Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sərnişin
Sərnişin (fr. passager) — ekipajın üzvü olmayan və nəqliyyat vasitəsində şifahi və ya yazılı müqavilə ilə daşınan şəxs. Sərnişinin müqavilə ilə daşınması gediş biletinin alınması və baqaja qəbzlə onun yükünün təhvil verilməsi ilə müşayiət olunur. Biletlə hərəkət edən sərnişin bir qayda olaraq məcburi surətdə sığortalanır. Bir qayda olaraq sərnişin özü ilə ödənişsiz şəkildə əl baqajı və körpə uşaq apara bilər. Gedişi ödəməyən sərnişin nəzarətçilər tərəfindən cərimə edilir.
Sərnişin avtobusu
Sərnişin avtobusu daha uzun məsafəli yollarda istifadə olunan bir avtobus növüdür. Bu tipli avtobuslar uzun məsafəli nəqliyyatlarda istifadə edilən ümumi bir yoldur. Sərnişin avtobuslarında tualet, televizor, internet, yerüstü baqaj yeri və yemək masası ola bilər.
Sərnişin konveyeri
Sərnişin konveyeri (slenq ing. travelator) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol. O ingilis dilində : travelator, walkalator, movator., rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar. Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər.
Sərnişin təyyarəsi
Sərnişin təyyarələri, ümumiyyətlə, yalnız sərnişin daşımaq üçün nəzərdə tutulub. Bunlar həm sərnişin kimi, həm də sərnişinlərin baqajlarını və qismən digər materialların daşınmasında istifadə olunur. Sərnişin təyyarəsi termini, əsasən hava yolları tərəfindən istifadə edilən yüksək tutumlu və yüksək performanslı təyyarələr üçün nəzərdə tutulur. Bununla birlikdə, yüngül təyyarələr də az sayda sərnişini qısa məsafələrə daşımaq üçün çox vaxt istifadə olunur. Sərnişin təyyarələri, vaxta qənaət etdiyinə görə, xüsusilə beynəlxalq səyahətlərdə tez-tez üstünlük verilən nəqliyyat vasitələrindən biridir.
Əsas sərnişin
Darina Alekseyevna Qromova (Dünyaya, "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə tanındı) (26 dekabr 2014, Qatçina, Leninqrad vilayəti – 31 oktyabr 2015, Şimali Sina mühafəzəsi[d]) — Qatçina şəhərindən olan 10 aylıq qız. O, 2015-ci il 31 oktyabrda "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysinin Misirin Sinay yarımadasında qəzaya uğraması nəticəsində, valideynləri ilə birgə həlak olub. Darina Qromovanın anası, Tatyana Qromova tərəfindən "VKontakte" (rus. ВКонтакте) sosial şəbəkəsinə "Əsas sərnişin" (rus. Главный пассажир) yazısı ilə yerləşdirilən foto, dünyanın bir çox KİV tərəfindən yayımlanıb və Rusiya tarixinin ən faciəvi təyyarə qəzasının bir növ rəmzinə çevrilib. Darina Qromova 2014-cü il 26 dekabrda Leninqrad vilayətinin Qatçina şəhərində anadan olub. Onun, valideynləri Aleksey (1988–2015) və Tatyana (1988–2015), "Resteq" Sərgi Birliyində çalışırdılar. Darina Qromova, 2015-ci il 15 oktyabrda valideynləri ilə birgə, Peterburq şəhərinin "Pulkovo" Beynəlxalq Hava Limanından Misirə səyahətə yollandı və oktyabrın 31-də, "Airbus 321" avialaynerinin "9268 Metrojet" reysi ilə vətənə, Rusiyaya qayıtmalı idi. Amma, təyyarə səmaya qalxdıqdan 23 dəqiqə sonra, Misirin Sinay yarımadasında faciəvi qəzaya uğradı və nəticədə, təyyarənin göyərtəsində olan 224 nəfər şərnişinin hamısı həlak oldu.
Sərnişin (film)
Sərnişin (ing. The Commuter) — 2018-ci ildə rejissor Jaume Kolet-Serra tərəfindən çəkilmiş Amerika—Britaniya triller filmidir. Film özünün və yaxınlarının həyatını riskə ataraq cinayət sui-qəsdinə qarışmış olan bir sığorta agenti və eyni zamanda keçmiş polis məmuru haqqındadır. Filmin ssenari müəllifləri Bayron Uillinqer və Fil Dibleysidir. Filmdə baş rolları Vera Farmiqa, Liam Nison, Sem Nil, Elizabet Makqovern, Conatan Benks və Patrik Uilson canlandırmışdırlar. Filmin ABŞ-da premyerası 12 yanvar 2018-ci ildə, Rusiyada isə 8 mart 2018-ci ildə baş tutmuşdur.
