Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km²[2] sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir.
Tamaruqal | |
---|---|
isp. Monte | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0-2800 m |
Sahəsi | 460 000 km² |
Temperatur | |
• Orta illik | 13,4 - 17,5[1] |
• İllik yağıntı | 80-300 mm |
Yerləşməsi | |
32°53′00″ c. e. 68°48′00″ q. u. | |
Yerləşdiyi yer | Cənubi Amerika |
Ölkə | Argentina |
|
Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür.
And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır. Bu səbəbdən digər iki səhraya nisbətdə canlı aləmi zəngindir.
Florası qonşuluğunda olan Pataqoniya səhrasından olduqca rəngarəngdir. Burada çoxlu sayda kol və ot bitkiləri vardır. Faunası: kiçik məməlilər (sıçan) və quşlar.