Ramiz Sərkərov
Ramiz Beqay oğlu Sərkərov (3 iyul 1959, Qax – 7 aprel 2007) — aktyor, prodüser.
Ramiz Sərkərov 3 iyul 1959-cu ildə Qax rayonunda dünyaya gəlib. 1987-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1980-ci ildən ömrünün sonuna qədər Gənc Tamaşaçılar Teatrında işləyib. Əvvəlcə texniki vəzifələrdə çalışıb, sonralar aktyor kimi fəaliyyət göstərib.
R.Sərkərov həm də bir sıra filmlərdə canlandırdığı maraqlı rolları ilə tamaşaçıların yaddaşında qalıb.
7 aprel 2007-ci ildə vəfat edib.
2017-ci ilin aprelində aktyorun vəfatının 10-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xatirə gecəsi keçirilib.
Açıl, bənövşəm açıl (İ.Coşğun) — İsa
Ərizə (Ə.Əmirli) — Kamil
Cəza (Ə.Əmirli) — aktyor
Mağara (A.Həsənzadə) — Eldəniz
Sarıköynək günəşi necə gətirdi? (N.Qocaoğlu) — Sarıköynək
Mahmud və Məryəm (Elçin) — Süleyman paşa
Ölüm hökmü (Elçin) — A.M.Şərifzadə
Ağ div və qara div (Ə.Səmədli) — qara div
Yaddaş ağrısı (H.Mirələmov) — Vahan
Molla Nəsrəddin və Əmir Teymurun filləri (Əjdər Ol) — şair Əmiri
Ezop (G.Fiqeyredo) — Ksanf
Mustafa (O.Asena) — Hüseyn dayı
Hacı Qara (M.F.Axundzadə) — Sərkis
Danışan gəlincik (A.Şaiq) — padşah
Apardı sellər Saranı (film, 1996)
At ilinin birinci ayı (film, 1993)
Bir anın həqiqəti (film, 2003)
Cavid ömrü (film, 2007)
Ərazi (film, 2005)
Gəlinlər (film, 2002)
Halal pullar (film, 2008)
Hərənin öz payı+tayı (film, 2006)
Kəndim+nizə qayıdın!?