Sərnişin məşuqlar (film, 2013)
Sərnişin məşuqlar (isp. Los amantes pasajeros) — rejissor Pedro Almodovarın filmi. Filmin premyerası 8 mart 2013-cü ildə baş tutmuşdur. Peninsula şirkətinə məxsus Aerobus 340 Madriddən Mexikoya aviareys yerinə yetirir. Uçuş zamanı ciddi texniki nasazlıq aşkar edilir. Sərnişinlər məhkum olduqlarına xəbər tutduqda öz maskalarını çıxarmağa başlayırlar — öz sirlərini, qüsur və nöqsanlarını açmağa başlayırlar. Təyyarənin bortunda var: Faxas, Xossera və Uyo adlı üç gey-stüard, əsas pilot Alex Asero xoşbəxt ailə başçısı və biseksual stüard Xoserranın məşuqu, baxıcı Bruna — kişilərin ondan çox qorxduqları üçün hələ də bakirədir. Ümumilikdə filmin əsas süjeti indiki Avropa cəmiyyətinə ünvanlanmış satiradır. Təyyarənin düşməsi isə İspaniyanın iqtisadi böhranını simvolizə edir.
"RMS Titanik"in sərnişinləri
Vayt Star Layn şirkətinin Olimpik sinfinə aid, ikinci gəmisi olan RMS Titanic-də, İngiltərənin Sauthempton limanından yola çıxaraq Nyu-Yorka, ümumilikdə 2224 nəfər səfər edirdi. Bu saya gəminin şəxsi heyəti də daxil idi. İlk səfəri, 14 aprel 1912-ci ildə, aysberqə çırpılaraq, 1500-dən çox insanın həlak olması ilə nəticələnmişdir. == Sərnişinlər == RMS Titanikdə səyahət edən 1317 nəfər sərnişin var idi. Onlardan, 324 nəfəri "birinci sinif sərnişinləri", 285 nəfəri, "ikinci sinif sərnişinləri", 708 nəfəri isə "üçüncü sinif sərnişinləri" idi.
Sərnişinlər (film, 2016)
Sərnişinlər (ing. Passengers) — ABŞ istehsalı elmi fantastika və macəra filmi. Baş rollarda Kris Prett və Cennifer Lourens yer almışdır. Film dünya üzrə 303 milyon dollardan çox gəlir əldə etmişdir. Minlərlə insanı daşıyan "Avalon" ulduz gəmisi, 120 il davam edən "Homestead Colony" adı verilən uzaq bir müstəmləkə planetinə səyahət edir. Sərnişinlər və bütün qrupları yatmaq kapsulundadır, lakin gəmi böyük asteroid sahəsindən keçən zaman, gəmidə bir qəza baş verir. Bu nasazlığa görə gəminin sərnişinlərindən biri Jim Preston (Chris Pratt) oyanması lazım olan vaxtdan 90 il tez oyanır. Kris Prett, Jim Preston, mexanik. Cennifer Lourens, Aurora Lane, Kosmos səyahətinin hekayəsini danışmaq istəyən Nyu Yorkdan bir yazıçı. Michael Sheen, Arthur, robot barmen.
Aşıq Zərnişan
Aşıq Zərnişan- Aşıq Zərnişan Cabbarqızı (1852–1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Cəfər Cabbarlı, Aşıq Zərnişan, Xızı aşıqları, aşıq sənəti, şahmat. Dahi dramaturq Cəfər Cabbarlı bir sıra yaddaqalan musiqilər bəstələyib: Azad bir quşdum, Gərək günəş dağları aşıb sönməyəydi…, Mən bir solmaz yarpağam ki, Hicrindən oldu, ey gözəl, Sənə nə olub, zalım yar, Sənin dərdindən, Saranın mahnısı, Marş irəli, əsgərim!, Yaşasın Azərbaycan, On dördü (yaxud Nuru Paşa) rəqsi və s. == Həyatı == Aşıq Zərnişan Cabbarqızı (1852–1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Aşıq Zərnişan Xızıda tanınmış Cəlilli nəslinin bir nümayəndəsi olub. Bu nəslin nümayəndələrinin demək olar ki, hər birinin bədahətən şeir demək, söz qoşmaq, yaxud gözəl rəqs etmək bacarığı var. Uşaq yaşlarında Zərnişan Xızı mədrəsəsində təhsil alıb, şeirə, musiqiyə böyük həvəs göstərib, bədahətən şeirlər söyləməklə ətrafdakıları heyrətləndirərdi. Zərnişan 16 yaşında ikən öz doğmaca əmisi oğlu Hacı Əliəkbərlə ailə həyatı qurmuşdur. Gənc ailə Bakıda, İçərişəhərdə yaşayıb. Hacı Əliəkbər şəhərin çox zəngin, varlı tacirlərindən biri idi.
