Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Riqa
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. == Tarixi == 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bu günkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Qədim Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Riqa SES
Riqa SES (latış. Rīgas hidroelektrostacija‎, Rīgas HES) — Riqanın cənub sərhədinə yaxın Salaspils şəhərində yerləşən Dauqava çayın üzərində qurulan su elektrik stansiyası. == Əsas məlumatlar == "Hidroproyekt" institutu stansiyanın layihəçi olmuşdur. Riqa SES 1974-cü ildə istismara verildi. Bəndin inşası 1970-ci illərin sonlarında tamamlandı. Stansiyanın ümumi quraşdırılmış gücü 402 MVt-dır. Altı generator, transformator və 330 kV-lik iki elektrikötürmə xətti quraşdırılmışdır. Su elektrik stansiyasının tikintisi üçün Dauqava üzərində Doles adasının ortasına qədər bənd tikildi, hansınınki yarısı sonradan, digər adalar ilə birlikdə Riqa su anbarına görə suyun altında qaldı. Bəndin yuxarı hissəsi boyunca magistral yol çəkilmişdir, hansıki Riqa halqa yolunun bir hissəsidir. Bundan başqa, tikinti zamanı işlənən dəmir yolları da çəkilmişdir (Salaspils dəmir yolu stansiyasından adanın mərkəzinə qədər).
Riqa balzamı
Riqanın qara balzamı (latış. Rīgas Melnais balzams‎) — 45 %-li tünd və möhkəm balzam zəngin və bir qədər acımtıl-şirin dada malikdir. İçki Latviyada istehsal olunur. Alkoqol içki kimi Riqa balzamı bitter kareqoriyasına aid edilir. Müxtəlif natural əlavələr (cökə ağacının çiçəkləri, ağcaqayın tumurcuqları, moruq, mərsin, zəncəfil kökü) içkinin dadına xüsusi əhəmiyyət verir. Riqa balzamı birbaşa günəş işığından və həddindən artıq temperatur dəyişikliyindən qorumaq məqsədilə keramik butulkalarda satışa buraxılır. Riqa qara balzamı Avropada hələ 1752-ci ildən məlum idi. Balzamı həm təmiz, həm də çay, qəhvə, dondurma və ya kokteyl şəklində içmək olar. Balzam həmçinin dərman vasitəsi kimi də istifadə edilə bilər, məsələn soyuqdəymə, zökəm və ya həzmlə bağlı problemlər olduqda balzam çox kömək edir == Balzamın tərkibi == Balzamın tərkibinə 24 inqredient daxildir. Onlardan ən əsası - xüsusi hazırlanmış su, etil spirti, təbii bitki ekstraktı, peru balzam yağı, şəkər, konyak, moruq, qarağat, zəncəfil, təbii bal aromatizatoru.
Riqa körfəzi
Riqa körfəzi (latış. Rīgas jūras līcis‎ — Riqa dəniz körfəzi, est. Liivi laht — Liv körfəzi) — Latviya və Estoniya arasında və Baltik dənizin şərqində yerləşən körfəz. Dənizin qalan hissəsindən Estoniyaya məxsus olan Moonsund arxipelaqın adaları ayırır. Körfəzin ümumi sahəsi 18,1 min km², eni 137 km, maksimal dərinliyi isə 54 m.Riqa körfəzin sahillində yerləşən əsas şəhərlər Riqa, Pyarnudu və Yurmaladı. Saaremma adasında qədim Kuressaare şəhəri vardır. Körfəzin qərb sahilli "Liv" adlanır və qorunan mədəni zona sayılır. == Fiziki-coğrafi xüsusiyyətləri == Yayda suyun temperaturu 18 °C qədər qalxır, qışda 0-1° С qədər düşür, buna görədə körfəzin səthi dekabrdan aprelə qədər buzla örtülür. Duzluluğu 3,5—6 ‰. Burada fırlanan cərəyanlar dövran edir, onların orta sürəti saniyədə 8 sm.
