Səbir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səbir kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1]
Səbir | |
---|---|
38°41′ şm. e. 48°49′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
“Səbir” sözünün mənası müqəddəs “Quranda” Allahın “birinci” adı deməkdir. Əvvəllər bağ olan bu kənddə sırf azərbaycanlılar yaşayan “səbir edən” qəbilə yaşamışdı. 1900-cu illərdən sonra kəndin məscidi və dəyirmanı fəaliyyətdə olub.Çünki kənd camaatı taxılçılıq, maldarlı, bostançılıq və əkinçiliklə məşğul olublar. 1932-ci ildə “Səbir” kəndində yaradılan kolxoza “Bolşevik kolxozu” adı verilmişdi. Kəndin özünün dəyirmanı,xirmanı, 500 hektardan çox taxıl-əkin sahəsi, barıt anbarı və indiyə qədər yerdən 1 m-yə qədər kürsüsü toxunulmaz qalan Məscidi olub-qalmaqdadır və ocaq-pir kimi qorunur. Lənkərançayın bir qolu məhz bu kənddən keçib Xəzər dənizinə axirdı.Ona görə də çəltikçilik və çay sahələri salinib. Bu illərdə Lənkəranda məhz “Səbir” kəndində şəkər qamışı və şəkər çuğunduru əkilib-istehsal olunurdu. Ona görə də bu kolxoza “Şəkər bağı” adı verilib ki, 2000-ci illərdə “Leninçi” qəzetində öz əksini tapıb. Müharibədən sonra torpağı daha çox münbit olduğu üçün dənli bitkilərlə bərabər bostançılıq, çayçılıq və tərəvəzçilik inkişaf etmiş və sovxoz “Zona Təcrübə Stansiyası”(ZTS) kimi fəaliyyət göstərmişdir. ZTS-da yetişən kənd təsərrüfatı alimləri dünyada tanınmışlar. 1951-ci ildə 2-ci Dünya müharibəsində kişi cinslərinin azalması və aclığa görə 8 kənd- Səbir Darquba Şilavar Digah Kərgəlan Lüvəsər Şağlaküçə və Bəlləbur kəndləri Kərgəlanda yerləşən sovetlikdə birləşdirilmişdir. 1999-cu il 5 oktyabr tarixindəki “Azərbaycan Respublikasında bəzi rayonların inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun əsasında “Səbir” kəndi yenidən müstəqil oldu.
”Səbir” kəndinin torpağı öz dövründə görkəmli tibb elmində tanınmış professor Azad İsmayılov yetişdirib. Lənkəran şəhər mərkəzindən 2 km aralı türk mənşəli sırf azərbaycanlılar yaşayan kəndin adı sənədlərdə və hətta SSRİ-nin Hərbi xəritəsində olmuşdur 2-ci Dünya müharibəsində Səbir kəndindən 30 nəfərdən çox insan vuruşmuş və yarısından çoxu qayıtmamışlar. ‘Səbir”kəndi elm-təhsil sahəsində də ildən-ilə inkişaf edir. Son 5-6 ildə bu kəndə 20-yə yaxın gənc ali məktəb bitirib, 10-a yaxın gənc isə hal-hazırda oxumaqdadır.[mənbə göstərin]
2014-cü ilin dekabr ayının 4-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Lənkəran rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |