RƏNNAN
RƏSA
OBASTAN VİKİ
AMEA Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası və ya qısaca: AMEA ŞAR (tam adı: Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) — Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə 17 noyabr 1959-cu ildə yaradılmış, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərkibində elmi-tədqiqat institutu statusunda fəaliyyət göstərən Rəsədxana. Rəsədxana Böyük Qafqaz dağlarının şimali-şərqində Bakı şəhərindən 150 km məsafədə, Pirqulu dağının şərq hissəsində, dəniz səviyyəsindən 1435-1500 m yüksəklikdə, λ = 48⁰ 35' 04" E, φ = 40⁰ 46' 20" N coğrafi koordinatlarında yerləşir. Burada müşahidə üçün əlverişli aydın gecələrin sayı il ərzində 150-180-ə çatır . == Tarixi == Azərbaycanın bir sıra rayonlarında astroiqlimin öyrənilməsi üçün yaradılmış astronomik ekspedisiya hələ 1927-ci ildən fəaliyyətə başlamışdı. Azərbaycanın Dağlıq Qarabağ, Kəlbəcər, Laçın, Şamaxı, Xızı və s. bölgələrinin ayrı-ayrı məntəqələrində gələcəkdə astronomiya rəsədxanası yaradılması üçün əlverişli yerin seçilməsi istiqamətində işlər aparılmışdı. Aparılan tədqiqatlar nəticəsində, 1953-cü ildə Şamaxı rayonunun Pirqulu ərazisində müşahidə bazasının, sonralar isə rəsədxananın tikilməsi nəzərdə tutulmuşdur. Rəsədxana o zamanki Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun tərkibində 1954-cü ildə yaradılmış Astrofizika şöbəsi, sonradan 1956-cı ildə Elmlər Akademiyasının Astrofizika Sektoru kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən müstəqil elmi-tədqiqat institutu statusu ilə Azərbaycan EA strukturuna daxil edilmişdir. Şamaxı Astrofizika Rəsədxanasının yaradılmasında böyük xidmətləri olan akademik H.F.Sultanov 1960-1981-ci illərdə rəsədxananın direktoru vəzifəsində işləmişdir.
Abastumani astrofizika rəsədxanası
Abastumani Astrofizika Rəsədxanası — Gürcüstan Milli Elmlər Akademiyası elmi tədqiqat müəssisəsi. Abastumani qəsəbəsi yaxınlığındakı Kanobili dağındanda yerləşir. Rəsədxana dəniz səviyyəsindən 1650 m yüksəklikdədir. Rəsədxana İli Dövlət Universitetinin tabeçiliyindədir. == Rəsədxananın rəhbərləri == 1932—1992-ci illərdə — Yevqeni Kirilloviç Xaradze. 1992-ci ildən rəsədxananın fəxri direktorudur. 1992 — 1 may 2006-cı il —Rolan İliç Kiladze. 1 may 2006-cı ildən — Georqi Cavaxişvili. == Ümumi məlumat == SSRİ-də ilk yüksək dağ astrofizika rəsədxanası kimi 1932-ci ildə yaradılmışdır. İlk öncə rəsədxana Abastumani qəsəbəsində fəaliyyət göstərmiş.
Abbas Kazımov (rəssam)
Abbas Kazımov (1 yanvar 1956, Bakı – 8 noyabr 2021)— azərbaycanlı rəssam. == Həyatı == Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitunun bədii qrafika fakültəsini bitirmişdir. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvüdür. Abbas Kazımov rəngkarlıqda "xalça üslubu"-nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun "Pirosmaniyə həsr edilir" silsilə qrafik əsərlər, "Qırmızı və Qara", "Nağıl", "Qarabağ atları" silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılmışdır. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kanadada təşkil olunmuşdur.
