RUMIN

Rumıniyanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam.
RUMBA
RUMINCA
OBASTAN VİKİ
Rumın
Rumınlar — roman dilli xalqlardan biri, Rumıniya Respublikasının əsas əhalisidir. == Tarix == == Etimologiya == == Məskunlaşma == == Dil == Moldovan dili daxil olmaqla rumın dilində danışanların sayı təxminən 23,500,000 nəfərdir.
Rumın dili
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.
Rumın Pravoslav Kilsəsi
Rumın Pravoslav Kilsəsi (rum. Biserica Ortodoxă Română) — Rumıniyada avtokefal pravoslav kilsə. Mərkəzi Buxarest şəhərindədir.
Rumın tatar dili
Rumıniya tatar dili (tatarşa, tatar tĭlĭ) Krım-tatar dilinin bir variantıdır. Qıpçaq qolundan və qıpçaq-noqay yarımqrupuna daxil olan türk dilidir. Ona görə də dil qazax dili ilə bağlıdır. Dil həmçinin rumın dilindən bir çox sözləri birləşdirir. Bu dil əsasən Rumıniyanın Dobruca bölgəsində danışılır, lakin Bolqarıstan və Türkiyədə də danışanlar var. == Əlifba == Rumıniyada tatarların istifadə etdiyi əlifba.
Azərbaycan-Rumıniya futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan-Rumıniya münasibətləri
Azərbaycan–Rumıniya münasibətləri — Azərbaycan Respublikası ilə Rumıniya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər etdi. 29 iyun-1 iyul Rumıniya prezidenti E.Konstantinesku Azərbaycanda rəsmi səfərdə olmudur. 13-15 iyul 1999-cu ildə Rumıniya Milli Müdafiə Nazirinin dəvəti ilə Azərbaycanın Milli Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada səfərdə olmuşdur. 14-17 fevral 2000-ci ildə Rumıniyanın Müdafiə Naziri V.Baybuk Azərbaycana səfər etmişdir.
Azərbaycan–Rumıniya futbol matçları
== Kişilər ==
Azərbaycan–Rumıniya münasibətləri
Azərbaycan–Rumıniya münasibətləri — Azərbaycan Respublikası ilə Rumıniya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 19-da qurulmuşdur. 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001-ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995-ci ildə Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 1996-cı ilin martında Rumıniya prezidenti İon İlesku Azərbaycana rəsmi səfər etdi. 29 iyun-1 iyul Rumıniya prezidenti E.Konstantinesku Azərbaycanda rəsmi səfərdə olmudur. 13-15 iyul 1999-cu ildə Rumıniya Milli Müdafiə Nazirinin dəvəti ilə Azərbaycanın Milli Müdafiə Naziri Səfər Əbiyev Rumıniyada səfərdə olmuşdur. 14-17 fevral 2000-ci ildə Rumıniyanın Müdafiə Naziri V.Baybuk Azərbaycana səfər etmişdir.
Dunay-Qara dəniz kanalı (Rumıniya)
Dunay-Qara dəniz kanalı — Dunay çayını Qara dənizlə birləşdirən qısa yol. Həm də gəmiçilik üçün yaralı olan bir kanal. Kanal keçmiş liman şəhəri olan Çernavodedən Dunayın yatağından ayrılır. Mecidiyyə və Basarabi şəhərləri ərazisindən Konstansa dəniz limanına axır. bununla da iki şəhəri daxili limana çevirir. Poarta-Albedən isə kanal iki hissəyə bölünür. Kanal Dobruca platosundan axır. == Tarixi == Kanalın inşasına hələ Osmanlı imperiyası dönəmində ehtiyac yaranmışdır. Dunay-Qara dəniz kanalının inşası haqqında ilk qərar 1948-ci ildə verilmişdir. Rumıniya Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin sözlərinə görə bu layihənin təklifini ilk dəfə Stalin vermişdir.
Roman (Rumıniya)
Roman — Rumıniyada şəhər.
Rumınca
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.
Rumınca Vikipediya
Rumınca Vikipediya — Vikipediyanın rumın dilində olan bölməsidir.
Rumıniya
Rumıniya, Romıniya və ya Romaniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). == Tarixi == Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Rumıniya 2015 Avropa Oyunlarında
Rumıniya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Rumıniya ümumilikdə 147 idmançı ilə təmsil olunub.