Riqa metropoliteni
Riqa Metrosu (lat. Rīgas metropolitēns) Sovet İttifaqı dövründə Latviya SSRİ-in paytaxtı Riqa şəhərində (1970-80-ci illər) həyata keçirilməmiş metro sistemidir. İlk başlanğıc hissəsinin tikintisi 1990-cı ildə başlanması, 2000-2002-ci illərdə istismara verilməsi nəzərdə tutulmuşdu. Tikinti ictimai aksiyalar və SSRİ dağıldığı üçün ləğv edildi. Sovet dövründən sonra Riqa şəhərində metro qurulması nəzərdə tutulmayıb, Avropa Birliyi və Qərb şirkətlərindən investisiya alınarkən yalnız tramvay və yerli tunellərin variantları nəzərdən keçirilir (ADtranz, Siemens və s. təkliflər). == Tarixi == 1960-cı ildən başlayaraq ənənəvi metro qurmaq üçün Dövlət Planlaşdırma Komissiyası tərəfindən tələb olunan bir milyon əhalisi olmayan bir şəhərdə (və yaxın gələcəkdə kiçik bir demoqrafik artım nəticəsində əldə etmək perspektivi olmayan) yüksək sürətli tramvay metrotram sisteminin qurulması planlaşdırılırdı.1965-ci ildən V. Qritsovskinin rəhbərliyi altında bir qrup Leninqrad şəhər planlaşdırma qrupunun layihəsinə əsasən, kütləvi və az miqdarda məskunlaşmış yaşayış məntəqələrində 10 yanvar 1966-cı ildə ʻʻRiqas Balssʼʼ qəzetində ictimaiyyətə təqdim edilən yüngül dəmir yolu xətləri küçələrə çıxan yolun tünellərində, təxminən 6 metr dərinlikdə inşa edilməli idi. Gələcəkdə xətlərin sistemi 82 kilometrə bərabər olmalı idi ki, bunun 20 kilometri yeraltı hissəni təşkil edirdi. Artıq ilk başlanğıc sahəsindəki 5 kilometr tuneli inşa etmək lazım idi.1970-ci illərin sonlarından etibarən metro sisteminin planlaşdırılması və dizaynı başlamışdır. Riqa metrosu texniki-iqtisadi əsaslandırmanın planını əvvəlcədən Moskva Metrogiprotrans İnstitutu tərəfindən hazırlanmışdı.
Riqa metrosu

Riqa motormuzey
Riqa motormuzey (latış. Rīgas motormuzejs‎) — Riqada mövcud olan, XIX əsrin sonlarından XX əsr sonuna qədər istehsal olunmuş 230-dan çox avtomobil, motosiklet və mopedlər daxil olduğu muzey. Motor muzeydə idman və hərbi təyinatlı maşınlar, Latviya istehsalı olanlar, lumizinlər və 30-cu illərin avtomobilləri (Vyaçeslav Molotovun və Leonid Brejnevin avtomobilləri) saxlanılır. == Muzeyin tarixi == Muzey 21 iyul 1972-ci ildə SSRİ-də Latviya Antik Avtomobil Klubunun bir çox aktivistlərin təşəbbüsü ilə təşkil edilir. AAK antik avtomobillər və motosikletlərin bərpası ilə məşğul olan bir ictimai təşkilat kimi qeydə alınır. Antik Avtomobillər Klubunun arzusu tematik olaraq 1985-ci ildə reallaşır. Latviya Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 4 dekabr 1985-ci il 586 saylı qərarına əsasən texniki yaradıcılıq, sərgi və istirahət mərkəzi təsis edilməsi qərarına gəlinir. 6 iyun 1986-ci ildə latviyalı memar Viktor Valqums tərəfindən hazırlanmış layihə əsasında muzey binası üçün təməl daşı qoyuldu. Riqa Motormuzeyinin açılış tarixi 22 aprel 1989-cu ildə baş vermişdir. 1 iyul 1992-ci ildə Riqa motormuzeyi Latviya Respublikası Rabitə Nazirliyi nəzdində dövlət statusu alır.