Dərnişan (Sərdəşt)
Dərnişan (fars. دارنشان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Həmnişin (Xudafərin)
Həmnişin (fars. همنشين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (30 ailə).
Zərnişan Azayeva
Zərnişan Azayeva (d.9 avqust 1959, Şamaxı r.) — şair-publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar jurnalist. Azayeva Zərnişan İnqilab qızı 9 avqust 1959-cu ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən Samaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi dərnəyinin üzvü olmuş, 9-cu sinifdə oxuyarkən "Dəniz və qız" adlı ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Elcə də o dövrün "Azərbaycan gəncləri", "Sovet kəndi"….qəzetləri, "Ulduz", "Müxbir", "Göyərçin", "Azərbaycan" jurnallarında məqalələr, resenziyalar, şeirlərlə çıxış etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olan Zərnişan İnqilab qızı təhsil illərində tələbə elmi cəmiyyətinin üzvü olmaqla respublika mətbuatı-qəzet və jurnallarla fəal əməkdaşlq edib, radio-televiziya üçün verilişlər hazırlayıb. 1989-cu ildə " fərqlənmə diplomu" ilə Universiteti bitirən Zərnişan Azayeva elə həmin ildən Dövlət Radio-Televiziyasında radio-televiziya şərhçisi kimi işə qəbul olunur. Dövrün məşhur mətbuat xadimi Leonid Tahirovun iki illik jurnalistika kursunda yüksək göstəricilərlə təhsil almış, Kiyevdə, Moskvada xüsusi təcrübə dərsləri keçməklə Ümumittifaq Radiosunun ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişdir. Vaxtilə radionun "Bulaq" ,"Şəbəkə" verilişlərinin ssenari müəlliflərindən olan Z. Azayevanın hazırladığı proqramlardan televiziyanın "Tariximiz-soykökümüz", "Söz araşdırıcılarimiz", "Dostun evi könüllərdir","İrəvanda xan qalmadı", "İmza", "Dünya yaxşılarındır", "Vətən qürbətə qalmaz", "Bizim ellər yerindəmi", "Turan" kimi hər sayı televiziyanın "qızıl fondu"na daxil edilməklə qorunmaqdadır. Zərnişan İnqilabqızı (Turan) Azərbaycantelefilmin istehsali olan iyirmi səkkiz sənədli filmin ssenari müəllifi və eləcə də digər qurumlarla birgə işlədiyi on səkkiz sənədli, iki bədii-sənədli filmin ssenari müəllifi və rejissorudur. Bu filmlər respublika daxili festivallarla yanaşı, ölkəmizdən kənarda keçirilən sənədli film yarışmalarında da qalib yerlər tutmuş, xüsusi mükafatlara layiq görulmüşdür.
Zərnişan İnqilabqızı
Zərnişan Azayeva (d.9 avqust 1959, Şamaxı r.) — şair-publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar jurnalist. Azayeva Zərnişan İnqilab qızı 9 avqust 1959-cu ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. Hələ orta məktəb illərindən Samaxıda fəaliyyət göstərən "Gənc Sabirçilər" ədəbi dərnəyinin üzvü olmuş, 9-cu sinifdə oxuyarkən "Dəniz və qız" adlı ilk şeirlər kitabı "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Elcə də o dövrün "Azərbaycan gəncləri", "Sovet kəndi"….qəzetləri, "Ulduz", "Müxbir", "Göyərçin", "Azərbaycan" jurnallarında məqalələr, resenziyalar, şeirlərlə çıxış etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olan Zərnişan İnqilab qızı təhsil illərində tələbə elmi cəmiyyətinin üzvü olmaqla respublika mətbuatı-qəzet və jurnallarla fəal əməkdaşlq edib, radio-televiziya üçün verilişlər hazırlayıb. 1989-cu ildə " fərqlənmə diplomu" ilə Universiteti bitirən Zərnişan Azayeva elə həmin ildən Dövlət Radio-Televiziyasında radio-televiziya şərhçisi kimi işə qəbul olunur. Dövrün məşhur mətbuat xadimi Leonid Tahirovun iki illik jurnalistika kursunda yüksək göstəricilərlə təhsil almış, Kiyevdə, Moskvada xüsusi təcrübə dərsləri keçməklə Ümumittifaq Radiosunun ştatdankənar müxbiri kimi fəaliyyət göstərmişdir. Vaxtilə radionun "Bulaq" ,"Şəbəkə" verilişlərinin ssenari müəlliflərindən olan Z. Azayevanın hazırladığı proqramlardan televiziyanın "Tariximiz-soykökümüz", "Söz araşdırıcılarimiz", "Dostun evi könüllərdir","İrəvanda xan qalmadı", "İmza", "Dünya yaxşılarındır", "Vətən qürbətə qalmaz", "Bizim ellər yerindəmi", "Turan" kimi hər sayı televiziyanın "qızıl fondu"na daxil edilməklə qorunmaqdadır. Zərnişan İnqilabqızı (Turan) Azərbaycantelefilmin istehsali olan iyirmi səkkiz sənədli filmin ssenari müəllifi və eləcə də digər qurumlarla birgə işlədiyi on səkkiz sənədli, iki bədii-sənədli filmin ssenari müəllifi və rejissorudur. Bu filmlər respublika daxili festivallarla yanaşı, ölkəmizdən kənarda keçirilən sənədli film yarışmalarında da qalib yerlər tutmuş, xüsusi mükafatlara layiq görulmüşdür.