Abdulla Məmmədov (rəssam)
Abdulla Məmmədov — Azərbaycanlı rəssam. == Həyatı == Məmmədov Abdulla Əliheydər oğlu 26 oktyabr 1963-cü ildə Lerik rayonunda anadan olmuşdur. O, 1965-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra, 1971-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Abdulla Məmmədov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri, Rusiyada, İranda, Türkiyədə nümayiş edilmiş, Xalçaları bir çox muzeylərdə saxlanılır. Dekorativ Tətbiqi sənət sahəsi üzrə fəaliyyət göstərən rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Abdulla Ələkbərov (rəssam)
Abdulla Abasqulu oğlu Ələkbərov (2 iyun 1936) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqı (1972) və Jurnalistlər Birliyinin (1981) üzvü. == Həyatı == Abdulla Ələkbərov 2 iyun 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1959-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1967-ci ildə Lvov Poliqrafiya İnstitutunu bitirmişdir. Abdulla Ələkbərov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. O, 1964-cü ildən “Maarif” Nəşriyyatında baş rəssam kimi fəaliyyət göstərmişdir. Abdulla Ələkbərov, Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş bir çox kitaba bədii tərtibat vermişdir. Bunlardan “Heydər Əliyev dünyanın gözü ilə”, “Böyük ömrün anları”, “Heydər Əliyev və Azərbaycan dili”, “Vədinə sadiq prezident”, “Böyük yolun davamçısı”, “Sülh və sabitlik prezidenti” və s. kitabları qeyd etmək olar. O, dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nın bürünc medalı, “Nailiyyət” Jurnalist mükafatı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi bədii tərtibata görə “Səməd Vurğun-90” fəxri diplomuna (1996), 1998-ci ildə “Qızıl qələm-kamil sənətkar” mükafatı laureatı, Azərbaycan Respublikası Sərhəd Qoşunları 85-illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev sərhəd xidmətinin yaradıcısıdır” diplom və mükafatlara layiq görülmüşdür.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907 – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ilin 16 dekabrında Şəki şəhərində dəmirçi ailəsində anadan olmuşdur. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik etmişdir. == Təhsili == 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış birləşmiş məktəbin müdiri vəzifəsində işləmişdir. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == A.M. Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi Fəaliyyəti == A.M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 1934-cü ildə bu texnikom Şəki şəhərindən Bakıya köçürülmüşdür.
Aleksandr İvanov (rəssam)
Aleksandr Andryeviç İvanov (16 (28) iyul 1806, Sankt-Peterburq – 3 (15) iyul 1858, Sankt-Peterburq) — Rus rəssam. Neoklassizm cərəyanına mənsub olmuşdur. Rusiyanın Sankt-Peterburq şəhərində doğulmuş və vəfat etmişdir. İvanov Karl Brillov ilə birlikdə, atası A. İvanovun yanında Çar İncəsənət Akademiyasında işləmişdir. Həyatının böyük hissəsini İtaliyanın Roma şəhərində keçirmiş və burada yazıçı Nikolay Qoqol ilə dost olmuşdur. Ən məşhur əsəri hazırda Moskvada Tretyakov qalereyasında sərgilənən "İsanın insanlar görünüşü" əsəridir.
Ana (rəsm əsəri)
Ana — azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi rəsm əsəri. Azərbaycanlı rəssam Toğrul Nərimanbəyovun 1966-cı ildə çəkdiyi "Ana" rəsmində üzü qırışlı bir qadın təsvir olunub. O bu portret üçün öz dayəsini model seçib. == Fon == 1930-cu ilin sonlarında Toğrul Nərimanbəyovun atası Fərman Nərimanbəyov Avropada təhsil almış digər azərbaycanlılar kimi represiyyaya məruz qalır və Sibirin Marinski şəhərinə sürgün edilir. Daha sonra anası da həbs edilərək sürgün edilir. Toğrul Nərimanbəyov bir müddət anası ilə birgə həbsdə yaşayır. Daha sonra məktəbə başlayır və səhərlər dərsə gedib axşam yenidən həbsxanaya qayıdaraq çətin şəraitdə təhsil alır. 1941-ci ildə Fransa Almaniya tərəfindən işğal olunarkən Toğrul Nərimanbəyovun anası İrma xanımın qarşısına Fransa vətəndaşlığından çıxması əks halda sürgün edilməsi şərti qoyulsa da o vətəndaşlıqdan çıxmayaraq əvvəlcə Qostanaya daha sonra Səmərqəndə sürgünə göndərilir. Valideynləri həbsdə olduğu bu illərdə Toğrul və qardaşına Polyak əsilli dayələri Anna Andreyevna baxır. Əsərdə rol modeli məhz Anna Andreyevnadır.
