SÜNBÜLÇİÇƏK

is. bot. Uzunsov yarpaqları və ətirli çiçəkləri olan dekorativ ot bitkisi.
SÜNBÜL
SÜNBÜLQIRAN
OBASTAN VİKİ
Sünbülçiçək
Sünbülçiçəyi (lat. Hyacinthus) — sünbülçiçəyikimilər fəsiləsinə aid çoxillik soğanaqlı bitki cinsi. Yarpaqları rozet halında toplanmışdır. Çiçəkləri sünbülvarı salxımda yerləşir. Şərqi Aralıq dənizi ölkələrində yabanı halda bitən bir növü — şərq sünbülçiçəyi (H. orientalis) məlumdur. XV əsrin əvvəllərindən becərilir. Sünbülçiçək sortları rəngi, ölçüsü, forması və çiçək salxımının sıxlığı ilə xarakterizə olunur. Azərbaycanda mart—aprel aylarında çiçəkləyir.
Sünbülçiçək dioskoreya
Sünbülçiçək dioskoreya (lat. Dioscorea spiculiflora) — bitkilər aləminin dioskoreyaçiçəklilər dəstəsinin dioskoreyakimilər fəsiləsinin dioskoreya cinsinə aid bitki növü.
Sıxçiçəkli bellevaliya (Yabanı sünbülçiçək)
Sünbülçiçəkkimilər
Sünbülçiçəyikimilər (lat. Hyacinthaceae) — qulançarkimilər dəstəsinə aid bitki fəsiləsi.

Значение слова в других словарях