Nataliya Sinişin
Nataliya İqorevna Sinişina (3 iyul 1985, Sosnovka[d], Lvov vilayəti) — 2005–2014-cü illərdə Ukraynanı, 2014–2017-ci illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi. Nataliya Sinişin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal medala sahib olub. Nataliya Sinişin həmçinin 2006-cı ildə Çində, 2007-ci ildə isə Azərbaycanda baş tutan Dünya Çempionatlarının bürünc medallarına sahib olub. Nataliya Sinişin həmçinin üç dəfə — 2009, 2012 və 2016-cı illərdə Avropa Çempionatlarının qalibi olub. 2015-ci ildə Azərbaycanda I Avropa Oyunlarının bürünc medalına sahib olan Natali Sinişin həm də 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da gümüş medalına sahib olub. Nataliya Sinişib Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Nataliya Sinişin 1985-ci il iyulun 3-də Lvov şəhərində anadan olub. 1998-ci ildən güləşlə məşğul olur. Ali təhsilini Odessa şəhərində Milli Pedaqoji Univeirsitetdə alıb. Nataliya Sinişin 2013-cü ildə Gürcüstan güləşçisi Malxaz Kurdiani ilə evləndi.
Dərvişin qeydləri (film, 2013)
Dərvişin qeydləri — rejissor Eldar Quliyevin tarixi detektiv janrında çəkilmiş filmi. == Məzmun == Film XIX əsrin əvvəllərində Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən bəhs edir. Hadisələr Azərbaycanın ikiyə bölünməsi dövrünə təsadüf edir. == Film haqqında == Filmin çəkilişləri 2012-ci ilin iyun ayında başlamışdı. Film Cinealliance şirkətinin texniki dəstəyi ilə çəkilib. Filmin istehsal prosesində rənglərin korreksiyası və vizual effektlərin tətbiq edilməsi Ultra Production şirkətində aparılmışdır. Filmin musiqi yazılışı Rafiq Babayev adına səsyazma studiyasında aparılmışdır. Azərbaycan kinosu tarixində tarixi-detektiv janrında çəkilmiş ilk filmdir. Kiçik bir səhnəni çıxmaq şərtilə, filmdə heç bir qadın rolu yoxdur. Filmin premyerası 2 avqust 2013-cü ildə Nizami Kino Mərkəzində keçirilən Azərbaycan Milli Kino Günündə olmuşdur.
Tennisin tarixi
Tennis (laun tennis) — İngilis dili "lawn" sözündən – fransızcadan "tenez" sözündən yaranmışdır. Topun və raketkatın istifadəsi ilə dünyanın ən məşhur idman növüdür. Oyunlar standart ölçülərdə (23.77:8.23 metr) olan kortlarda keçirilir. Tennis müxtəlif səthə malik kortlar (bərk , torpaq, ot) üzərində oynanılır. Əzəldən tennis ot üzərində yaranıb, ona görə də onu "laun tennis" kimi də adlandırırlar. Hər bir oyun topun oyunçu vasitəsilə kortu digər hissəsinə arxa xətdən daxil etməsi ilə başlayır. Oyunçulardan biri uğursuz cəhdi yerinə yetirənə qədər zərbələr mübadiləsi davam edir. Maçlar setlərə və qeymlərə (oyunlara) bölünür. Qalib rəqibi qarşısında iki qeym fərqi ilə ilk altı qeymdə qalib olan oyunçu olur və o bununla bir seti öz hesabına yazmış sayılır. Tennis – İtaliya, İngiltərə, Fransa kimi ölkələrdə XIII-XIV əsrlərdə bir əl ilə topu torun digər tərəfinə atılması oyunu olub.