Anton Möller (rəssam)
Anton Müller (1563, Köniqsberq - 1611 yanvar, Danzinq)- alman rəssam. 1563-cü ildə Almaniyanın Köniqsberq şəhərində anadan olmuşdur. Əsasən dini mövzulara əhəmiyyət vermişdir. Bir çox taxta basmalı əsərləri də mövcuddur. 1611-ci ildə Danzinq şəhərində vəfat etmişdir.
Arif Hüseynov (rəssam)
Arif Şahbaz oğlu Hüseynov (30 oktyabr 1943, Qala) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır. == Yaradıcılığı == 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub."Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev. == Fərdi sərgiləri == 1984 — "100 illüstrasiya", Baku-Moskva 2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya 2009 — Galerie Berlin-Baku, Berlin 2012 — "Azərbaycan Nağılı" Bakı 2012 — M.Ə.Sabir "Hophopnamə" Bakı == Qrup sərgiləri == 1977 — "BAM" sərgisi, Bakı-Moskva; 1980 — Qrafika sərgisi, Bakı 1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa 1994 — "Füzuli-500", Bakı İncəsənət Mərkəzi 2007 — Çank Art, Ankara 2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı == Mükafatları == 1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı 1995 — Sənət uğurlarına görə "Humay" mükafatı 2006 — Azərbaycan Respublikasının xalq rəssamı 2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü == Ədəbiyyat == Arif Hüseynov, Azərbaycan nağılı, Bakı, 2012. == İstinadlar == == Xarici keçidlər == Visions.az, Illustrating Life — Azerbaijani Artist Arif Huseynov.
Arif Məhərrəmov (rəssam)
Arif Əli oğlu Məhərrəmov (5 avqust 1948 – 9 avqust 2022) — Azərbaycan kino rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2000). == Həyatı == Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) Gəldi kosa (film, 1988) İşgüzar səfər (film, 1982) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Molla Nəsrəddin Xoca (film) Münəccimin şagirdi (film, 1983) O dünyadan salam (film, 1991) Qala (film, 2008) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Xrizantema yarpağı (film, 1989) Yatmaq vaxtıdır (film, 1984) Yeddi gözəl (film, 1982) == İstinadlar == == Mənbə == Xamis Muradov.
Arif Qazıyev (rəssam)
Arif Şamil oğlu Qazıyev (d. 2 yanvar 1937, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası - ö. Bakı, Azərbaycan Respublikası, 3 sentyabr 2021) — məşhur heykəltaraş və Qazıyevlər ailəsinin üzvü Şamil Qaziyevin oğlu, məşhur rəssam və heykəltaraş, Bakı Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycanın əməkdar incəsənət xadimi və Azərbaycanın xalq rəssamı (2018). == Həyatı == === Təhsili === Heykəltaraş Şamil Qazıyevin oğlu 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki rəssamlıq Akademiyasını, 1958) və Moskvada V.Surikov adına Rəssamlıq Akademiyasını (1965) bitirmişdir. == Fəaliyyəti == Təhsilini tamamladıqdan bir müddət sonra Bakı Rəssamlıq Universitetində müəllim işləməyə başlamışdır. === Yaradıcılığı === Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 1957-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri müxtəlif muzeylərdə (“Bakılı qız”, ”Məhəmməd Nəsirəddin Tusi” - R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, ”Tarla gözəli” - Şərq Sənətləri Muzeyi (Moskva) və s.), habelə ABŞ, Almaniya, Avstriya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.
