Nikolay Rubakin
Nikolay Aleksandroviç Rubakin (1 (13) iyul 1862[…] və ya 13 iyul 1862, Lomonosov, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası – 23 noyabr 1946[…], Lozanna, Vo kantonu, İsveçrə) — yazıçı, kitabxanaçı.
1862-ci il iyul ayının 13-də Oraniyenbaum (indiki Lomonosov şəhərində) tacir ailəsində anadan olmuşdur. Atası Oraniyenbaum şəhərinin başçısı olmuşdur.
O, on iki yaşında olarkən məcara romanı və pyes yazmış, on üç yaşında "Стрела" əlyazma jurnalını çap etdirmiş, on altı yaşında isə "Uşaq mütaliəsi" adlı ilk məqaləsi nəşr olunmuş və bu məqalədən qonorar da almışdı.
N. A. Rubakin Peterburq Universitetinin 3 fakültəsini – tarix-filologiya, təbiətşünaslıq və hüquq fakültələrini bitirmişdir. Lakin buna baxmayaraq öz həyatını kitabxana işinə həsr etmişdir. Nikolay Aleksandroviçin XIX əsrdə Rusiya kitabxana-nəşriyyat işinin inkişafında cox böyük əməyi olmuşdur. Belə ki, A. Rubakin O. A. Popova, U. D. Sitina nəşriyyat firmasının və "Издатель" Birliyinin rəhbəri olmuşdur. O, həmçinin Rusiya Savadlanma Komitəsinin katibi kimi də uzun müddət fəaliyyət göstərmişdir.
N. A. Rubakin 1905–1907-ci illərdə Rusiya inqilabında yaxından iştirak etmişdir.