (yaradıcılıq), ikinci heqsaqram gün (ifa edilmə) müxtəlif xətlərlə ifadə olunur. Hər bir heksaqram gerçəkliyin müəyyən vəziyyətinin ifadəsi, mahiyyəti heksaqramda aşkarlanan müəyyən həyat durumunun ifadəsidir. «Dəyişikliklər kitabı»nın nəzəriyyəsinə görə, bütün dünya vəziyyətlərin növbə ilə dəyişilməsindən ibarətdir. Bu dəyişilmə isə işıq və qaranlıq qüvvələrinin qarşılıqlı təsirində meydana gəlir.
Eri Kanalı
Eri Kanalı, Eri gölü ilə Hudson çayını birbirinə bağlayır. 584 km uzunluğa, 12 metr genişliyə və 1,20 metr dərinliyə sahibdir. Şimali Amerikanın böyük beş gölünü Nyu-Yorkdan Atlantik okeana bağlayır.Birinci dəfə 1699-cu ildə tövsiyə edilən kanalın yaradılmasına 1817-ci ildə başlanılmış və 26 oktyabr 1825-ci ildə açılmışdır.
Fironlar kanalı
Fironlar kanalı (dörd çarın kanalı, sonralar Trayan çayı) — Qırmızı dənizin Süveyş körfəzini Nil çayı ilə birləşdirən qədim hidrotexniki qurğunun şərti adı. Kanal e.ə. VIII əsrə qədər mövcud olmuş və Süveyş kanalı onun müasiri hesab olunur. == Fars işğalına qədər və Əhəmənilər dövlətinin tərkibindəki dövr == Qırmızı dənizlə Aralıq dənizini birləşdirmək ideyyası hələ qədim dövrlərdən mövcud olmuşdur. Aristotel məlumat verir ki, kanalın ilk qurucusu Sesostris olmuşdur. Sesostris - əslində Qədim Misir fironlarının ümumiləşdirilmiş obrazıdır. Daha çox bu obrazda II Ramzes və III Senusert göstərilirdi. Aristotelə görə kanalın tikintisi yarımçıq qalmış, səbəb isə dəniz səviyyəsinin çay səviyyəsindən yüksəkdə olması idi. Strabon qeyd edir ki, məhs misirlilər çay suyuna dəniz suyunu qarışdırıb xarab etməkdən çəkinmişlər. Firon I Setinin dövründən bizlərə Nil çayı ilə Böyük və Kiçik Acılı gölləri birləşdirən kanalların rəsmi gəlib çatmışdır.