Səhra könlücəsi
Səhra gönlücəsi və ya Səhra yarasası (lat. Eptesicus bottae) — Gönlücələr fəsiləsinə daxil olan yarasa növü.
Arktik bölgələrdən başlayaraq, Yunanıstanın Rodos adası, Misir, Ərəbistan yarımadası, Yaxın Şərq, Kiçik, Ön və Mərkəzi Asiya, Cənubi Qafqazdan şimal-qərbi Çin və şimali Pakistana qədər ərazidə rast gəlinir. Azərbaycanda 5 məntəqədə tapılmışdır (Qabırrı (İori) və Alazan çaylarının mənsəbi, Mingəçevir ətraflarında, Xaldan, Sabirabad və Qobustan qoruğu).
Onlara əsasən turay meşələrində, Azərbaycanın mərkəzi ərazilərində yarımsəhra landşaftlarında aşkar edilmişdir. Məskunlaşma yerləri yuyulma nəticəsində yaranan mağaralar və qaya çatlarıdır. Bu yarasalar daha çox Bozdağ silisiləsinin yeraltı mağaralarında və Qobustanda tapılırdı. Qobustanın Böyük-Daş silsiləsində, yay sığınacaqlarında aprelin sonlarından peyda olmuşlar, sentyabrın ikinci ongünlüyünə qədər böyük sayda qeyd olunmuşlar, oktyabrın əvvəllərində isə, tək-tək uçurdular.
Yay ayları erkək fərdlər tək-tək yaşayırlar..