Leipzig sərgisi
Leipzig sərgisi (alm. Leipziger Messe‎) — dünyanın əhəmiyyətli ticarət sərgilərindən biri. == Tarixi == === Orta əsrlərdə sərginin təməli === Leypsiq şəhəri iki əhəmiyyətli ticarət, keçmiş Romanın kəsişməsində yerləşirdi, yollar: (lat. Via Regia) (Sileziyaya Reyndən) kral yolu və (lat. Via imperii) (Baltika dənizinə İtaliyadan) İmperiya yolu. Belə vəziyyət sənətlərin və ticarətin inkişafına imkan yaradırdı, xüsusilə xarici. Müasir yarmarka üçün əsas 1190-cı ildə maysenskim markqraf Ottonu qoyulmuşdu (girov qoyulmuşdu), hansı ki, yaz və payız yarmarkalarının keçirilməsinə Leypsiğin hüququnu (haqqını) təsdiq etdi. XV əsrdə, şəhərə üçüncünü keçirməyə icazə vermiş (həll etmiş) Fridrix II-in əvvəlcə Saksoniya kurfürstü — yeni il yarmarkasını, və (amma) sonra 1497-ci ildə Maksimillian I-in Müqəddəs Roma imperiyasının imperatoru, leyptsiq yarmarkalarına imperiyaların statusunu vermiş (bu status üzrə (görə) heç bir başqa şəhərə, radiusda təxminən Leypsiqdən 115 kilometr yerləşdirilmişə belə ticarətlərin keçirilməsi həll edilmirdi (icazə verilmirdi)), Leypsiqdə bu işin inkişafına imkan yaradırdılar. Bütün istiqamətlərdə ticarət əlaqələrini qaydaya salmağa icazə verən xüsusi status və əlverişli coğrafi mövqe və gələcəkdə ona imkan yaradırdılar ki, bir neçə yüzillik sonra leyptsiq yarmarkaları Avropada ən əhəmiyyətli oldu. === Sərgi keçidinə nümunə === 1895-ci ildə, ilk dəfə dünya tarixində, Leypsiqdə yarmarkaların keçirilməsi prinsipi dəyişdi, satışın yerinə yalnız nümunələri qoyulmağa başladılar, və (amma) artıq bağlanmış sazişlər üzrə (görə) mal, lazımlı miqdarda və müzakirə edilmiş keyfiyyət, bilavasitə istehsalçıdan nəqliyyatla sifarişçilərə yola düşürdü.
Leypsiq sərgisi
Leipzig sərgisi (alm. Leipziger Messe‎) — dünyanın əhəmiyyətli ticarət sərgilərindən biri. == Tarixi == === Orta əsrlərdə sərginin təməli === Leypsiq şəhəri iki əhəmiyyətli ticarət, keçmiş Romanın kəsişməsində yerləşirdi, yollar: (lat. Via Regia) (Sileziyaya Reyndən) kral yolu və (lat. Via imperii) (Baltika dənizinə İtaliyadan) İmperiya yolu. Belə vəziyyət sənətlərin və ticarətin inkişafına imkan yaradırdı, xüsusilə xarici. Müasir yarmarka üçün əsas 1190-cı ildə maysenskim markqraf Ottonu qoyulmuşdu (girov qoyulmuşdu), hansı ki, yaz və payız yarmarkalarının keçirilməsinə Leypsiğin hüququnu (haqqını) təsdiq etdi. XV əsrdə, şəhərə üçüncünü keçirməyə icazə vermiş (həll etmiş) Fridrix II-in əvvəlcə Saksoniya kurfürstü — yeni il yarmarkasını, və (amma) sonra 1497-ci ildə Maksimillian I-in Müqəddəs Roma imperiyasının imperatoru, leyptsiq yarmarkalarına imperiyaların statusunu vermiş (bu status üzrə (görə) heç bir başqa şəhərə, radiusda təxminən Leypsiqdən 115 kilometr yerləşdirilmişə belə ticarətlərin keçirilməsi həll edilmirdi (icazə verilmirdi)), Leypsiqdə bu işin inkişafına imkan yaradırdılar. Bütün istiqamətlərdə ticarət əlaqələrini qaydaya salmağa icazə verən xüsusi status və əlverişli coğrafi mövqe və gələcəkdə ona imkan yaradırdılar ki, bir neçə yüzillik sonra leyptsiq yarmarkaları Avropada ən əhəmiyyətli oldu. === Sərgi keçidinə nümunə === 1895-ci ildə, ilk dəfə dünya tarixində, Leypsiqdə yarmarkaların keçirilməsi prinsipi dəyişdi, satışın yerinə yalnız nümunələri qoyulmağa başladılar, və (amma) artıq bağlanmış sazişlər üzrə (görə) mal, lazımlı miqdarda və müzakirə edilmiş keyfiyyət, bilavasitə istehsalçıdan nəqliyyatla sifarişçilərə yola düşürdü.