Arzularını çəkən rəssam (film, 2007)
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Astara Dövlət Rəsm Qalereyası
Astara Dövlət Rəsm Qalereyası- 1979-cu ildən fəaliyyət göstərir. Qalereya рayon Mədəniyyət evində yerləşir. Burada 7-nəfər işçi çalışır, onlardan 1 nəfəri Ali ixtisas, 1-i orta ixtisas, qalanları isə ümumi orta təhsillidir. Qalereya fond saxlayan otaqdan sərgi zalından ibarətdir. == Ekspozisiyası == Astara rayon Dövlət Rəsm Qalereyası Rəsm Qalereyasının fondunda 119 ədəd ekspanat toplanmışdır. Qalereyada olan eksponatlar janrlar üzrə aşağıdakı kimidir: 78- ədəd — nəqqaşlıq əsərləri 33-ədəd — qrafika əsərləri 8-ədəd — heykəltaraşlıq əsərləri. == Fəaliyyəti == Əlamətdar tarixi günlər, yubileylər, əlamətdar hadisələrlə əlaqədar sərgilər, baxış-müsabiqələri, foto-stendlər, montaj lövhələri, tematik rəsm sərgiləri, Gənc fotoqrafların sərgisi və s təşkil edilir. Yerli rəssamlar rayon Dövlət Rəsm Qalereyasının Fonduna 27 rəsm əsəri hədiyyə etmişlər. Fəaliyyət göstərdiyi son illərdə ərzində Astara rayon Dövlət Rəsm Qalereyası bir sıra Beynəlxalq, Ümumrespublika və rayon miqyaslı tədbirlərdə sanballı nəticələr əldə etmişdir. == Dərnəklər == Rəssamlıq Tikmə-biçmə Toxuma (toxuçuluq) == Həmçinin bax == Astara Astara rayonu Astara (Azərbaycan) Astara Tarix-Diyarşünaslıq Muzeyi == Xarici keçidlər == "Astara Dövlət Rəsm Qalereyası".
Astral rəsmlər
Astral rəsmlər — göy cisimlərinin qədim sənət əsərləri üzərindəki təsvirləri. Astral rəsmlər qayaüstü təsvirlər arasında xüsusilə geniş yayılmışdır. Bu rəsmlər qədim inancları ilə bağlı olmuşdur. Qədim insanlar həyatdakı uğurlarını təmin etmək üçün Göy cisimlərinə sitsyiş etmişdir. Astral rəsmlər arasında Günəş və Ayla bağlı təsvirlər xüsusilə geniş yer tutur. Bəzən qədim qəbir abidələrinin konstruksiyasında astral simvolikaya rastlanır. == Mənbə == Vəli Baxşəliyev. Gəmiqaya təsvirləri, Bakı, 2003.
Auversdəki evlər (rəsm əsəri)
Auversdəki evlər — Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Parisin şimal-qərbindəki Auvers-sur-Oise qəsəbəsinə köçdükdən qısa müddət sonra, 1890-cı ilin may ayının sonu və ya iyunun əvvəlində çəkilmişdir. Buraya köçməsinin səbəbi Saint-Remidəki sıxıntılar və monoton həyat tərzi olmuşdur. Saint-Remidəki son iki ayda yaddaşına canlanan görüntüləri kətan üzərinə köçürmüşdür. Hollandiyalı kökündən bəhs edərək bu şəkilləri "Şimalın xatirələri" adlandırdı. Rəsmlərində olan bu şimala doğru səyahət Auversdə də davam etdi. Buna misal olaraq Auversdəki F789 kilsəsini göstərmək olar. Lakin Nuenendə yaşadığı kəndli həyatına burada davam etmədi. Auversdəki evlərin rənglənməsi müxtəlif sosial sinifləri nəzərə almağa kömək etdi.