Riqa quberniyası
Riqa quberniyası (rus. Ри́жская губе́рния) — I Pyotrun fərmanı ilə Smolensk quberniyasının hissəsi və Rus ordusu tərəfindən alınmış Liflandiya hersoqluğunun (İsveç Livoniyası) torpaqlarından yaradılmış Rusiya imperiyasıının inzibati ərazi vahidi. Müasir Latviya və Estoniya ərazilərində yerləşirdi.
Riqa teleqülləsi
Riqa Radio və Televiziya Qülləsi (latış. Rīgas radio un televīzijas tornis‎) —Latviyanın Riqa şəhərində yerləşən, Avropa Birliyində ən yüksək qüllədir. 1979-1989-cu illərdə Sovet İttifaqının mərkəzi hökumətindən maliyyələşdirilərək tikilmişdir. Ən yüksək nöqtəsi 368 metr (1,207 ft) hündürlüyü onu Avropada (Ostankino teleqülləsi 540 metr (1,770 ft) və Kiyev teleqülləsindən (385 metr (1,263 ft) sonra) üçüncü ən hündür qülləsi edir və dünyanın ən yüksək 15-ci qülləsidir. 93 metr (305 ft) hündürlükdə "Vēja Roze" restoranı yerləşir. Üstəlik, 97 metr (318 ft) yüksəklikdə , şəhər və ətrafı və Riqanın Körfəzi görünə bilər. == Tikinti == Qüllə üçün seçilmiş memar Gürcüstanlı memar Kims Nikurdze idi. Həm də Nikolay Sergievskis və Viktor Savçenkoda bu işə namizəd idilər İnşaat materialları Saaremaa , Kareliyadan dolomit ,qranit və demir kimi yarımfabrikat məmulatlarıda Çelyabinskdən gətirilmişdir. Quraşdırma Sankt-Peterburq Şimal-Qərb Dəmir Tresti tərəfindən həyata keçirildi.Qüllə, Daugava çayının ortasında Zaiqusala adlı bir ada (İngilis: Hare Adası) üzərində qurulur və qüllənin əsası təxminən 7 metr (23 ft) dəniz səviyyəsindən yuxarıdır . Qüllə, hər saniyədə 44 metr külək sürətinə heç bir nəzərəçarpan vibrasiya olmadan.
Riqa şəhəri
Riqa (latış. Rīga‎) — Latviyanın paytaxtı və Baltikyanı ölkələrdə ən böyük şəhər. Şəhər Dauqava çayı üzərində, Riqa körfəzinin yaxınlığında yerləşir. SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış ölkənin (1991) paytaxtında yaşayan rusların (180 000 nəfər) şəhəri tərk etməsi ilə şəhər əhalisinin sayı xeyli azalmışdır. Riqa ölkənin siyasi, iqtisadi və mədəni mərkəzidir. Qədim liman şəhəri olan Riqa yeni stildə tikililərlə bərabər illərdən bəri qorunub saxlanmış köhnə məhəllələrə də malikdir. == Tarixi == 1150-ci ildən isveçli tacirlər Dauqava çayı ətrafında, kiçik çay olan Ridzeneyə daimi olaraq alverə gəlirlər. Bu çay sonralar torpaqla doldurulur. Yalnız bu günkü küçələrin işləri əsasında bu çayın yerini təyin etmək mümkündür. XII əsrin sonuna yaxın alman tacirləri Latviyaya getməyə başlayırlar.
Sofiya Riqa
Sofiya Riqa (18 iyul 1988) — Yunanıstanlı marafonçu. Sofiya Riqa Yunanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sofiya Riqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 49 dəqiqə 7 saniyəyə qət edərək 157 marafonçu sırasında 103-cü yeri tutdu.
