SAĞALMAZ

f.sif. Heç zaman sağala bilməyən, sağaldıla bilməyən, əlacı, dərmanı olmayan.
Dedi: anlatmışam mətləbi mərdə; Olunacaq çarə sağalmaz dərdə. H.K.Sanılı.
Lakin son iki ildə [Gileygüzarov] sağalmaz bir xəstəliyə düçar olmuşdur. S.Rüstəm.

// Məc. mənada. Nə batmısan qara sən; Könül yara-yara sən; Nə tükənməz dərd oldun; Nə sağalmaz yara sən. (Bayatı).
◊ Sağalmaz dərdə salmaq – çox ağır bir vəziyyətə salmaq, əlacsız dərdə salmaq, son dərəcə kədərləndirmək, böyük dərd vermək.
[Kələntərli:] Əmirli yoldaş ikimizi də sağalmaz dərdə salıb, qardaş! İ.Hüseynov.

Синонимы

  • SAĞALMAZ əlacsız
  • SAĞALMAZ SAĞALMAZ (sağalması mümkün olmayan) [Zöhrə:] Ata can, əziz ana.. siz razı olarsınızmı, qızınız sağalmaz dərdə düşsün? (M
SAĞALMAQ
SAĞALTMA

Значение слова в других словарях