Ümumdünya sərgisi
Ümumdünya sərgisi və ya Ekspo, Expo — xalqların nailiyyətlərini nümayiş etdirmək üçün beynəlxalq sərgidir. Bu sərgilər xarakterə görə fərqlənir və dünyanın müxtəlif yerlərində keçirilir. Sənayeləşdirmə simvolu olan beynəlxalq sərgi, texniki və texnoloji nailiyyətləri nümayiş etdirmək üçün açıq platformadı. 1928-ci ildə Beynəlxalq Sərgilərə dair Konvensiyanın qüvvəyə minməsi ilə Beynəlxalq Sərgilər Bürosu Ümumdünya sərgisi üçün beynəlxalq idarəedici orqan kimi xidmət edir. Beynəlxalq Sərgilər Bürosu tərəfindən təsdiqlənmiş sərgilər üç növdən ibarətdir: universal, beynəlxalq və bağçılıq. Onlar adətən üç həftədən altı aya qədər davam edirlər. İlk Ümumdünya sərgisi Şahzad Albert təşəbbüsü ilə 1851-ci ildə Hayd-parkda keçirildi. Sərginin əsas cazibəsi "Crystal Palace" idi. Sərgi cəmiyyətin bir çox aspektlərinin, o cümlədən incəsənət və dizayn təhsilinin, beynəlxalq ticarətin və əlaqələrin, həmçinin turizmin inkişafına təsir etmişdir. 1851-ci ildə yarandığı gündən bəri Ümumdünya Sərgilərinin təbiəti üç dövrə bölünür: sənaye dövrü (1851–1938), mədəniyyət mübadiləsi dövrü (1939–1987), milli brending dövrü (1988—bu günədək).
Sarışın biri
Sarışın biri (ing. The blonde one) - bir-birinə qarşı çox güclü cinsi istək bəsləyən iki oğlanın həyatından bəhs edən 2019-cu il məhsulu Argentina filmi. Qızlarla yaxşı münasibəti olan Cuanın otaq yoldaşı evdən ayrılır. Buna görə də Cuan iş yoldaşı Qabrielə bir yerdə yaşamağı təklif edir. Sakit təbiətli Qabrielin arvadı öləndən sonra onunla birlikdə yaşamayan balaca qızı da var. Birlikdə yaşana Cuan və Qabrielin arasında qısa zamanda güclü hislər yaranır. Münasibətləri həssas baxış və toxunuşlardan nizamlı cinsi münasibətə çevrilir. Qabriel eşq macərasına hazırdır, ancaq Cuan buna Qabriel qədər həvəsli deyil. Buna görə də münasibətləri qarışıq hal alır.
Sarı gəlin (Qara Dərvişin mahnısı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının aranjemanı Qara Dərvişə aiddir.
Bakı Kitab Sərgisi
Bakı Beynəlxalq Kitab Sərgisi (ing. Baku International Book Fair) və ya Bakı Kitab Yarmarkası – hər ilin payızında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən beynəlxalq kitab sərgisi. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutur. İndiyə kimi 8 dəfə keçirilib. COVID-19 pandemiyasından əvvəl hər iki ildən bir keçirilsə də, 2021-ci ildə hər il keçirilməsi qərara alınmışdır. == Məqsəd == Kitab sərgisinin məqsədi kitab və mütaliəni təbliğ edib populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların məhsulları ilə tanış etmək, nəşriyyat işini dəstəkləmək, nəşriyyatları əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini həyata keçirməkdir. == Tədbirlər == I Bakı Kitab Sərgisi 10-12 sentyabr 2009-cu ildə Muzey Mərkəzində təşkil olunmuşdur. Tədbirdə 60 yerli, 30 xarici nümayəndə iştirak etmişdir. II Bakı Kitab Sərgisi 28-30 sentyabr 2011-ci ildə Bakı İdman Sarayında keçirilmişdir. Sərgidə 100-dən çox yerli, 20-dən çox xarici nəşriyyat iştirak etmişdir.
Frankfurt Kitab Sərgisi
Frankfurt Kitab Sərgisi (alm. Frankfurter Buchmesse‎) — hər il Almaniyanın Frankfurt şəhərində təşkil olunan kitab sərgisi. İştirakçı nəşriyyat şirkətlərinin və sərgiyə gələnlərin sayına görə dünyanın ən böyük kitab sərgisi hesab olunur. Bu sərgi beynəlxalq sazişlərin bağlanması və ticarət əlaqələrinin yaranması sahəsində də liderdir. Beş günlük sərgi oktyabr ayının ortalarında keçirilir. Sərginin ilk üç günü məhz qonaqlar üçün nəzərdə tutulur, ictimaiyyət nümayəndələri isə adətən həftəsonu sərgiyə gəlirlər. == Haqqında == Frankfurt Kitab Sərgisi 600 ildən çox tarixə malikdir. Alman ixtiraçı Yohan Qutenberq tarixdə ilk dəfə metal lövhələrin köməyi ilə kitab çapı üsulunu tətbiq edib. 1440-cı il kitab çapının ixtirası ili hesab olunur. Bu ixtiradan təxminən on beş il sonra, 1454-cü ildə yerli kitab satıcıları Frankfurtda ilk kitab sərgisi təşkil etdilər.