Azərbaycan Dövlət Rəsm Qalereyaları
Ağcabədi Dövlət Rəsm Qalereyası
Azərbaycan Dövlət Rəsm Qalereyası
Azərbaycan Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. == Fəaliyyəti == Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında yaradılmışdır. Azərbaycanda və xaricdə keçirilən sərgilərin əksəriyyəti əsasən Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Qalereyanın fondunda 14000-dən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət nümunələri qorunur. Sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi qalereyanın elmi işçiləri tərəfindən həyata keçirilir. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir. == Qalereyanın əsas fəaliyyət istiqamətləri == Aidiyyəti sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak Təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud vəziyyəti və perspektivləri haqqında analitik materiallar hazırlamaq, onların inkişafına dair tövsiyələri işləyib Nazirliyə təqdim etmək Qalereyanın elmi işçiləri tərəfindən sərgilərin. müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi həyata keçirilir. Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasının həyata keçirilməsi 27 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçirilmişdir. Eyni zamanda 2017-ci ildə gənc dizayner Aysel Əlizadə tərəfindən Dövlət Rəsm Qalereyasının loqotipi hazırlanmış, mayın 2-də Muzey Mərkəzində loqotipin təqdimatı keçirilmişdir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi. Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır.Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 800-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir. == Haqqında == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir. == Strukturu == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. 2001-ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam — memar” kadrları hazırlığına başlanır. Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 == Həmçinin bax == Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci == İstinadlar == == Xarici keçidlər == "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
Azərbaycan Dövlət Rəssamlıq Texnikumu
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 == Həmçinin bax == Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci == İstinadlar == == Xarici keçidlər == "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
Azərbaycan Dövlət Rəssamlıq Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi. Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır.Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 800-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir. == Haqqında == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir. == Strukturu == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. 2001-ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam — memar” kadrları hazırlığına başlanır. Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir.
Azərbaycan Respublikasının əməkdar rəssamlarının siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar rəssamı
Azərbaycan Respublikasının əməkdar rəssamı — Azərbaycan Respublikasında incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad. Mükafat Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.
Azərbaycan Rəssamlar İttifaqı
Azərbaycan Rəssamlar İttifaqı — Azərbaycan Respublikasının peşəkar rəssamları və sənətşünaslarının ictimai yaradıcılıq təşkilatı. Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, katibi isə Xalq rəssamı Ağəli İbrahimovdur. == Fəaliyyəti == 1920-ci ildə Respublikada incəsənət sahəsində təşkilati quruluş başlamışdı. 1932-ci ildən Azərbaycan rəssamlarının təşkilat komitəsi kimi fəaliyyət göstərmiş, 1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayında yaradılmışdır. 1992-ci il martın 18-də çağırılmış təsis konfransında "Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin" qəbulu ilə, Azərbaycanın müstəqil rəssamlar ittifaqı elan edilmişdir. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir. Rəhbər orqanı qurultaydır. 15 qurultayı olmuşdur (1940, 1955, 1958, 1961, 1965, 1968, 1972, 1979, 1982, 1987, 1992, 1998, 2003, 2008, 2013). Qurultaylararası dövrdə ittifaqın fəaliyyətinə katiblik və qurultayda seçilən Rəyasət Heyəti rəhbərlik edir. Azərbaycan Rəssamlar İttifaqı Respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, uşaqların və gənclərin estetik tərbiyəsində ciddi iş aparır, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir.

Значение слова в других словарях

гериа́тр заби́тый мелкобуржуа́зный невы́сказанность обнеме́чивание плути́на поде́лывать покури́ть поле́зное потака́ть разве́сить начина́ющая пунда agaphite Damoclean delirium flying crane marching pedlery psychodynamic вымучивать нечистоплотный обостряться проставлять соплеменный