1. Getdikcə sıx olmaq, sıx hala gəlmək; kəsifləşmək, qatılaşmaq, qəlizləşmək.
Göy üzündə… qara buludlar sıxlaşır, yavaş-yavaş yağış çisələyirdi.
Sıxlaşdı qaranlıq… gəldi çən, duman; Çəkildi üfüqdən Elbrus tamam.
2. Bir-birinə lap yaxın durmaq, qovuşmaq, çox sıx dayanmaq.
Məşədibəy cavab vermədi, onun üzündəki qırışlar daha da sıxlaşdı.
3. məc. Birləşmək, həmrəylik, birlik yaratmaq, birgə hərəkət etmək üçün bir araya toplaşmaq.
Partiya sıraları döyüşlərdə sıxlaşan; Dənizlər, dağlar aşan; Müzəffər bir ordudur.
Kəndlilər sıxlaşmağa başladılar.