səbi 2021
səbir-qərar
OBASTAN VİKİ
Səbir
Səbr — xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səbir (Lənkəran)
Səbir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səbir kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. “Səbir” sözünün mənası müqəddəs “Quranda” Allahın “birinci” adı deməkdir. Əvvəllər bağ olan bu kənddə sırf azərbaycanlılar yaşayan “səbir edən” qəbilə yaşamışdı. 1900-cu illərdən sonra kəndin məscidi və dəyirmanı fəaliyyətdə olub.Çünki kənd camaatı taxılçılıq, maldarlı, bostançılıq və əkinçiliklə məşğul olublar. 1932-ci ildə “Səbir” kəndində yaradılan kolxoza “Bolşevik kolxozu” adı verilmişdi. Kəndin özünün dəyirmanı,xirmanı, 500 hektardan çox taxıl-əkin sahəsi, barıt anbarı və indiyə qədər yerdən 1 m-yə qədər kürsüsü toxunulmaz qalan Məscidi olub-qalmaqdadır və ocaq-pir kimi qorunur. Lənkərançayın bir qolu məhz bu kənddən keçib Xəzər dənizinə axirdı.Ona görə də çəltikçilik və çay sahələri salinib. Bu illərdə Lənkəranda məhz “Səbir” kəndində şəkər qamışı və şəkər çuğunduru əkilib-istehsal olunurdu. Ona görə də bu kolxoza “Şəkər bağı” adı verilib ki, 2000-ci illərdə “Leninçi” qəzetində öz əksini tapıb.
Səbir (dəqiqləşdirmə)
Səbir Səbir (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd.
Səbir qalası
Dözüm qalası (nid. Fort Lijdzaamheid) — Qananın Apam qəsəbəsində yerləşən niderland qalasıdır. Qala ilk dəfə 1697-ci ildə, Hollandiya ilə müqavilə bağlamış və britaniyalılar ilə müqavilə bağlayan Fante və Aqona krallıqları arasında yerləşən Akron kralının xahişi ilə ticarət lojası olaraq inşa edilmişdir. Niderland Qərbi Hindistan şirkətinin rəhbərləri bu təkliflə yalnız minimum xərclərlə tikiləcəyi şərtilə razılaşdılar. Akron bundan məmnun deyildi və niderlandları tez-tez əgər istehkamları genişləndirməsələr qovulacaqları ilə hədələyirdi. Nəticədə binanı bitirmək üçün beş il gərək oldu və buna görə də tikiliyə Fort Lijdzaamheid ("səbir qalası") adını verdilər. Loja 1721-ci ilə qədər şimaldan Apam limanına, cənubdan dağlıq yarımadaya, şərq və qərbdən isə Qvineya körfəzi sahilinə komandanlıq görünüşü təqdim edən bir müdafiə istehkamına çevrildi. 1782-ci ilin əvvəlində kapitan Tomas Şirley 50 toplu Leander gəmisi və şlyup tipli Alliqator gəmisi ilə Hollandiyanın Qızıl sahilinə üz tutdu. Hollandiya bu dövrdə Britaniya ilə müharibədə idi və Şirley Səbir qlası da daxil olmaqla ərazidəki niderland qalalarını ələ keçirdi. Qalanın orijinal quruluşu kiçik iki mərtəbəli daş loja idi.
Tək səbir (qəzet)
Tək səbir — ictimai-siyasi, satirik və yumorlu qəzet. "Şirvan" xeyriyyə cəmiyyəti tərəfindən 1992-ci ildə təsis edilmişdir. Ayda iki dəfə nəşr olunur. "Molla Nəsrəddin" jurnalının bugünkü xələflərindən biridir. Naşiri və redaktoru İsgəndər Etibardır. Qəzetin ilk sayındakı proqram səciyyəli yazıda deyilir: "...bu günün ictimai-siyasi hadisələrini onların (C.Məmmədquluzadə, M.Ə.Sabir - red.) ruhuna sədaqətlə şərh etməyə, gülməlilərə gülməyə, ağlamalılara ağlamağa çalışacağıq". Qəzetin adı M.Ə.Sabirin ilk dəfə "Molla Nəsrəddin" jurnalında (1908, N3) imzasız çap olunmuş "Səbir", sonrakı nəşrlərə "Tək səbir" adı ilə daxil edilmiş şeirindən götürülmüşdür. Təzə həyat (qəzet) Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.
Səbirə Sərdarova
Səbirə Sərdarova (tam adı: Səbirə Əbdüləli qızı Sərdarova) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, kimya üzrə elmlər doktoru. Sabirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) kimya fakültəsinə qəbul olunub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra "Üzvi kimya" kafedrası üzrə aspiranturaya daxil olub (1962-ci il). 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə. M. Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə qəbul olunub. 1967-ci ildə "Tiotetralollar (sintezi, xassələri və tədqiqi)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə "Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sabirə Sərdarova 1967–2010-cu illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışır. Baş elmi işçi Sabirə Sərdarova üzvi kimya sahəsində mütəxəssisdir.
Səbirə Əliyeva
Səbirə Əliyeva (25 sentyabr 1995, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi. Səbirə Əliyevanın birinci beynəlxalq turniri 2013-cü ilin fevralında Sofiya şəhərində (Bolqarıstan) baş tutan D. Kolov — N. Petrov beynəlxalq turniri oldu. Səbirə Əliyeva həmin turniri beşinci pillədə başa vurdu. Daha sonra Belarusda baş tutan A. Medved beynəlxalq turnirinin bürünc medalına sahib olan Səbirə Əliyeva, martda Tbilisi şəhərində (Gürcüstan) baş tutan Avropa Çempionatını yeddinci pillədə başa vurdu. İyulda gənclər arasında Avropa Çempionatının qalibi olan Səbirə Əliyeva avqustda gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2014-cü ildə Səbirə Əliyeva əvvəlcə Paris şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalına sahib oldu. Daha sonra Klippan Lady Open beynəlxalq turnirini 8-ci, gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vuran Səbirə Əliyeva, avqustda Zaqreb şəhərində (Xorvatiya) gənclər arasında Dünya Çempionatını bürünc medalla başa vurdu. İlin sonunda isə o, Rusiyada Moscow Lights beynəlxalq turnirinin gümüş medalına sahib oldu. 2015-ci ilin əvvəlində Səbirə Əliyeva Fransasa Paris Qran-Prisində 8-ci, Polşada U23 Avropa Çempionatında 5-ci, Bolqarıstanda isə D. Kolov — N. Petrov beynəlxalq turnirində 5-ci oldu. Daha sonra Səbirə Əliyeva iyunda İstanbul şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qızıl, avqustda Salvador şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının isə gümüş medalına sahib oldu.

Значение слова в других словарях