Leypsiq Kitab Sərgisi
Leypsiq Kitab Sərgisi — (alm. Leipziger Buchmesse‎) — Frankfurtdan sonra böyüklükdə ikinci kitab sərgisi, Leyptsiq yarmarkası tərkibində ən məlum (məşhur) sərgilərdən biri. Hər il mart ayının ortasında keçirilir. == Sərginin tarixi == Leyptsiq kitab yarmarkası XVII əsrdə yaradıldı. XVIII əsrə Leypsiq Almaniyanın kitab ticarətinin mərkəzinə çevrildi. Yarmarka həmçinin İkinci dünya müharibələri dövründə keçirilirdi (aparılırdı), amma onun coğrafiyası onda kəskin azaldı. 2–7 mart 1941 ildə keçirilmiş Leyptsiq yarmarkasında SSRİ, Bolqarıstan, İtaliya, Almaniya, Türkiyə, İsveçrə, İran, İspaniya, Yuqoslaviya, Rumıniya, Slovakiya, Yaponiya, həmçinin Almaniyayla işğal edilmiş Belçika, Niderlandlar, Danimarka və Norveç iştirak etdi. Bu halda yarmarkada 1941-ci il yalnız çap nəşrləri təqdim edilməmişdi . Almaniyada SSRİ-in səfirliyin üçüncü katibi Aleksandr Kapustin bildirirdi ki, ən böyük maraq sərginin adi ziyarətçiləri "xalçalara, körüklərə, şərablara, şirniyyat məmulatlarına və tütünə" göstərdilər. == Müasirlik == Yarmarkada Almaniyadan və dünyanın başqa ölkələrindən çoxsaylı naşirlər müxtəlif növün (nəsilin) ədəbiyyatını, məktəb dərsliklərini, qəzetləri və jurnalları təqdim edirlər, təqvimlər, bədii albomlar, audiokitablar.
Ümumdünya sərgisi (1851)
Bütün millətlərin sənayə işlərinin böyük sərgisi (ing. The Great Exhibition of the Works of Industry of All Nations)— 1 May — 15 oktyabr 1851-ci il tarixləri arasında Londonun Hyde Parkında təşkil edilən elm, sənaye, sənət və ticarət nailiyyətlərinin beynəlxalq sərgisidir. Sərgi sənaye inqilabı ideyalarının yayılmasında mühüm bir mərhələ oldu. Bir çox ölkənin iştirakı səbəbindən qısa müddətdə Ümumdünya sərgisi adını aldı. Bu ilk Ümumdünya sərgisində sənaye malları, müxtəlif sənətkarlıq məhsulları, maşın və mexanizmlər, son istehsal texnologiyalarının eksponatları və təsviri sənət əsərləri təqdim edildi. Sərginin keçirilməsi təşəbbüsü Britaniya Krallığı İncəsənət Cəmiyyətinə məxsusdur. Layihə 1849-cu ildə ictimaiyyətə təqdim edildikdə, İngilis sənayeçilərinin və iş adamlarının cavabı müsbət oldu. Belə bir sərgiyə qlobal sərbəst ticarətin təşviqi üçün ideal bir fürsət kimi baxdılar. 6 milyona qədər insanın (İngiltərə əhalisinin üçdə biri) qatıldığı sərgi ətrafında həyəcan təşkilatçılara Albertopol'un qurulmasına gedən böyük gəlir gətirdi. Krallıq İncəsənət Cəmiyyəti, sərgidən toplanan vəsaiti istifadə edərək Cənubi Kensington Muzeyinin — gələcək Viktoriya və Albert Muzeyinin yaradılması üçün eksponatların əhəmiyyətli bir hissəsini əldə etdi.