Əski Riqa
Əski Riqa (latış. Vecrīga‎ - Vetsriqa) — Riqanın tarixi mərkəzi, Latviya, Dauqava Çayının Şərqi hissəsində yerləşir. Əski Riqa öz kiçik və böyk kilsələri ilə, Riqa Baş Kilsəsi və Müqəddəs Peter kilsəsi ilə məşhurdur. == Tarixi == === Mənşə === Əski Riqa, XIX əsrin əvvələrində, Riqanın genişləndirilməsindən öncə, onun ilkin hissəsi idi və bu şəhərin ərazisi məhdud idi. Qədim dövrdə, Əski Riqa Dauqava çayının sahilində çəkilmiş qala divarları tərəfindən qorunurdu. Divar dağıdıldıqdan sonra, Dauqava çayı daşaraq, Riqa şəhər kanalını yaratdı. === İrs === 1980-ci illərdə Əski Riqanın küçələri nəqliyyata bağlandı və əhali nəqliyyatdan xüsusi icazə vərəqəsi ilə istifadə edə bilərdi. Əski Riqa, UNESCO-nun Tarixi irs siyahısına daxil olunub.
Raqa
Rey — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi. == Tarixi == Ərəb sərkərdəsi Ömər bin Saad I Müaviyə və I Yezidlə, hər iki xəlifə ilə yaxın münasibətdə olmuşdur. Xilafət qarşısındakı xidmətlərinə görə Rey şəhərinin valisi təyin edilmişdir. 1194-cü ildə Xarəzmşahlar ilə İraq Səlcuqlu dövləti arasında aparılan böyük savaşla məşhur olmuşdu. Savaşdan sonra Xarəzmşahların idarəsinə keçən şəhər, sırayla İran və Osmanlı dövləti arasında əl dəyişdirdi. İran-İraq müharibəsi sırasında yerlə bir edilən şəhər, günümüzdə İran İslam Respublikası sərhədləri içərisindədir. Səlcuqlular dönəmində ən önəmli tibb və elm mərkəzi halına gəlmiş bir şəhər idi. Nizamülmülkün əmrləriylə təhsil üçün aparılan yeniliklərin başladığı və ən önəmli gəlişmələrin yaşandığı şəhərdir. Böyük Səlcuqlu imperiyasının qurucusu Toğrul bəy 8 Ramazan 455-ci (5 sentyabr 1063) ildə burada dünyasını dəyişib dəfn edilmişdir.
Riğza
Riğza (gürc. რიღზა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 840 m hündürlüktə, Suxumidən 100 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 8, თბ., 1984. — გვ. 399.
İrqa
İrqa (lat. Amelanchier) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Qarabaşlılar evi (Riqa)
Qarabaşlılar evi (alm. Das Schwarzhäupterhaus‎, latış. Melngalvju nams‎) — XIV əsrə aid memarlıq abidəsi, Riqanın mərkəzində, köhnə şəhərdə yerləşir. Bina dəfələrlə yenidənqurulmaya məruz qalmışdı. İkinci dünya müharibəsi nəticəsində dağılmasına baxmayaraq, bina hazırda tamamilə bərpa olunub. Bina 1330–1353-cü illər arasında Livoniya ordeninin Baltikyanı ölkələri işğal etdikdən sonra inşa edilmişdi, ilk sənədli qeyd 1334-cü ilə aiddir (Böyük gildiyanın Yeni evi adı altında). == Qarabaşlılar qardaşlığı == XIII əsrdə yaradılmış müqəddəs Georgi qardaşlığına gənc, subay və xarici tacirləri qəbul edirdilər. İlk öncə yeni yaradılmış qardaşlığın patronu cəngavər və döyüşçülərin himayədarı müqəddəs Georgi seçilmişdi, daha sonra isə patron dəyişdirilərək müqəddəs Mavrikiy seçilmişdi (onun rəmzi — qardaşlığın gerbində təsvir olunmuş qara başdır). Yaradılmış korporasiya tamamilə kübar dairələrə mənsub insaları özündə birləşdirirdi. Mövcud olmuş Riqa Şirkətin təsisçiləri sırasına yerli və xarici ən zəngin və ən nüfuzlu komissioner və agentlər daxil idilər.
Riqa Avtobus Fabriki
Riqa Avtobus fabriki, RAF (latış. Rīgas Autobusu Fabrika, RAF‎) — Latviyada fəaliyyət göstərmiş mikroavtobus istehsal edən müəssisə. == Tarixi == === Zavodun inşası === 1949-cu ildə "№ 2 Riqa Avtotəmir zavodu" yerində «Riqa avtobus yedəyi zavoduna» çevrilir. Deismanis və Potreki emalatxanaları Terbatas küçəsində yerləşirdi. 1951-ci ildə «Riqa avtomobil təcrübə zavodu» ilə birləşdirilmişdir. === İlk Riqa Avtobusu === 1953-cü ildə 25 ədəd RAF-651 markalı avtobus istehsal edilmişdir. Kapotlu RAF-651 avtobusları ГЗА-651 markalı avtobusların birəbir oxşarı idi. 16 oturacaq yerinə sahib avtobusun ümumi tutumu 25 sərnişin idi. 10 iyun 1954-cü ildə avtonəqliyyat nazirliyi tərəfindən zavod «Riqa peşəkar avtobus zavodu» adlandırılsada artıq 30 sentyabr 1954-ci ildə adı tamamən dəyişdirilərək son adı müəyyənləşdirilir: «Riqa Avtobus Zavodu» (latış. Rīgas Autobusu Fabrika‎).
Riqa Texniki Universiteti
Riqa Texniki Universiteti — Latviyada universitet; iqtisadiyyatın bir sıra istiqamətləri üzrə keyfiyyətli elmi araşdırmaların həyata keçirilməsini təmin edir və yüksək əmək keyfiyyətinə malik, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı mütəxəssislər hazırlayır. Universitet Avropa tədris, elmi-tədqiqat və innovasiya mərkəzi olaraq beynəlxalq səviyyəli, müasir və nüfuzlu ali təhsil müəssisəsi kimi tanınır. == Tarixi və fəaliyyəti == Riqa Texniki Univeriteti 14 oktyabr 1862-ci il tarixində Riqa Politexnik Məktəbi kimi fəaliyyətə başlayıb. Məktəb yalnız Latviyada deyil, ümumilikdə Rusiya imperiyasında ilk çoxsahəli texniki təhsil müəssisəsi idi. Riqa Politexnik Məktəbi əsasən, İsveçrə və Almaniya ali təhsil müəssisələrinin təhsil sistemi əsasında formalaşdırılmışdı. Məktəbin müəllimləri arasında çox sayda alman, isveçrəli və avstriyalı alimlər var idi. Belə ki, fizik-kimyaçı, Nobel mükafatı laureatı V. Ostvald, Sürix Politexnik İnstitutunun rektoru olmuş V. Riter, məşhur iqtisadçı alim E. Laspeyres, elektrik maşınlarını yaradanlardan biri olan E. Arnold və Qərbi Avropanın bir sıra məşhur alimləri pedaqoji fəaliyyətlə məşğul olmaq üçün bu məktəbə cəlb olunmuşdu. Riqa Texniki Universiteti Latviya Respublikasının paytaxtında – Riqa şəhərində yerləşir. Ali təhsil ocağının həmçinin Latviyanın başqa şəhərlərində — Dauqavpils, Liepae, Ventspils və Çesisdə filialları mövcuddur. Hazırda Riqanın mərkəzində, universitetin tələbə şəhərciyi Baltiyada mühəndislik elmlərinin ən müasir tədris mərkəzi inşa olunur.
