RÜYA
RÜZGAR
OBASTAN VİKİ
Rüzgar
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Rüzgar Birliyi
Rüzgar birliyi (türk. Rüzgâr Birliği) və ya Rüzgar qrupu (türk. Rüzgâr Grubu) — türk milliyətçilərindən ibarət könüllü piyada taboru. 1992-ci ildə Milliyyətçi Hərəkat Partiyasının və Ülkü Ocaqlarının təsisçisi Alparslan Türkeş tərəfindən qurulan taborun məqsədi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq idi. Əksəriyyəti Türkiyənin keçmiş xüsusi təyinatlılarından ibarət olan "Rüzgar birliyi" 500-ə yaxın üzvü 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı baş tutmuş Xocalı soyqırımından sonra Azərbaycan hərbçilərinə təlim keçmək üçün Azərbaycana getmişdilər. Onlar həmçinin, Azərbaycan ordusunun müharibə səylərinə məhdud töhfə vermişdilər. Hər halda, taborun üzvləri 1993-cü ildə Azərbaycandan çıxarılmış, bir il sonra Türkiyə hökumətinin təzyiqi ilə tabor ləğv edilmişdir. "Rüzgar birliyi" Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq üçün Milliyyətçi Hərəkat Partiyasının və Ülkücü Ocaqlarının qurucusu Alparslan Türkeşin göstərişi ilə yaradılmışdır. Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri və MDB-nin 366-cı motoatıcı alayının iştirakı ilə baş tutmuş, 613 nəfərin qətl edildiyi Xocalı soyqırımından sonra Alparslan Türkeş Aydoğan Aydın və digər türk zabitlərinə Azərbaycan hərbçilərinə hərbi əməliyyatlarda dəstək olmaq və "bölgədəki insanları qırğınlardan qorumaq" təlimatı vermişdir. Tovuzda xidmət edən azərbaycanlı polis zabiti, Novruz Həsən Bozalqanlı kimi tanınan Novruz Həsənovun sözlərinə görə, türk zabitləri hətta Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə görüşmüş, təlimlərin keçirilməsi ilə bağlı icazə almışdılar.
Rüzgar Əfəndiyeva
Rüzgar Əfəndiyeva (tam adı: Rüzgar Şahmar qızı Əfəndiyeva (Qurbanova); 1947, Bərdə, Azərbaycan SSR — 2011, Bakı, Azərbaycan) — Azərbaycanın tanınmış nəğməkar şairəsi və yazıçı-publisisti. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). Rüzgar Əfəndiyeva 1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır. (1954-1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi başlamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir (1970-1974).
Rüzgar (reper)
Aydın Hüseynov, ya da tanınan səhnə adı ilə Rüzgar (Sumqayıt) — Azərbaycan repçisi. İlk dəfə 2013-cü ildə "Hələki 1%" adlı trekini yayımlamışdır. 2018-ci ildə "Yenə gedirəm" adlı trekinə görə 30 sutka həbs cəzası verilmişdir. 2019-cu ildə "Xpert" və "Paster"lə birlikdə "Phenom" trekində iştirak edir. Sinqllar Hələki 1% (2013) Beş Barmaq (2014) Terroreast (2014) Tanrı (2016) Dəli (2016) O gecə yata bilmir Yeni Səviyyə Yaşıl Sex in Trap Vecimə deyil Help me (Qara Dəvətnamə) Yenə gedirəm Trend Təsadüfən əlim dəydi Unuduram İyirmi doqquz Albomlar Sərt Əsinti Sərt Əsinti 2 Sərt Əsinti 3 Elçi Oyan 2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Rüzgarın "Yenə gedirəm" mahnısı da yer alıb.

Значение слова в других словарях