İzmir Beynəlxalq Sərgisi
İzmir Beynəlxalq Sərgisi qısaca İzmir Sərgisi — hər il avqust və sentyabr aylarında, İzmirin qurtuluş günü olan 9 sentyabrı içinə alacaq şəkildə təşkil edilən Türkiyənin ən köklü, ən tanınmış və ən əhatəli sərgisi. İzmirdə yerləşən Kültürparkda təşkil olunur. İzmir Beynəlxalq Sərgisinin yaranması tarixi Mustafa Kamal Paşanın 17 fevral 1923-cü ildə İzmirdə təşkil etdiyi İzmir İqtisadi Konqresinə qədər uzanır. İqtisadi Konqreslə eyni vaxtda ticarət şousu təşkil edilmiş və Osmanlı Bankının bir anbar olaraq istifadə etdiyi Hamparsumyan binası sərginin keçiriləcəyi məkan olaraq seçilmişdir. Burada əl dəzgahları və kiçik sənaye məhsulları; Isparta, Külə, Gördes, Uşak xalçaları, neft məhsulları, sabunlar, makaron və un yeməkləri, koloniyalar, halva, pambıq, ayaqqabı, mebel, dəri məhsulları, kənd təsərrüfatı alətləri, kərpic, mineral nümunələr, tütün, siqaret, şərab nümunələr, ağac növləri nümayiş olunmuşdur. İzmir İqtisadiyyat Konqres Sərgisindən sonra ilk sərgi 4 sentyabr 1927-ci ildə İzmir İncəsənət Məktəbində 9 Sentyabr Yerli Sərgi adı altında açıldı. İzmir Ticarət Palatasının təklifi və İzmir icra başçısı Kazım Dirikin qərarı ilə açılan sərgidə, 70 rəsmi qurumun, 195 yerli şirkətin və 9 ölkənin 72 şirkətinin məhsulları nümayiş etdirildi. Sərgini 80.744 nəfər ziyarət etdi. İkinci 9 sentyabr sərgisi 1928-ci ilin sentyabrında eyni binada və beynəlxalq səviyyədə reallaşdı. Sərgidə 155 xarici şirkət iştirak olmaqla 515 şirkət qatıldı.
Saloniki Beynəlxalq Sərgisi
Saloniki Beynəlxalq Sərgisi (yun. Διεθνής Έκθεση Θεσσαλονίκης, Rom: Diethnis Ekthesi Thessalonikis; qısaca: TIF (ΔΕΘ)), Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikidə hər il keçirilən beynəlxalq sərgi tədbiridir. 1926-cı ildən bəri hər il sentyabrın ilk həftəsində keçirilir və açılışı ənənəvi olaraq Yunanıstan baş nazirinin bir sıra bəyanatları ilə qeyd olunur. Sərgi İkinci dünya müharibəsindən bu yana ilk dəfə olaraq COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ildə ləğv edilmişdir. Saloniki Beynəlxalq Sərgisi Salonikinin mərkəzindəki YMC Meydanında yerləşən TIF HELEXPO Beynəlxalq Sərgi və Konqres Mərkəzi tərəfindən təşkil edilən tədbirdir. Bu sərgilər Yunanıstanın ən mühüm sərgi təşkilatı agentliyi olan TIF HELEXPO tərəfindən təşkil edilir. TIF HELEXPO sərgi mərkəzini idarə edir və onun sahibidir. Saloniki Beynəlxalq Sərgisi Avropa standartlarına müvafiq gələn sərgi sahələrinə malik olub, il boyu ticarət və istehlak sərgilərinə ev sahibliyi edən əhəmiyyətli bir təşkilatdır. TIF HELEXPO Sərgi Mərkəzinin ümumi sahəsi 180.000 kvadratmetrdir. Bunun 62.000 kvadratmetri qapalı sərgi sahələrindən ibarətdir və funksional olaraq dizayn edilmiş və bir-biri ilə əlaqədar olan 17 pavilyondan ibarətdir.
Ümumdünya sərgisi (1900)
Ümumdünya sərgisi (fr. Exposition universelle) — 1900-cü il 15 aprel — 12 noyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq sərgi. Sərginin simvolu yeni XX əsrin gəlməsi idi. Sərgidə ən populyar ar-nuvo üslubu oldu. Yeddi ay boyunca sərgidə 50 milyondan çox insan iştirak etdi, bu rekord yalnız 1967-ci ildə Monrealda (55 milyon nəfər) təşkil olunan Dünya Sərgisi və Şanxayda keçirilən EXPO 2010-da ikinci dəfə (70 milyondan çox insan) "qırıldı". Sərgidə 35 ölkənin ekspozisiyası 18 tematik bölmədə təqdim olundu. O dövrdə Fransanın ən yaxın müttəfiqi olan Rusiya İmperiyasının iştirakı xüsusilə əhəmiyyətli idi. == Sərgi == Sərgi 1900-cü il aprelin 15-indən noyabrın 12-sinədək davam etdi. Sərgini 50 milyondan çox insan (o dövrdə dünya rekordu) ziyarət etdi, bu da Fransa xəzinəsinə 7 milyon frank gəlir gətirdi. Sərgiyə 76 mindən çox iştirakçı qatıldı, sərgi sahəsi 1.12 km² idi.