is. [
ər. ]
1. Xoşagəlməz, acı, haqsızlıq kimi üzücü hallar qarşısında səsini çıxarmadan onların keçib-getməsinə dözmə, təhəmmül etmə.
Bir dərd var ki, yerə-göyə sığışmayan, ürək yandıran, insanı vərəmləndirən, səbir və təskinlik bilməyən; məsələn, birinin əziz bir övladı əlindən gedə… C.Məmmədquluzadə.
□ Səbir etmək (eləmək) – çətin iş, ağır vəziyyət və s. hallarda şikayətlənmədən dözmək, təhəmmül etmək.
Bu söz-söhbətlərin, müamilə və rəftarın nə qədər Sürəyyaya acı təsiri olurdusa da, səbir eləyirdi. Çəmənzəminli.
// Gələcək və olacaq bir şey üçün tələsməyib və təlaş göstərməyib gözləmə; hövsələ.
□ Səbir etmək – dözmək, hövsələ etmək, tələsmədən gözləmək.
Lakin səbrin də bir dərəcəsi vardır. M.S.Ordubadi.
İskəndər səbir edib, yarım ilə qədər gözlədi.
Canına qulluq eləyib əkinəbiçinə getdi. M.Hüseyn.
Səbri kəsilmək (tükənmək) – artıq dözə bilməmək, təhəmmül edə bilməmək. Səbrim kəsilib, yar mənim canımı alsın; Ya şad eləsin vəsl ilə, didarə yetirsin. Heyran xanım.
[Nofəl Zeydə:] Burax atların cilovunu, Zeyd, kəsdiyimiz çörəyə and içirəm ki, artıq mənim səbrim tükənmək üzrədir. Ə.Məmmədxanlı.
Səbrini basmaq – bax
səbir etmək.
[Bədircahan:] Səbrini bas, ağa, hesabına bax! N.Vəzirov.
[Rəşid:] Mən birtəhər səbrimi basıb, xörəkdən yeməyə başladım. İ.Hüseynov.
2. Səbirlə şəklində
zərf – təmkinlə, ağırağır. Səbirlə nağıl etmək.
– Səbirlə toplamışdır gücünü damla-damla; Danışıb öz diliylə hər kəslə, hər adamla. R.Rza.
[Qoşqar Əmirliyə:] Düz bir ildir, mən bu aparatda işləyirəm, bir dəfə görməmişəm ki, mənimlə səbirlə, soyuqqanlı danışasınız. İ.Hüseynov.
◊ Səbir kasası daşmaq (dolmaq) – daha dözə bilməmək, təhəmmül edə bilməmək, hövsələdən çıxmaq, təmkinini itirmək.
[Gövhər xanım:] Daha bəsdir! Səbir kasam dolub daşmış. S.S.Axundov.
Molla Şirəlinin səbir kasası daşdı, onsuz da gərgin olan əsəbləri qırıldı. S.Rəhman.