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə 20 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Biatlon === Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Rumıniyanın kişilərdən ibarət yığması 14-cı yeri tutmuşdur. Kişilər qadınlar ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Rumıniya «A» kateqoriyası üzrə 2 idmançı kvotası əldə etmişdir. Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Rumıniya Avroviziya Mahnı Müsabiqəsində
Rumıniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə indiyədək heç vaxt müsabiqədə birincilik əldə etməmiş olsa da, Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Rumıniyanın indiyədək müsabiqədə qazandığı ən yaxşı nəticə 2005-ci ildə Luminitsa Anqel və Sistem qrupunun ifa etdiyi "Let Me Try" və 2010-cu ildə Paula Selinq və Ovi duetinin ifa etdiyi "Playing with Fire" mahnıları ilə əldə etdikləri 3-cü yerdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Rumıniya hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2018-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur. Avroviziyada 17 illik iştirakının ardınca 2016-cı ildə Avropa Yayım İttifaqı tərəfindən Rumıniyanın müsabiqədə iştirakı dayandırılmışdır. Rumıniya Ovidiu Antonun ifa etdiyi "Moment of Silence" mahnısı ilə 12 may tarixində keçirilən Avroviziya 2016-nın ikinci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində müsabiqəni ölkədə yayımlama hüququ olan TVR telekanalının AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon€ təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinədək borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur. Məsələ həllini tapdıqdan sonra Rumıniya 2017-ci ildə müsabiqəyə geri dönmüş və finalda 7-ci yerdə qərarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Rumıniya Dövlət Televiziyası
TVR (Televiziune Română) Rumıniyanın rəsmi dövlət kanalı. Bu kanalda milli yarışlar və beynəlxalq xəbərlərdə göstərilir. Kanalın mərkəzi Buxarest şəhərində yerləşir.
Rumıniya Kommunist Partiyası
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Komunist Partiya
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională a Sindicatelor Libere din România-Frăția və ya qısaca rum. CNSLR-Frăția) — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == 1993-cü ildə yaradılmışdır. == Fəaliyyəti == Konfederasiya öz üzvlərinin əsas peşə, sosial, iqtisadi və mədəni hüquqlarını təmsil və müdafiə edir. Həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial və peşə fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının işlənib hazırlanması və onlara dəyişikliklər edilməsi barədə kollektiv danışıqlarda tərəfdaş və nümayəndə qismində çıxış edir. Ədalət və sülh məsələləri ilə məşğul olan müxtəlif milli və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa, həmrəyliyə imkan yaradır. == Tərkibi == Bu konfederasiya siyasi partiyalardan, dövlətdən və işəgötürənlərdən asılı olmayan, ali statusa malik milli həmkarlar ittifaqı təşkilatıdır. Hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 40 həmkarlar ittifaqı federasiyasını – sahə birliklərini özündə birləşdirir.
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku (rum. Blocul Național Sindical və ya qısaca BNS) — Rumıniyanın ən iri və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Buxarest şəhərində yerləşir. == Tarixi == Blok 1991-ci ildə yaradılmışdır. == Fəaliyyəti == Təşkilatın əsas fəaliyyət istiqamətləri piket və mitinqlərin təşkili üzrə müxtəlif tədbirlərin, müəssisələrdə həmrəylik aksiyalarının, qurultayların, seminarların və kampaniyaların mütəmadi olaraq keçirilməsi, üzv təşkilatların və onların fəaliyyətinin əlaqələndirilməsidir. == Tərkibi == Bloku dövlət və eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələrdə çalışan işçiləri birləşdirir və 350.000 üzvü var. == Rəhbərləri == Təşkilata Dumitru Kostin rəhbərlik edir. == Beynəlxalq əməkdaşlıq == Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir. == Həmçinin bax == Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası == Mənbə == ICTUR et al.,, redaktor Trade Unions of the World (6th). London, UK: John Harper Publishing.
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədi ilə yaradılmışdır. == Öhdəlikləri == Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. == Fəaliyyəti == Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Rumıniya Pravoslav Kilsəsi
Rumın Pravoslav Kilsəsi (rum. Biserica Ortodoxă Română) — Rumıniyada avtokefal pravoslav kilsə. Mərkəzi Buxarest şəhərindədir.
Rumıniya Sosialist Respublikası
Rumıniya Sosialist Respublikası — müasir Rumıniya ərazisində 1947-ci ildən 1989-cu ilə qədər mövcud olmuş dövlət. 1947-ci ilin 30 dekabrından 1965-ci ilin 21 avqustuna qədər adı Rumıniya Xalq Respublikası (rum. Republica Populară Română) olub. 21 avqust 1965-ci ildən 1989-cu ilə qədər isə ölkə Rumıniya Sosialist Respublikası (rum. Republica Socialistă România) adlanıb. 1989-cu ilin dekabr ayında baş vermiş inqilab zamanı Nikolae Çauşeskunun diktaturası ləğv edilmiş və bununla da Rumıniya Sosialist Respublikasının mövcudluğuna son qoyulmuşdur. == Kommunistlərin hakimiyyətə gəlməsi == İon Antoneskunun hakimiyyəti zamanı kommunistlərin təqib edilməsinin miqyası çox böyük ölçülər aldı. 1944-cü ilə qədər Rumıniya Kommunist Partiyasının bütün liderləri ya həbsxanada idilər, ya da baş götürüb Moskvaya qaçmışdılar. Bununla da üzvlərinin sayı onsuz da az olan zəif partiya rəhbərliyini də itirmişdi. Buna görə də o Rumıniyanın siyasi arenasında əhəmiyyətli rol oynaya bilmirdi.
Rumıniya Xarici İşlər Nazirliyi
Rumıniya Xarici İşlər Nazirliyi (rum. Ministerul Afacerilor Externe) — Rumıniya hökumətinin xarici işlərindən məsul olan nazirlik.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. == Demoqrafiya == 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.

Значение слова в других словарях