Riqa Vaqonqayırma Zavodu
Riqa Vaqonqayırma zavodu, RVZ (latış. Rīgas Vagonbūves Rūpnīca‎, RVR) — Riqa şəhərində yerləşən, Latviyanın ən iri maşınqayırma zavodu. Zavod 1895-ci ildə alman-baltik sahibkar Oskar Freyvirt tərəfindən «Fenikss» istehsalat birliyi olaraq təşkil edilmişdir. Rusiya İmperiyası ərazisində ən iri vaqonqayırma müəsisəsi olmuşdur. 1915-ci ildə Riqa Vaqonqsyırma Zavodu alman işğalı ilə əlaqədar Rusiyanın daxilinə yürləşdirmişdir. 1930-cu illərdə «Fenikss» şirkətinin boş obyeklərində «Vairogs» Səhmdar cəmiyyəti təşkil olunmuşdur. «Ford Motor Company» şirkətindən lisensiya alınaraq avtomobillərin təmiri gerçəkləşirdi. Zavod Baltik regionunda iri avtomobil istehsalçısına çevrilmişdir. 1930—1940-cı illərdə isə burada vaqonqayırma istehsalı gerçəkləşdirilirdi. SSRİ dönəmində zavod iri elektrikli vaqonlar, dizel vaqonlar və tramvay istehsalçısı olmuşdur.
Üç qardaş (Riqa)
Üç qardaş (latış. Trīs brāļi‎; alm. Drei Brüder‎) — memarlıq abidəsi,Riqanın mərkəzində, Mazā Pils (Kiçik qala) küçəsində yerləşir. Riqanın orta əsr memarlığının tipik nümunəsidir. == Tarix == Üç qardaşlar 1955–1957-ci illərdə Peteris Saulitisin layihəsi əsasında bərpa olunmuşdu. Yaradılmış memarlıq kompleksinin birləşdirilmiş həyətinin brandmauer divarlarına daş portal və 1554-cü ilə aid gerb quraşdırılmışdı. === Ağ qardaş === Ən böyük qardaş (Ağ qardaş) XV əsrin sonunda — XVI əsrin əvvəllərində, 1490-cı ildə inşa olunmuşdu. Binanın xarakterik qotik nişalı pilləli frontonu, fasadında isə intibah dövrünə aid bəzi elementlər vardır. Tikilidə son orta əsrlərdə səciyyəvi olan bir sıra xüsusiyyətlər hələ də müşahidə olunur — məsələn binanın qapısının hər iki tərəfində qorunub saxlanılan daş skamyalar. Andreas Tsaunenin rekonstruksiya işləri nəticəsində birinci mərtəbədə yerləşən böyük yaşayış otağı evin bütün ərazisini tuturdu.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Biga Çayı
Biga Çayı (Digər istifadələriylə; Kocabaş Çayı, Granikos Çayı, Barenos Çayı) Çanaqqala vilayətinin Biga ilçəsində bulunur. Böyük İskəndərin e.ə 334 cü ilədə sahillərində döyüşdüyü çay ilçəni ikiyə bölmüşdür, iki yaxanı birləşdirən iki böyük körpü ilə bir çox kiçik körpü var. Uzunluğu təxminən 80 kilometrdir. İç seqmentlərdə doğularaq Çan ilçəsindən keçər və Biga Düzənliyini sulayaraq Karabiga diyar mərkəzinə 3 kilometr uzaqlıqda delta etmədən Marmara Dənizinə tökülər. Çayın bölgəyə iqtisadi qatqısı yox deyiləcək qədər az olub həddindən artıq çirklilik və bəsləndiyi qaynaqların azalması səbəbiylə bir çox axar su kimi təhlükə içindədir. Son illərdə çayın və ətrafının islahı üçün böyük səylər sərf edilməkdədir.
Biqa dili
Biqa dili (ing. Biga language) — Raja Ampat adalarının ən böyük 4 adasından biri olan Misool sakinlərinin danışdığı dil. Avstroneziya dillərinə aiddir. 2001-ci ilin məlumatına görə bu dildə təqribən 300 nəfər danışır.
Biqa vadisi
Biqa vadisi (ərəb. وادي البقاع‎‎‎‎ Wādī l-Biqā‘) — Livanın şərqində yerləşən vadi. Romalılar dövründə önəmli kənd təsərrüfatı sahəsi kimi istifadə edilən vadi, bu gün də Livanda eyni məqsədlər üçün istifadə edilir. Paytaxt Beyrut şəhərindən 30 km qərbdə yerləşir.