SÜRÜLMƏK₂

f.
1. Şumlanmaq.
Sürüləcək yerin hələ ondan biri şumlanmamışdı. M.İbrahimov.
Hatəm dayı … sürülmüş ( f.sif. ) zəmilərə … baxırdı. Mir Cəlal.

2. məc. Sövq edilmək, cəlb edilmək.
Lakin bunu bilməlisiniz ki, sizə güllə atan soldatlar da sizinlə müharibəyə məcburiyyətlə sürülür. M.S.Ordubadi.

Синонимы

  • SÜRÜLMƏK qovulmaq — köçürülmək — göndərilmək
  • SÜRÜLMƏK şumlanmaq — əkilmək
SÜRÜLMƏ₁
SÜRÜLMƏK₁

Значение слова в других словарях