Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sağalan
Sağalan (fars. سهلان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 1883-cü ildə Henrix Kipertin Osmanlı imperiyasının Asiya-Şərq vilayətlərini tərtib etdiyi ərazi xəritəsində, Sağalan Təbriz ilə Sufiyanın arasında yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatlarına əsasən kəndin əhalisi 3,664 nəfərdən ibarət idi.
Söyüdlər ağlamaz (opera)
Söyüdlər ağlamır — Əfrasiyab Bədəlbəylinin 1971-ci ildə tamaşaya qoyduğu opera. İlk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Azərbaycan xalqının Böyük Vətən Müharibəsi dönəmində cəbhədə və cəbhə arxası göstərdiyi qəhrəmanlıqdan bəhs edir.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Özü Düşən Ağlamaz (teleserial, 2023)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Qırmızı-Saqallar
Qırrmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı-Saqqallar kənd inzibati ərazisi hazırda erməni təcavüzkarları tərəfindən işğal altındadir. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib. 2 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Qalmaz palçıq vulkanı
Qalmaz palçıq vulkanı - (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir. == Ümumi məlumat == Onun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir. Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə.Ə. Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971). Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır.
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır.İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.